1 / 23

Əməyin iqtisadiyyatı

Əməyin iqtisadiyyatı. Mövzu: Kənd təsərrüfatında əmək resursları və əmək məhsuldarlığı. Plan:. Əmək resurslarının iqtisadi mahiyyəti. İqtisadi fəal əhali Kənd təsərrüfatında əmək resurslarından istifadənin xüsusiyyətləri Əmək resurslarından istifadənin göstəriciləri

Download Presentation

Əməyin iqtisadiyyatı

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Əməyin iqtisadiyyatı Mövzu: Kənd təsərrüfatında əmək resursları və əmək məhsuldarlığı

  2. Plan: • Əmək resurslarının iqtisadi mahiyyəti. İqtisadi fəal əhali • Kənd təsərrüfatında əmək resurslarından istifadənin xüsusiyyətləri • Əmək resurslarından istifadənin göstəriciləri • Əmək məhsuldarlığı haqqında anlayış və onun göstəriciləri • Kənd təsərrüfatında əmək resurslarından səmərəli istifadə

  3. Əmək resursları dedikdə, müəyyən yaş həddinə çatan, biliyə və istehsal vərdişlərinə malik olan, istehsal və qeyri istehsal sahələrində çalışan əhali kütləsi başa düşülür. • Onların tərkibinə ancaq iqtisadi cəhətdən fəal əhali deyil, həm də hazırda işləməyən və iş axtarmayan əmək qabiliyyətli şəxslərin digər kateqoriyaları, o cümlədən istehsalatdan ayrılmaqla təhsil alanlar da daxil edilir.

  4. Respublikamızda əmək qabiliyyətli yaşda olanlar – 1999-cu ilədək – kişilər 16-59, qadınlar 16-54 yaşda; - 1999-2000-ci illərdə - kişilər 15-60, qadınlar 15-55 yaşda; - 2001-ci ildən - kişilər 15-61, qadınlar 15-56 yaşdadır. • Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhaliaşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır.

  5. İqtisadi fəal əhali İqtisadi fəal əhali - bütün işləyənləri və işsizləri özündə birləşdirir.Əmək qabiliyyətli yaşında olub, məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan şəxslərdir.

  6. 2008-ci ildə Azərbaycanda • Əhalinin sayı- 8629,9 min nəfər o cümlədən: - şəhər 4464,8 min nəfər - kənd 4165,1 min nəfər • Əmək resursları-5711,3 min nəfər • İqtisadi fəal əhali- 4318,2 min nəfər • Məşğul əhali-4056 min nəfər • Kənd, meşə və ovçuluq təsərrüfatlarında-1553,1 min nəfər və ya 38,3 faiz

  7. Kənd təsərrüfatında əmək resurslarından istifadənin xüsusiyyətləri • Kənd təsərrüfatı istehsalının mövsümi xarakter daşıması ilə əlaqədar əmək resurslarından istifadə diskret, yəni fasiləli xarakter daşıyır • Başqa sözlə, təsərrüfat ilinin müəyyən dövrlərində işçi qüvvəsinə tələbat həddindən çox artır, müəyyən dövrlərində isə minimuma enir. • Ona görə də bu sahədə əməyin mövsümiliyinin azaldılması başlıca problemlərdən biri hesab edilir

  8. Əmək resurslarından istifadə göstəriciləri • Məşğulluq səviyyəsi • İş vaxtı fondundan istifadə • Mövsümilik səviyyəsi • Əmək məhsuldarlığı və s.

  9. Məşğulluq nədir? • İqtisadiyyatda məşğul olanlara – muzdla işləyənlər (daimi, müvəqqəti, mövsümi, təsadüfi işləyənlər), həmçinin muzdsuz işləyənlər aid edilirlər. • Mövcud qanunverciliyə görə, mülkiyyətində torpaq sahəsi olanlar məşğul əhali hesab edilirlər.

  10. Muzdsuz işləyənlər müstəqil olaraq özlərini gəlir gətirən işlə təmin edən şəxslərdir. Muzdlu işçilərin əməyindən istifadə edən sahibkarlar, fərdi əsasda işləyənlər, əməyi ödənilməyən ailə üzvləri onlara aid edilir. • Muzdla işləyənlər - mülkiyyət formasından asılı olmayaraq müəssisənin (idarənin, təşkilatın) rəhbəri və ya fərdi şəxslə əmək fəaliyyətinin şərtləri barədə yazılı əmək müqaviləsi bağlayaraq və ya şifahi razılaşma əldə edərək, gördüyü işin müqabilində pul və ya natura şəklində haqq (əvəz, muzd) alan şəxsləri özundə birləşdirən çoxsaylı işçilər qrupudur.

  11. Məşğulluq səviyyəsi • İşləyənlərin iqtisadi fəal əhalinin sayına faizlə olan nisbətidir Məşğ. Səv.= (işləyənlər/iqt.fəal.əh)x 100

  12. İş vaxtı fondundan istifadə • Faktiki sərf edilmiş iş vaxtının mümkün iş vaxtına olan nisbəti ilə müəyyən edilir

  13. Əmək məhsuldarlığı • Əmək məhsuldarlığı dedikdə, konkret vaxt ərzində insan əməyinin yaratdığı maddi nemətlər başa düşülür

  14. Əmək məhsuldarlığının əsas göstəriciləri • Tam • Müstəqim • Dolayı (qeyri-müstəqim) • Qismən

  15. Əmək məhsuldarlığının tam göstəricisi- istehsal edilən ümumi məhsulun miqdarının və ya dəyərinin işçilərin orta illik sayına olan nisbəti ilə müəyyən edilir Əmt=Üm/İş.s.

  16. Əmək məhsuldarlığının müstəqim göstəriciləri Bir adam saatda və ya adam gündə istehsal olunan məhsulun miqdarı və ya dəyəri Əm=Üm/t Əmək tutumu-vahid məhsul istehsalına (1 sent. hər manata) sərf olunan əməyin miqdarı ilə ölçülür Ət=t/Üm

  17. Əmək məhsuldarlığı ilə əmək tutumu arasında asılılıq Əmək məhs. 30 20 10 Əmək tutumu 1 2 3

  18. Əmək məhsuldarlığının qeyri-müstəqim göstəricisi • Kənd təsərrüfatı məhsulları istehsalında yalnız müstəqim əmək deyil, həm də qeyri-müəstəqim, yəni ümumistehsalat və ümumtəsərrüfat işçilərinin də əməyi getdikcə artır • Ona görə də əmək məhsuldarlığının hesablanması zamanı müstəqim əməklə yanaşı, qeyri-müstəqim əməyin də nəzərə alınması olduqca vacibdir.

  19. Əmək məhsuldarlığının qismən göstəriciləri Aqrar sahədə istehsal dövrü ilə iş dövrü üst-üstə düşmədiyindən bəzən təsərrüfat ilinin ortasında əmək məhsuldarlığını hesablamaq lazım gəlir. Burada istifadə olunan göstəricilər aşağıdakılardır - 1 nəfər işçi tərəfindən becərilən torpaq sahəsi - hər hektar sahənin becərilməsinə sərf olunan iş vaxtı - hər nəfər sağıcıya təhkim edilmiş inəklərin sayı və s.

  20. Kənddə əmək resurslarından səmərəli istifadə Əmək tutumlu sahələrin inkişafı-burada ucuz işçi qüvvəsindən istifadə etməklə rəqabət qabiliyyətli məhsullar istehsal etmək və əhalinin məşğulluğunu yüksəltmək olar

  21. Təhlil göstərir ki, hazırda əkin sahələrinin strukturunda taxılçılıq kimi az əmək tutumlu sahə üstünlük təşkil edir

  22. İşçi qüvvəsinin strukturunda yüksək ixtisaslı kadrların xüsusi çəkisinin artırılması Respublikamızda aqrar sahə üzrə müasir tələblər səviyyəsində mütəxəssis hazırlanması üçün maddi-texniki vəziyyəti günün tələblərinə cavab vermir. Eyni zamanda, yüksək ixtisaslı pedoqoji kadrların çatışmazlığı müşahidə olunur.

  23. İstifadə olunan ədəbiyyat • A. Məmmədov-Kənd təsərrüfatının iqtisadiyyatı, Bakı 1992 • V.Niftullayev-Kənd təsərrüfatının iqtisadiyyatı, Bakı 1996 • Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu • Azərbaycan Respublikasının Əmək Qanunvericliyi • www.azstat.org

More Related