1 / 12

METROLOGIYANIN ƏSASLARI - FƏNN.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standart - laşdırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI - FƏNN.

amy
Download Presentation

METROLOGIYANIN ƏSASLARI - FƏNN.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIİnformasiya texnologiyaları,aqromühəndislikvə energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standart-laşdırma və sertifikasiya kafedrası METROLOGIYANIN ƏSASLARI - FƏNN. § 12. METROLOGİYA ÜZRƏ BEYNƏLXALQ TƏŞKİLATLAR ÖLÇÜ VƏ ÇƏKİLƏR ÜZRƏ BEYNƏLXALQ TƏŞKİLATLAR. Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. PLAN: 1. Təşkilatın fəaliyyət dairəsi. 2. Təşkilatın strukturu və tərkibi.

  3. Ə D Ə B İ Y Y A T 1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник для стад. Высш. Учеб. Да-ведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Məhsulun keyfiyyətinin sınağı və nəzarəti, sertifika-siya, metroloji laboratoriyaların akkreditasiyası milli ölçü sistemlərinin fəaliyyəti ilə əlaqədardır. Məhsulun standartların tələblərinə uyğunluğunu qiymətləndirdikdə, müxtəlif parametrlərin ölçülməsindən başlayaraq, məh-sulun özünün xarakteristikasi və onun saxlanma, nəql-etdirilmə və istifadə olunmasında xarici təsir parametr-ləri də öyrənilir. Məhsulun məcburi tələblərə uyğunluğunu müəyyən etmək üçün aparılan sertifikasiya sınaqlarında ölçmələrin metodika və praktikası nəticələrin müqaisə edilməsində özünü göstərir.

  5. Beləliklə əgər sınaqların nəticələri və məhsulun sertifikasiyasında ölçmələrin vəhdəti qorunub saxlanırsa, o zaman metrologiya beynəlxalq ticarətin maraqlarını təmin edər. Beynəlxalq təşkilatların fəaliyyətində bu məsələ mühüm rol oynayır. Metrologiya üzrə beynəlxalq təşkilatların səyi nəticəsində dünyanın əksər ölkələrində aşğıdakılara nail olunmuşdur: - fiziki kəmiyyətlərin Beynəlxalq vahidlər sistemi (Sİ) qəbul edilmişdir; - müqaisə olunan terminologiya işləyir; - ölçü vasitələrinin metroloji xarakteristikalarının normalaşdırılması üsulları üzrə tövsiyələr qəbul edil-mişdir; - ölçü vasitələrinin sertifikasiyası üzrə tövsiyələr qəbul edilmişdir;

  6. - məhsulun seriyalı buraxılışından əvvəl ölçü vasitə-lərinin sınaqları üzrə tövsiyələr qəbul edilmişdir. Ölçmələr vəhdətinin beynəlxalq səviyyədə geniş yayılmasına uyğun olaraq. Beynəlxalq metroloji təşki-latlar İSO və BEK – lə əməkdaşlığı daha da güclən-dirirlər. Ən iri beynəlxalq metroloji təşkilatlar aşağıdakı-lardır: - ölçülər və çəkilər üzrə Beynəlxalq təşkilat (ÖÇBT); - qanunverici metrologiyanın Beynəlxalq təşkilat (QMBT). 1875 –ci ildə 17 dövlət Metrik Konvensiya imza-lanmışdır.

  7. Konvensiyanın məqsədi milli ölçü vahidlər siste-minin unifikasiyası və faktiki vahid uzunluq və kütlə etalonlarının təyin edilməsi (metr və kiloqramın). Bu konvensiyanın əsasında ölçü və çəkilər üzrə hökümət-lərarası Beynəlxalq təşkilat yaradılmışdır. Təşkilatın rəsmi dili fransız dilidir. Təşkilatın yara-dılmasının təşəbbüskarlarında Peterburq Elmlər Aka-demiyasını göstərmək olar. Metrik Konvensiya bu günə qədər fəaliyyət göstərir (1921 –ci ildə qəbul olunmuş əlavələrlə). Dünyanın 50 –yə yaxın dövləti təşkilatın üz-vüdür. Konvensiyaya uyğun olaraq beynəlxalq etalonları qoruyan və müdafiə edən və ilk beynəlxalq elmi– təd-qiqat laboratoriya funksiyasını yerinə yetirən ölçülər və çəkilər üzrə Beynəlxalq büro yaradılmışdır.

  8. (ÖÇ.B.B). Büronun vəzifəsi metr və kiloqramın, ion-laşdırıcı şüalanmaların vahidlərinin, elektrik müqavi-məti prototiplərinin və s. qorunub saxlanmasından iba-rətdir. ÖÇBB Fransada yerləşir (Sevr şəhəri). Onun fəaliyyəti Beynəlxalq ölçülər və çəkilər üzrə komitə (BÖÇK) rəhbərlik edir. ÖÇ.BB –nun əsas praktiki vəzi-fəsi müxtəlif milli ölçü vahidləri etalonları ilə beynəlxalq etalonların tutuşdurulmasından ibarətdir. 100 –dən artıq dövlətlərin metroloji təşkilatlarının fəaliyyəti ÖÇ.BB tərəfindən koordinasiya edilir. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir. ÖÇBB daima beynəlxalq etalonları təkmilləş-

  9. dirir, dəqiq ölçmələr üçün yeni və ən yeni üsulları və vasitələri işləyib tətbiq edir, əsas ölçü vahidlərinin yeni konsepsiyaları yaradıb köhnələri əvəz edir, üzv–ölkə-lərdə metroloji tədqiqatları koordinasiya edir. ÖÇBB -nun elmi və praktiki fəaliyyətinin proqramlarını, vahidlə-rin müəyyən edilməsi, onların təyini və təkrarlanması məsələləri sahəsində ali beynəlxalq orqan olan ölçülər və çəkilər üzə Ali konfrans təsdiq edir. Onun işində Kon-vensiyaya qoşulmuş bütün dövlətlər iştirak edir. Ali Konfrans dörd ildə bir dəfə yığılır. İlk dəfə 1898 –ci ildə keçirilmişdir. Kofranslar arası müddətdə ÖÇBT –ın işinə konfransda seçilən ÖÇBK - ə rəhbərlik edir. 18 üzvü olan komitənin tərkibinədünya-

  10. nın ən tanınmış fizikləri və metroloqları daxil edilir. Vaxtı ilə komitənin tərkibinə D.İ.Mendelyev daxil edilmişdir. Ölçülər və çəkilər üzrə Beynəlxalq Komitənin tərki-bində Ali konfranslar üçün materiallar və qərarlar hazır-layan 8 Məsləhətçi Komitə işləyir. Komitələrin adları ÖÇBT –ın fəaliyyət dairəsini əks etdirir: elektrik üzrə, termometriya üzrə, metrin təyini üzrə, saniyənin təyini üzrə, vahidlər və kütlə üzrə, fotometriya və ionlaşdırıcı şüalanmalar üçün etalonlar üzrə ÖÇ.BT – a üzv olan dövlətləri komitələrdə onların iri elmi institutları təmsil edir. ÖÇBT –ın elmi işləmələri böyük praktiki əhəmiy-yət kəsb edirlər. Aşağıdakıları göstərmək kifayət edər: Beynəlxalq vahidlər sistemi Sİ –nin qəbul edilməsi (1960), saniyənin yeni tərifinin qəbul edilməsi (1967) və tezliyin ən yeni standartlarının yaradılması. Sonuncusu vaxt və tezliyin milli etalonlarının dəqiqliyini 100 – 1000

  11. dəfə artırmağa imkan verdi, bu isə öz növbəsində kosmik uçuş-ların dəqiqliyində və bəzi fundamental elmi tədqiqatların istifadə olunmasında özünü göstərdi. Metrin yeni təyininə keçməsində (1983) bir sıra dövlətlərin mütəxəssisləri olduqca böyük həcmli işlər yerinə yetirmişlər. Lakin hər bir dövlətin xərcləri ümumi xərclərin 30% - dən artıq olmamışdır. Dövlətlərin ÖÇBT –in işində iştirakı nəticəsində yeni ölçü vahidlərinə və əsas vahidlər etalonlarına sin-xron keçid təmin olunur. Bunun nəticəsində aşağıdakı-lara zəmin yaranır: ölçmələrin və sınaqların qarşılıqlı tanınmasına, beynəlxalq ticarətdə maneələrin aradan götürülməsinə (xüsusilə maşınlarla, avadanlıqlarla, cihazlarla və s.), elmi –texniki informasiya mübadiləsi və s. beş dövlətin lazerlərinin tutuşdurulması sahəsində yerinə yetirilən işlər üzrə tədqiqatlar yaxın gələcəkdə metrin yeni təyininə keçməyə imkan verəcək.

  12. DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞ OLUN TƏRTİBATÇI HİCRAN İSMAYILOVA

More Related