151 likes | 737 Views
Predikatlar mu00fcddu0259alar mu00fclahizu0259lu0259r.
E N D
PLAN Müddəlar 01 Predikat anlayışı 02 Predikat məntiqi 03 04
Müddəa Müddəa nəqli cümlə şəklində söylənilən və doğru və yalan qiymətlərindən yalnız birini alabilən mühakiməyə deyilir. Deməli müddəa eyni zamanda həm doğru, həm də yalan mühakimə ola bilməz. Məsələn «Kür çayı Qara dənizə tökülür.» və «qarın rəngi ağdır» mühakimələri müddəalardır. Birinci müddəa yalan qiymət alır, ikinci müddəa isə doğru qiymət alır. Lakin hər mühakimə müddəa deyildir. Məsələn, «otağın divarı sarı rəngdədir» mühakiməsi müddəa deyildir çünki mühakimədə qeyri-müəyyənlik vardır, yəni hansı otağın sahəsindən söhbət getdiyi məlum deyildir.
Müddəa Deməli mühakimənin müddəa olması üçün onda qeyri-müəyyənlik olmamalıdır. Eynilə sual, nida cümlələri şəklində söylənilən mühakimələr müddəa deyildir. Çünki onların doğru və ya yalan olmalarının heç bir mənası yoxdur. A = 16 müddəa deyildir çünki a ilə hansı ədəd işarə olunduğu məlum deyildir. Lakin a-ya konkret qiymət verdikdə a= 16 mühakiməsi doğru və ya yalan olabiləcək müddəaya çevrilir. Misal üçün a = 15 olarsa 15=16 mühakiməsi yalan müddəaya çevrilir. Əgər a = 16 olsa 16=16 mühakimə doğru müddəa olur.
Müddəa Müddəalar latın əlifbasının böyük hərfləri ilə işarə olunur{A,B,C,D,E,F….}. Müddəanın ala biləcəyi doğru qiyməti «1» simvolu ilə, yalan qiyməti isə «0» simvolu ilə işarə edək. {0,1} çoxluğuna doğruluq qiymətlərçoxluğu deyilir.
Predikat Müddəalar məntiqi mühakiməni tam əhatə etmir, yəni müəyyən mənada dar düşüncə tərzini əhatə edir. Bu dediklərimizi aydın təsəvvür etmək üçün klassik bir nümunə göstərək. «Bütün insanlar öləcək. Sokrat insandır. Deməli, Sokrat öləcək.». Bu mühakimənin korrektliyi cümlənin daxili strukturasına əsaslanır və «bütün», «hər bir», «istənilən» , «vardır» kimi sözlərin mənaları ilə bağlıdır. Əlavə müddəalar məntiqi obyektlərin münasibətlərini öyrənə bilmir.
Predikat Predikatlar məntiqi müddəalar ilə yanaşı müddəaların funksiyalarını və ya çox yerli münasibətləri – predikatları öyrənir. Məsələn « x cüt ədəddir» cümləsi müddəa deyildir amma qrammatikaya görə müddəa formasına malikdir. Ona görə də buna x-dən asılı R(x) funksiyası kimi baxmaq olar. Bu funksiyanın təyin oblastı tam ədədlər çoxluğudur amma qiymətlər çoxluğu {0,1}-dir.
Ədəbiyyat Riyazi – Məntiq – RİM – Mühazirələr toplusu https://rosinka173.ru/az/obychnye-logicheskie-operacii-nad-predikatami-predikaty-operacii-nad.html