1 / 27

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI. Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR.

baakir
Download Presentation

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı

  2. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR P L A N: • Azərbaycan torpaqlarının strukturu və yayılma qanunauyğunluqları. • Şabalıdı torpaqlar. • Boz və boz – qonur torpaqlar. • Şoran və şorakət torpaqlar.

  3. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Azərbaycanın ərazisi təbii-coğrafi xüsusiyyətlərinə görə rəngarəngdir. Respublikanın ərazisində bütün iqlim və landşaft tiplərinə (tropik və savanna tipi müstəsna olmaqla) rast gəlinir. İqlim, bitki örtüyü və relyefin mürəkkəbliyi, ərazinin yaş fərqi və nəhayət insanın təsərrüfat fəaliyyəti öz əksini torpaq örtüyünün müxtəlifliyində tapmışdır. Respublikanın torpaq örtüyü çox zəngin olaraq şaquli zonallıq qanunauyğunluğuna münasib inkişaf edir. Azərbaycanın torpaq örtüyünün son (dəqiqləşdirilmiş) təsnifatı (M.İ.Salayev) və sistematikası (M.E.Salayev, M.P.Babayev, V.H.Həsənov, Q.Ş.Məmmədov) çoxillik torpaq tədqiqatı materiallarına əsasən təklif edilmişdir. Torpaq örtüyünün strukturu və tərkibi aşağıdakı kimi təqdim olunmuşdur (şəkil 1):

  4. 7,9 10,1 11,9 10,8 2,6 3,2 100% 1,3 21,1 31,1 AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR 1. Dağ-tundra və dağ-çəmən: 876,7 min/ha – 10,1% 2. Dağ-meşə qonur: 681,1 min/ha – 7,9% 3. Dağ-meşə qəhvəyi: 1025,8 min/ha – 11,9% 4. Dağ-qara torpaqlar: 221,2 min/ha – 2,% 5. Sarı torpaqlar: 117,0 min/ha – 1,3% 6. Şabalıdı torpaqlar: 1821,0 min/ha – 21,1% 7. Boz və boz-qonur: 2685,0 min/ha – 31,1% 8. Çəmən torpaqlar: 279,6 min/ha – 3,2% 9. Şoran, şorakət və s. torpaqlar: 934,1 min/ha – 10,8%

  5. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Respublikanın torpaq fondu 8641,5 min/ha təşkil edir. Bundan 4190,4 min/ha kənd təsərrüfatında, 1318,0 min/ha isə əkin altında istifadə olunur. Kənd təsərrüfatı altında istifadə olunan torpaqların 1207,2 min/ha intensiv suvarılır. 1. Dağ-tundra və dağ-çəmən torpaqlar.Bu torpaqlar Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonalarında yerləşir. Dağ-tundra torpaqları. Ərazinin daim qar ilə örtülü olan, dəniz səviyyəsindən 3000 metr yüksəkdə yerləşir. Bu zonada demək olar ki, torpaq yoxdur, qayalar və daş parçaları üzərindəki yosunlardan başqa heç bir bitki qrupu inkişaf etmir. Yer səthinin nisbətən hamar olan yerlərində narın aşınma məhsulları üzərində şimal qütbünə aid bir iqlim şəraitində ibtidai inkişaf etməmiş torpaqlar təsadüf olunur. Qar və buzlaqların hərəkəti nəticəsində buzlaq eroziyası inkişaf edir və moren yığınları yaranır.

  6. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Dağ-tundra torpaqları ilk dəfə S.A.Zaxarov (1925-1927) tərəfindən öyrənilmişdir. Burada torpaqlar ləkələr halında tala-tala xırda sahələrdə zəif inkişaf etmiş, ibtidai torpaqlar halında olur. Dağ-çəmən torpaqlar. Bu torpaqlar Böyük və Kiçik Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1800-3000 metr hündürlükdə yerləşir. Yay otlaqları və biçənəkdən ibarət olan bu zonanın bitki örtüyü, əsasən alp və yarımalp çəmənlərindən ibarətdir. Çəmən bitkiləri torpağın üst qatında qalın çim qatı yaradır ki, bunun böyük torpaqqoruyucu əhəmiyyəti vardır. Dağ-çəmən torpaqlar aşağıdakı yarımtiplərə bölünürlər: çimli-torflu dağ-çəmən, çimli dağ-çəmən və qaratorpağa bənzər dağ-çəmən.

  7. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR a) Torflu dağ-çəmən torpaqlar. Dağ-çəmən torpaqları zonasının yuxarı hissəsində daim rütubət və aşağı temperatur şəraitində inkişaf edən dağ-çəmən torpaqlarında çürüntü yarımparçalanmış halda (torf halında) xeyli miqdarda toplandığından bu torpaqlara torflu dağ-çəmən adı verilmişdir. Bu torpaqlar Bazardüzü və Babadağın şimal yamacında inkişaf etmişdir. Burada torfun qalınlığı 3-5 sm olub, tərkibində 16-28% humus var. Torpağın qalınlığı şimal yamaclarda 50-60 sm, cənub yamaclarda isə 15-20 sm olur. Humusun miqdarı, qalınlığı çox olan torpaqlarda 15-20%, yuxa (qalınlığı az olan) növlərində isə 6-7%-dən artıq olmur. Azotun ümumi miqdarı torf qatında 1,2-1,5%, aşağı qatlarda isə 0,50 – 1,20% olur. Bu torpaqların profilində karbonat olmur, bəzən 60-70 sm-dən aşağıda təsadüf edilir. Torpağın mexaniki tərkibi müxtəlif olub, fiziki gilin miqdarı 30-50%, hətta 70%-ə çatır.

  8. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Naxçıvan Muxtar Respublikası ərazisində dağ-çəmən torflu torpaqları Dərələyəz və Zəngəzur dağlarının ən yuxarı hissəsində (biçənək dağ aşırımı – Batabatda) kiçik sahələrlə, hazırda qurumaqda olan dağ gölləri yerində əmələ gəlmişdir. Respublikada bu torpaqlar yay otlaqları kimi istifadə olunur. b) Çimli dağ-çəmən torpaqlar. Bu torpaqlar dağ-çəmən zonasının orta hissəsində, təxminən 1600-2400 metr hündürlükdə yayılmışdır. Bitki örtüyü müxtəlif olmaqla yüksək dağ çəmənləri, dağ bozqırları və bəzən də dağ kolluqlarında ibarətdir. Dağ-çəmən çimli torpaqların tipik və geniş sahələri Böyük Qafqazın şimal və şimal-şərq yamaclarında yayılmışdır. Bu torpaqların rəngi qaramtul-qəhvəyivari, strukturası dənəvər tozvarı olur. Üst qatlar karbonatsızdır.

  9. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Böyük Qafqazın subalp zonasının şimal yamaclarında humuslu qatın qalınlığı 50-70 sm, hətta 80-90 sm çatır. Humusun miqdarı 12-16% və daha çox olur. Cənub və cənub yamaclarda torpağın qalınlığı azdır. A qatı 10-15 sm-dən artıq olmur. Bu torpaqların nisbətən qalın növləri (A qatı 15-20 sm, B qatı 20-30 sm) əkin üçün şumlanıb istifadə edilir. Həmin torpaqların şum qatında humusun miqdarı 3 - 4%, şumaltı qatda isə 1,0 – 1,5% olur. Böyük Qafqazın şərq və şimal-şərq hissələrində çimli dağ-çəmən torpaqların açıq rəngli növləri yayılaraq tərkibində humusun miqdarı 2 – 2,5%, karbonatlar isə 10 – 12%-ə çatır. Mexaniki tərkib müxtəlif olub, fiziki gilin miqdarı 40 – 80% arasında dəyişir. Dağ-çəmən torpaqları zonasında qismən əkinçiliklə də məşğul olunur. Kiçik Qafqaz dağları rayonlarında kartof əkini yaxşı məhsul verir. Dənli bitkilərdən yazlıq buğda əkilir.

  10. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR 2. Dağ-meşə torpaqları. Bu torpaqlar əsasən dəniz səviyyəsindən 600 – 1800 metr hündürlükdəki sahələri tutur. Azərbaycanın dağ-meşə torpaqları ilk dəfə S.A.Zaxarov, sonralar isə H.Ə.Əliyev, M.Ə.Salayev, Ə.Q.Zeynalov, M.İ.Cəfərov, Q.Ş.Məmmədov və başqaları tərəfindən öyrənilmişdir. Meşə qurşağında torpaqəmələgəlmə prosesi yüksək rütubət şəraitində gedir. Torpaqəmələgətirən amillər sırasında yer səthinin quruluşunun böyük əhəmiyyəti vardır. Belə ki, meşə qurşağının orta və aşağı hissələrində şimal və qərb yamacları meşə bitkiləri ilə örtülmüş olduğu halda, cənub və şərq yamacları bu bitkilərdən məhrumdur. Ona görə də, şimal və qərb yamaclarında torpağın üstünü yağmur suları demək olar ki, heç yumur və qalın dağ-meşə torpaqların əmələ gəlməsi üçün əlverişli şərait yaranır.

  11. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Dağ-meşə zonasında yayılan əsas torpaq tipləri aşağıdakılardır: 1)Dağ-meşə qonur torpaqlar; 2)Dağ-meşə qəhvəyi torpaqlar; 3)Dağ-qara torpaqlar; 4)Dağ-sarı torpaqlar. 1)Dağ-meşə qonur torpaqlar. Bu torpaqlar Böyük və Kiçik Qafqaz dağlarının 900 – 1200 metr hündürlüyündə yerləşərək 681,1 min/ha sahəni əhatə edir. Ümumi bitki örtüyü – enliyarpaq meşəliklərdən, palıd, fıstıq, yemişan və başqa kol bitkilərindən ibarətdir. Meşələrin arasında tala-tala kənd təsərrüfatı bitkiləri becərilən şumlanmış sahələr də vardır. İllik yağmurların miqdarı 500 – 1000 mm, orta illik temperatur isə 8 – 100C arasında dəyişilməsi müxtəlif torpaqların əmələ gəlməsinə səbəb olur.

  12. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Dağ-meşə qonur torpaqlar iki yarımtipə bölünürlər: 1)dağ-meşə açıq qonur; 2)dağ-meşə tünd qonur torpaqlar. Dağ-meşə aşıq qonur torpaqlar meşə zonasının yuxarı hissəsində fıstıq meşəlikləri altında əmələ gələrək dağ-çəmən torpaqları ilə həmsərhəddir. İqlimin nisbətən soyuq və rütubətli keçməsi ilə əlaqədar bu torpaqların profilinin üst qatında karbonatlar yuyulur, mühiti turş olur və podzollaşma prosesi gedir. Torpağın genetik qatları bir-birindən aydın seçilir. Üstdə 2 – 3 sm A1 – meşə döşənəyi qatı, sonra 10 – 15 sm A qatı, 15 – 20 sm podzollaşmış allüvial B qatı və müxtəlif gilləşmiş süxurlardan ibarət C qatı yerləşir. Mexaniki tərkib ağır gillicəli və gilli olur. Humusun miqdarı 5 – 10% olub, B qatında kəskin azalır, 70 – 80 sm dərinlikdə 1%-ə qədərdir. Torpaqəmələgəlmə prosesində bir yarım oksidlərin A qatından yuyulub B qatında toplanması torpaqəmələgətirən süxurda SiO2 – nin miqdarının B qatına nisbətən az olması ilə fərqlənir.

  13. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Dağ-meşə tünd qonur torpaqlardəniz səviyyəsindən 900 – 1200 metr hündürlükdə yerləşmişdir. Buranın bitki örtüyünü seyrək palıd meşəlikləri, kolluqlar və ot bitkiləri təşkil edir. Açıq-qonur torpaqlar zonasına nisbətən burada havalar bir qədər isti, yağmurlar isə az olur. Torpağın genetik qatlarının keçidi tədricidir, A qatının qalınlığı 10 – 20 sm, cənub yamaclarda 7 – 10 sm, rəngi qəhvəyi və ya küləşi-qəhvəyi, A qatının strukturası tozlu xırda dənəvər, B qatında qozvari olub, karbonatlardan yuyulmuşdur. Torpağın mexaniki tərkibi ağır gillicəli və gilli, lil hissəciklərinin miqdarı 48 – 52%-ə çatır. Bir yarım oksidlər A qatından yuyulub B qatına toplanıb. Udulmuş əsasların miqdarı 28 – 40 mq. ekvivalentdir (100 q torpaqda). Humusun miqdarı A qatında 10 – 17%, B qatında isə kəskin azalaraq 1 – 2% təşkil edir. Bu torpaqlarda da podzollaşma prosesi gedir.

  14. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Qəhvəyi-meşə torpaqları.Bu torpaqlar Böyük və Kiçik Qafqazın meşə zonasının aşağı hissəsində, Naxçıvanın dağlıq hissəsində və Lənkəranda dəniz səviyyəsindən 600 – 1200 metr hündürlükdə yerləşərək, sahəsi 1025,8 min/ha, respublika ərazisinin 11,86%-ni təşkil edir. Bu torpaqlar nisbətən quraq iqlim şəraitində qarışıq vələs, palıd meşəsi altında əmələ gəlmiş və qonur meşə torpaqlarının aşağı hissəsində böyük bir zolaq təşkil edir. Qəhvəyi dağ-meşə torpaqlarında çox zaman karbonatlı illüvial qat müşahidə edilir ki, bununla da onlar qonur meşə torpaqlarından seçilir. Dağ-meşə qəhvəyi torpaqları vələs – palıd və palıd meşəlikləri altında inkişaf etmiş, Lənkəran, Şamaxı, Quba, Qusar, Qonaqkənd rayonlarında geniş yayılmışdır.

  15. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Torpaq qatının qalınlığı müxtəlif olub, 1,5 – 2 metrə çatır. Humus qatının rəngi tünd qəhvəyi, qalınlığı isə 35 – 50 sm olur. B qatının qalınlığı 20 – 25 sm, rəngi qəhvəyidir. Bu qat karbonatsızdır. C qatı isə karbonatlıdır. Humusun ümumi miqdarı 5 – 10% olur, aşağı qatlara doğru getdikcə tədricən azalır, torpaq məhlulunun reaksiyası əksər hallarda neytraldır. Torpağın mexaniki tərkibi gilli və gillicəlidir, cənub - şərq yamaclarda skeletli növlərinə təsadüf edilir. Udulmuş kationların cəmi 21 – 45 mq/ekv (100 qr torpaqda) olur və kalsium kationu üstünlük təşkil edir.

  16. BOZ VƏ BOZ – QONUR TORPAQLAR • Boz torpaqlar quru subtropik dağətəyi bozqır səhra zonasında dəniz səviyyəsindən 150m-dən qurşaqda yayılmışdır. • Bu ərazinin təbii şəraiti: yağıntının az miqdarda olması, yayın uzun qızmar və yağışsız keçməsi, səthindən orta hesabla ildə 1000-1350mm-ə qədər güclü buxarlanma baş verməsi ilə xarakterizə edilir. • Boz torpaqlar Azərbaycanın torpaq ehtiyatının 705,200 ha və ya 8,16% təşkil edir (1981-ci il). • Boz torpaqlar tipi Naxçıvan MR, Mil düzündə, Cənubi Muğanda, cənub-şərqi Şirvan və Xəzər dənizi düzənliyində böyük əraziyə malikdirlər.

  17. BOZ VƏ BOZ – QONUR TORPAQLAR

  18. BOZ VƏ BOZ – QONUR TORPAQLAR Boz torpaqların morfoloji xüsusiyyətlərinin fərqlənən cəhəti onun genetik profilinin çox eyni rəng olmasıdır. Boz torpaqlar aşağıdakı səciyyəvi əlamətləri ilə fərqlənir: 1.Genetik qatların çox zəif fərqlənməsi 2.Humusun miqdarının az olması (tünd boz torpaqlardan başqa) 3.Makro strukturunun zəif seçilməsi 4.Profil üzrə karbonatlığın kəskin nəzərə çarpması 5.Qələvi reaksiyalı olması 6.Torpaq fəaliyyətinin kəskin hiss edilməsi. Boz torpaqlarda humus qatı 2 hissədən ibarət olur: A – humus qatı, AB1 – keçid qatı, bundan sonra, Bk – illüvial karbonat qatı yerləşir.

  19. BOZ VƏ BOZ – QONUR TORPAQLAR Boz torpaqlar zonasında torpaq əmələ gəlmə prosesi xüsusi hidrotermik şəraitdə gedir, yəni mülayim iqlim şəraitində qışda torpaq donmur, ilk yazdan başlayaraq torpaq profilində istilik yüksəlir və yaylarında torpağın üst qatlarında 30 dərəcəyə qədər artır. Belə şəraitdə torpaq profilində kimyəvi, fiziki, bioloji və biokimyəvi proseslər intensiv gedir. Xam və dəmyə şəraitdə boz torpaqların su rejimi yuyucu olmur, lakin qış və yaz aylarında baş verən çöküntünün təsirindən torpaq profili 1-1,5 m dərinlikdə nəmlənir. Bu da torpağın su tutumunun 20-21%-ə qədər artmasına səbəb olur, lakin may ayından başlayaraq oktyabr ayına qədər torpağın 1m qatı fasiləsiz quruyur. Torpaq profilin maksimum quruması iyul-avqust aylarında təsadüf edilir. Bu zaman genetik qatlar öz rütubətliyini maksimum hiqroskopik həddə qədər itir. O da torpaqda gedən bioloji proseslərin intensivliyinin zəifləməsinə səbəb olur.

  20. BOZ VƏ BOZ – QONUR TORPAQLAR • Belə hidrotermik rejim şəraitində boz torpaqlarda 2 intensiv proses gedir: • 1.Yazın isti və nisbətən rütubətli şəraitində bioloji proseslərin intensivliyi yüksəlir. • 2.Uzun müddət davam edən isti və quraq yay fəslində isə bioloji proseslər tam dayanmaqla, torpaq profili maksimum qızır. Belə şəraitdə bitki örtüyünün 75%-i torpaqda minerallaşır, hər hektarda 60-100t üzvi kütlə toplanır, bunun da 80-90% kök sisteminin payına düşür. • Bitkilərin kök sistemi azotla zəngin olduğu üçün (1,7%) torpağın azot rejiminə müsbət təsir göstərir.

  21. BOZ VƏ BOZ – QONUR TORPAQLAR • Azərbaycanda boz torpaqlar təmiz halda çox məhdud yayılmışdır – Qobustan düzənliyində. • Kür-Araz ovalığında boz-çəmən və çəmən-boz torpaqlar geniş yayılmışdır. • Qədimdən suvarılan boz-çəmən torpaqlar bütün allüvial, prolüvial düzənliyi əhatə edir. Torpağın rütubətlənməsində suvarma suları mühüm rol oynayır, lakin torpaqların aşağı qatlarına qrunt sularının da təsiri vardır. Bu torpaqlarda 35-66 sm qatında mədəniləşmiş qata, təbəqəvari dənəvər struktura malik olub yüksək dərəcədə münbitliyi ilə səciyyələnir. Torpaq profilinin morfoloji quruluşunda şorlaşma və qleyləşmə əlamətləri aydın görünür. • Mexaniki və mineraloji tərkibinə görə boz torpaqlar şəraitində üstünlük təşkil edən yüngül və orta gillicəli, tünd boz torpaqlar içərisində isə ağır gillicəli torpaqlar.

  22. BOZ VƏ BOZ – QONUR TORPAQLAR • Boz torpaqlar zonasında şorakət, çəmən, çəmən-bataqlıq və bataqlıq torpaqları da yayılmışdır. Şorlaşma dərəcəsinə görə boz torpaqlar zəif orta və yüksək şorlaşmış növlərə bölünür. • Humus qatının qalınlığına görə: • 1.yuxa A+AB1=40 sm-dən • 2.orta qalınlığı – 40-50 sm • 3.qalın – 50-80 sm • Mexaniki tərkibinə görə - yüngül, orta və ağır gillicəli qruplardan ibarətdir. • Torpaq profilinin 150-180 sm dərinliyində gips toplanması və suda həll olan duzlar müşahidə edilir. • Xam açıq-boz torpaqlarda 4-6 sm yumşaq çim qatı əmələ gəlir.

  23. BOZ VƏ BOZ – QONUR TORPAQLAR • 0-28sm – boz, kəltənvari, ağır gillicəli, bərkvari, bitki kökləri, çürüntülər, qaynayır, quru, keçidi aydın. • 28-54sm – boz, xırda topavari, ağır gillicəli, yumşaq, duz və pas ləkələri, qaynayır, rütubətli, keçidi tədrici. • 54-97sm – bozumtul, seçilmir, orta gillicəli, yumşaq səpələnmiş, duz və pas ləkələri, qaynayır, rütubətli, keçidi aydın. • 97-126sm – bozumtul, seçilmir, yüngül gillicəli, yumşaq, pas ləkələri, qaynayır, rütubətli, keçidi aydın. • 126-180sm – bozumtul, seçilmir, yüngül gillicəli, yumşaq pas ləkələri, qaynayır, rütubətli. BOZ – ÇƏMƏN

  24. BOZ VƏ BOZ – QONUR TORPAQLAR A+B1+Bk+C 0-30sm – açıq boz, kəltənvari, ağır gillicəli, az bərk, qatlar, bitki kökləri, qaynayır, az quru, keçidi aydın. 30-64sm – açıq boz, topavari, ağır gillicəli, az bərk, köklər, duz ləkələri, qaynayır, az quru, keçidi tədrici. 64-100sm – boztəhər, topavari, ağır gillicəli, yumşaq, kök şaxələri, qaynayır, rütubətli, keçidi aydın. 100-138sm – boztəhər, struktursuz, ağır gillicəli, yumşaq, qonuru pas ləkələri, məsamələr, qaynayır, rütubətli, keçidi tədrici. 138-176sm – samanı boz, struktursuz, orta gillicəli, yumşaq, qonuru pas ləkələri, qaynayır, rütubətli.

  25. BOZ VƏ BOZ – QONUR TORPAQLAR TİPİK BOZ TORPAQLARIN MORFOLOJİ TƏSVİRİ A-0-10sm – boz rəngli, kəltənvari, ağır gillicəli, kövrək, bitki kökləri, qaynayır, keçidi tədrici. A1-10-30sm – üst qatdan sərhəddi çətin seçilir, nisbətən qonur rənglidir, qurd və həşərat cığırları görünür və yumşaqdır. B-30-80sm – boz rəngli, illüvial karbonatlı qat aydın müşahidə edilir, aşağı hissədə karbonat damarları çoxdur, kəltənvari struktura malikdir. C-80-90sm – ana süxur, hər yeri eyni cinsli, qonur rəngli məsaməli lyösəbənzər gillicədir ki, onun yuxarı hissəsində çox vaxt gips damarları olur, şiddətli qaynayır.

  26. BOZ VƏ BOZ – QONUR TORPAQLAR ŞORAN TORPAQLAR 0-30sm – açıq boz, kəltənvari, ağır gillicəli, bərkvari, bitki kökləri, duz ləkələri, qaynayır, quru, keçidi aydın. 30-72sm – boz, xırda topavari, ağır gillicəli, bir az bərk, çürüntülər, duz damarları, qaynayır, quru, keçidi aydın. 72-101sm – boz, xırda topavari, ağır gillicəli, yumşaq, duz və pas ləkələri, qaynayır, nəmli, keçidi tədrici. 101-130sm – boz, seçilmir, ağır gillicəli, yumşaq, duz və pas ləkələri, qaynayır, nəmli, keçidi tədrici. 130-160sm – bozumtul, seçilmir, orta gillicəli, yumşaq, qonuru pas ləkələri, qaynayır, nəmli.

  27. AZƏRBAYCANDA YAYILAN TORPAQLARIN STRUKTURU, TƏRKİBİ, ƏSAS TORPAQ TİPLƏRİNİN QISA XARAKTERİSTİKASI VƏ YAYILDIĞI RAYONLAR Ə D Ə B İ Y Y A T :

More Related