s bail rayonu n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
Səbail rayonu PowerPoint Presentation
Download Presentation
Səbail rayonu

Loading in 2 Seconds...

play fullscreen
1 / 20

Səbail rayonu - PowerPoint PPT Presentation


  • 175 Views
  • Uploaded on

Səbail rayonu. MƏRKƏZLƏŞ D İ R İ LM İŞ KİTABXANA SİSTEMİNİN MƏRKƏZİ KİTABXANASI. Vətəndaş, yazıçı, müəllim. Abdulla Şaiq-130 (1881-1959). Vətəndaş. Lirik və romantik şair, görkəmli nasir, istedadlı dramaturq, geniş erudisiyalı ədəbiyyatşünas, Azər-

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

PowerPoint Slideshow about 'Səbail rayonu' - gay-sears


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript
s bail rayonu
Səbail rayonu

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİNİN MƏRKƏZİ KİTABXANASI

v t nda yaz m llim

Vətəndaş, yazıçı, müəllim

Abdulla Şaiq-130

(1881-1959)

v t nda
Vətəndaş

Lirik və romantik şair, görkəmli

nasir, istedadlı dramaturq, geniş

erudisiyalı ədəbiyyatşünas, Azər-

baycan uşaq ədəbiyyatının yaradı-

cılarından biri, xalq müəllimi və

gözəl insan olan Abdulla Şaiq 1881-

ci il fevralın 25-də Tiflis şəhərində

ruhani ailəsində anadan olmuşdur.

slide5
Ömrünün son illərinədək müəllimlik və bədii yaradıcılqla məşğul olmuşdur.

1934-39-cu illərdə Azərbaycan Dövlət nəşriyyatının uşaq şöbəsində çalışmışdır. O, 1938-1946-cı illərdə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında pedaqoji şöbənin müdiri, 1949-1950 – ci illərdə isə Azərbaycan SSR Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində referent işləmişdir.

Yeni Əlifba Komissiyasına (1940), Nizaminin anadan olmasının 800 illik yubileyinin təşkilat komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinə (2-ci və 3-cü çağırış)deputat seçilmiş (1946-1956), Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün respublikanın şəhər və kəndlərində küçə, məktəb, kitabxana onun adını daşıyır. Bakıda mənzil – muzeyi yaradılmışdır.

m nim yan mdasan m nim z ms n
Mənim yanımdasan, mənim özümsən...

A.Şaiq və ömür-gün yoldaşı

Şahzadə xanım

m llim
Müəllim

A. Şaiq 1901-ci ildən rus-tatar məktəbində ana dilindən dərs deyir. Bakıda III kişi progimnaziyasında, altısinifli məktəbdə, VII şəhər məktəbində, I realnı məktəbdə, Sabunçuda altısinifli məktəbdə müəllim işləmişdir.

Ali Pedaqoji İnstitutda, Azərbaycan Sənaye İnstitutunda, pedaqoji texnikumlarda, fəhlə fakültələrində tədrislə yanaşı, ali və orta məktəb dərslikləri, azərbaycan dili və ədəbiyyatına dair dərs proqramları tərtib edir.

A.Şaiq “Uşaq çeşməyi” (1907), “İkinci il” (1908), “Uşaq gözlüyü” (1910), “Gülzar” (1912) kimi dərs kitablarının müəllifidir.

publisist
Publisist

Abdulla Şaiq XX əsrin əvvəllərində geniş ictimai və ədəbi fəaliyyətlə məşğul olmuşdur. “Həyat”, “İrşad”, “Dəbistan”, “Rəhbər”, “Məktəb”, “Füyuzat”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qardaş köməyi” kimi qəzet və jurnallarda müxtəlif mövzularda bədii, elmi-publisistik yazılar dərc etmişdir.

dostlar aras nda
Dostlar arasında

Qocaman sənətkar M.Ə. Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarlarla tanış idi. O, N.Nərimanovla birlikdə bir sıra maarifpərvər işləri həyata keçirməyi xoşlayırdı. Dövrün qabaqcıl ziyalılarından və ədəbiyyatçılarından biri olan F.Köçərli ilə yaradıcılıq əlaqələri saxlayır, S.Vurğun və M.İbrahimov kimi istedadlı insanlarla dostluq edirdi.

Əziz və sevimli insanların əhatəsində olan Abdulla Şaiq yaradıcılıq yollarında uğurla irəliləyirdi.

dostlar aras nda1
Dostlar arasında

A.Şaiq müəllim həm-

karları C.Cəbrayılbəyli və

S. Acalovla birlikdə

slide12
Yazıçı

1906- 1907 – ci illərdə Abdulla Şaiqin ilk mətbu şeiri “Laylay” “Dəbistan” jurnalında nəşr olunur.

O, silsilə uşaq şeirlərinin, “Məktub yetişmədi”, “Hürriyyət pərisinə”, “Yad et”, “Köç”, “Daşqın”, “Gözəl bahar” “Şələquyruq” və “Murad”, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Kimdir haqlı”, “Qoçpolad”, “Araz”, “Xasay” kimi əsərlərin müəllifidir.

Abdulla Şaiq tərcümə işləri ilə də məşğul olmuş, Nizami, M.Qorki, İ.Krılov, A.S.Puşkin və M.Y.Lermontovun əsərlərindən tərcümələr etmişdir.

t lk h cc gedir
Tülkühəccə gedir

Tülkü qocalmış idi,

Şikardan qalmış idi.

Günlərlə qalıb ac,

Dolanırdı yalavac.

slide15

Tıq-tıqxanımGəlin, sizə uşaqlar, Söyləyim bir hekayət. Dozanqurdu edirdi Yalqızlıqdan şikayət. Soğan qabıqlarından bir çadra tikdi, şıq-şıq. Çarıq geyindi, tıq-tıq.Ətir vurdu başına, bəzək verdi özünə;Qara yaxdı qaşına, sürmə çəkdi gözünə. Naz ilə yavaş-yavaş, Yola düzəldi birbaş.

slide16

YaxşıarxaGünlərin bir günündə,Qalın meşə içində Bir ac tülkü olurdu, Acından qovrulurdu. Qalmayırdı dağ, dərə, Baş çəkirdi hər yerə...

slide17

Uşaq və dovşanUşaq və dovşanUşaq - Dovşan, dovşan, a dovşan! Qaçma dayan, a dovşan! Qaçma səni sevəndən,Can kimi istəyəndən. DovşanDura bilmərəm, dadaş, Yanında var alabaş. Xəbərdaram işindən, Qurtarmaram dişindən.Keçi Ala-bula, boz keçi, Ay qoşa buynuz keçi! Yalqız gəzmə, dolanma, Dağa-daşa dırmanma. Bir qurd çıxsa qarşına Sən nə edərsən ona.Çoban açınca gözün ,Qalar iki buynuzun.

slide18

PayızPayız olur, əsir soyuq küləklər, Solur dağda, çöldə əlvan çiçəklər.Gecələr uzanır, günlər qısalır, Göy üzünü qara buludlar alır...

Xoruz

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,

Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa

Ay canım, məstan xoruz!

hazirladi
HAZIRLADI:

KÜTLƏVİ ŞÖBƏNİN MÜDİRİ

SƏMƏDOVA CƏMİLƏ