1 / 61

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. Mövzu 2. Mikologiyanın ümumi aspektləri. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N. Üzvi aləm sistemində göbələklərin yeri Göbələklərin filogeniyası

truman
Download Presentation

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

  2. Mövzu 2. Mikologiyanın ümumi aspektləri • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov

  3. P L A N Üzvi aləm sistemində göbələklərin yeri Göbələklərin filogeniyası Göbələklərin quruluşunun əsas cizgiləri Göbələklər birhüceyrəli və ya çoxhüceyrəli orqanizmlərdir Göbələk hüceyrəsinin orqanelləri

  4. Əsas ədəbiyyatlar 1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s. 2.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с. 3.Левкина М.Н. Основы микологии. Учебно-методический комплекс. Горно-Алтайск, 2010, 86 с. 4.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с. 5.M.Timur Döken, Erkol Demirçi, Mikoloji-1. Erzurum: 2010, 91 s.

  5. Köməkçi ədəbiyyatlar 1.İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с. 3.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт, 2012, 445 с.

  6. Nüvəyəqədər orqanizmlər və ya prokariotlar (Procariota) Monerlər aləmi (Monera) Protistlər aləmi (Protictista) • Göbələklər aləmi (Fungi) II. Nüvəli orqanizmlər və ya eukariotlar (Eucariota) • Heyvanlar aləmi (Animalia) • Bitkilər aləmi (Plantae)

  7. aydın formalaşmış nüvəyə malik olmayan orqanizmlərdir Prokariotlar Eukariotlar aydın formalaşan örtüyə malik nüvəli orqanizmlərdir

  8. Protoktristlər (Protoctista) aləmi Protistlər (Protista) aləmi Onlar ibtidailərin tərkibinə daxil edilir, əksər hissəsi birhüceyrəli orqanizmlər olub, bitki və heyvan əlamətlərini özündə saxlayır, bura miksomisetlər də aiddir. Göbələyəbənzər protistlər burada yerləşir, onların həqiqi göbələklərdə olduğu kimi mitselli tallomu və bəzi morfoloji strukturları vardır. Aralıq orqanizmlər qrupu kimi inkişaf tsiklində qamçı mərhələsi: Myxomycota, Plasmodiophomycota, Labyrinthulomycota, Hypochytridiomycota, Oomycota, Chytridiomycota şöbələri vardır.

  9. Göbələklər sistemi (Olive, 1975 və 1980-ci ildə L.Qəribova tərəfindən modifikasiya edilmişdir) MYCOTA ALƏMİ Eumycota şöbəsi Oomycota şöbəsi Myxomycota şöbəsi

  10. Oomycota şöbəsi Oomycetes Hypochytridiomycetes

  11. Ascomycetes Chytridiomycetes Eumycota şöbəsi Zygomycetes Basidiomycetes Deuteromycetes

  12. Göbələklərin əsas taksonomiki qruplarının hüceyrə divarının karbohidrat tərkibi

  13. Göbələklərin şöbə və sinifləri (Dictionary, 2001) Dictyosteliomycota şöbəsi Acrasiomycota şöbəsi Dictyosteliomycetes sinfi Acrasiomycetes sinfi Protozoa aləmi Myxomycota şöbəsi • Myxomycetes sinfi • Protosteliomycetes sinfi • Plasmodiophoromycetes sinfi

  14. Göbələklərin şöbə və sinifləri (Dictionary, 2001) Hypochytriomycota şöbəsi Hypochytriomycetes sinfi Chromista aləmi Labrinthulomycota şöbəsi Labrinthulomycetes sinfi Oomycota şöbəsi Oomycetes sinfi

  15. Göbələklərin şöbə və sinifləri (Dictionary, 2001) Fungi aləmi Chytridiomycota şöbəsi Ascomycota şöbəsi Basidiomycota şöbəsi Zygomycota şöbəsi Ascomycetes Neolectomycetes Pneumocystidio- mycetes Saccharomycetes Taphrinomycetes Basidiomycetes Uredinomycetes Ustaliginomycetes Trichomycetes Zygomycetes

  16. Göbələklərin filogeniyası Göbələklər polifiletik mənşəyə malikdir, yəni müxtəlif siniflər bir- birindən asılı olmadan rəngsiz qamçılılardan və qamçısız ameboid fraqellyatdan törənmişdir. Sonuncular zigomisetlərə başlanğıc vermiş, onlardan isə kisəli və bazidial göbələklər yaranmışlar. Xitridiomisetlərin sələflərinin birqamçılı flaqellyatlar olduğu güman edilir. Oomisetlər hüceyrə örtüyünün tərkibinə, ikiqamçılı zoosporlara, cinsi prosesin xarakterinə görə orqanizmlərin başqa qruplarından kənarda dururlar. Onların mənşəyi məlum deyil, güman edilə bilər ki, onlar müxtəlif qamçılı yosunlardan xlorofilin itməsi ilə meydana çıxmışlar.

  17. Göbələklərin quruluşunun əsas cizgiləri • hüceyrə • divarı • osmotrof qidalanma • tipi Heyvan orqanizmindən yaxşı ifadə olunan: • həyat tsiklinin vegetativ mərhələsində hərəkətsizliyi • sərhədsiz • böyüməsi müxtəlif tipli sporların köməyi ilə çoxalması ilə fərqlənirlər

  18. Bitkilərdən göbələkləri fərqləndirən cəhətlər isə aşağıdakılardır: hüceyrə divarının matriksində xitin ehtiyat qida maddələrinin qlikogen xitozan və qlyukanın miqdarı volyutin fotosintetik piqmentlərin olmaması yağ olması Bitkilərdə isə bildiyimiz kimi ehtiyat qida maddəsi nişastadır.

  19. spor Spordan hifin inkişafı

  20. Göbələklərin strukturu birhüceyrəli çoxhüceyrəli

  21. Müxtəlif hüceyrə tipləri

  22. Hiflərin tipləri Təyinatına görə göbələklərin tallomunda olan hiflər iki əsas qrupa bölünürlər: Generativ hiflərdə sporogen orqanlar və daha sonra sporlar formalaşırlar. Generativ hiflər müəyyən bir həddə qədər genişlənmə hesabına irilənirlər. Generativ Vegetativ hiflər tallomda yerinə yetirdiyi vəzifədən asılı olaraq, müəyyən müxtəlifşəkilliyi ilə fərqlənirlər. Onlardan əsasən göbələyin toxumaları qurulur. Vegetativ mitsel üçün apikal böyümə, hifin sonunda və ya qurtaracağında bölünmə, habelə yan budaqlanma xarakterikdir. Vegetativ

  23. hüceyrə divarı hif ağızcıq nüvə arakəsmə və ya septa arakəsməlihif mitsel

  24. Arakəsmələr və ya septalar Septa latınca Septum – arakəsmə sözündən götürülmüşdür, ali göbələklərin hifal sistemində əhəmiyyətli morfoloji strukturdur. Arakəsmə ziqomisetlərdə olduğu kimi hifin divarının daxili çıxıntısı yolu ilə formalaşır, bu zaman arakəsmənin mərkəzi hissəsi sərbəst qalır. Bu dəlik məsamə adlanır. Göbələk hiflərinin eninə arakəsmələrində məsamələr azdır, bu məsamələrin vəzifələri qonşu hüceyrələrin protoplastları ilə birbaşa əlaqəni təmin etməkdir. Arakəsmə və məsamələr quruluş xüsusiyyətlərindən asılı olaraq, bit neçə tip arakəsmələri fərqləndirmək olar.

  25. məsamələr

  26. Göbələklər təkamül prosesində vegetativ bədənin • formasını dəyişmək xüsusiyyəti qazanmışlar. Bu • hiflərin sıxlaşması və qovuşması nəticəsində baş verir. Qaustoriya Anastomoza Xlamidospor Sklerosiya Rizomorf mitselin şəkildəyişmələri ola bilirlər

  27. Qaustoriya

  28. Bitki hüceyrəsində qaustoriya

  29. Anastomoz

  30. Rizomorf

  31. Xlamidospor

  32. Blastosporlar

  33. Sklerosiya

  34. Sklerosial stromalar və ya mumyalar

  35. Stolon və rizoidlər sporangi sporangi-daşıyan stolon rizoidlər

  36. Göbələk hüceyrəsi Endoplazmatik şəbəkə Vakuol Ribosomlar Mitoxondrilər Plazmatik membran Sitoplazma Lomasomlar Nüvə nüvəciklə Hüceyrə divarı Holci aparatı Sentriollar Ehtiyat qida maddələri (qlikogen)

  37. Eukariotlarda nüvənin adi, qeyri-cinsi vegetativ bölünməsidir. Mitoz Xromosomlarda DNT ikiləşir, artır, xromatiklərə identik eninə yarılmaya hazırlıq gedir, sonda bu qız xromosomların formalaşması ilə yekunlaşır.

  38. Allomyces, Chytridiomycetes, Euascomycetes, Deuteromycetes və ya Anamorfic fungi şöbələrində mitoz 5-6 dəqiqədən bir neçə saata qədər Ustilago cinsində 45 dəqiqə Mucor cinsində 2 saat-a qədər davam edir.

  39. tərkibində tənəffüs zəncirinin fermentləri, fosforlaşdırıcı oksidləşmə və limon turşusu olan dsikli orqanelldir onların xarab və ya defektli olması mutantlara səbəb olur Mitoxondrilər Mitoxondrilər həlqəvi xromosom şəklində özünün DNT -ə malikdir, bakteriya tipi üzrə avtonom olaraq çoxalırlar. Bu eninə bölünmə və ya tumurcuqlanma tipidir

  40. zülal sintezinin orqanellidir. Belə ki, onların ölçüləri 20-80 mkm-ə yaxındır, onlar yalnız elektron mikroskopda fərqləndirmək mümkündür əsas komponenti nüvə DNT-də əmələ gələn RNT-dir, zülalla birlikdə nüvəcikdə və nüvə qalpağında toplanır. Fitoplazmada ribosomların bir hissəsi səliqəsiz yerləşir, lakin onların əksəriyyəti endoplazmatik retikulumun membranına mitoxondrilərə və onların hissəciklərinə bərkimişdir Ribosomlar nüvə qalpağında bəzən kip qablaşmış vəziyyətdə görünürlər. Prokariot və evkariot orqanizmlərin ribosomları zülalların səthi strukturuna görə fərqlənirlər.

  41. Prokariot, eukariot orqanizmlərin və göbələyəbənzər protistlərin orqanellərinin səciyyəsi

  42. Qamçılar (Flagella)- bu zoospor və göbələyəbənzər protistlərin planoqamet, planizigotlarının hərəkətedici orqanellidir. Zəif quruluşuna görə bakteriyaların anoloji orqanellindən fərqlənirlər, lakin çoxlu hərəkətli bitki və heyvan qametləri və ibtidailərin qamçıları ilə oxşardır. Qamçıların tərkibində iki mərkəzi tək-tək və doqquz periferik ikili fibrillər vardır. Göbələklərin qamşıları iki tipdədir; hamar və lələkli. Göbələklərin zoospor tipləri arasındakı sonrakı fərq hüceyrədə (bir və ya iki) qamçıların sayını və hərəkət istiqamətində onların bərkimə yerini özündə birləşdirir.

  43. İş zamanı bütün qamçılar dalğayabənzər hərəkət yerinə yetirirlər, onların hərəkətində enerjiyə qənaət etmək üçün ritmin məhdudiyyətlər də vardır. İki və çox qamçılı hüceyrələrdə ayrı-ayrı qamçıların hərəkəti öz aralarında razılaşdırılır. Terminal qamçı hərəkət edə bilir, eyni zamanda çəkilə bilir, yəni qamçılarını içəriyə dartır. Qamçıların tipi, sayı və hüceyrəyə bərkimə yerinə görə ibtidai göbələklərin siniflərinin fərqləndirilməsində istifadə edilir.

  44. Qamçıların yerləşməsinə görə bakteriyalarən təsnifatı Monotrix Amfitrix

  45. Lofotrix Peritrix

  46. Göbələklərin qamşıları iki tipdədir: hamar və lələkli.

  47. Özünü yoxlama üçün mövzuya aid test sualları Nüvəyəqədər orqanizmlər və ya prokariotlara hansı aləm mənsubdur? a) Plasmodiophoromycota b) Monera c) Fungi d) Animalia e) Plantae

More Related