1 / 20

FƏNN: İnfeksion xəstəliklərin əsasları

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları

gasha
Download Presentation

FƏNN: İnfeksion xəstəliklərin əsasları

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “Anaerob enterotoksemiya, Bradzot və quzuların anaerob dizenteriyası” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

  2. PLAN • Tarixi məlumat • Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri • Epizootoloji məlumatlar • Patogenez • Xəstəliyin gedişi və kliniki əlamətləri • Patoloji –anatomiki dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri.

  3. Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

  4. İNFEKSİON ANAEROB ENTEROTOKSEMİYA (EROTOXAEMİA İNFECTİOSA ANAEROBİCA) • İnfeksion anaerob enterotoksemiya ağırgedişli infeksion xәstәlik olub, hemorroji enterit, sinir pozğunluğu, böyrək zәdәlәnmәlәri vә ümumintoksikasiya ilә sәciyyәlәnir. • Tarixi mәlumat. İnfeksion enterotoksemiya haqqında ilk mәlumat Qilruça mәxsusdur. Әvvәllәr xәstәlik «böyrək yumşalması», «bradzota bәnzәr xәstәlik» vә s. adlarla qeyd olunmuşdur. 1926-cı ildә Avstraliyada Beynets infeksion enterotoksemiyadan ölmüş quzunun nazik bağırsağından-Cl.perfringens-in D tipini vә onun toksinini ayırmışdır. • 1931-ci ildә İngiltәrәdә Even qoyunlardan Cl.perfringens-in C tipini әldә etmişdir. • Keşmiş SSRİ-dә xəstəliyi ilk dәfә P.P.Andereyev müәyyәn etmişdir. Xәstәliyin bir çox xüsusiyyәtlәrinin öyrənilməsindә S.N.Muromsev, F.İ.Kaqan, A.A.Volkova, Y.R.Kovalenko, M.D.Polıkovski, K.R.Urquyev, Y.B.Sәfәrov, R.A.Qәdimov vә başqalarının xidmәtlәri qeyd olunmalıdır. • Xәstәlik dünyanın әksәr qoyunçuluqla mәşğul olan ölkәlәrindә geniş yayılmışdır. Ölkәmizdә infeksion anaerob enteretoksemiyaya Şimali Qafqaz, Zaqafqaziya vә Orta Asiya respublikalarında müşahidә edilir.

  5. İqtisadi zәrәr. Xәstәlik sürünün 25-30%-ni әhatә edir vә 80-100% letallıqla özünü göstәrir. Bundan başqa xәstәlik zamanı tәsәrrüfatın normal fәaliyyәti pozulur, çünki müәyyən mәhdudlaşma tәdbirlәrindәn istifadә edilir ki, bu da müәyyәn qәdәr iqtisadi zәrәrә sәbәb olur. • Törәdicisi. Qoyunların infeksion enterotoksemiyasının törәdicisi Cl.perfringens-in D vә S tipi, nadir hallarda isә A tipi, digər növ heyvanlarda isә A, B vә E tiplәri hesab olunur. Mәlumdur ki, Cl.perfringens-in 6 tipi, A, B, C, D, E vә F tiplәri mövcuddur ki, bunlar morfoloji, kultural vә kimyәvi xüsusiyyәtlәrinә görә eynidir, ancaq patogenlik xüsusiyyәtlərinә görә fәrqlәnir. Hәr bir tipin özünün spesifik toksini mövcuddur ki, bunların da hәr biri digər növ heyvanda xәstәlik törәdir. • Xəstəliyin törәdicisi hәrәkәtsiz iri, yoğun çöp şәklindә olmaqla uzunluğu 4-8 mkm, eni isә 1 -1,6 mkm-dir. Karbohidrat vә zülallarla zəngin qidalı mühitlәrdә kokkvarı vә sapvarı formaları da müşahidә edilir. Tәzә kulturalarda amil Qrammüsbәt, köhnәlәrdә isә mәnfidir. Orqanizmdә və qan serumu әlavә edilmiş mühitlәrdә amil kapsula, xarici mühitlә isə spor yaradır. Kit-Tarossi mühitini bərabәr dərәcәdә bulandırır vә qaz әmәlә gәtirir. Bәrk qidalı mühitlәrdә hamar, selikli vә nahamar kaloniyalar yaradır. Әvvәlcә koloniyalar şeh damlasını xatırladır, sonra isә öz şәffaflığını itirir, boz vә ağ rәng alır. • Cl.perfringens-in C tipinin toksinlәri alfa vә betta toksin, D tipi isә alfa vә epsilon toksin hasil edir. • Davamlılığı. Amil xarici mühitin vә kimyəvi dezinfeksiya maddəlәrinin tәsirinә davamlıdır. • Spor forma qaynamaya 15-20 dәqiqә davam gәtirir, torpaqda 16-20 ay, süddә 20 ay, dәri vә yunda isә 2 ilә qәdәr sağ qalır 10%-li natrium qәlәvisi, 5-10%-li formaldehid, 5%-li xlorlu әhәng vә 15%-li sulfat vә karbol turşusu qarışığı amili 10-15 dәqiqәyә mәhv edir.

  6. Epizootoloji xüsusiyyәtlәri. Tәbii halda xәstәliyә әn çox qoyunlar, nisbәtәn az dәrәcәdә isә qaramal, at, keçi, donuz, quş vә s. növ heyvanlar hәssaslıq göstәrir. Laboratoriya heyvanlarından hind donuzu, adadovşanı, göyәrçin vә ağ siçanlar hәssasdır. • Xәstәliyә bütün yaşda olan heyvanlar, xüsusilә 8-10 aylıqlar daha çox hәssaslıq göstәrir. Xәstәlik sürüdә әsasәn azhərәkәtli yüksәk köklük dәrәcәsinә malik olan heyvanları daha çox tutur. Müәyyәn olunmuşdur ki, Cl.perfringens-in C tipi әsasәn yaşlı qoyunlarda, D tipi isә bütün yaşda olan heyvanlarda, xüsusilә yazda quzularda, payızda isә qoyunlarda xәstәlik törәdir. • İnfeksion enterotoksemiyada mövsümülük mövcuddur. Belә ki, xәstәlik әn çox yazda, sonra isә payız vә qışda müşahidә olunur. Xəstəliyin baş vermәsindә meteoroloji amillәr mühüm rol oynayır. Yağışlı gündәrdә infeksion enterotoksemiya quraqlıq keçәn illәrә nisbәtәn daha çox müşahidә edilir. Ayrı-ayrı coğrafi zonalarda xәstәlik müxtәlif fәsillәrdә qeyd olunur. • Xәstәlik törәdicisinin mәnbәyi xәstә vә amilgәzdirәn heyvanlar olmaqla bunlar nәcis kütlәsi ilә әtraf mühiti çirklәndirilir. İnfeksiya törәdiçisinin keçirici amillәri kimi torpaq, otlaq sahәsi, su mәnbәyi vә s. mühümdür. • Yoluxma alimentar yolla baş verir. İnfeksion enterotoksemiyada stasionarlıq nәzәrә çarpır ki, bu da torpaq, otlaq sahәsi vә su mənbəyindә amilin olması ilә izah olunur. Xәstәliyin baş vermәsindә mәdә-bağırsaq sisteminin hәrәki vә sekretor fәaliyyәtinin pozulması mühümdür. Yemin tәrkibinin birdәn-birә tamamilә dəyişilmәsi, yeni göyәrmiş otun çoxlu miqdarda qәbulu, xüsusilә yağışdan sonra heyvanların otlaq sahәsindә otarılması xəstəliyin әmәlә gәlmәsi üçün zәmin yaradır. Bundan әlavә zülal vә mineral maddәlәr aclığı vә bağırsaq sistemindә helmintlәrin olması da xәstәliyin baş vermәsi üçün şәrait yaradır.

  7. Patogenez. Xəstəliyin törәdicisi yem vә su vasitәsilә mәdә-bağırsaq sisteminә düşdükdәn sonra hәmin sisteminin hәrәki vә sekresiya fәaliyyәtinin pozulması ilә әlaqәdar olaraq burada sürətlә çoxalır vә prototoksin hasil edir. Bağıpsaqda proteolitik fermentlәrin tәsirindәn prototoksin epsilon-toksinə çevrilir. Epsilon-toksin bağırsağın selikli qişasının epiteli hüceyrәlәrini hәmçinin qaraçiyәr, böyrək parenximasını vә mәrkәzi sinir sistemini zәdәlәir vә orqanizmin ümumi intoksikasiyasına sәbәb olur. Xәstəlik zamanı korbohidrat mübadilәsi tamamilә pozulur, böyrək, qaraciyər vә mәrkәzi sinir sisteminin fәaliyyәtindә dəyişikliklәr baş verir. • Müәyyәn olunmuşdur ki, infeksion enterotoksemiyanın baş vermәsindә şәrti patogen mikroorqanizmlәrin assosiyası da müәyyən rola malikdir. Belə ki, Cl.perfringens-in patokenliyinin yüksәlmәsindә Cl.sporogenes, E.coli vә onların metabolizmi mühüm әhәmiyyәtә malikdir. • Gedişi vә kliniki әlamәtlәri. Xəstəliyin inkubasiya dövru amilin virulentlik dәrәcәsindәn, orqanizmin mәdә-bağırsaq sisteminin vәziyyәtindәn vә orqanizmin ümumi davamlılığından asılıdır. Eksperimental yoluxdurma zamanı inkubasiya dövrü 2-6 saata bәrabәrdir. • Xәstәlik ildırımvarı, iti vә yarımiti gedişlә özünü göstərir. Amilin toksininin xüsusiyyәtindәn asılı olaraq xəstәliyin komatoz vә hemorroji forması ayırd edilir. • İldırımvarı gediş zamanı heyvanlar qәflәtәn vә 2-3 saata ölür. Belә gediş әsasәn körpәlәrdә vә kök heyvanlarda müşahidә edilir, heç bir kliniki әlamәtlәr görünmür. Bәzәn xəstә heyvanlarda ümumi ölgünlük, nәbzin zәiflәmәsi, hәrәkәt koordinasiyasının pozulması qeyd olunur. Heyvan yerә yıxılır ağız vә burundan serozlu vә ya serozlu-hemorroji selik ayrılır. Qanlı ishal, klonik vә tonik qıcolmalar, dişlәrini xırçıldatma vә tez-tez sidik ifrazı görünür. Görünәn selikli qişalarda hiperemiya nәzәrә çarpır.

  8. Xәstəliyin itigedişi zamanı temperaturun 41°C-yә qәdәr yüksəlmәsi qanlı-selikli ishal, sәndәlәmə hәrәkәtlәri vә ətrafların parezi görümür. Bәzәn sinir pozğunluğu əlamәtlәri müşahidә edilir ki, bu zaman heyvan yerə yıxılır, çırpınır və çox vaxt komatoz vәziyyәt alır. Әzәlәlәrin gәrilməsi nәticəsindә baş geri qatlanır. Ağızdan köpüklü maye ayrılır, görünən selikli qişalar anemiyalı olur. Sidikdә qan aşkar edilir. Xәstәlik 2-3 gün, bәzən isә 1 hәftəyә qədәr davam edir vә ölümlə nәticәlәnir. • Yarımiti gediş yaşlı qoyun vә quzularda müşahidə olunur. Belə gediş ya sәrbәst halda, yaxud da iti gedişin davamı kimi baş verir. Xәstәlәrdә ishal, suya hәrislik, nәcis kütləsindә selik vә qan müşahidә edilir. Görünәn selikli qişalar solğun-sarı rәngdә olur. Xəstəliyin belә gedişi 10-12 gün davam edir. Bәzәn boğaz heyvanlarda balasalma qeyd olunur. • Xəstәliyin xroniki gedişi arıq heyvanlarda getmәklә onlarda ümumi zәiflik, anemiya, sinir pozğunluğu әlamәtlәri müşahidә edilir. • Pataloji-anatomik dəyişikliklәr. Ölmüş heyvanlar yalnız diaqnostika mәqsәdilә yarıla bilәr. Cәsәd köpmüş olur və sürәtlә çürümә gedir. Gövdәnin tüksüz sahәlәrindә tünd-bәnövşәyi rәngdә lәkәlәr görünür. Ağız vә burundan köpüklü, qanlı maye ayrılır. Köks vә qarın başluğunda serozlu-hemorroji eksudat nәzәrә çarpır. Epikard vә endokardda qan sağıntıları vә miokardın boş konsistensiyalı olması görünür. • Böyrək parenximası formasız, yumşaq, konsistensiyalı halda nəzәrə çarpır. Böyrәyin yumşalması yaşlı qoyunlarda bәzən görünmür. Quzularda böyrək yumşalmasına daha çox tәsadüf edilir. Limfa düyünlәrin böyümәsi, hiperemiyalı vә nekroz ocaqları aşkar edilir. Cl.perfringens-in C tipinin törәtdiyi xәstәlikdә bir qayda olaraq böyrək yumşalması vә nazik bağırsağın hemorroji iltihabı D tipinin törәtdiyi xәstәlikdә isә böyrəkdә struktur pozğunluqları pulpasının sıyıqvarı olması müşahidә edilir.

  9. Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyәtlәri, kliniki әlamәtlәri vә pataloji-anatomik dəyişikliklәri nәzәrә alınır. Diaqnozun dәqiqlәşdirilmәsi üçün bakterioloji müayinə vә neytralizasiya reaksiyasından istifadә edilir. Bakterioloji müayinə üçün bağırsaq möhtәviyyatı ilә birlikdә, parenximatoz orqanlar, borulu sümüklәr laboratoriyaya göndәrilir. • Laboratoriyada pataloji materialdan hazırlanmış yaxmalar mikroskopiya edilir, amilin tәmiz kulturası alınır vә bioloji sınaqdan istifadә edilir. • Ayrılmış amilin növünü təyin etmәk üçün tip spesifik serumlara neytralizasiya reaksiyası qoyulur. Bundan әlavә toksinin təyin edilmәsi üçün bağırsaq möhtәviyyatı, qarın, perikardial vә plevra mayesindәn istifadә edilir. Toksini bağırsaq möhtәviyyatında təyin etmәk üçün möhtәviyyat iki özü qәdәr steril fizioloji mәhlul ilә qarışdırılır. 30 dәqiqә çalxalanır vә bakterial süzkәclәrdәn keçirilir. Alınmış steril filtirat 1 ml dozada adadovşanının venasına vә ya 0,005-0,2 ml dozada isә ağ siçanların quyruq venasına yeridilir. Filtiratda toksin mövcuddursa yoluxdurulmuş təcrübә heyvanları 3-5 dәqiqәyә mәrkәzi sinir sisteminin pozğunluğu әlamәtlәri ilә tәlәf olur. Toksini identifikasiya etmәk üçün tipospesifik antitoksin serumlar istifadә edilir. • Cl.perfringens-in D tipinin törәtdiyi infeksion enterotoksemiya zamanı sidikdә şәkәr aşkar edilir ki, bunun da diaqnostik әhәmiyyәti mövcuddur. • Tәfriqi diaqnoz. Xәstәlik bradzotdan, qarayaradan, pasterellyozdan, listeriozdan, nekrotik hepatitdәn, yem zәhәrlәnmәdәrindәn tәfriq edilmәlidir. • Bradzotda şirdan vә onikibarmaq bağırsağın selikli qişasında hemorroji iltihab görünür. • Qarayarada dalaq yumşalır. Pasterellyozda septisemiya, hemorroji diatez vә әn çox ağciyәrin prosesә tutulması görünür. Listeriozda bağırsaq möhtәviyyatı toksiki deyil. Nekrotik hepatit zamanı qaraciyərdә nekrotiki iltihab müşahidә edilir. • Yem zәhәrlәnmәlәrindә eyni vaxtda bir neçә növ heyvan xәstәlәnir vә infeksion xarakter nәzәrә çarpmır. • Bütün hallarda bakterioloji müayinənin nәticәsi әsas hesab edilir.

  10. Müalicə. Xәstәlik әksәrәn ildırımvarı vә iti formada getdiyinә görә müalicә aparmaq çәtindir. Xəstəliyin әvvәlindә bivalent antitoksik hiperimmun serumun simptomatik preparatlar vә antibiotiklәrlә birlikdә işlәdildikdә müalicə effektli olur. Antibiotiklәrdәn biomisin, terramisin vә sintomisin işlәdilir. Sintomisin quzularda 0,2 q, qoyunlarda isu 0,5-1.0 miqdarında ağızdan verilir. Biomisin hәr kq canlı kütlәyә 2,5-5 mq dozada 4-5 gün müddәtindә әzәlәarasına inyeksiya edilir. • İmmunitet. Xәstәlikdәn sağalmış heyvanlarda immunitet yaranır. Spesifik profilaktika mәqsәdilә qatılaşdırılmış polivalent hidrooksialümin vaksin işlədilir. Vaksin mәcburi peyvәnd zamanı 12-14 gün fasilә ilә profilaktik mәqsәdlә, 20-30 gün fasilә ilә 2 dәfә әzәlәarasına vurulur. İmmunitet 12-14 gündәn sonra yaranaraq 6 ay davam edir. • Cl.perfringens-in D tipinin törәtdiyi enterotoksemiyanın spesifik profilaktikası mәqsәdilә A.A.Volkova tәrәfindәn anatoksin-vaksin tәklif edilmişdir. Bu vaksin 12-28 gün fasilә ilә 2 dәfә dәrialtına vurulur. İmmunitet 2-ci inyeksiyadan 15-20 gün keçmiş yaranır vә 4-5 gün davam edir. Bundan әlavә L.V.Kirillov vә F.İ.Kaqan tәrәfindәn qoyunların klostridiozlarına qarşı polianatoksin hazırlanıb, geniş şәkildә istifadә edilir. • Qoyunların bradzot, infeksion enterotoksemiya vә qarayaraya qarşı, hәmçinin bradzot, infeksion enterotoksemiya vә çiçәyinә qarşı kompleks vaksinasiya üsulu tәklif edilmişdir (R.A.Qәdimov).

  11. Profilaktika vә mübarizә tәdbirlәri. Xəstəliyə görә qeyri-sağlam tәsәrrüfatlarda qoyunlar vaksinasiya edilmәlidir. Vaksinasiya dövründә axtalanma, quyruğun kәsilmәsi vә qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdә yara infeksiyalarına hәssaslıq yüksәlir. İmmunitetin gәrginliyinin aşağı düşmәsi üçün vaksinasiyadan 3 ay keçmiş revaksinasiya aparılmalıdır. Peyvәnd olunmuş heyvanlarda bәdәn temperaturunun yüksәlmәsi vә axsaqlıq müşahidә olunur ki, bu da bir peçә gündәn sonra yox oulr. Xəstəliyə görә qeyri-sağlam zonalarda otlaq sahәsinin yaxşılaşdırılması, baytarlıq-sanitariya tәdbirlәrinin sәviyyәsinin yüksәldilmәsi, keyfiyyətli yemlәnmә mühüm profilaktik tәdbirlәrdәn hesab olunmalıdır. Yaşıl otların cücәrmәsi dövründә vә yağmurlu havalarda otlaqlardan ehtiyatla istafadә olunmalı vә timpaniya bir neçә heyvanda müşahidә olunduqda heyvanlar hәmin zonadan başqa sahәyә aparılmalıdır. Axmaz sularda heyvanlar suvarılmamalıdır. Otlaq sahәsinin torpağında mineral yoxsulluğu mövcuddursa heyvanlara bunlar mütlәq yemlə verilmәlidir. • İnfeksion enterotoksemiya müşahidә olunduqda tәsәrrüfata bәzi mәhdudlaşmalar qoyulur. Xәstә və xəstəliyə şübhәli heyvanlar ayrılaraq spesifik hiperimmun serumun müalicә dozası ilә peyvәnd edilir, sonra yaranmış immunitet vaksinasiya ilә möhkәmlәnir. Sağlam heyvanlar otlaqdan bordaq şәraitinә keçirilir. Tәsәrrüfatdakı bütün heyvanlar vaksinasiya edilir. • Xәstәlikdәn ölmüş heyvanlar dәri ilә birlikdә yandırılır. Xәstә heyvanların sağılması vә südündәn istifadә qadağan edilir. Bundan әlavә xәstә heyvanların әt üçün kәsilmәsinә icazә verilmir. Peyin vә yem qalıqları yığılaraq yandırılmalıdır. Cari dezinfeksiya mәqsәdilә 3%-li xlorlu әhәnk, 5%-li formaldehid vә 5%-li natrium qәlәvisindәn istifadә odilir. • Mәhdudlaşmalar tәsәrrüfatdan axırıncı ölümdәn 20 kün keçmiş vә son dezinfeksiya aparıldıqdan sonra götürülür.

  12. BRADZOT (BRADSOT) • Bradzot itigedişli infeksion xәstәlik olub, şirdan vә onikibarmaq bağırsağın hemorroji iltihabı ilә sәciyyәlәnir. • Tarixi mәlumat. Avropanın şimal hissәsindәki ölkəlәrdә xәstәlik çoxdan mәlum olmasına baxmayaraq onu sәrbәst xәstәlik kimi 1875-ci ildә Krabbe göstәrmiş, xəstəliyin törədicisini isə 1888-ci ildә N.Nilsen aşkar etmiş vә onu Cl.septicum adlandırmışdır. Sonralar Hayqer xәstә heyvanlardan Cl.septicum ilә bәrabәr Cl.perfringens-də әldә etmişdir. • Hazırda xәstəlik qoyunçuluqla mәşğul olan Avropa ölkəlәrindә, Şimali vә Cәnubi Amerikada, Avstraliyada müşahidә edilir. • SSRİ-dә bradzot әksәr coğrafi zonalarda qoyunçuluq tәsərrüfatlarında görünür. • İqtisadi zәrәr. Müәyyәn olunmuşdur ki, bradzot zamanı sürünün 15-20%-i xәstәlәnir vә çox vaxt 100% ölüm baş verir. • Törәdicisi. Xəstəliyin törәdicilәri әsasәn Cl.septicum vә Cl.odematiens-in A tipidir. Bundan әlavә Cl.sordelli və Cl.odematiens-in B tipi dә xәstә heyvanlardan alınır. • Cl.septicum -hәrәkәtli, Qram üsulu ilә müsbәt boyanan, subterminal sporlara malik olan vә uzunluğu 4-5 mkm-dir. Xәstәlikdәn ölmüş heyvanların parenximatoz orqanlaından hazırlanmış yaxmada amil çox vaxt sap şәklindә görünür. Kitt-Tarossi mühitini bulandırır vә qaz əmәlә gәtirir. Qanlı aqarda hemoliz zonası, bәrk qidalı mühitlәrindә isә kәnarları nahamar yarımşәffaf koloniyalar yaradır. Maye qidalı mühitlәrdә ekzotosksin ifraz edir. • Cl.odematiens düz vә ya zәif dәrәcәdә әyilmiş, hәrdkәtdi. Qram usulu ilә müsbәt boyanan obliqat anaerobdur. Subterminal sporlanmaya malikdir. Kitt-Tarossi mühiti bulandırır vә zәif dәrәcәdә qaz әmәlә gәtirir. Bәrk qidalı mühitlәrdә anaerob şәraitindә iri yarımşәffaf bozumtul koloniyalar yaradır. Qanlı aqarda nahamar koloniyalar və bunların әtrafında hemoliz zonası müşahidә edilir. • Cl.odematiens -in dörd tipi müәyyәn olunmuşdur ki, bunlardan A tipi- Cl.novyi, B tipi Cl.gigans, C tipi Cl.bubolarum vә D tipi Cl.haemolyticum adlanır.

  13. Epizootoloji xüsusiyyәtlәri. Tәbii şәraitdә yaş vә cinsdәn asılı olmayaraq bradzotla yalnız qoyunlar xәstәlәnir. Xüsusilә 2 yaşa qәdәr heyvanlar daha çox hәssaslıq göstәrirlәr. Bradzot ilin bütün fәsillәrindә, xüsusilә yaz vә payızda daha çox müşahidә edilir. • Xəstəliyin baş vermәsindә yemin keyfiyyətinin birdәn-birә dəyişilmәsi, bir dәfәyә çoxlu miqdarda yeni göyәrmiş otun qәbulu, heyvanlarda helmintozlar vә mineral azlığı mühüm rol oynayır. • Xәstәlik törәdicisinin mənbəyi xәstә vә basildaşıyan heyvanlardır. Qoyun cәsәdlәri vә xәstәlik törәdicilәri ilә çirklәnmiş otlaq sahәsi, su, toplanmış yem mәhsulları infeksiya törәdicisinin yayıcısı kimi böyük әhәmiyyәt kәsb edir. Amillә çirklәnmiş çay vә köl kәnarı hәmçinin suvarılan sahәlәr daha qorxulu hesab olunur. • Bradzot hәr il otlaq sahәlәrindә, xüsusilә otların göyərmәsi, çiçәklәnmәsi yağışdan sonra heyvanların otarılması zamanı müşahidә edilir. Bәzәn heyvanların axmaz sulardan suvarılması vә donmuş yemlәrdәn istifadә edildikdә xәstəlik baş verir. Bradzot kök vә azhәrәkәtli qoyunlarda daha çox müşahidә edilir. Әsas yoluxma yolu alimentar yoldur. Xüsusilә amilin sporları ilә çirklәnmiş yem vә suyun qәbulu zamanı yoluxma baş verir. • Patogenez. Bradzotun patogenezindә orqanizmin ümumi rezistentliyinin aşağı duşmәsi, mәdә-bağırsaq sisteminin sekresiya vә hәrәki funksiyasının pozulması, birtәrәfli yemlәmә vә qaraciyərdә helmintlәrin olması mühüm rol oynayır. Çünki qeyd etdiyimiz bu amillәr orqanizmdә bradzotun törәdicisinin fәallaşması vә sürәtli inkişafına sәbәb olur. Şirdan vә onikibarmaq bağırsağın divarına keçәn amil sürәtlә çoxalır vә güclü toksin hasil edir. • Toksinin tәsirindәn orqanizmin intoksikasiyası baş verir. Xüsusilә toksin parenximatoz orqanlarda, mәrkәzi sinir sistemindә zәdәlәnmәlәr törәdir. Ölümdәn qabaq qanda xәstәliyin törәdicisi müşahidә edilir.

  14. Gedişi vә kliniki әlamәtlәri. Bradzot ildırımvarı vә iti gedir. • İldırımvarı gediş zamanı kliniki olaraq sağlam görünәn qoyunların qәflәtәn ölümü müşahidә edilir. • Ölümdәn әvvәl heyvanlarda bәzәn güclü sinif tutmaları, görünәn selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya vә ağızdan köpüklü maye axması müşahidә edilir. • Xəstəliyin itigedişi zamanı temperaturun 40,5-41°-yә qәdәr yüksəlmәsi, ümumi düşkünlük, nәbz vә tәnәffüsün tezlәşmәsi, ağız vә burundan köpüklü maye axması görünür. Bәzәn qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı, konyunktivanın hiperemiyası, dişlәrin xırçıldaması nәzәrә çarpır. Heyvanda hәrәkәt çәtinlәşir. Bәzәn sinir pozğunluğu әlamәtlәri, xüsusilә narahatlıq, oyanıqlıq, dairәvi vә tullanma hәrәkәtlәri müşahidә edilir. Heyvan yerә yıxılır, әtrafları ilә üzmә hərәkәtlәri edir. Nadir hallarda heyvanlarda periodik tutmalar vә kollaps baş verir. • Sonra oyanma tәdricәn ümumi zәiflikdә әvәz olunur. Qoyunlar ayaqları açılmış vә başı arxaya əyilmiş halda görünür. Ölüm adәtәn 8-14 saatdan sonra, bәzәn isә 3-5 gündәn sonra baş verir. • Pataloji-anatomik dəyişikliklәr. Bradzotdan ölmüş heyvan cәsәdindә 3-5 saatdan sonra güclü köpmә müşahidә edilir vә tez çürümә gedir. Tәbii dәliklәrdәn qanlı-köpüklü maye axır. Baş, boyun vә döş nahiyənin dәrialtı toxumasında serozlu hemorroji infiltratın hopması görünür. Yun asanlıqla yolunur. Görünәn selikli qişalar sianozlu olur. Periferik qan damarlarında qan laxtalanmamış görünür. Traxeya vә bronxların selikli qişası infiltrasiyalı vә qan sağıntıları olur. Mәdә önlüklәri yemlә dolu, şirdan isә boş görünür. Diaqrafma vә plevra üzәrindә qan sağıntıları nәzәrә çarpır. • Köks vә qarın boşluğunda qanlı maye görünür. Ağciyәr doluqanlı, ürәk әzəlәsi boş konsistensiyalı, epikard vә endokardda qan sağıntıları müşahidә edilir. Dalaq azca böyümüş, qaraciyərin üzәrindә nekroz sahәlәri aşkar edilir. Böyrәklәr boş konsistensiyalı şişkin vә hiperemiyalı olur. • Şirdanın selikli qişasında hemorroji iltihab görünür. Onikibarmaq bağırsağın selikli qişası şişkin vә hiperemiyalı halda müşahidә edilir. Yoğun bağırsaqda mühüm dəyişikliklәr nәzәrә çarpmır.

  15. Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyәtlәri, kliniki әlamәtlәri, pataloji-anatomik dəyişikliklәri nәzәrә çarpır vә dәqiq diaqnoz mәqsәdilә bakterioloji müayinədәn istifadә edilir. • Bakterioloji müayinə üçün laboratoriyaya yenicә ölmüş heyvan cәsәdi vә ya böyrək, dalaq, qaraciyər kәsiklәri, şirdan, onikibarmaq bağırsaq vә borulu sümük göndәrilir. Pataloji material ölümdәn 3-4 saat gec olmamaq şәrti ilә götürülmәlidir. Әks halda düzgün nәticә alınmır. Laboratoriyada patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, amilin tәmiz kulturasının alınması aparılır vә laboratoriya tәcrübә heyvanları üzәrindә bioloji sınaq qoyulur. Bu mәqsәdlә ağ siçan vә hind donuzlarından istifadә edilir. • Bradzotun törәdicilәrinin növünü təyin etmәk vә digər anaeroblardan tәfriq etmәk üçün NR istifadә edilir. • Tәfriqi diaqnoz. Bradzotu qarayaradan, infeksion anaerob enterotoksemiyadan, emfizematoz karbunkuldan, pasterellyozdan vә piroplazmozdan tәfriq etmәk lazımdır. • Qarayarada dalaq böyümәklә pulpası sıyıqvarı vә qәtran rәngindә olur. • İnfeksion anaerob enterotoksemiyada, qaraciyər vә şirdanda iltihab olmur, çox vaxt böyrək yumşalması görünür. • Emfizematoz karbunkulda xışıldayıçı şişlәr vә bakterioloji müayinənin nәticәsi әsasdır. Bundan әlavә salissinin fermentasiyasını Cl.septicum, saxapozanın fermentasiyasını isә Cl.chauvoeu törәdir. • Pasterellyoz üçün xarakterik hal septiki prosesin baş vermәsi vә ağciyәrin iltihabı ilә özünü göstәrir. • Piroplazmozda qanın müayinəsi zamanı eritrositlәrdә parazitlәr aşkar edilir. Bütün hallarda bakterioloji müayinənin nәticәsi әsas göturülür. • Müalicә. İldırımvarı forma zamanı müalicә nәticә vermir. • Xəstәliyin iti forması zamanı biomisin, terramisin vә sintomisin antibiotiklәrindәn ümumi qәbul edilmiş dozada istifadә edilir.

  16. İmmunitet. Xəstəliyə qarşı müxtәlif vaksinlәr hazırlanmışdır. Hal-hazırda bradzot, infeksion enterotoksemiya, qoyunların yaman şişi vә quzuların anaerob dizenteriyasına qarşı polivalent qatılaşdırılmış hidrooksoalümin vaksin işlәdilir (F.İ.Kaqan, A.İ.Kolesova). Vaksin mәcburi peyvәnd zamanı 12-14 günlük fasilә ilә, profilaktiki peyvənd zamanı isә 20-30 günlük fasilә ilә 2 dəfә әzәlәarasına vurulur. Bundan әlavә qoyunların klostridiozlarına qarşı L.F.Kirillov vә F.İ.Kaqan tәrәfindәn polianatoksin hazırlanmış vә geniş şәkildә istifadә edilir. • Qarayara, çiçәk vә anaerob infeksiyalara qarşı kompleks vaksinasiya üsulu tәklif olunmuşdur (R.A.Qәdimov). • Profilaktika vә mübarizә tәdbirlәri. Bradzotun profilaktikası mәqsәdilә otlaq vә su mәnbәlәrinin baytarlıq-sanitariya vәziyyәtinә nәzarәt olunmalıdır. Qoyunların yemlәnmә-saxlanma şәraiti yaxşılaşdırılmalı vә xəstəliyin baş vermәsinә sәbәb olan digər maneәlәr aradan götürülmәlidir. Xәstәlik sürüdә müşahidә olunduqda onların otlaq sahәsi dəyişdirilmәli vә tәcili vaksinasiya aparılmalıdır. Xəstəliyə görә qeyri-sağlam zonalarda tәlimat әsasında profilaktik vaksinasiya vә dehelmentizasiya aparılmalıdır. Heyvanların axmaz sulardan suvarılması vә şehli-qrovlu otlaq sahәsindә otarılmasına icazә verilmәmәlidir. • Profilaktik vaksinasiya yaz vә payızda heyvanların otlaq sahәsinә keçirilmәsinә 30-45 gün qalmış aparılmalıdır. • Xәstәlik baş verdikdə mәhdudlaşdırıcı tәdbirlәrdәn istifadә olunur. Tәsәrrüfata heyvan qәbulu vә kәnara çıxarılması qadağan olunur, digər heyvanlarda vaksinasiya aparılır vә kobud yemlәrlә yemlәndirilir. Xәstә heyvanların kәsilmәsi vә ölmüş heyvanların dәrisinin soyulmasına icazә verilmir. Cәsәd dәri ilә birlikdә yandırılmalıdır. Xəstә heyvanların yununun qırxılması vә südündәn istifadәyә icazә verilmir. Peyin yem qalıqları ilә birlikdә yığılaraq yandırılmalıdır. • Cari dezinfeksiya 3%-li xlorlu әhәng, 10%-li formaldehid, 5%-li natrium qәlәvisi mәhlulları ilә aparılır. • Mәhdudlaşmalar axırıncı ölümdәn 20 gün keçmiş vә son dezinfeksiyadan sonra tәsәrrüfatdan götürülür.

  17. QUZULARIN ANAEROB DİZENTERİYASI DYSENTERİA MONATORUM ANAEROBİCA • Anaerob dizenteriya yeni doğulmuş quzuların infeksion xəstəliyi olub hemorroji enterotoksemiya ilә sәciyyәlәnir. • Tarixi mәlumat. Xəstəliyi ilk dәfә 1885-ci ildə P.N.Kuleşov qanlı ishal kimi qeyd etmişdir. 1922-ci ildә Dellinq və Hayker xəsliyin törәdicisini ayırmış, onu Lamb.dysentary bacillus, xəstəliyi isә anaerob dizeiteriya adlandırmışlar. Xəstəliyi SSRİ-dә ilk dәfә 1936-cı ildә M.D.Polıkovski qeyd etmişdir. • İqtisadi zәrәr. Anaerob dizenteriya nәticәsindә tәsәrrüfatlara müәyyәn qәdәr iqtisadi zәrәr dәyir ki, bu da xәstәlikdә letallığın yüksәk olması vә bәzi profilaktik tәdbirlәrin yerinә yetirilmәsi sayәsindә baş verir. • Törәdicisi. Quzularda anaerob dizenteriyanı Cl.perfringens- in B tipi törәdir. Bu iri, hәrәkәtsiz vә Qramla müsbәt boyanan çöp şәklindә mikroorqanizmdir. Amil spor vә kapsula yaradır. Pataloji materialdan hazırlanmış yaxmada amil tәk-tәk vә bәzәn isә zәncir şәklində düzülmüş halda görünür. Amil yetişdirmәk üçün Kitt-Tarossi mühiti, qanlı aqar, Xottinker bulyonu, Vilson Bler mühitindәn istifadә edilir. Maye qidalı mühitlәrdә amil beta vә epsilon toksin hasil edir. Xəstəliyin törәdicisi Kitt-Tarossi mühitindә bulanma, çöküntü vә qaz әmәlә gәtirir. • Qanlı aqarda yuvarlaq yaşımtıl koloniyalar әmәlә gətirir ki, bunların da әtrafında hemoliz zonası nәzәrә çarpır. Vilson-Bler mühitindә qara rәngli koloniyalar әmәlә gətirir. • Davamlılığı. Amilin spor forması torpaqda bir neçә il,vegetativ forma isә 1 aya qәdәr sağ qalır. 10%-li natrium qəlәvisi, 5%-li xlorlu әhәnk mәhlulu 5%-li formaldehid vә 10%-li kükürd karbol turşusu qarışığı amili 15-30 dәqiqә ərzindә mәhv edir.

  18. Epizootoloji xüsusiyyәtlәri. Xəstəliyin baş vermәsindә orqanizmin ümumi rezistentliyinin sәviyyәsi mühümdür. Mәlumdur ki, Cl.perfringens- in tәbiәtdә geniş halda yayılmaqla bәrabәr, hәm dә heyvanların bağırsaq şöbәsindә olur. Ona görә dә körpә heyvanların amillә kontaktı hәmişә baş verir ki, bu da hәr vaxt xәstәlәnmә ilә nәticәlәnir. • Tәbii halda xəstəliyə әn çox 5 günlüyә qәdәr quzular hәssasdır. 5 günlükdәn yuxarı quzularda anaerob dizenteriya nadir hallarda baş verir. Xәstәlik döl kampaniyası zamanı müşahidә edilir. Quzulardan әlavә çoşkalarda, xәzdәrili heyvanlarda vә cücәlәrdә dә anaerob dizenteriya görünür. • Xәstәlik terәdicisinin mәnbәyi xәstә quzular vә yaşlı qoyunlardır. Yaşlı qoyunlar basildaşıyan olmaqla nәcis vasitәsilә amili xarici mühitә ifraz edir. Nәticәdә xarici mühit obyektlәri, xüsusilә torpaq, döşәnәk, qulluq әşyaları vә s. amillә çirklәnir ki, belә hal da xəstəliyin stasionarlığına səbәb olur. • Yoluxma әsasәn alimentar yolla baş verir. Yelinin xәstәlik törәdicisi ilә çirklәnmiş ana qoyunları quzular әmdikdә, onların yoluxması baş verir. • Tәsәrrüfatın sanitariya vәziyyәtinin aşağı sәviyyәdә olması, heyvanların yemlәnmәsinin pis tәşkil edilmәsi, xüsusilə boğaz qoyunlara qulluğun pis olması, yeni doğulmuş quzuların pis şәraitdә saxlanması anaerob dizenteriyanın yaranması üçün әsas şәrtdir. • Xәstәlik ümumi sürünün 15-30%-ni әhatә edir ki, bunların da 50-100%-i ölür. • Patogenez. Әmmә prosesi zamanı hәzm sisteminә düşmüş Cl.perfringens bağırsaqda sürәtlә çoxalır vә toksin hasil edir ki, bunun da tәsirindәn bağırsağın selikli qişasının iltihabı, nekrozu vә yaraları әmәlә gәlir. Bağırsağın divarından toksin, amilin metabilitlәri vә nekroza uğramış hüceyrә mәhsulları qana sorulur vә orqanizmin ümumi intoksikasiyasına sәbәb olur. Nәticәdә quzular tәlәf olur.

  19. Gedişi vә kliniki әlamәtlәri. Xəstəliyin inkubasiya dövrü çox qısa olmaqla saatlarla hesablanır vә bәzәn 2-3 günә qәdәr davam edir. Gedişinә görә iti vә yarımiti anaerob dizenteriya müşahidә edilir. • Xəstəliyin itigedişi zamanı yeni doğulmuş quzuların bir neçә saatdan sonra ölümü baş verir. Bu zaman mühüm kliniki əlamәtlәri görünür. Bәzәn qanlı ishal müşahidә edilir. • Yarımiti gediş zamanı quzularda ishal görünür. Nәcis kütlәsi әvvәlcә sarı vә yaşımtıl rәngdә olur, sonra müәyyәn qәdәr qatılaşır, tәrkibindә isә qan, selik, qaz qabarcıqları nәzәrә çarpır. Nәcis kütlәsi pis iyli olur vә quzuların arxa әtrafını çirklәndirir ki, belә quzular uzaqdan nәzәri diqqәti cәlb edir. Xәstә quzular ölgün olmaqla qıcıqlara hissiyatı azalmış olur. Göz alması çuxura düşür, taqәtsiz olur, çox vaxt yerdә uzanmış vәziyyәtdә müşahidә edilir. • Pataloji-anatomik dəyişikliklәri. Cәsәd arıq olmaqla gözün selikli qişası anemiyalıdır. Şirdan vә bağırsağın selikli hemorroji iltihabı, selikli qişanın qalınlaşması, nekroz ocaqları vә yaralar görünür. Qanın damardan bağırsağın mәnfәzinә keçmәsi ilә әlaqәdar olaraq nәcis çox vaxt şokolad rәngindә olur. Qarın vә köks boşluğunda az miqdarda şәffaf eksudat görünür. Qaraciyər böyümәklә konsistensiyası boş olur. Miokard boş konsistensiyalı olmaqla çoxlu miqdarda qan sağıntıları görünür. Böyrəklәrin konsistensiyası boşdur vә bәzәn qan sağıntılı olur. • Diaqnoz. Anaerob dizenteriyanın diaqnozu, onun epizootoloji xüsusiyyәtlәrinә, kliniki әlamәtlәrinә, pataloji-anatomik dəyişikliklәrinә vә bakterioloji müayinəyә әsasәn qoyulur. • Tәzә ölmüş heyvanın cәmdәyi vә bağırsağının bir hissәsi, ya da parenximatoz orqanları 30%-li qliserindә konservlәşdirilәrәk öyrənilmәk üçün laboratoriyaya göndәrilir. • Göndәrilmiş pataloji materialdan yaxma hazırlayıb Qram vә başqa üsullarla boyayıb müayinə edirlәr. Mikroskop altında yaxmada iri Qram müsbәt boyanan çöplәr görünürsә Cl.perfringens- dәn şübhәlәnmәk olar.

  20. Tәfriqi diaqnoz. Xəstəliyi kolibakterioz vә salmonellyozdan tәfriq etmәk lazımdır. • Kolibakterioz hәm yeni doğulmuş vә hәm dә nisbәtәn yaşlı (bir neçә hәftә vә ya aylıq) quzularda müşahidә edilir. Kolibakterioz zamanı bağırsağın selikli qaşasında yaralar olmur, hәmçinin bakterioloji müayinənin nәticәsi әsas sayılır. • Salmonellyozla hәm quzular vә hәm dә qoyunlar xәstәlәnir. Dalaq hәcmcә böyüyür vә yenә bakterioloji müayinənin nәticәsi әsas hesab edilir. • Müalicә. Xәstәlik itigedişli olduğu üçün müalicә çәtindir. Xəstəliyin әvvәlindәn müalicә aparılmışsa o vaxt müsbәt nәticә alınar. Müalicә mәqsәdilә anaerob dizenteriya əleyhinә serum vә antibiotiklәr işlәdilir. • Dizenteriya әleyhinә serum hәr baş quzuya 10-20 ml miqdarında dәrialtına vurulur. • Sintomisin gündә 2-3 dәfә hәr dәfә dә 0,1-0,2 qr 3 gün müddәtinә süd vә ya su ilә ağızdan verilir. Norsulfazol gündә 1-2 dәfә hәr kq canlı kütlәyә 0,04-0,06 qr yemlә verilir. Bundan әlavә simptomatik müalicә aparılmalıdır. • İmmunitet. Xәstәlikdәn sağalmış heyvanlarda yüksәk gәrginlikli immunitet yaranır. Ancaq doğulmuş quzularda ilk gündәn immupitet yaratmaq qeyri-mümkündür. Ana qoyunların peyvәndi üçün M.D.Polıkovski tәrәfindәn formolvaksin hazırlanmışdır. Doğuma 1 -1,5 ay qalmış boğaz heyvanlar peyvәnd edilir vә yaranmış immunitet ağız südü vasitәsilә balaya verilir. Sonradan F.İ.Kaqan vә A.İ.Kolesova tәrәfindәn qatılaşdırılmış polivalent hidrooksialümin vaksin hazırlanmışdır. Bundan әlavә L.V.Kirillov vә F.İ.Kaqan tәrәfindәn qoyunların klostridiozlarına qarşı (infeksion enterotoksemiya, bradzot, nekrotik hepatit, yaman şiş vә quzuların anaerob dizenteriyası) polianatoksin hazırlanıb istifadә olunur. M.D.Polıkovski vә A.A.Volkova xәstәliyin müalicә vә profilaktikası üçün spesifik serum hazırlamışlar. • Profilaktika pә mübarizә tәdbirlәri. Xəstəliyin profilaktikası üçün boğaz heyvanların tamkeyfiyyətli yemlәrlә yemlәndirilmәsi әsas şәrtdir. Boğaz heyvanlar vә yeni doğulmuş quzular zoogigiyeniki tәlәbata uyğun şәraitdә saxlanmalıdır. Tәsәrrüfatda baytarlıq sanitariya rejimi gözlәnilmәli, xüsusilә nәmli, soyuq vә ikitәrәfli hava cәrәyanı olmamalıdır. Qış vaxtı yeni doğulmuş quzuların anaları ilә birlikdә isti gündә saxlanması zәruridir.

More Related