121 likes | 334 Views
Meu015fu0259 u0259kinlu0259ri Mu00f6vzu 4
E N D
Meşə əkinləri – Mövzu 4 TOXUM XAMMALININ EMALI VƏ TOXUMLARIIN SAXLANILMASI
Plan: 1.Toxum xammalının emalı və saxlanmasının başlıca şərtləri 2.Termik təsir, hidrotəsir 3.Toxumların qozalardan çıxarılması, təmizlənməsi , çeşidlənməsi saxlanılması 5.Quru və ətli –lətli meyvələrdən toxumların təmizlənməsi
Toxum xammalının emalı və saxlanmasının başlıca şərtləri- Xammal şəkilində tədarük olunmuş toxumlar saxlamaq və səpin üçün tam yararlı olmur. Xammal şəkilində tədarük olunmuş toxumlar qozaların , qutucuqların , paxlaların daxilində olur. Meyvə yanlığı, ətli və lətli meyvələrlə örtülü olur, meyvə qanadcıqları və meyvə lələkləri ilə birgə olur, nəmliyi yüksək olub. Tərkibində meşə qalıqları yarpaq, qabıq, tumurcuq, xırda zoğlar meyvə və yarpaq saplaqları və s. olur.
Saxlamaq üçün toxumlar təmizlənməli və optimal nəmlik dərəcəsinə qədər qurudulmalıdır.Səpinin aparılması üçün də toxumların təmiz olması başlıca şərtlərdən biridir.Toxumların yığılması və emalı texnologiyasından, toxumların saxlanma şəraitində və optimal saxlama şəraitinin təmin olunmasından toxumların kefiyyət göstəriciləri çox asılıdır.
Toxum iki əsas tərkib hissədən ibarət olub rüşeym və endosperm –ehtiyat qida maddələri bioloji sitem təşkil edir.Xamalın təmizlənməsi və saxlanması zamanı bu iki əsas tərkib hissəsinin həyat qabliyyəti təmin olunmalıdır.Toxum saxlama zamanı səpinə qədər toxumların sabit-stabil vəziyyətdə qalması təmin edilməlidir.Lakin vaxtında təmizlənmədikdə , nəmliyi yüksək olduqda, temperaturun , günəş radiasiyasının və sair təsirlər nəticəsində toxumların dayanaqlı tarazlıq vəziyyəti pozula bilər bu isə rüşeymin keyfiyyətinə endospermin sıradan çıxmasına səbəb ola bilər.
Toxum xammalı. əsasən də ətli-lətli meyvələr, qidalı mühit olub onlarda mikrobiolji proseslər sürətlənir . qıcqırma prosesi nəticəsində hərarət yüksəlir anaerob proseslər baş verir ki, bunlar da rüşeymin məhv olmasına səbəb ola bilər.Meyvədən təmizlənsədə yuyularaq qurudulmamış toxumlarda barlanma və kiflənmə nəticəsində göbələklərin qifı endospermi zədələyərək rüşüymin məhv olmasına səbəb olur.
Tez xarab olan toxumlar şirəli, ətli, lətli giləmeyvə toxum xammalı tədarük olunduqca təmizlənməli, nəmliyi yüksək olan toxum xammalı paxlalı, qərzəkli, palıd qozaları , iynəyarpaqlı cinslərin qozaları və s. talvar altda , havalanan yerdə nazik laylarla sərilərək mütamadi olaraq qarışdırılmalıdır.Tədarük olumuş toxum xammalının tarada , yeşiklərdə kisələrdə qalması yol verilməzdir. Meşədən anbara daxil olarkən taralardan boşaldılmalıdır.Toxum xammalının günəşin , eləcədə yağışın altında saxlamaq , qapalı anbarda qalın laylarla topa şəkilində saxlanması yolverilməzdir.
Termik təsir Təbiətdə qozalar və quru meyvələr adətən quruduqda və müəyyən temperaturda tökülür.Bunu nəzərə alaraq onların təmizlənməsini isti və quru şəraitdə saxlamaqla həyata keçirirlər.Eldar şamının qozalarını isti otaqda döşəmənin üzərinə nazik layla sərdikdə 5-10 gündən sonra qozalar açılmağa başalyır və toxumlar əl ilə asanlıqla qozalardan azad oluna bilər termik üsulla toxum xammalının 550 C –dən artıq olması yolverilməzdir.Belə halda rüşeymin quruması baş verir və toxumların cücərti qabliyyəti aşağı düşür.Termik təsir prinsipi əsasında işləyən qozatəmizləyən qurğulardan istifadə olunur.
Açılmış qozalardan toxumların əldə olunması eləcədə toxumların təmizlənməsi üçün BBC şirkəti tərəfindən iki modifikasiyada 800 və 1300 seriyalı qozalardan toxumçıxaran həmdə toxumları qandıqcıqdan təmizləyən qurğu Şəkil 4.2 Qozalardan toxumların çıxarılması və eləcə də təmizlənməsi daxili barabanın köməyi vasitəsilə həyata keçirilir.Barabana açılmış qozaların yüklənməsi ön tərəfdəki yuxarı pəncərədən aparılır.Baraban ön tərəfə şaquli olaraq meylini dəyişə bilir fırlanma hərəkəti horizontal müstəvidə baş verir.Toxumdan azad olunmuş qozalar baraban iki hissədən ibarət olan ön pəncərəsindən boşaldılır.
Qərbi Kaspi Universitetinin kolleci Dinlədiyiniz üçün təşəkkürlər Yeganə Bağırova