1 / 36

Dr. Azər Meht i yev

K redit faizi dərəcələrinə təsir edən amillər üzrə dərinləşdirilmiş tədqiqat: Azərbaycan üzrə nəticələr. Dr. Azər Meht i yev. Bank kreditləri üzrə faiz dərəcələrinin formalaşmasına təsir göstərən amillər.

fraley
Download Presentation

Dr. Azər Meht i yev

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Kredit faizi dərəcələrinə təsir edən amillər üzrə dərinləşdirilmiş tədqiqat: Azərbaycan üzrə nəticələr Dr. Azər Mehtiyev

  2. Bank kreditləri üzrə faiz dərəcələrinin formalaşmasına təsir göstərən amillər • Makroiqtisadi amillər - bunlar bütövlükdə ölkə iqtisadiyyatının və bank sisteminin mövcud durumunu xarakterizə edən və bütün formalarda ssuda faizlərinin formalaşmasına təsir göstərən amillərdir • Xüsusiamillər- burayahər bir kommersiya bankının özünün faiz siyasətinin bünövrəsini təşkil edən amillər aiddir • İnstitusional amillər - ölkədəmövcudvəfəaliyyətdəolaniqtisadi, siyasivəsosialinstitutlar

  3. Makroiqtisadi amillər • Kredirresurslarınıntələbvətəklifiarasındanisbət; • MərkəziBankınpul-kreditsiyasəti; • İnflyasiyanınsəviyyəsivəinflyasiyagözləntiləri; • Kreditresursları (xidmətləri) bazarındarəqabət; • Qiymətlikağızlarbazarınıninkişafı; • Millivalyutanınmübadiləkursu; • Milliiqtisadiyyatınaçıqlığı; • Vergisistemivə s.

  4. Xüsusiamillər • Bankınkreditbazarındakımövqeyi; • Bankıngəlirliliyinintəminedilməsiüçündepozitlərvəkreditlərüzrəfaizdərəcələrinintənzimlənməsi; • Bank riskininminimumlaşdırılmasıməqsədiiləfazidərəcələrininidarəedilməsi; • Əməliyyatlarınxüsusiyyətlərivə s.

  5. İnstitusional amillər • Dəqiq müəyyən edilmiş və etibarlı qorunan mülkiyyət hüquqları; • Müqavilələrə əməl edilməsinin təmin edilməsi mexanizmləri (məsələn, məhkəmə sisteminin müstəqilliyi və s.); • Icra hakimiyyətinin cəmiyyətə hesabatlılığını təmin edən qayda və mexanizmlər və s.

  6. Bank krediti üzrə fazi dərəcəsi (İ) İ = r + e + RP + LP + MP Burada: • r – inflayasiyanın “0” səviyyəsihalında “risksizəməliyyatlar” üzrə real faizdərəcəsidir; • e – borcöhdəliyimüddətindəinflyasiyagözləntilərisəviyyəsinəbərabər (ekvivalent) komisyonfaizidir; • RP - borcunödənilməməsiriskiüzrəkomisyonfaizidir; • LP – likvidliyinitirilməsiriskiüzrəkomisyonfaizidir; • MP – borcöhdəliyininödənilməsimüddətinəzərəalınmaqlariskəgörəkomisyonfaizidir.

  7. Müddətindən asılı olaraq banklar tərəfindənverilən kreditlərin faiz dərəcələri

  8. Bank kreditləriüzrəortaillikortafaizdərəcələrinindəyişməsidinamikası Ölkə üzrə orta kredit faizi dərəcələrinin 15-17 faiz səviyyəsində qərarlaşması əsasən Dövlət büdcəsi və Mərkəzi Bankın resursları hesabına verilən aşağı faizli (3-8 faizədək) və güzəştli kreditlərin hesabına baş verir. Belə ki, bank sistminin bütün krediq qoyuluşlarının təqribən 25-28 faizini məhz həmin mənbələrdən olan kreditlər təşkil edir

  9. Ölkənin kredit sisteminin tərkibi

  10. Bəzi ölkələrdə bankların sayı

  11. Ümumi kredit qoyuluşu, mln. manatla Son 10 ildə ölkənin bank sisteminin iqtisadiyyat sahələrinə təqdim etdiyi kredit qoyuluşları sürətlə artıb – kredit qoyuluşlarının ümumi həcmi 2001-ci illə müqayisədə 2010-cu ildə 18.8 dəfə çox olub. Bu müddət ərzində ölkədə yaradılan ÜDM-in nominal həcmi 7.8 dəfə artıb. Başqa sözlə kredit qoyuluşunun artım tempi ÜDM-in nominal artım tempini 2 dəfədən çox qabaqlayıb.

  12. Kredit qoyuluşlarının artım tempi ilə ÜDM-in nominal artım tempi arasında əlaqə 2004 və 2008-ci illər istisna olmaqla, qalan illərdə ÜDM-in nominal artım tempi ilə kredit qoyuluşlarının məbləğinin artım tempi arasında müəyyən uyğunluq nəzərə çarpır. Dünya maliyyə böhranı Azərbaycanda da kredit qoyuluşlarının artım tempnin aşağı düşməsinə təsir göstərib.

  13. Müddətlər üzrə kredit qoyuluşunun dinamikası Ümumi kredit qoyuluşlarında uzunmüddətli kreditlərin xüsusi çəkisi daha yüksək templərlə artmaqdadır. 2001-ci ildə bütün kredit qoyuluşlarının yalnız 27.2 faizi uzunmüddətli kreditlər olubsa, 2010-cu ildə belə kreditlərin payı 72.0 faiz təşkil edib. Son 3 ildə (2008-2010) uzunmüddətli kreditlər 1.7 milyard manat artıb.

  14. Kredit qoyuluşlarının müddətlər üzrə valyuta tərkibi Kredit qoyuluşlarının müddətlər üzrə valyuta tərkibində son illər manatla uzunmüddətli kreditlər daha yüksək paya malikdir

  15. Kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu Kredit qoyuluşunun kredit təşkilatları üzrə strukturunda bir dövlət bankının hökmran mövqeyinin (45 faizlik paya ) qalmasına rəğmən özəl bankların payının getdikcə artmağa meylli olması, qeyri-bank kredit təşkilatlarının isə cüzi paya (2.1 faiz) malik olması diqqəti çəkir

  16. İqtisadiyyata yönəldilən kredit qoyuluşlarının sahə strukturu Bankların təqdim etdikləri kredit qoyuluşlarının 55 faizindən çoxu ev təsərrüfatlarına və ticarət sektoruna verilir

  17. Kredit qoyuluşlarının regional strukturu Bank sisteminin bütün kreditlərinin əksər hissəsi (89 faizinə qədəri) Bakı və Abşeron zonasında istifadə olunur

  18. MB-ninuçotdərəcələrivəkreditlərəgörəortaaylıqfazidərəcələrinindəyişməsiMB-ninuçotdərəcələrivəkreditlərəgörəortaaylıqfazidərəcələrinindəyişməsi Bank sisteminin bütün kredit resurslarında MB-nin mərkəzləşdirilmiş resursların payı 2009-cu ilədək cəmi 2.1 faiz olub. 2009-cu ildə MB-nin ehtiyatları hesabına dövlət bankı olan ABB-nin vasitəçiliyi ilə 2 iri dövlət şirkətinə güzətli şərtlərlə uzunmüddətli və irihəcmlə kreditin verilməsi ilə əlaqədar bu pay 15.2 faizə yüksəlib.

  19. İllik inflyasiyanınsəviyyəsi MB-nin tədqiqatları göstərir ki, son illər inflyasiyanın səviyyəsində qeyri-monetar amillərin (xüsusilə dövlət büdcəsi xərclərinin kəskin artmasının) rolu daha böyükdür. Belə yüksək inflyasiya ölkə iqtisadiyyatında inflyasiya gözləntilərinin də yüksək olaraq qalmasına səbəb olur.

  20. Banklarınkreditresurslarınınstrukturu 01.01.2011 tarixinə bank sistemininpassivlərininstrukturu Banklarınkreditresurslarınınəksərhissəsi – təqribən 39 faizidepozitlərvəəmanətlərhesabınaformalaşır

  21. Valyuta növünə üzrə depozitlərin məbləğinin dinamikası (milyon manat) Depozitlər üzrə orta faiz dərəcələrinin dəyişməsi

  22. Depozitlər və kreditlər üzrə orta faiz dərəcələri Milli valyutada Azərbaycanda manatla depozitlər və kreditlər üzrə orta faiz dərəcələri arasındakı fərq yaxşı beynəlxalq təcrübəyə uyğunlaşması baş verməkdədir Xarici valyutada

  23. Kredit və depozitlərin həcminin dinamikası, (milyon manat) Bankların kredit resurslarının təqribən 39 faizi onların cəlb etdikləri depozitlər və əmanətlər hesabına formalaşır. Buna görə də əmanət və depozitlərə görə ödənilən faizlərin yüksək olması (8-12 faiz intervalında) kreditə görə faiz dərəcələrinin yüksək olmasında başlıca amillərdən biridir.

  24. Banklararası kreditlər üzrə orta faiz dərəcələrinin dəyişməsi Banklararası kreditlərdə qısamüddətli borclar üstünlük təşkil edir. Uzunmüddətli (1 ildən yuxarı) banklararası kredit faizləri son 3-4 ildə 2-3 faiz düşsə də, hələlik 14-16 faiz səviyyəsində qalmaqla yüksək olduğunu söyləmək olar 1 ildən yuxarı kreditlər üzrə

  25. Dövlət büdcəsinin vəsaitləri 2006-2011-ci illər ərzində dövlət büdcəsindən • Sahibkarlığa Kömək Milli Fonduna 453.1 milyon, • “Aqrolizinq” üçün 317.6 milyon, • Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 40.0 milyon, • sosial ipotekaya 116.0 milyon manat vəsait ayrılıb. • Bu resurslar şox aşağı faizlə borcalanlara verilir. Bunların faiz dərəcələri çox aşağı (4-8 faizədək) olduğundan orta faiz dərəcələrinin səviyyəsinə azaldıcı təsir göstərir.

  26. Kapital adekvatlığı göstəricisi, 2004-2010-cu illər Kommersiya banklarının malik olduğu resurslarının (passivlərin) təqribən 15-16 faizini xüsusi kapital təşkil edir. Ölkənin bank sistemində kapital adekvatlığı səviyyəsi Mərkəzi Bankın müəyyənləşdirdiyi 12%-lik normadan yüksəkdir. Lakin tətbiq edilməyə başlandığı 2004-cü ildə capital adekvatlığı səviyyəsi 20.8 faiz olubsa, sonrakı illərdə bu göstəricinin azalması müşahidə edilib (2010-cu ildə - 16.9 faiz). Ölkənin bank sistemində vaxtı keçmiş kreditlərin payının artması tendensiyası müşahidə olunur: bütün kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin payı 2006-cı ildəki 3.3 faizdən 2010-cu ilin axırına 5.4 faizə yüksəlib

  27. Kreditbazarındarəqabət Bankların aktivlərinin həcminə görə sıralanması (renkinqi) (01.01.2011 tarixinə)(mln AZN)

  28. Kreditbazarındarəqabət • Ölkə iqtisadiyyatına yönəldilən bütün kredit qoyuluşlarının 41.6 faizi yalnız bir dövlət bankının – Azərbaycan Beynəlxalq Bankının payına düşür. ABB-dən başqa daha 5 bank ölkənin kredit bazarının 22 faizinə malikdir (2010); • Ölkənin bank sistemində səhmlərinin əksər hissələrinin bir şəxsin (fiziki və ya hüquqi) və ya eyni ailə üzvlərinin əlində cəmləşməsi, habelə bir neçə bankın eyni fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya nəzarətində olması halları geniş yayılıb; • Ölkədə fəaliyyət göstərən kommersiya banklarının böyük əksəriyyəti məhz konkret iri biznes dairələri və oliqarxlarla (istehsal-maliyyə-tikinti holdinqlərinə) birbaşa bağlıdır; • Belə bankların “öz çevrəsi”nə və başqalarına verdikləri kreditlərə görə faiz dərəcələri arasında ciddi fərq yaranır.

  29. Qiymətlikağızlarbazarınıninkişafı • Şirkətlərvəişadamlarıüçünborcvəsaitiəldəetməyinalternativvariantlarıyox dərəcəsindədir. • AzərbaycandadövlətqiymətlikağızlarbazarıəsasənMaliyyəNazirliyininqısamüddətliistiqrazlarından (təqribən 300 milyonmanatlıq) ibarətdir. Bundanbaşqa, MB-ninqısamüddətlinotları (təqribən 100-150 milyonmanatlıq) dadövriyyədədir. • Sığortabazarıhələkifayətqədərformalaşmadığındanonundakreditresurslarıbazarınacidditəsirimkanlarıyoxdur. • Dövlətmülkiyyətininözəlləşdirilməsiprosesindəsəhmdarcəmiyyətləriyaradılmasınarəğmənhələdəölkədəkorporativsəhmbazarınınyarandığınısöyləməkmümkündeyildir. • Ölkədəhabeləözəlpensiyafondları, investisiyafondları, tikinti-əmanəttəşkilatları, klirinqtəşkilatları, uçot (veksel) evlərivəbaşqabukimixariciölkələrdəgenişyayılmışmaliyyəvasitəçiliyiinstitutlarınınformalaşmamasıalternativborcvəsaitləribazarınınyaranmamasınımümkünsüzedir. • Bütünbunlarölkəninkreditbazarındakommersiyabanklarınıninhisarlığınıgücləndirir.

  30. Bankların gəlir və xərclərinin (faiz və qeyri-faiz) artım tempi, %-lə

  31. Bankların gəlir və xərclərinin strukturu Bankların ümumi gəlirlərində faiz gəlirlərinin payı 2003-cü ildəki 48 faizdən 2010-cu ildə 80 faizə qalxdığı halda, xərclərdə faiz xərclərinin payı eyni dövrdə 32 faizdən 55 faizə yüksəlib. Bank sektorunun qeyri-faiz xərclərinin payı 2003-cü ildəki 68 faizdən 2010-cu ildə 45 faiz səviyyəsinə düşsə də, belə xərclərinin səviyyəsi yüksək olaraq qalmaqdadır. Burada bankların inzibati xərclərinin, o cümlədən kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin yüksək payı diqqəti cəlb edir

  32. İnzibati xərclər Kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin yüksək olması verilən kreditlərin qaytarılması risklərinin azaldılması zərurətindən baş verir. Belə ki, borcalanın iqtisadi-hüquqi statusu, onun gəlirləri və maliyyə durumunun dayanıqlılığı, etibarlılığı, girov təminatı, zəmanət, müqavilələrə əməl edilməsi (borcun ödənilməsində ləngimələr və ya qaytarılmama hallarının mümkünlüyü) kimi amillər, ölkədə mülkiyyət hüquqlarının pozulması hallarının geniş yayılması, məhkəmələrin çıxardığı qərarların icrasında problemlərin olması, iş yerlərinin davamlı olmaması, biznesə qanunsuz müdaxilələrin geniş yayılması və sair kimi hallar risklərini artırmaqla kreditlərin rəsmiləşdirilməsi prosedurlarının mürəkkəbləşməsinə, xərclərin və risk premiyalarının yüksəlməsinə gətirib çıxarır

  33. Tövsiyələr • Ölkə iqtisadiyyatında yüksək inflyasiya gözləntilərinin aradan qalxmasına nail olmaq zəruridir. Bunun üçün illik inflyasiyanın səviyyəsi davamlı olaraq 4-5 faizlik səviyyəni ötməməlidir. Son illər ölkədəki inflyasiyanın monetar amillərdən deyil, əsasən hökumətin büdcə xərcləmələrindən qaynaqlandığı nəzərə alınarsa, inflyasiya gözləntilərinin aradan qaldırılmasında Mərkəzi Bank ilə yanaşı həm də böyük neft gəlirlərindən səmərəli istifadə sahəsində hökumətin məsuliyyəti artırılmalıdır. İllik inflyasiya səviyyəsinin aşağı düşməsi əmanətlər və depozitlər üzrə ödənilən faizlərin, bu isə öz növbəsində kredit faizi dərəcələrinin aşağı düşməsinə gətirib çıxara bilər; • Uçot siyasətinin kredit bazarına təsirinin artırılması üçün kommersiya banklarının kredit resurslarının formalaşmasında MB-nin mərkəzləşdirilmiş kredit resurslarının rolu artırılmalı, həm də bu resursları əldə etmək üçün bütün kommersiya banklarına bərabər şərtlər və rəqabətli əsaslar təmin edilməlidir; • Mərkəzi Bank bank sistemində kapital adekvatlığının səviyyəsi sahəsindəki siyasətini davam etdirməlidir;

  34. Tövsiyələr • Ölkənin bank sistemində və kredit bazarında rəqabət mühitinin təmin edilməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: • dövlət mülkiyyətində olan və kredit bazarında yüksək paya malik olan ABB-nin fəaliyyət şərtləri digər kommersiya bankları ilə eyniləşdirilməlidir; • kommersiya banklarının kredit bazarlarındakı inhisar fəaliyyətinin qarşısının alınması və aradan qaldırılması üçün real tədbirlər həyata keçirilməlidir; • ölkənin bank və maliyyə sisteminin (sığorta fondlarının və s.) iri biznes qurumlarının əlində cəmləşməsinin qarşısının alınmasını təmin etmək üçün qanunvericilikdə zəruri dəyişikliklər edilməli, bir fiziki və ya hüquqi şəxsin, yaxud eyni ailə üzvlərinin malik ola biləcəyi səhmlərin miqdarı ilə bağlı tələblər sərtləşdirilməlidir; • Kredit xidmətləri bazarında rəqabət mühitinin inkişafı həm də qeyri-bank kredit təşkilatlarının (kredit ittifaqları, bank olmayan kredit təşkilatları və s.) sayının artmasını zəruri edir. Bunun üçün onların qeydiyyatı, formalaşması və fəaliyyəti şərtləri sadələşdirilməlidir; • Dövlət vəsaiti hesabına müxtəlif istiqamətlərdə kommersiya banklarının təqdim etdikləri güzəştli kreditlərə münasibətdə cəmiyyət qarşısında şəffaflıq və hesabatlılıq tələbləri gücləndirilməlidir;

  35. Tövsiyələr • Kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin və risklərinin (uyğun olaraq, risk premiyalarının səviyyəsinin) aşağı salınması istiqamətində kompleks tədbirlərə ehtiyac var: • borcalanların kredit reyestrində ölkədə fəaliyyət göstərən bütün hüquqi şəxslər və fiziki şıxs-sahibkarlar, habelə vətəndaşlar barədə dolğun məlumat yerləşdirilməlidir; • ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işləri sadələşdirilməli, habelə daşınar və daşınmaz əmlakın vahid dövlət reyestrinin yaradılması işləri sürətləndirilməlidir – bu, milyardlarla manatlıq əmlakın iqtisadi dövriyyəyə daxil edilməsinə və bankların resus bazasının genişlənməsinə gətirib çıxara bilər; • ölkədə mülkiyyət hüquqlarının qorunmasına təminat sistemi gücləndirilməlidir; iv) biznesə qanunsuz müdaxilələrin qarşısı alınmalıdır və s. • Ölkədə korporativ qiymətli kağızlar bazarının, özəl pensiya, sığorta və investisiya fondları və başqa maliyyə vasitəçiliyi institutlarının formalaşmaması istiqamətində işlərin gücləndirilməsi də zəruridir.

  36. Diqqətinizə görə təşəkkür edirəm

More Related