1 / 50

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU. II Bölmə: Bitki xəstəlikləri. Mövzu 1 5 . Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə. Kənd təsərrüfatı elmləri doktoru,

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASIÜZRƏFİTOPATOLOGİYAKURSU

  2. IIBölmə: Bitki xəstəlikləri Mövzu 15. Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə • Kənd təsərrüfatı elmləri doktoru, • professor əvəzi İbrahim Cəfərov

  3. P L A N: 15.1 Sitrus bitkilərinin göbələk xəstəlikləri və onlar əleyhinə mübarizə tədbirləri 15.2 Sitrus bitkilərinin bakteriyalı xəstəlikləri və onlarla mübarizə 15.3Subtropik bitkilərin (nar) əsas xəstəlikləri və onlarla mübarizənin başlıca prinsipləri

  4. Ədəbiyyat 1.İbrahimCəfərov Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s. 2.İbrahimCəfərov Fitopatologiya. Bakı: «Şərq-Qərb», 2012, 561s. 3.КалюжныйЮ.В. Болезницитрусовых культур. Киев: 1985, 95 с. 4.Пересыпкин В.Ф. и др. Болезни сельскохозяйственных культур. Киев: «Урожай», 1991, т. 3, 6 с. 5. Ciancio, Aurelio, Mukerji, K.G. Integrated Management of Diseases Caused by Fungi, Phytoplasma and Bacteria, 2008, 450 p. 6.Timmer L.W., Garnsey S.M., Graham J.H. Compendium of Citrus Diseases // The American Phytopathological Society, 2000, 92 p. 7. Timmer L.W. and Larry W. Duncan Citrus Health Management. APS Press 1999, 197 p. 8. Mukerji, K.G Fruit and vegetable diseases, Springer, 2004, 562 p.

  5. Citrus deliciosa Citrus sinensis Cistuscreticus Citrus limon

  6. Citrus paradisi Accasellowiana Actinidiachinensis

  7. SİTRUS BİTKİLƏRİNİN XƏSTƏLİKLƏRİ • Malsekko - Phoma tracheiphila (Petri) Kant. et Gic. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Anamorfic fungi şöbəsi, Coelomycetessinfi, Sphaeropsidalessırası, Dematiaceaefəsiləsi, Phomacinsi Biolojiqrupu: Fakültətiv parazit

  8. Xəstəlik bitkinintəpə zoğlarında yarpaqların tək-tək tökülməsi və ya qismən saralması ilə xarakterizə olunur. Yapaqlarda əvvəlcə zəif soluxma əlamətləri görünür, sonra qıvrılma baş verir və tökülürlər. Saplaq bir neçə müddətə zoğun üzərində qalır. Gövdə və ya skelet budağı yüngülcə silkələyən zaman yarpaqların tökülməsi xəstəliyin xarakterik əlamətidir. Sirayətlənmiş zoğlar əvvəlcə yaşıl rəngini saxlayır, sonra tədricən uzun xətt kimi birtərəfli xlorozluq baş verir. Müəyyən müddətdən sonra zoğ təpə hissədən qurumağa başlayır, nəticədə iri qəhvəyi ləkələr görünür. Limonun xəstə toxmacarları tinglikdə təpədən quruyur və piqmentləşmə bəzən kök sisteminə daxil olur. Bitkilər əsasən peyvənd vurulan zaman yoluxurlar.

  9. Azərbaycanın sitrus bitkiləri becərilən rayonlarında rast gəlinir. İtaliya, Almaniya, Türkiyə, Fələstin, Livan • Külli miqdarda piknidlər 13-15°C temperaturda formalaşır, mitselin inkişafı, piknosporların cücərməsi üçün optimal temperatur 24-25°C hesab edilir, 30-32°C-də göbələyin böyüməsi dayanır, yoluxma üçün havanın nisbi rütubəti 69-95%, temperatura14-25°C olduqda baş verir, inkubasiya müddətinin uzunluğu 20-58 gün davam edir • Bordo mayesi ilə sitrus plantasiyalarının dərmanlanması aşağıdakı müddətlərdə aparılmalıdır: • I - vegetasiya başlayana qədər, (3%-li); II - birinci böyümə qurtardıqdan soma, (1%-li); III - ikinci vegetasiyanın sonunda, meyvələrin rənglənməsindən əwəl (1%-li); • IV məhsul toplanışından sonra və ya qışa ağacların örtülməsindən əvvəl (3%-li)

  10. Sitrusların fitoftorozu - Phytophthora citrophora (R. E. et E. N. Sm (Leonian), Phyt. citricola Saw. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi Biolojiqrupu: Obliqat parazit

  11. Xəstəliyə kök boğazı, kök, ştamb, zoğ, yarpaq, yumurtalıq (toxumluq) və meyvələrdə rast gəlinir. Yoluxma yerlərində qabıq sulu tünd ləkələrlə örtülür, yüngülcə qabarır, sonra çatlar baş verir. Həmin çatlardan sarıtəhər kitrə ayrılır, torpağa düşərək o, balıq və ya turş iyi verir. Təpə zoğlarında kiçik açıq-boz ləkələr əmələ gəlir, tezliklə böyüyür, açıq-qəhvəyi rəng alır. Ləkələrin böyüməsi əsasən uzununa istiqamətdə olur. Zoğların yoluxmuş qabıqlarında kiçik qatlar əmələ gəlir, sarıtəhər kitrə axır. Fitoftoroz təpə yarpaqlarda həlqəvi yağlıtəhər ləkələr formasında olur. Müəyyən müddət sonra ləkələr böyüyür və bütün yarpaq ayasını tutur.

  12. 25°C temperaturda zoosporangilər cücərir və böyümə hifi verir, göbələyin inkişafı və yeni yoluxmalar 5-32°C temperaturda mümkündür, göbələyin inkişafı üçün optimal temperatur 24-28°C hesab edilməlidir • Fitoftorozun zərəri bitkinin ayrı-ayrı orqanlarının məhv olması, ağacların ölçüsünün azalması, məhsuldarlığın aşağı düşməsi və meyvələrin keyfiyyətinin pisləşməsi ilə xarakterizə olunur • Başqa ölkə və rayonlardan daxil olan toxmacar, ting, çilik üzərində kəskin karantin nəzarəti saxlanılmalıdır, əkin materialı nəzərdən keçirilərkən oduncaqda tipik qırmızıtəhər-çəhrayı rəngin olması diqqətlə yoxlanılmalıdır, olduğu halda əkin materialı məhv edilməlidir, yoluxmuş sahələrdəki sitruslardan çilik materialı götürmək qadağan olunmalıdır

  13. Sitrusların antraknozu – Colletotrichum gloesporioides Penz., Gloesporiumlimetticola Clausen., Gloesporiumfoliicolum Nish. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Colletotrichum cinsi Biolojiqrupu: Fakültətiv parazit

  14. Limonun cavan уаrpaqları qaralır, soluxur və tökülürlər. Böyümənin sonunda solğun yaşıltəhər ləkələr tədricən açıq-qəhvəyiyə çevrilir, ölçüləri böyüyür, bəzən belə ləkələr yarpaq ayasının yarısını əhatə edir. Rütubətli havada yarpağın üst tərəfində konsentrik zona formasında qara nöqtələr əmələ gəlir. Bu göbələyin spor mərhələsindən ibarətdir. Müəyyən müddət keçdikdən sonra yoluxma yerində toxuma dağılır, yalnız damarlar qalır. Qönçələr tündləşir, soluxur və tökülürlər. Yaşıl meyvələrin meyvəayaqcığına bərkidiyi yerdə əvvəlcə açıq, soma qırmızı-tünd qəhvəyi, yüngülcə basıq ləkələr əmələ gəlirlər. Onlar böyüyür və çox vaxt bütün meyvəni tuturlar. Toxuma yumşalır, büzüşür və sporlardan ibarət qara nöqtələrlə əhatə olunurlar.

  15. 80-90% nisbi rütubətdə sporlar yaxşı cücərirlər, optimal temperatur 15-25°C hesab edilir, havanın gündəlik orta temperaturu 5-10°C olduqda yazda əmələ gəlir • Xəstəliklə yoluxma nəticəsində məhsuldarlıq kəskin aşağı düşür, istehsal olunan məhsulun əmtəəlik keyfiyyəti pisləşir • Xəstəliyə qarşı aşağıdakı müddətlərdə 1%-li bordo mayesi və ya onun əvəzedicilərindən biri ilə minimum 4-5 çiləmə aparılır: I - vegetasiya başlayana qədər, bitkilərin qurumuş hissələri kəsilir və budama aparılır; II - meyvələr uyuşduqdan sonra (çiçəkləmədən 10-20 gün sonra); III - ikincidən 20-30 gün sonra; IV - ikinci vegetasiyanın sonunda (meyvələrin rənglənməsindən əvvəl); V məhsul toplanışından sonra.

  16. Sitrusların dəmgili və уa ziyilliliyi- Ephaceloma citri (Butl.) Cif., Cladosporiumcitri Fawc, Srhaceloma australis Bitanc. et Yenk. Təsnifatdayeri: MycotavəyaFungialəmi, Anamorficfungişöbəsi, Coelomycetessinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Ephaceloma cinsi Biolojiqrupu: Fakultətivsaprotrof

  17. Dəmgil уаrpaq, yaşıl zoğ və meyvələrdə intensiv böyümə dövrü əmələ gəlir. Yazda cavan zoğlarda və hələ tam açılmamış уаrpaqlardа kiçik, az qabarıq, həlqəvi, tək-tək və уa qrup şəklində, bəzən qovuşan açıq-sarı ləkələr əmələ gəlir. Yarpaq və zoğların böyüməsi ilə əlaqədar ləkələr də irilənir, nazik sarı-çəhrayı və уa açıq-bənövşəyi rəngli ziyillər formalaşırlar. Yoluxmuş yumurtalıqda əvvəlcə kiçik nöqtələr və sonra meyvə iriləndikcə qabarıq qətməklər və ziyilciklər əmələ gəlir. Yetkin meyvələrin qabığı qətmək və ziyillidir, yaşıl qalırlar, sağlam hissə bu zaman normal yetkin meyvəyə uyğun rəng alır. Sphaceloma bitkilərin sirayətlənmiş orqanlarında stromalar əmələ gətirir. Onlar tək-tək və ya qovuşur, əksər hissəsi dairəvi epidermislə örtülür. Konididaşıyanlar silindrik, sıxduran, 1-3 hüceyrəli, rəngsiz, bəzən yüngülcə rənglidir.

  18. Havanın 100%-li nisbi rütubətində konidilər 9-33°C temperaturda (optimal 19-25°C) cücərirlər • Amerika, Yaponiya, • Gürcüstan • Xəstəlik məhsuldarlığı kəskin azaldır, meyvələrin əmtəəlik keyfiyyəti aşağı düşür, bəzən ağacların müəyyən orqanları məhv olur • Yazda ilk yağışlar düşən kimi 25-26°C temperaturda konidispor mərhələsinin formalaşması sürətlənir

  19. Sitrusların boz çürüməsi və ya botritioz - Botrytis cinerea Fr. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetessinfi, Hyphomycetalessırası, Dematiaceaefəsiləsi, Botrytis cinsi Biolojiqrupu: Fakültətiv parazit

  20. Yarpaq, zoğ, budaq, çiçək, toxumluq və meyvələr xəstəliklə sirayətlənirlər. Yarpaq yoluxan zaman əvvəlcə ayrı-ayrı açıq-qonur ləkələr əmələ gəlir, sonra böyüyərək, yarpaq ayasının əsas hissəsini əhatə edir. Yoluxmuş zoğlar qırmızı-qəhvəyi, qonur, tünd-boz rəngli olur və quruyurlar. Budaqlarda xəstəlik hommoz şəkilində əmələ gələrək, onların məhv olmasına səbəb olur. Çiçək və toxumluqlar çürümə görkəmi alır, boz örtüklə örtülür və tökülürlər. Meyvələrdə əvvəlcə açıq-qonur, sonra tünd-qonur ləkəli boz örtük əmələ gəlir. Patogen bitkiyə müxtəlif mənşəli zədə yerlərindən daxil olur. Bundan əvvəl isə məhv olmuş bitki qalıqlarında və ya güclü zəifləmiş toxumalarda inkişaf edir.

  21. Subtropik zonalarında xəstəlik mart-may aylarında çoxlu yağış və 18-20°C temperaturda daha fəal inkişaf edir, yayda xəstəliyin inkişafı zəifləyir, çox zaman tamamilə dayanır, payızda isə yenidən bərpa olunur • Xəstəliyin təsirindən yarpaqlar vaxtından əvvəl ölür, zoğ və budaqlara ciddi zərər vurulur, istehsal olunan məhsul kəmiyyət və keyfiyyət göstəriciləri pisləşir. Limonun toxumluqlarının çürüməsi 15-20% təşkil edir • Sitrusların yaşlı plantasiyalarında mis tərkibli preparatlardan istifadə etməklə, aşağıdakı müddətlərdə çiləmələr aparılmalıdır: • naringi və apelsində - martın əvvəli, çiçəkləmədən dərhal sonra və avqustun ikinci yarısında; limonda - vegetasiyanın başlanmasına qədər, ikinci vegetasiyanın sonu, məhsul toplanışından sonra

  22. Sitrusların hommozu - Whetzeliniasclerotiorum (Lib.) Korf and Dumort. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Ascomycotaaləmi, Euascomycetessinfi, Helotialessırası, Sclerotiniaceaefəsiləsi, Sclerotiniacinsi Digər törədiciləri: Macronhoma mantegazziana (Penz.) Berl. et Vogel., Sphaeropsis malorum Berk, Phytophthora citrophora (Sm.) Leon Biolojiqrupu: Fakültətiv parazit

  23. Hommoz və ya kitrə axını - tamamilə mürəkkəb bir xəstəlikdir. Bir çox tədqiqatçılar parazit və qeyri-parazit hommozu fərqləndirirlər. Qeyri-parazit hommozun əmələ gəlməsində tinglərin dərin basdırılması, torpaqda yüksək rütubət, azotlu gübrələrin normadan artıq verilməsi, qabığın günəş şüaları və şaxta nəticəsində yanması, mexaniki zədələnmələr və abiotik amillərin iştirakı nəzərdə tutulur. Sitruslarda kitrə axınının əlamətləri kök boğazında, ştambda, anac və cavan budaqlarda, az hallarda isə kök və meyvələrdə müşahidə edilir. Əvvəlcə qabıqda zəif şişlər əmələ gəlir, partlayır və ondan qızılı-sarı rəngli kitrə axır. Kitrə axan yerlərdə qabıq qəhvəyi rəng alır, dağılır və qatlara ayrılır. Oduncaq tündləşir, onun aparıcı borularının əksəriyyəti hummiyəoxşar maddələr ilə dolur.

  24. Bitkinin və ya onun ayrı-ayrı orqanlarının tez bir zamanda məhv olması, məhsulun aşağı düşməsi, keyfiyyətinin pisləşməsi ilə xarakterizə olunur • Toxmacarlar basdırılmazdan əvvəl 5 dəqiqə müddətində onların kökləri və kök boğazı 1%-li mis kuporosu məhsulunda saxlanılmalı və sonra suda yuyulmalıdır • Cavan ağacların gövdəsi və skelet budaqları vegetasiya dövrü 1%-li bordo mayesi və ya onun əvəzediciləri ilə çilənir

More Related