1 / 15

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 1 5 - ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: БИТКИЛЯРИН ЧОХАЛМАСЫ, НЯСИЛЛЯРИН НЮВБЯЛЯШМЯСИ dos. B.M.ƏLİYEV GƏNCƏ. P L A N Гейри-ъинси чохалма Ъинси чохалма Нясиллярин нювбяляшмяси Веэетатив чохалма

dory
Download Presentation

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 15-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: БИТКИЛЯРИН ЧОХАЛМАСЫ, НЯСИЛЛЯРИН НЮВБЯЛЯШМЯСИ dos. B.M.ƏLİYEV GƏNCƏ

  2. P L A N • Гейри-ъинсичохалма • Ъинсичохалма • Нясилляриннювбяляшмяси • Веэетативчохалма • Кюкцмсовлачохалма • Соьанаглачохалма • Басдырмацсулуилячохалма • Кюкпющряляриилячохалма • Колун бюлцнмясийолуилячохалма • Быьъыгларваситясилячохалма • Гялямвастясилячохалма

  3. ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az

  4. QEYRI-CINSI ÇOXALMA Bitki alәmindә qeyri-cinsi çoxalma sporlar vә zoosporlar vasitәsi ilə gedir. Bunların һәr ikisiçoxalmaüçün"uyğunlaşmış tәkһüceyrәli mәdir.Sporlarvә zoosporlarbaşqaһüceyrә ilә birlәşmәdәn, yәnimayalanmadancücәrәrәk yenibitkiorqanizminә başlanğıc verir. Sporların vә zoosporların inkişafı ana bitki üzәrindә xüsusi sportörәdәn һüçeyrәlәrdә vә ya orqanlarda gedir. Spor törәnәn yerliklәr—s p o r a n g i, zoosporların törәdiyi yerliklәr isә zoosporangi adlanır. CINSIÇOXALMA VӘ YA ÇINSITÖRӘMӘ Cinsi çoxalmada yeni orğanizm fizioloji xassәsi ilә fәrqlәnәn (muxtәlif cinslilik nәzәrdә tutulur) һüçeyrәlәrin birlәşmәsindәn, yәni mayalanma nәticәsindә әmәlә gәlir. Cinsi çoxalmada, çoxalma әsil mәnada, baş vermir, çunki әksinә, iki һaploid һüceyrә birlәşib bir diploid һüceyrә әmәlә gәtirir ki, bu diploid һüceyrәdә yeni orqanizmә başlanğıc verir vә cinsitörәmә adlanır. Cinsi һüceyrәlәr q a m e t adlanır. Qametlәr iki cür olur: dişi qamet vә erkәk qamet. Mayalanma nәticәsindә iki qametin birlәşmәsindәn әmәlә gәlәn diploid һüceyrә z i q o t adlanır. Ziqot yunanca zygone, yәni birlәşmә sözündәn götürülmüşdür. Yuxarıda qeyd edilәn qamet müxtәlifliyindәn asılı olaraq bitki alәmindә üç müxtәlif mayalanma üsulu müәyyәn edilmişdir.

  5. 1. İzoqamiya, eyni irilikdә vә eyni sürәtlә һәrәkәt edәn qametlərin (izoqametlәrin) mayalanmasına deyilir. Bu mayalanma bir çox yosunda müşaһidә edilir. 2. Һeteroqamiya, müxtәlif irilikdә vә müxtәlif sürәtlә һәrәkәt edәn qametlәrin (һeteroqametlәrin) mayalanmasına deyilir. Tәkһüceyrәlilәrdәn yaşıl yosun xlomidomonadada һetereqamiya müәyyәn edilmişdir. 3. Ooqamiya — yumurta-һüceyrә ilә spermatozoidin mayalanmasına deyilir. Belә ki, yumurta-һüceyrә spermatozoidә nisbәtәn çox iri vә һәrәkәtsizdir. Onda külli miqdarda eһtiyat qida maddәsi vardır; spermatozoid çox xırda olmaqla aktiv һәrәkәt etmә qabiliyyәtinә malikdir. BITKILӘRDӘ NӘSILLӘRIN NÖVBӘLӘŞMӘSI VƏ BUNUN BIOLOJI MAҺIYYӘTI Toxumlu bitkilәrin ontogenezi, yәni fәrdi inkişafı, toxumdan başladığı kimi, sporla çoxalan bitkilәrin fәrdi inkişafı spordan başlayır, çox zaman sporların törәmәsi ilә dә tamamlanır. Һәr һalda bir һәyat tsiklindә sporla, yәni qeyri-cinsi çoxalma cinsi çoxalma ilә növbәlәşir, һәr bir çoxalmadan sonra davam edәn һәyat tsikli cinsi vә ya qeyri-cinsi nәsil adlanır.

  6. BITKILƏRIN ÇOXALMASI Çoxalma canlı orqanizmlərin əsas xassələrindən biridir. Çoxalma qabiliyyəti təkcə ali və mürəkkəb quruluşlu orqanizmlərə xas olan əlamət deyildir. İnkişafda hələ hüceyrə quruluşu səviyyəsinə çatmarmş viruslar belə özlərinə bənzər yeni canlıların törəməsini çoxalma yolu ilə əldə edərək nəsillərini artırırlar. Bitki aləminin müxtəlif qrupiarında müxtəlif çoxalma üsulları yayılmışdır. İbtidai bitkilərdən başlayaraq ali bitkilərə qədər bütün bitkilərdə, o cümlədən çiçəkli bitkilərdə müşahidə olunan müxtəlif çoxalma üsullannı üç qrupa ayırmaq mümkündür: vegetativ çoxalma, qeyri-cinsi çoxalma və cinsi çoxalma. VEGETATIV ÇOXALMA Vegetativ çoxalmada yeni orqanizm ana orqanizmin bir parçasından törəyır. Ali bitkilərdə və xüsusən çiçəkli bitkilərdə vegetativ çoxalmamn üsulları olduqca müxtəlifdir. Onlar insan tərəfındən mədəni şəraitdə genişləndirilmiş və əlverişli şəkildə mürəkkəbləşdirilmişdir. İstər yabanı, istərsə də mədəni şəraitdə çiçəkli bitkilər hər üç vegetativ orqanları (kök, gövdə və yarpaq) və onlarm metamorfoza uğramış formaları ilə çoxalır. Vegetativ çoxalmanın müşahidə edilən ən çox yayılmış üsulları aşağıdakılardan ibarətdir:

  7. 1. Kökümsov gövdə ilə çoxalma çoxillik kökümsov gövdəli otlarda müşahidə olunur və vegetativ çoxalma üsulları içərisində ən əlverişli və geniş yayılmış üsullardan biridir. 2. Yeraltı yumrular ilə çoxalma yumrular əmələ gətirən bitkilərdə müşahidə olunur. Bəzi bitkilərdə gövdə yumruları, bəzilərində isə kök yumruları əmələ gəlir. 3.Soğanaqla çoxalma bəzi çoxillik soğanaqlı bitkilərdə müşahidə edilir. Soğanaqlı bitkilərə daha çox zanbaqlarda və taxıllarda rast gəlmək olıır. Yabanı bitkilərdən soğanaqlı bitkilər ən çox səhralıqlarda, yanmsəhralarda və hündür dağ zirvələrində yayılmışdır. 4.Basılma üsülü ilə çoxalma əsasən mədəni şəraitdə tətbiq edilir. Bu üsulla çox tənəyi, ənciri, narı və başqa bitkiləri çoxaldırlar. 5. Kök pöhrələri ilə çoxalma bir çox bitkilərdə müşahidə edilir. Kök pöhrələri kökdən başlanğıc götürən əlavə tumurcuqlardan əmələ gəlir. Bu tumurcuqların inkişaf etməsi və böyüməsi nəticəsində kök üzərində ana bitki ilə bilavasitə bağlı olmayan yeni bitkicik əmələ gəlir. 6. Kolun bölünməsi ilo çoxalma. Bu qayda ilə bir çox kolları və otları çoxaltmaq olar. Kollardan moruq, böyürtkən, Rusiya alçası, nar kolu. otlardan-bənövşə, müxtəlif taxıllar, novruzgülü bu üsulla artınla bilər. 7. Bığcıqlar və tağlar vasitəsi ilə çoxaima. Sürünən gövdəli və yatan gövdəli bitkilərdən bir çoxu bığcıqları və tağları vasitəsi ilə də çoxalır. Çiyələyin, sürünən qaymaqçiçəyinin, sürünən üçyarpaq yoncanın sürünən budaqları hər buğumda əlavə köklər və yerüstü hissə əmələ gətirir. 8. Qələm (çilik) vasitəsi iləo çoxalma. Çoxaltma məqsədi ilə bitkinin vegetativ orqanından kök verməsi üçün götürülmüş parça qələm (çilik) adlanır. Bitkidə üç əsas vegetativ orqan olduğu üçün, qələmlər də üç cür olur: gövdə, kök və yarpaq qələmi.

  8. Gövdə qələmi iki cür olur: yaşıl qələm və qış qəiəmi. Çiçəklikdə, müxtəlif çiçək bitkilərini, o cümlədən otaq bitkilərini və həmişəyaşıl bitkiləri yaşıl qələmlə çoxaldırlar. Yaşıl qələmlər qabaqca nəm quma basdınlmalıdır. Adətən, nəm qum istişitilliklərdə və oranjereyalarda 8-10 sm dərinliyində xüsusi stelajlarda taxçalarda nəm saxlanır. Ağac bitkilərinin bir çoxu qış qələmləri ilə çoxaldılır. Qış qələmləri yarpaqlarını tökmüş 1-2 illik, bəzən 3-4 illik budaqlardan kəsilir. Qış qələmləri çilik adlanır. Bağçılıqda, xüsusən dekorativ bağçılıqda bir çox dekorativ ağac və kollar çiliklə çoxaldılır. Çiçəkçilikdə bəzən bitkilərin yarpaq qələmi ilə çoxaldırlar. Bəzi çiçək bitkiləri yarpaq qələmi ilə çox asan çoxaldılır. Qələmlərin kök əmələ gətirməsi uçun lazımi şərait. Bitkiləri qələmlərlə çoxaltdıqda qələmlərin kök əmələ gətirməsi üçün zəruri şəraitin yaranması təmin edilməlidir. Qələmlər ancaq yetkin, yaşlı bitkidən götürüldükdə arzu olunan nəticə əldə edilir. Qələmlər bitkinin hansı hissəsindən götürülürsə götürülsiin, onlarda qütbilik qanunu mövcuddur. Başqa sözlə qələmin yuxarı hissəsindən mütləq gövdə, aşağı hissəsindən isə kök inkişaf edir.

  9. BITKININ CALAQLA ÇOXALDILMASI VƏ ONUN ÜSULLARI Bitkilərin calaq vasitəsiiə çoxaldılması çox qədim tarixə malikdir. Calaq vasitəsi arzu olunan qiymətli bir bitkinin qələmləri müxtəlif anacların üzərinə köçürülməklə çoxaldılır. Bu üsulla, adətən, meyvə ağaclarını, dekorativ (bəzək) ağaclarını və meşəlikdə, meşə kulturasında müxtəlif ağacları çoxaldırlar. Müxtəlif ölkələrdə və müxtəlif dövrlərdə yayılmış calaq üsullarını iki qrupa bölmək olar: göz calağı və qələm calağı. Göz calağı tumurcuqla aparıian calağa deyilir. Göz calağı anacın gövdəsinin qabığı altına calanır. Gözləri calaq üçün seçilmiş bitkidən kəsib götürürlər. Adətən, gözlər birillik zoğlardan götürülür. Bu məqsədlə yarpaq qoltuğunda yaxşı inkişaf etmiş tumurcuq seçilir. Qələm calağı. Müxtəlif yaşda və yoğunluqda qələmlərlə aparılır. Istər calağın, istərsə də calaqaltının yaşından, vəziyyətindən asılı olaraq müxtəlif ölkələrdə calağın bir cox üsulları yayılmışdır. Calaqaltı cavan yaşlı (1-3 illik) olduqda calaq və calaqaltının yoğunluğu bir ölçüdə olmamalıdır. Calanma əməliyyatımn keçirilməsi üçün calaqaltı və calaq bu qayda ildə hazırlanır. Calaqaltı (anac) yuxarı tumurcuğu üzərindən, calaq isə aşağıda yerləşən tumurcuğu üzrə çəpinə hamar kəsilir. Çəpinə kəsilmiş səthlər üz-üzə birləşdirilir və üstdən sarıqla sarınır. Bu, sadə calaq, yaxud «kopulirovka» adlanır. Bitkilərin calaqla çoxalmalarının əhəmiyyəti olduqca mühüm və müxtəlifdir. Calaqla nadir bir sortu çox tezliklə çoxaldıb, yetkin bitkiyə caladıqda çox tez məhsul əldə etmək mümkündür. Bir çox hallarda bitkini qələmlə çoxalda bilmədikdə, calaqla çoxaldırlar. Ümumiyyətlə, meyvə bitkilərinin çoxu, xüsusən alma, armud, bəzi şaftalılar toxumla çoxaldıqda cırlaşır, peyvənd olunan sort itir. Ona görə qiymətli meyvə sortlan ancaq calaqetmə üsulu ilə yetişdirilir və coxaldıhr. Çox qiymətli üzüm sortları olan Avropa tənəkləri ancaq cır Amerika tənəyinə calanmaqla fılloksera kimi təhlükəli üzüm ziyanvericisindən xilas ola bilmişlər. Qeyd edilənlərdən məlum oldu ki, bitkilər üçün vegetativ çoxalmanın əhəmiyyəti böyükdür. Bu çoxalma üsulu təbiətdə bitkilərin sürətlə artmasma və yeni-yeni sahələri əhatə etməsinə ciddi xidmət edir.

More Related