1 / 41

Elmi neshlerin reytinqinin yaxshilashdirilmasi imkanlari-2022-may

u201cElmi nu0259u015frlu0259rlu0259 bau011flu0131 beynu0259lxalq reytinq gu00f6stu0259ricilu0259rinin yaxu015fu0131lau015fdu0131ru0131lmasu0131 imkanlaru0131u201d mu00f6vzusunda materialda elmi nu0259u015frlu0259rin yaxu015fu0131lau015fdu0131ru0131lmasu0131 istiqamu0259tdu0259 respublikada gu00f6ru00fclu0259n iu015flu0259rdu0259n, H indeks, istinadlar vu0259 tu0259lu0259blu0259r, istinadlaru0131n artu0131ru0131lma yollaru0131 haqqu0131nda, elu0259cu0259du0259 Baku0131 Du00f6vlu0259t Universitetinin reytinq gu00f6stu0259ricilu0259ri perspektivlu0259r au00e7u0131qlanmu0131u015f, strukturlar qaru015fu0131su0131nda duran mu0259su0259lu0259lu0259ru0259 diqqu0259t u00e7u0259kilmiu015fdir.

Mirnamik
Download Presentation

Elmi neshlerin reytinqinin yaxshilashdirilmasi imkanlari-2022-may

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. BAKI DÖVLƏT UNİVERSİTETİ ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏSİ ELMİ TƏDQİQATLARIN TƏŞKİLİ VƏ TƏHLİLİ ŞÖBƏSİ

  2. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi Elmi tədqiqatların təşkili və təhlili şöbəsi Mirnamik Bəşirov BDU, may 2022

  3. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Elmi kəşflərin olması üçün məqsədli təhsil almış alimlər-tədqiqatçılar və elmlə məşğul olmaq üçün şərait olmalıdır. Son illərdə elmi məqalələrin sayı durmadan artır –bu problemdir. İnsanın informasiyanı qəbul etməsi, mənimsəməsi məhduddur. İnsanın komputerlə hibriti –isə - hansı ki bu problemi aradan qaldıra bilər - hələki ixtira olunmamışdır. «İstənilən müşahidə olunan statistik qanunauyğunluq, onun idarəolunması istiqamətdə təzyiqlərdən sonra dağılır» Hami bilir ki, yolu təyin olunmuş piyada zolağından və ya piyada keçidindən keçmək lazımdır, yolu qırmızı işıqda keçmək olmaz! –lakin əməl edirikmi???????

  4. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Azərbaycan elminin beynəlxalqaləməinteqrasiyası, alimlərimizin elmi fəaliyyətinin dünyada tanıdılması prosesində elmmetrik yanaşmaların böyük rolu vardır. Elmi təşkilatlarınbeynəlxalq elmi bazalarda fəallığının artırılması, tədqiqatçıların nüfuzlu elmi bazalardan istifadə etməsi geniş informasiya yararlanmaq, nüfuzlu vəuyğunjurnallarınaxtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsiplərivətələbləriilətanış olma imkanlarının yaranmasınasəbəbolacaqdır. İnkişafetmişölkələrin təcrübəsininöyrənilməsivəqabaqcıltexnologiyaların tətbiqiəsasındajurnallarınbeynəlxalq elmi bazalara inteqrasiyasına, elmi yüksəlməsinəsəbəbləryaranacaqdır. Hazırdaölkəmizin inkişafstrategiyasınauyğun olaraq elmi fəaliyyətin genişlənməsi, beynəlxalqsəviyyədə elmi reytinqinin qaldırılmasınayönəlmiştədbirlər daha böyük nailiyyətlər əldəetməyə imkan verir. resurslarından əməkdaşlıq səviyyəsinin

  5. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Xorx Hirş1953-cü ildə Argentinada, Boynes Ayres şəhərində anadan olmuşdur. Elə orada bakalavr təhsilialmış, 1976-cıildən Çikaqo Universitetindəçalışır, orada da elmlər doktoru elmi adını almışdır. Elmi tədqiqatlarıbərkcisimlərfizikası, ferromaqnetizm olmuşdur. O fərzetmişdir ki, Meysner effrektini izah edən bir nəzəriyyə mövcuddur və bütün materialların ifratkeçiricilik xassələrini izah edə bilir vəmüəyyənaspektləriiləfərqlənir. Nüvə silahınıntətbiqiiləbağlıABŞsiyayətiilərazılaşmır. 2006-ci ildə daha 12 alimləbirgə Corc Byşa (kiçik) məktubünvanlamışdır. Hirşəmsalınınədir?

  6. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Hirş əmsalını nədir? VƏ Bu günün əsas mövzusu: Herş əmsalını necə artırmaq olar? ETİ, ATM-də elmi əməkdaşınfəaliyyətinin effektivliyinin göstəricisi kimi müasir dövrdəHirşəmsalıönəmli rol oynayır. Onun artırılmasıyollarımüəssisələrindiqqət mərkəzindədir. N məqalədən h-i, h dəfə istinad alınsa, N-h məqaləsi h-dan az istinad alıbsa, müəllifinHirşəmsalı h olur. Məs. a) 100 məqaləsi var hərəsi 1 istinad alıb h=1. b) 1 məqalə 9 istinad, 1 məqalə 8 istinad, 1 məqalə 7 istinad .......1 məqalə 1 istinad alıbsa onda h=5. Onun 5 məqaləsinəənazı 5 dəfə istinad olub. H əmsalı uzun müddət eyni elm sahəsindəçalışantədqiqatçı-alimlər üçün tətbiqedilə bilər. X.Hirş özü fikirləşirdi ki, ETİ-lərdəişəgötürəndə h=10-12 arasıolmalıdır. İmpakt faktor – elmi jurnalın ədədi göstəricisidir. 1960-cı ildən xüsusi Elmi İnstitutlar tərəfindən hesablanır. (Thomson Scientific, Clarivate Analytics.). İF 2020 = ? ? = 2020 2018−19. (2018−19−?? ???ə çı??? ?ə???ə?ə?ə ??????????ı? ???ı) çı??? ?ə???ə ???ı

  7. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Elmi informasiyaların qeydə alındığı baza məlumatların yerləşdiyi platformalar, saytlar.

  8. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT İmmediacy İndex (operativlik indeksi) göstəricisi jurnalda nəşr olunan məqalələrin nədərəcədəsıx-sıx (tezliklə) sitat gətirilməsiniəks etdirir və istinad olunduğu il ərzindədəistinadlarınsayınanəzərənhesablanılır. Yəni, Immediacy Index onu göstərir ki, jurnalda çap olunan məqalələrnəqədərtezliklə elm aləmində tanınmağabaşlanır. Bu göstəriciyəgörə il ərzində daha çox nömrəsinəşr olunan jurnallar üstünlüyəmalikdirlər. İmmediacy Index göstəricisiaşağıdakı düsturla hesablanılır: İmmediacy İndex = X/Y burada: X –müəyyənildəjurnaldakıməqalələrə olan istinadlarınsayı; Y –həminildəjurnaldakı sitat gətirilənməqalələrin ümumi sayıdır. Eigenfactor Metrics (məxsusi faktor) İmpact Factor Percentile adlanan göstərici (jurnalın impakt-faktorunun faizləifadəsi) elm sahələri– kateqoriyalar (məsələn: riyaziyyat, fizika, kimya, coğrafiya, iqtisadiyyat, biologiya, informatika, tibb və s.) üzrəjurnalları daha dəqiqmüqayisəetməyə imkan yaradır İtem İnfluence Score –jurnalın effektivlilik göstəricisi

  9. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT 1 məqalə 100 istinad: Herş əmsal =1 100 məqalə 1 istinad: Herş əmsal =1 2 məqalə 4 (hər məqalə 2 istinad): Herş əmsalı=2 2 məqalə 4 (1-inə 3, 3-ünə 1 istinad) Hirş əmsalı =1 Məsələn: 6 məqalə dərc olunmuşdur: 1-ci məqalə 8 istinad 2-ci məqalə 10 istinad 3 cü məqalə 12 istinad 4 cü məqalə 5 istinad 5-ci məqalə 4 istinad 6-cı məqalə 2 istinad Və ya 1-ci məqalə 12 istinad 2-ci məqalə 10 istinad 3 cü məqalə 8 istinad 4 cü məqalə 5 istinad 5-ci məqalə 4 istimad 6-cı məqalə 2 istinad Hə iki halda Herş əmsalı h=4

  10. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Hazırda elm aləmindəqəbulolunmuştəxminivəfərqlioriyentirlər mövcuddur. Həminuyğunluqları oxuculara təqdim edirik: • h-indeksi 0-2 (0-5) arasında– aspirant (yeni başlayantədqiqatçı); • h-indeksi 3-6 (5-10) arasında–elmlərnamizədi (dosent); • h-indeksi 7-10 arasında–elmlər doktoru; • h-indeksi 10-a bərabər–uğurlu, müvəffəqiyyətli alim; • h-indeksi 11-15 arasında–elmlər doktoru, professor, dissertasiya şurasının üzvü, elmi məktəbin banisi (yaradıcısı); • h-indeksi 16-dan yuxarı– dünya şöhrətli alim, elmi müəssisənin rəhbəri; • h-indeksi 30-dan yuxarı– Nobel mükafatılaureatları (demək olar ki, 84%-i).

  11. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov m və g indekslər m-indeksidəHirştərəfindəntəklifolunmuşdur. Bu indeks alimin öz peşəsiilə məşğulolduğumüddətidənəzərəalmağa imkan yaradır. m-indeksi h-indeksi kimi hesablanaraq, alimin məqalələrinin çap etdirdiyi illərinsayına (ilk məqalənin çap olunduğuildənbaşlayaraq) bölünür. g-indeksi 2006-cı ildə elmmetriya sahəsinintanınmış alimi Leo Eggh tərəfindən bibliometrik göstəricilərinəsasında hesablanan elmi səmərəliliyinölçülməsi üçün təklifolunmuş bir indeksdir. g-indeksi alimin dərcolunmuşməqalələrinəedilən istinadlarınpaylaşdırılmasınaəsasənhesablanılır

  12. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Web of Science platformasıaşağıdakı sitat gətirməindekslərindənibarətdir: Arts & Humanities Citation Index (A&HCI) –fəlsəfə, arxeologiya, memarlıq, tarix, ədəbiyyat, incəsənət, dini jurnallarıözündəbirləşdirənincəsənətvə humanitar elmlərüzrə sitat gətirmə indeksidir. İndeksləşmə– tam vədolğuninformasiyanınaxtarışındaistifadə olunan məlumatlarınverilənlərbazasınaəlavə olunma, informasiya-axtarış dili terminlərindəsorğuvəsənədlərintəsviri prosesidir. Sitat gətirmə indeksi –məqalədəədəbiyyatsiyahısındagöstərilənistinadları indeksləşdirənvə bu istinadlarınkəmiyyətgöstəricilərinitəqdimedən elmi nəşrlərin referativ verilənlərbazasıdır.

  13. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Science Citation Index Expanded (SCIE) – texniki, tibbi jurnallarıözündə birləşdirənvədəqiqelmlərüzrə sitat gətirmə indeksidir. Social Sciences Citation Index (SSCI) – iqtisadi və ictimai elmlərüzrə jurnallarıözündəbirləşdirən ictimai elmlərüzrə sitat gətirmə indeksidir. Bu indeksləruyğun elm sahələrindəməlumatlarınaxtarışızamanızərurisayılan biblioqrafik mənbəvə istinadlara sürətlivə tam daxil olma imkanıyaradır. DerwentInnovations Index – elektromühəndislikvəkimyəvi texnologiyalar sahəsində olan bütün ixtiralar haqqındanəşrlərə olan istinadlarınvəpatentlərinaxtarışınıasanlaşdırır. Index Chemicus – müasir istiqamətlərin, elmi jurnal vətədqiqatların analizi, araşdırmalarhaqqındaməlumatlarınaxtarışındazəruri hesab olunan biblioqrafik mənbəvə istinadlara sürətlivə tam daxil olma imkanı verir. Conference Proceedings Citation Index – bu sitat gətirmə indeksi dünya üzrəən mühüm olan konfrans, simpozium, seminar, kollokvium, işmüşavirəsi vəkonqreslərinsənədlərinə daxil olma imkanıyaradır. maşınqayırma, elektrotexnika,

  14. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Web of Science platforması Journal Citation Reports, Essential Science Indicators və InCites analitik vasitələrinin sahibidir. Journal Citation Reports jurnallar haqqında informasiya təqdim edir və impakt-faktor daxil olmaqla bir neçəgöstəriciüzrəonlarınqiymətləndirilməsinə imkan yaradır. Bu çoxəhatəlimənbə sitat gətirməverilənlərinəəsasəndünyanınaparıcı elmi jurnallarına tənqidiyanaşaraq, onlarınqiymətləndirilməsi üçün keyfiyyətli statistik informasiyaya malik daimi və obyektiv bir vasitə rolunu oynayır. Essential Science Indicators (ESI) müəyyən bilik sahələrində nüfuzlu alim, elmi müəssisə, elmi işlər, elmi jurnal, elmi fəaliyyətinnəticəvəəhəmiyyətinin qiymətləndirilməsinə imkan yaradır.

  15. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Web of Science – Clarivate Analytics korporasiyasının informasiya məhsullarınınyerləşdirildiyi bir platformadır. Onlardan mərkəzisayılanWeb of Science Core Collection – referativ- biblioqrafik və elmmetrik (bibliometrik) verilənlərbazasıdır. Web of Science Core Collection bazasınaaşağıdakı daxili verilənlərbazaları daxildir: • Science Citation Index Expanded (1900-cü ildən olan arxiv); • Social Science Citation Index (1900-cü ildən olan arxiv); • Arts & Humanities Citation Index (1975-ci ildən olan arxiv); • Conference Proceedings Citation Index (1990-cıildən olan arxiv); • Book Citation Index (2005-ci ildən olan arxiv); • Current Chemical Reactions (1840-cıildən olan arxiv); • Index Chemicus (1840-cıildən olan arxiv).

  16. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Sitat indeksi - bu və ya digər alimin əsərlərininfaydalılıqəmsalı,xarakteristikası kimi düşünülmüşdür. Hazırda bu və ya digərqərarlarınqəbulundaəsas faktor olaraq götürülür: dissertasiya şuralarında, elmi qrantlarınpaylanmasında, müxtəlif elmi adlarınverilməsində. Sitat indeksini artırmaq mümkündür, lazımdırvə bu başadüşüləndir: bu elmi dərslər,təlimlərvasitəsiilə ola bilər. Lakin müxtəlifdərslər,təlimlərmüxtəlif çəkiyə malikdir. Əgər sitat indeksini qaldırmaqlazımdırsa, onda elədərsləri, təlimləriseçilmişnəşriyyatlarlabirgəetməklazımdır. Elmi əsərlərməcmusu alim vəixtisasçılarımüxtəlif elm sahələriüzrə son nailiyyətlərlətanışetməlidir.

  17. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov 1. Bakı Universitetinin Xəbərləri, humanitar elmlərseriyası 2. Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlərseriyası 3. Bakı Universitetinin Xəbərləri, təbiətelmləriseriyası 4. Bakı Universitetinin Xəbərləri, fizika-riyaziyyat elmləriseriyası 5. Applied and computational mathematics (“Tətbiqivə hesablama riyaziyyatı” ingilis dilində) 6. “Turkic World Mathematics Society journal of Pure and Applied Mathematics” jurnalı (“Nəzərivətətbiqi riyaziyyat” jurnalı) 7. Xəzəryanıölkələri UniversitetlərinAssosiyasiyasının "Təbii Resurslar" jurnalı 8. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal, azərbaycan, rus və ingilis dillərindənəşr olunur) 9. "Dünya azərbaycanlıları: tarix və müasirlik" 10. Beynəlxalq hüqüq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal) 11. Dil vəədəbiyyat (nəzəri, elmi, metodik jurnal) 12. Folklorşünaslıqməsələləri ("Dil vəədəbiyyat" jurnalınaəlavə kimi nəşr olunur) 13. Pedaqoji aləm (elmi-populyar jurnal-Azərbaycan, rus və ingilis dillərindənəşr olunur) 14. "Jurnalistika" ictimai-siyasi, humanitar elmlərseriyası 15. Kitabxanaşünaslıqvə biblioqrafiya (elmi-nəzəri, metodik vətəcrübi jurnal) 16. Kitabxanaşünaslıqvə informasiya (elmi nəzərivə praktiki jurnal) 17. Kitabxanaşünaslıqvənəşriyyatişi (elmi-nəzərivətəcrübi jurnal) 18. "Kitabxana.az" (elmi, metodiki və praktiki jurnal) 19. Journal of Low Dimensional Systems

  18. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov

  19. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov

  20. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov “Clarivate Analytics”beynəlxalq informasiya agentliyinin rəsmiməlumatına əsasən BDU-nun əməkdaşları, doktorantlarıvətələbələritərəfindən bu agentliyin “Web of Science”bazasına daxil olan dərgilərdəartıq 3250-dən çox elmi əsərnəşr edilib. Bu əsərlərə 15300-dən çox istinad edilib. BDU-nun h- indeksi 46-ya, hər bir əsərəedilənistinadların orta sayıisə 4,78-əqədər yüksəlib. (2016-cı ilin sonunda bu indeks 29) Məs: 2020-ci ildəbütövlükdəAzərbaycanüzrə“Web of Science”bazasına daxil olan dərgilərdədərcolunmuş 1943 elmi əsərdən 400-ü BDU əməkdaşlarına aiddir. “Clarivate Analytics”şirkətinin“InCites”qiymətləndirmə sisteminin nəticələrinəəsasən 2016-2020-ci illərərzindəbütövlükdəAzərbaycanüzrədərc olunmuş elmi əsərləriçərisində BDU-nun payı 19% vəAzərbaycan Respublikasındakı bütün universitetlərüzrədərcolunmuş elmi əsərlərdəisə 43% təşkil edir. BDU əməkdaşlarının son illərdə Q1 və Q2 kvartil kateqoriyalı jurnallarda dərc etdirdiyi elmi məqalələrinsayı 2016-cıilləmüqayisədə 1.4 dəfə artmışdır.

  21. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov

  22. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Elmi əsərlərdə istinadların verilməsi Tədqiqatişininyazılması– çox planlı bir işdir. Təkcəaldığınnəticələrivermək yox, müəllifin tədqiqatişindəsöykəndiyi elmi əsərlərə istinad verməktələb olunur. İstinadlarınverilməsi dissertasiya işlərinə aid qaydalarda verilmişdir. Lakin hər bir nəşriyyat əlavə olaraq ədəbiyyatın biblioqrafik verilməqaydasınımüəyyən edir vətələb edir. Biblioqrafik siyahı- İstinadlarınverilməsi- Verilmənümunələri -Tipik səhvlər İstinadlarınverilmə mexanizmi müxtəlif ola bilir: səhifə sonunda, əsərin sonunda, daxildə sıralamaqla, sonda əlifbaüzrəayırmaqla,sadəcəjurnalınadı,nömrəsivəsəhifə göstərilməkləvə s. Ümumiyyətləisə istinad müəllifinədəbiyyata istinad etdiyi mətndaxili yerdə verilir. Materialınməntiqi olaraq istifadə etdiyi yerdə ona müraciət olunur. Biblioqrafik təsvir. İşdəistifadə olunan ədəbiyyatsiyahısı– biblioqrafik aparatınəsas elementidir və bu standart qaydalarla təyin olunur: Mənbələrəlifbasırasıilə verilir: əvvəlazərbaycan, sonra türk, sonra ingilis, rus və s. Eyni müəllifin bir neçəəsərinə istinad olarsa, əlifbasırasıiləardıcıllıqla verilir. Hər bir mənbənin,ədəbiyyatınverilmə üslubu nəşriyyatdan, onun şərtlərindənasılıdır: Məs.: eləsi var ki, soyad, jurnalınadı, il, cild, səhifəistənilir.

  23. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov İstinadın verilmə qaydası Nümunəəsasındaişinhazırlanmasıistinadlarındoğruverilməsiilənəticələnir. Onlar bilavasitəmətndə verilir və ya ədəbiyyatsiyahısınayönləndirəbilər. Aşağıdakı qaydalara tabedir: -Əgərədəbiyyatsiyahıda tam verilibsə, istinadda sırasayıvəsəhifəningöstərilməsi kifayət edir. -Əgərədəbiyyatsiyahısında istinad səhifələrigöstərilibsə, soyad və ad göstərilə bilər. -Dolayı yolla istinad olunursa, yənihərhansıədəbiyyatın istinad etdiyi materiala istinad olunduqda hökmən ikili istinad göstərilməlidir (Rusakov 2008, 25 (sit. Komarov, 2006, 34))

  24. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Tipik səhvlər Biblioqrafik təsvirin verilməsi bir çox nüanslara malikdir, bu səbəbdən tipik səhvlər ola bilər. -Ədəbiyyatda verilib, lakin mətndə ona müraciət olunmayıb. -Eyni materialı kitab və internet olan eyni materialı iki dəfə yazırlar -Əlifba sırası ilə vermirlər -Özünə istinadlara lazım olsa da, buna çox da aludə olmaq lazım deyil, yoxlanmamış materiallara, ensiklopediyalara, çox-əməl olunmuş materiallara istinad vermək doğru deyil. Mətndə istinad verməzdən öncə, ATM-in, jurnalların standartlarını və məsləhətlərini öyrənmək, elmi cəmiyyətin, redaksiyanın qoyduğu şərtləri nəzərə almaq lazımdır.

  25. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Necəetməli: Aktual, maraqlı mövzu üzrəyaxşı,keyfiyyətliməqalə yazmaq lazımdır. – Bu oxucularıcəlbedəcək,“təsadufi” oxucunu maraqlandıracaq: başqalarınagöstərəbilərvə kimsə bu əsərə istinad verəbilər. Ədəbiyyatsiyahısınadiqqət yetirin –bacardıqca böyük biblioqrafik siyahı tutun. Bir çox müəlliflər daim onlara olan istinadlarla maraqlanırvəməqalənizlətanış olur, gələcəkdə istinad verməşansıyaranır. Bunu marağagörə, təşəkkürxətrinəedəcək bu sizəmaraqlı deyil, əsas odur ki, istinad sayı arta bilər. Qarşılıqlı sitat gətirmə imkanındanyararlanın. Öz məqalələrinizə istinad etməkdəndəçəkinməyin. Bu H əmsalınıartırır. Məqaləilətanış olan oxucu sizin əlaqədar başqaməqalələrinizindəolduğunugörəcəkdir. Özünü reklamla məşğul olun. Yazılarınızı potensial oxuculara göndərin. İctimailəşdirin.

  26. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Konferensiyalarda məqalələriniz haqqında məlumat verin. Stend məruzələrdə onları qeyd edin. Alimlər sosial şəbəkələrdə qeydiyyata düşsün (Research Gate) www,researchgate.net. Bu səhifədə məqaləni, xülasəni, posteri və digər materialları yerləşdirə bilərsiniz. Açıq istifadədə olan jurnallarda nəşr etdirin. “open access journals”. Oxucular bu zaman məqalənizi oxumağa maddi vəsait verməyəcək. Daha geniş oxucu auditoriyası toplamış olursunuz. Nəşr üçün uyğun jurnal seçin. –Məs. Rusiya PUНЦ-də olan jurnallar WOS-də, Scopusda yer alır. H-a təsiretməyəcək. Elə jurnallar var, bunların heç birinə daxil deyil. Lakin bu jurnallarda olan nəşrlər H-a təsiretməyəcək. Jurnalın impakt -faktorunada fikir verməklazımdır. Geniş giriş yazmağa tənbəllik etməyin. Ümumiləşmiş məqalələr yazın. Şəxsi profillər açın. Həmişə eyni ad, soyad, ata adı və bunlarda eyni yazılışlar istifadə edin. Soyadı dəyişmək məqsədəuyğun deyil. Mübahisəli məqalələr çap etdirsəniz, hər iki tərəf bununla maraqlanacaqdır.

  27. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Məqalədə açar sözlərinəhəmiyyəti. Onlarınseçilməsində effektivlik. Məqaləninhazırlandığı zaman açar sözlərintapılması bir qayda olaraq sonda aparılır. Lakinəhəmiyyətinəgörə açar sözlər heç dəaxırıncı deyildir. Açar sözlərməqaləni istinad bazalarındatapmağakömək edir. Məhz onlar məqalənizidigərtədqiqatçılar üçün görünən edir. Müasir dövrdəən dar sahəüzrəbelətədqiqatlarıizləmək mümkündür. Açar sözləri necə axtarmalı, necə seçməli: Məntiqibaxımdan açar sözlərməchulfikirlərinnüvəsi rolunu oynayır. Oxucuya mətnin çox qısaəsasməzmunu bildirir. Bir çoxlarıxülasəniəsas hesab edir, lakin açar sözlərəgörəmətngörünərsə, bu zaman xülasəvəmətnoxunmuş ola bilər.

  28. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mühüm: axtarışsistemlərinin bir çoxu bütün mətndə olan sözlərəgörəaxtarışaparılır vəəgər bu pullu saytlarda oturursa vəAxtarışsistemləri (AS) açar sözlərləkifayətlənir. İşin mövzu istiqamətinidəqiqləşdirin: Tədqiqatın problemini nəzərəalın. Başlıqda olan sözlərdən açar söz kimi istifadəetməyin. Bu effektli deyil. AS onsuzda onu göstərəcək. Açar sözlərtamamlamalı,dəqiqləşdirməli; mətndə olan sözlərin açılışınıverməli, onu təkraretməməlidir. Başlıqları,bölmələrivəaltbölmələriməqsədli seçin. Məqsəd, obyekt, predmet. İşinmətni–işinməğzini, ortaya çıxaransözlər seçin. Dərinmənalıfikirlərbildirənsözlər seçin. Material və metod bölməsininişlənməsinə diqqət yetirin. Mühüm –sözlərilüğətlə,fənlərüzrəindekslənmiş standartlarla müqaisə edin. (Phys İnfo, Clem Web, ERIC Thesaurus) BIOSIS və s. SÖZ

  29. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Bir neçə qrup açar sözləri fərqləndirin: Əsas, dayaq - Tədqiqatoblastınıtəsvir edir. Fikri ( Məna ) - Tədqiqat obyektini aşkarlayır. Konseptual - Tədqiqatın predmetini və metodunu təsvir edir. Açar ifadələrdən konkret istifadə edin: Məs.: «xərçəng», «cərrah» əvəzinə «bağırsaq xərçəngi, cərrahi müalicə». Açar ifadə 2-3 sözdən ibarət olmalıdır. Sinonimlərin istifadəsi: Ümumi qəbul olunmuş qısaltmalardan istifadə edin. (maqnithidrodinamikası, MHD dalğalar). Diqqət yetirin ki, qısaltma digər mənalarda işlənməsin. Akademik leksikadan istifadə edin –məqsədli auditoriya üçün yazdığımızı unutmayın.

  30. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Abstrakt sözlər və ara ifadələrdən istifadə etməyin. Dar ixtisas terminləri yazmayın İki dırnaq içində yazmayın İfadədə vergül istifadə etməyin. Müstəqil fikrinizi bildirən sözlər, ifadələr yazmayın. «PGR metod, onun ....istifadəsi» Açar sözləri adlıq və tək hal üçün yazın. İlk hərfi böyük yazmalı. Açar sözləri və ifadələri vergüllə bir birindən ayırın Siyahı sonunda nöqtə qoymayın. Saytlardan tərcümə olunmuş söz istifadə etməyin Redaksiyanın tələblərini gözləyin.

  31. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Açar sözlər tapmaq üçün Saytlar mövcuddur. Word Cloud generator, Tag Crowd Acar sözlər nəyə lazımdır: Açar sözlər axtarış zamanı məqaləni tez tapmağa imkan verir. Məqalənin tədqiqatçıların elmi maraq dairəsinə daxil olub- olmadığını göstərir.

  32. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Addım 1 - Yaradılanmətninmahiyyətidəqiqvətəfərrüatıilə açılmasınaxidmətedən açar sözlər seçin. Mətn mövzusu üçün bir və ya iki cümləiləifadə olunan kifayətqədər sayda söz tapmaq üçün mətnin mövzusunu çox yaxşıbilməklazımdır. Addım 2 - Öz söz ehtiyatınız o qədərdə böyük deyilsə, lüğətdənistifadə edin. Sinonimlərvə texniki terminlərlüğəti sinonim açar söz cütlərinitərtibetmək üçün idealdır. Addım 3 - Açar sözlərimətn üslubuna vəmətninizahınagörəyerləşdirin. Addım 4 - Mətndəki açar sözləri düzgün ardıcıllıqlayerləşdirmək vacibdir. Addım 5 - Yazarkən, açar sözlər daxil edildikdən sonra ayrı-ayrıcümlələrarasındahər hansı bir semantik əlaqəvə ya üslub səhvinin olub olmadığınıyoxlayın. Axtarış motorları bu yaxınlardamüxtəlif hallarda yazılmıştək köklü sözləriayırmağıvəonları bir saymağıöyrənmişdir; bununla yanaşı, axtarış motoru texnologiyalarına etibar etmək olmaz vəmətndə bu cür məlumatlarolmadıqdabirbaşagirişlərdənistifadəetmək lazımdır.

  33. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov 4 əsas: tədqiqatın mahiyyəti, tədqiqatın məsələsi, onun cavablandırılması və tədqiqatın nəticələri Bu çərçivəni aşmaq üçün 5 qayda

  34. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Açar element-1 (tarixi informasiya –sizi bu tədqiqat nədən narahat edir?) Açar element-2 (məqsəd –konkret tədqiqat sualı) Açar element-3 (metod- dəqiq təsviri) Açar element-4 (əsas nəticələr) Açar element-5 (yekun nəticə -işin əhəmiyyəti)

  35. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Kafedralarda, strukturlarda, şöbələrdə dissertant, doktorantlarla, gənc alilmlərlə bu mövzu ilə əlaqəli məsləhət saatları aparılmalı, tədqiqat işlərinə elmi rəhbərlər bu kimi xüsusiyyətləri nəzərdə saxlamalıdırlar. İstinadların zəruriliyinin təbliği və tətbiqi üçün doktorant, dissertant və ETİ əməkdaşlarının attestasiyası zamanı onların Hirş indeksi, məqalə və məqalələrə istinadların sayı nəzərə alınmalıdır.

  36. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Bunun üçün fakültələrdə, kafedralarda və şöbələrdə görüləsi işlər::: Sıra sayı 1 Strukturun iş planına daxil ediləcək məsələlər Qeyd Əməkdaşların daha öncə çap edilmiş, lakin internetdə olmayan məqalələrinin mövcud olan yerləşdirilmələriiləəlaqədartədbirlərgörmək BDU-da dərc olunan elmi jurnalların internet səhifələrinin istinad hesablamalarına imkan verəcəkşəkildəyenilənməsi (Open Journal Systems platformasındanistifadə) Akademik heyət üzvlərinin yenilənməsinitəşkiletmək Beynəlxalq elmmetrik bazalarda (SCOPUS, NOS və s.) professor- müəllimheyətininşəxsiprofillərininyaradılması Elmi fəaliyyətinqiymətləndirilməsi üçün milli reytinq sisteminin yaradılmasıiləbağlıtəkliflərinverilməsi Tələbələrintədqiqat yönümlü bacarıqlarınınvə metodoloji səriştəliyininartırılması (istinad mədəniyyətininformalaşması) üçün tədbirlərplanınıntərtibivəhəyatakeçirilməsi mütəmadi açıq akademik sistemlərdə 2 redaksiya heyəti, kitabxana, struktur rəhbərləri il boyu 3 fərdi səhifələrinin mütəmadi 4 müntəzəm 5 iyun 6 müntəzəm

  37. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Bunun üçün fakültələrdə, kafedralarda və şöbələrdə görüləsi işlər::: Sıra sayı 7 Strukturun iş planına daxil ediləcək məsələlər Qeyd Akademik heyətüzvlərininvətələbələrin elmi müsabiqələrdə iştirak,beynəlxalqvə yerli təşkilatlar, fondlar tərəfindən maliyyələşdirilən elmi tədqiqatlayihələrinəmüraciətprosedurları üzrəişbacarıqlarınınartırılmasınadəstək Əməkdaşların xarici dil bacarıqlarınınartırılmasıistiqamətində tədbirlər Birgə elmi əməkdaşlığın, elmi tədqiqatlarınvəaraşdırmaların aparılmasıistiqamətdəgörülənvəgörüləcəkişlərhaqqındaplanın tərtibivəhəyatakeçirilməsi Disiplinlər(sahələr)üzrəalimlərinpeşəkarbirliklərininqurulması vəfəalsəmərəlitəşkilinədəstək Gənctədqiqatçılarlaiş, elmi fəaliyyətlərinintəşkili il boyu 8 il boyu 9 Yanvar, sentyabr 10 il boyu 11 müntəzəm İstinadların artmasını istəyiriksə ---- göstərilən bu minimum işlər həyata keçməlidir.

  38. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Istifadə olunan mənbələr. Бесплатно старенькие показатели импакт-факторов и индексов цитирования научных журналов можно посмотреть по этим ссылкам: • SCImago Journal & Country Rank (SJR: Scientific Journal Rankings) https://www.scimagojr.com/journalrank.php —для вычислений применяется h-индекс (индекс Хирша) и база данных Scopus • Science Gateway — Journal and Academic Rankings http://www.sciencegateway.org/rank/index.html • Web of Science Master Journal List — WoS MJL by Clarivate https://mjl.clarivate.com • Наука и образование ― EqWorld http://eqworld.ipmnet.ru/ru/info/sci-edu.htm

  39. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov Istrifadə olunan internet resurslar https://spubl.kz/ru/blog/zachem-povyshat-indeks-khirsha-kak-uvelichit-tsitirovaniye- nauchnoy-stati https://sibac.info/blog/chto-takoe-indeks-hirsha-ili-h-indeks https://phdru.com/scientometrics/hirsch/ https://xn--80aegcaa6cbngm5a6c1ci.xn--p1ai/podbor-klyuchevyh-slov/ https://az.internetdaybook.com/10649954-how-to-identify-keywords Elmin inkişafındaelmmetriyanın rolu. M.Mərdanov, A.Həsənova, 2019

  40. Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları_BDU_2022_EFTİM_ETTT Mirnamik Bəşirov DİNLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR

  41. Elmİ seminar Mövzu: Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları Bakı Dövlət Universiteti Məruzəçi dosent Mirnamik Bəşirov Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi Elmi tədqiqatların təşkili və təhlili şöbəsi 18 may 2022, çərşənbə, saat 13:30 da Yer: Elmi kitabxananın zalı, əsas bina, IV mərtəbə

More Related