1 / 9

Mövzu: A r p a

Mövzu: A r p a. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzunun planı:. Arpanın növləri Arpanın yarımnövləri və qrupları Arpanın növmüxtəlifliyinin təyini Çoxcərgəli arpanın mühüm növmüxtəliflikləri Arpanın əsas sort əlamətləri. İkicərgəli arpanın növmüxtəliflikləri.

ulric
Download Presentation

Mövzu: A r p a

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu:A r p a AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e. n. F.H.Qurbanov

  2. Mövzunun planı: • Arpanın növləri • Arpanın yarımnövləri və qrupları • Arpanın növmüxtəlifliyinin təyini • Çoxcərgəli arpanın mühüm növmüxtəliflikləri • Arpanın əsas sort əlamətləri. • İkicərgəli arpanın növmüxtəliflikləri

  3. Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006 • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Cəfərov İ.H. Taxılın xəstəlikləri,Dərslik,Bakı,2009. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.

  4. A r p a • Arpa – Hrodeum cinsinin cücərtisi tüstüvari (üzərində mum təbəqəsi olduğu • üçün), yaxud zümrüdü yaşıl rənglidir. Yarpağının dilçəsi iriliyinə və formasına görə buğda yarpağının dilçəsinə oxşardır. Qulaqcıqları çox iri və enli olduğu üçün biri digərinin üzərinə keçir. • Çiçək qrupu sünbüldür. Sünbül oxunun hər pilləsində üç sünbülcük yerləşir. Sünbülcüyü birçiçəkli, sünbülcük pulcuqları xırda ensiz-lansetvarıdır. Qılçıqlı və qılçıqsız, pərdəli və çılpaqdənli formaları vardır.

  5. Arpanın növləri • Arpa – Hordeum cinsinin müəyyən edilmiş 30 növündən yalnız səpin arpası – hordeum sativum mədəni olmaqla becərilən bütün formaları əhatə edir. • Yabanı növlərindən – H.spontaneum; H.bulbosum; H.murinum; H.leporirum; H.leguncul forme Orta Asiya və Zaqafqaziya respublikalarında, xüsusilə Azərbaycanda xam və dincə qoyulmuş torpaqlarda alaq otu kimi çox yayılmışdır. • Yabanı arpaların xarakterik xüsusiyyətlərindən birisi sünbüllərinin ikicərgəli olmasıdır.

  6. Arpanın yarımnövləri və qrupları • Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişafetmə dərəcəsinə • görə səpin arpası üç yarımnövə bölünür: • çoxcərgəli arpalar – hordeum vulgare • ikicərgəli arpalar – hordeum distichum • qarışıq (keçid) cərgəli arpalar – hordeum intermedium • Çoxcərgəli arpalar – bu yarımnövün sünbül oxunun pillələrində olan sünbülcüklərin hamısı inkişaf edərək dən əmələ gətirdiyi üçün çoxcərgəli (altı) adlanır. Sünbülünün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür: • Düzgün çoxcərgəli, yaxud altıüzlü arpalar; • Düzgün olmayan çoxcərgəli, yaxud dördüzlü arpalar.

  7. İkicərgəli arpalar • İkicərgəli arpalarda da oxun hər pilləsində üç sünbülcük əmələ gəlir. Lakin onlardan ortada yerləşən inkişaf edərək dən verir, yan tərəfdəkilər az-çox dərəcədə rudimentləşir (zəifləyir) və dən əmələ gətirmir. Ona görə də ikicərgəli adlanır. İkicərgəli arpalar yan sünbülcüklərin rudimentləşmə dərəcəsinə görə iki qrupa bölünür: • Nutantia qrupu; • Defisientia qrupu;

  8. Arpanın növmüxtəlifliyinin təyini • Dənin pərdəliliyi – pərdəli, çılpaq; • Sünbülün qılçıqlılığı və qılçıqların quruluşu – qılçıqlı, qılçıqsız, pərli; • Qılçıqların dişliliyi – başdan-başa dişli, yaxud aşağı hissəsi hamar, yuxarısı zəif dişli; • Sünbülün rəngi – sarı, qara, bozumtul-qara; • Sünbülün sıxlılığı – sıx, seyrək. • Arpada sıxlıq sünbül oxunun 4 sm-də olan üzvcüklərin sayı ilə təyin edilir. Oxun 4 sm-də 7-14 üzvcük olduqda sünbül seyrək, 15-30 olduqda sıx hesab edilir.

  9. Arpanın əsas sort əlamətləri • 1.Sünbülün forması • -Sünbülü romb formalı • -Kvadrat formalı • -Düzbucaqlı formalı • 2. Sünbülün uzunluğu • a) uzun sünbül – 9-12 sm; • b) orta uzunluqda - 7-9 sm; • c) qısa sünbül – 5-6 sm; • 3. Sünbülün sıxlığı • a) seyrək sünbüllü • b) orta sıxlıqda • c) sıx sünbüllü • 4. Qılçıqların uzunluğu • a) qılçıqları uzun • b) qılçıqları orta uzunluqda • c) qılçıqları qısa – sünbülünə bərabər, yaxud ondan azacıq qısa. • 5. Çiçək pulcuğunun qılçığa keçməsi • a) tədricən keçid • b) kəskin keçid • c) enli keçid • 6. Dənin əsasının çıxıntısı

More Related