Azərbaycan Dövlət Aqrar Universiteti
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 17

METROLOGIYANIN ƏSASLARI § 5. ÖLÇMƏLƏR VƏHDƏTININ TƏMIN EDILMƏSI PowerPoint PPT Presentation


  • 153 Views
  • Uploaded on
  • Presentation posted in: General

Azərbaycan Dövlət Aqrar Universiteti İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI § 5. ÖLÇMƏLƏR VƏHDƏTININ TƏMIN EDILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Download Presentation

METROLOGIYANIN ƏSASLARI § 5. ÖLÇMƏLƏR VƏHDƏTININ TƏMIN EDILMƏSI

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Azərbaycan Dövlət Aqrar Universitetiİnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası

METROLOGIYANIN ƏSASLARI

§ 5. ÖLÇMƏLƏR VƏHDƏTININ TƏMIN EDILMƏSI

HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Mühazirəçi texnika elmləri namizədi

İsmayılov Nazim Köçəri oğlu

GƏNCƏ -2010


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

P L A N:

1. Maddələr 12 – 20;

2. Bu qanunun tətbiq edilməsi barədə Azər-baycan Respublikası Prezidentinin Fərmanı.


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Ə D Ə B İ Y Y A T

1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с.

2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»).

3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник длястад. Высш. Учеб. Даведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с.

4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Maddə 12. Ölçü vəhdətinin təmin edilməsi üzrə səlahiyyətli şəxslər, onların hüquq və vəzifələri.

12.1. Dövlət metroloji nəzarətini müvafiq icra haki-miyyəti orqanının səlahiyyətli şəxsləri həyata keçirir.

12.2. Ölçü vasitələrinin müqayisəli yoxlanmasını həyata keçirən səlahiyyətli şəxslər müvafiq icra hakimiy-yəti orqanı tərəfindən müəyyən edilmiş qaydada attesta-siyadan keçməlidirlər.

12.3. Səlahiyyətli şəxslərin hüquq və vəzifələri aşa-ğıdakılardır:

12.3.1. Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölçü vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə qa-nunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

12.3.2. Ölçü vasitələrinin vəziyyətini, istismar və saxlanma şəraitini yoxlamaq;

12.3.3. Ölçü vasitələrinin dövlət sınaqlarında iştirak etmək;

12.3.4. Metroloji qayda və normalara uyğun olmayan ölçü vasitələrinin istismarını, istehsalını, satışını qadağan etmək;

12.3.5. Müqayisəli yoxlamadan keçməyən ölçü vasi-tələrinin istismarını qadağan etmək;

12.3.6. Ölçü vasitələri düzgün olmayan göstəricilər verildiyi halda müqayisəli yoxlama haqqında şəhadətna-mə və ya vurulmuş damğanı ləvğ etmək;

12.3.7. İnsanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquq pozun-tusuna, ətraf mühitin təhlü-kəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçü


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

vasitələri metroloji qaydalara və normalara uyğun olmadığı halda istismardan çıxar-maq;

12.3.8. Metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətlərini göstərməklə tələbnamə vermək;

12.3.9. Metroloji norma və qaydalarını pozulması haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yoxlama aktı yaxud protokol tərtib etmək;

12.3.10. Ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyul-ması haqqında tələbnamələr vermək;

12.3.11. Metroloji qayda və normaları pozmuş hü-quqi fiziki şəxslərə cərimə və maliyyə saksiyaları tətbiq etmək;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Maddə 13.Dövlət metroloji xidməti tərəfindən tətbiq edilən cərimələr və maliyyə sanksiyaları.

Maddə 14.Ölçü vasitələrinin kalibrlənməsi.

14.1. Müqayisəli yoxlamaya aid edilməyən ölçü vasitələri, istehsaldan buraxıldığı, yaxud təmirdən çıx-dığı, idxal və istismar edildiyi, icarəyə verildiyi və satıl-dığı zaman kalibrlənə bilər. Ölçü vasitələrinin kalibrlən-məsinin nəticələri ölçü vasitələ-rinin üzərinə kalibrlənmə nişanının vurulması ilə, yaxud kalibrlənmə haqqında sertifikatla, həmçinin istismar sənədlərində aparılan qey-diyyatda təsdiq edilir;

14.2. Müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilələr əsasında hüquqi şəxslərin metroloji xidmət-lərinə kalibrlənmə işləri aparmaq, həmçinin kalibrlənmə haqqında sertifikat vermək hüququ verilir;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

14.3. Ölçü vasitələrinin kalibrlənməsi hüquqi şəxs-lərin metroloji xidmətləri tərəfindən dövlət kəmiyyət vahidləri etalonlarına daxil olan etalonlardan istifadə et-məklə aparılır;

14.4. Kalibrlənmə işlərinin yararsız yerinə yetiril-məsinə görə bu işi yerinə yetirən metroloji xidmətin tabe olduğu hüquqi şəxs məsuliyyət daşıyır;

14.5. Hüquqi şəxslərin metroloji xidmətlərinin kali-brlənmə fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir;

14.6. Kalibrlənmə işlərinin yerinə yetirilməsi və kali-brlənmə haqqında serti-fikatın verilməsi, yaxud kalibr-lənmə nişanının vurulması hüququnun verilməsi qayda-ları, kalibrlənmə işlərinin yerinə yetirilməsinə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Maddə 15. Ölçü vasitələrinin sertifikatlaşdırılması.

Ölçü vasitələrinin sertifikatlaşdırılması qanunverici-liyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərə-findən aparılır.

Maddə 16. Ölçü vasitələrinin təmin edilməsi üzrə işlərin maliyələşdirilməsi.

16.1. Ölçü vəhdətinin təmin edilməsi üzrə işlər döv-lət tərəfindən maliyələşdirilir;

16.2. Ölçü vəhdətinin təmin edilməsi üzrə dövlət tərəfindən maliyələşdirilən işlərə aşağıdakılar aiddir:

16.2.1. Dövlət kəmiyyət vahidləri etalonlarının işlə-nib hazırlanması, alınması, təkmilləşdirilməsi, saxlan-ması və tətbiq edilməsi;

16.2.2. Metrologiya sahəsində əsaslı tədqiqatlar;

16.2.3. Vaxt və tezliklər, standart nümunələr, stan-dart məlumat göstəriciləri xidmətləri ilə bağlı işlər;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

16.2.4. Müvafiq İHO-nın qismən təchizatı üçün zəruri avadanlığın alınması, saxlanması və normativ sənədlərin işlənib hazırlanması;

16.2.5. Dövlət Metroloji nəzarət üzrə təşkil olunan işlər;

16.2.6. Dövlət proqramlarının işlənib hazırlanması.

Maddə 17. Metroloji işlərin və xidmətlərin ödənilməsi.

17.1. Müvafiq “İHO”-ni tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən və aşağıda qeyd olunan metroloji işlər və xidmətlər bağlanmış müqavilələrin şərtlərinə əsasən sifarişçi tərəfindən ödənilir;

17.1.1. Ölçü vasitələrinin tipinin təsdiq edilməsi üçün sınaqların keçirilməsi;

17.1.2. Ölçü vasitələrinin müqayisəli yoxlanması;

17.1.3. Ölçü vasitələrinin sertifikatlaşdırılması;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

17.1.4. Ölçü vasitələrinin kalibrlənməsi;

17.1.5. Ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiya edilməsi;

17.1.6. Normativ sənədlərin işlənib hazırlanması və ekspertizası;

17.1.7. Qanunvericiliyə zidd olmayan digər xidmətlər.

Maddə 18. Ölçü vəhdətinin təmin edilməsi sahəsində mübahisələrin həlli.

Ölçü vəhdətinin təmin edilməsi sahəsində mübahisələrə qanunvericiliyə əsasən məhkəmə qaydasında baxılır.

Maddə 19. Ölçü vəhdətinin təmin edilməsi haq-qında qanunvericiliyinpozulmasına görə məsuliyyət.

Maddə 20. Ölçü vəhdətinin təmin edilməsi sahə-sində beynəlxalq əməkdaşlıq.


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Müvafiq “İHO”-ni tərəfindən ölçü vasitələri-nin yoxlanması və sınaqların nəticələrinin tanın-ması sahəsində beynəlxalq əməkdaşlıq həyata keçirilir.

Heydər Əliyev

Azərbaycan Respublikası Prezidenti

Bakı şəhəri, 13 iyun 2000-ci il

№ 893 –İQ

“Ölçmələrin vəhdətinin təmin edilməsi haq-qında” Azərbaycan Respublikasının Qanunu-nun tətbiq edilməsi haqqında Azərbaycan Res-publikası Prezidentinin


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

F Ə R M A N I

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə min-məsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tap-şırılsın ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “ölçmələrin vəhdətinin təmin edilməsi haq-qında” Azərbaycan Respublikasının Qanununa uyğunlaş-dırılması barədə təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq “İHO”-nın normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını tə-min etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qa-nunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırla-yıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmuş ölçü vasitələrinin sertifi-kasiya qaydası barədə təkliflə-rini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Bu fərmanın 2-ci bəndində Azərbaycan Respublika-sının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

Öz səlahiyyətləri daxilində “ölçülərin vəhdətinin tə-min edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

2. Müəyyən edilsin ki:

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 6.2-ci, 8.3-cü maddələ-rində, 10.2-ci maddəsinin ikinci və dördüncü cümlələrdə, 14.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra haki-miyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublika-sının Nazirlər Kabineti həyata keçirir;

Həmin qanunun 1.0.6-cı maddəsində nəzərdə tutul-muş “müvafiq icra hakimiy-yəti orqanı” nın səlahiy-yətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi” öz səlahiyyətləri daxilində həyata keçirirlər;


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Həmin qanunun 1.0.4-cü, 1.0.7 – 1.0.10-cu, 1.0.12-ci, 5.3-cü, 7-ci, 3.2-ci, 9.1-ci maddələrində, 10.2-ci maddənin birinci cümləsində, 10.3-cü, 10.5-ci, 11.2-ci, 11.3-cü, 11.5-ci, 12.1-ci, 12.2-ci, 13-cü, 14.2-ci, 14.5-ci, 15-ci, 16.2.4-cü, 17.1-ci və 20-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiy-yətlərini “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi” həyata keçirir.

Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 21 oktyabr 2000-ci il

№ 409.


Metrologiyanin saslari 5 l m l r v hd tinin t min edilm si

Diqqətinizə görə çox sağ olun.

TƏRTİBAÇI

İSMAYILOVA HİCRAN


  • Login