1 / 12

Mövzu 12. Elektrik maşınlarının təmiri

Mövzu 12. Elektrik maşınlarının təmiri. Plan 1.Asinxron mühərriklərinin sınağı 2.Asinxron mühərriklərinin təmirdən sonra sınağına olan tələblər 3.Dolağın müqavimətinin sabit cərəyanla ölçülməsi 4.Dolağın izolyasiya müqavimətinin ölçülməsi

braden
Download Presentation

Mövzu 12. Elektrik maşınlarının təmiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 12. Elektrik maşınlarının təmiri Plan 1.Asinxron mühərriklərinin sınağı 2.Asinxron mühərriklərinin təmirdən sonra sınağına olan tələblər 3.Dolağın müqavimətinin sabit cərəyanla ölçülməsi 4.Dolağın izolyasiya müqavimətinin ölçülməsi 5.Dolaqların maşının gövdəsinə nəzərən və dolaqların öz arasındakı elektrik möhkəmliyinin sınağı 6.Dolaqların sarğılararası izolyasiyasının elektrik möhkəmliyinin sınağı 7.Dolaq izolyasiyasının yüksək gərginlikdə sınağı 8.Yüksüz işləmə sınağı

  2. Asinxron mühərriklərinin sınağı Lazımi keyfiyyəti təmin etmək üçün bütün təmir olunan maşınlar müxtəlif sınaqdan keçirlər, hansılar üç qrupa bölünürlər: • təmirdən qabaq sınaqlar; • təmir prosesində sınaqlar; • təmirdən sonra aparılan sınaqlar.

  3. Elektrik maşınını təmirdən qabaq(yığılı halda) sınaqdan keçiriləndə (defektləşdiriləndə) aşağıda göstərilən əməliyyatlar yerinə yetrilir:1.Elektrik maşınının aşağıda göstərilən hissələri yoxlanılır və göstərilən nasazlıqlara fikir verilir: - əgər gevdə və podşipnik şitinin oturacaq yerlərində çat varsa onlar yararsız sayılır. Bu çatları o zaman qaynaq etmək olar ki, onların oturacaq yerləri deformasiyaya məruz qalmasın.- klemma şiti gevdəyə möhkəm bərkidilməlidir, klemmanın boltları yaxşı bərkidilib markalanmalıdır.

  4. C1 C2 C3 HL C4 C5 C6 MEQOMETR 220V ~ 2.Meqometr və ya kontrol lampa vasitəsilə dolağın bütövlüyü yoxlanılır.

  5. 3.Dolaqlar arası və gevdəyə görə izolyasiyanın müqaviməti yoxlanılır. Dolağın izolyasiyasının müqaviməti soyuq halda ölçülməlidir (ətraf mühitə görə ±30S). Dolaqların izolyasiyasının müqavimətinin buraxıla bilən qiyməti (MOm) aşağıdakı kimi müəyyən edilir:burada: U – elektrik mühərrikinin nominal gərginliyi, V; P – nominal güc, kVt.500 V-a kimi olan elektrik mühərriklərinin izolyasiyasının müqaviməti 0,5 MOm-dan az olmamalıdır.

  6. C1 C2 C3 MEQOMETR C4 C5 C6 MEQOMETR Ölçmələr aşağıdakı kimi aparılmalıdır: 4. Əgər mümkünsə mühərrik yüksüz qoşulur və onun podşipnikləri (səsi, qızması) və ventilyator yoxlanılır, fazaların cərəyanı ölçülür. Fazalar arasında asimmetriya (uyğunsuzluq) ±5%-dən çox olmamalıdır.

  7. Elektrik maşınını təmir prosesində(sökülmədən sonra) aparılan sınaqlarda (defektləşdiriləndə) aşağıda göstərilən əməliyyatlar yerinə yetrilir:1. Ayrı-ayrı qovşaq və hissələrin vəziyyəti yoxlanılır. Bərkidici hissələr dəyişdirilir, əgər onlar əyilibsə, rezbaları xarab olubsa və s. Podşipnik şitində nasazlıq varsa o dəyişdirilir. 2. Statorla rotorun ara məsafəsi yoxlanılır. Yoxlama şup vasitəsilə aparılır. Asinxron mühərriklər üçün statorla rotorun ara məsafəsinin nominal qiymətləri aşağıdakı cədvəldə verilib.

  8. 3.Val nəzərdən keçrilir (oturacaq yerlərin və çponkanın kanavkasının vəziyyəti, əyriliyin olub olmaması. 4.Ventilyatorun vəziyyəti və vala kip oturmağı yoxlanılır. 5. Statorun aktiv nüvəsinin polad vərəqələrinin vəziyyəti yoxlanılır. Polad vərəqələrdə yerdəyişmə, batıq, boşalma və s. olmamalidir.6. Qısa qapanmış rotor vala kip oturmalıdır, oxda və qısa qapayıcı kolsalarda çat və qırılma olmamalıdır.Asinxron mühərriklərinin qısa qapanmış rotorunda qırılmanı təyin etmək üçün mühərriki qısa qapanma rejiminə qoşub cərəyanların simmetriya metodundan istifadə edirlər. Elektrik müərrikinin rotorunu tormozlayıb onun statoruna nominal gərginlikdən 5...6 dəfə az gərginlik verirlər. Dolağın hər bir fazasına ampermetr qoşurlar. Stator və rotorun dolaqları saz olduqda rotorun hər bir vəziyyətində ampermetrlərin hamısının göstəriciləri eyni olur. Rotorun oxunda qırılma baş verəndə rotoru fırlayanda ölçü cihazlarının göstəriciləri bir birindən fərqli olur. Rotorun fırlanmasından asılı olmayaraq ölçü cihazlarının göstəriciləri bir birindən fərqli olmağı stator dolağının nasazlığını göstərir (dolaqlar arası qapanma, stator dolağında katuşkaların düzgün qoşulmaması və s.).

  9. Sökülmüş elektrik mühərrikinin qısa qapanmış rotorunda qırılma və stator və ya yakorda ( sabit cərəyan maşınlarında ) dolaqlar arası qapanmanı təyin etmək üçün elektromaqnitdən istifadə edirlər. Rotoru elektromaqnitə yerləşdirib əl ilə çevirirlər. Rotorun pazına qoyulmuş polad lovhəcik saz pazların üstündə vibrasiya edir, qırıq oxunüstündə isə vibrasiya etmir. Elektromaqnit köməyi ilə yakor dolaqlarında qapanmanın təyini.

  10. Stator dolağıda qapanmanı təyin etmək üçün elektromaqniti statorun oymasına yerləşdirib yerini dəyişdirirlər. Dolağın nasaz pazının üstünə düşəndə polad lövhəcik vibrasiya etməyə başlayır. Elektromaqnit köməyi ilə stator dolağında qapanmanın təyini: 1 – başmak; 2 – maqnit seli.

  11. 9. Stator dolaqlarının defektləri təyin olunur. Stator dolağının gevdəyə görə və fazalar arası qapanmasını kontrol lampa və ya meqommetrlə təyin edirlər.Elektromaqnit vasitəsilə dolaqlar arası qapanmanı təyin etmək olar. Polad lövhəcik nasaz olan katuşkanın üstündə çəkiləcək. Sarğılar arası qapanmanı ЕЛ və ПДО tipli aparatlar vasitəsilə də təyin etmək olar. Elektromaqnit vasitəsilə sarğılar arası qapanmanın təyini sxemi.

  12. Asinxron mühərriklərinin təmirdən sonra sınağınaolan tələblərAsinxron mühərriklərinintəmirdən sonra onun keyfiyyətinə nəzarət etmək və hər bir təmir əməliyyatının tam qayda üzrə aparıldığının müəyyən etmək üçün sınaqlar aparılır.Təmirdən sonra əsasən kontrol sınaqlar aparılır. Kontrol sınaqdan əvvəl elektrik mühərriki xarici baxışdan keçirilir, yüksüz işə buraxılır, səs və vibrasiya yoxlanılır.Mövcud tələblərə görə asinxron mühərrikləri təmirdən sonra aşağıdakı həcmdə sınaqdan keçirilir:---bütün dolaqlarda gövdəyə görə və öz aralarında izolyasiya müqaviməti yoxlanılır;---dolaqların elektrik müqaviməti ölçülür;---çıxış uclarının markalanması yoxlanılır;---yüksüz işləmə və qısa qapanma sınaqları aparılır;sarğılararası izolyasiya yoxlanılır;---izolyasiyanın elektrik möhkəmliyi yoxlanılır.

More Related