1 / 19

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “ Q uşların t ənəffüs orqanlarının xəstəlikləri.Həzm orqanların xəstəlikləri ” Mühazirəçi: Dos.Əliyev N.A.

tirzah
Download Presentation

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Quşların tənəffüs orqanlarının xəstəlikləri.Həzm orqanların xəstəlikləri ” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0

  2. Plan 1.Burun yollarının və əlavə boşluqların iltihabı 2.Larinqotraxeit 3.Bronxopnevmoniya 4.Qazların ağız selikli qişasının iltihabı 5.Çinadanın yemlərlə dolub tıxanması və iltihabı 6.Kutikulit 7.Cücələrdə dispepsiya 8.Mədə və bağırsaqların kataral iltihabı 9.Bağırsaqların tıxanması 10.Kloakanın iltihabı Quşların tənəffüs orqan-rın xəstəlikləri

  3. İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-II-hissə, Bakı-Azərnəşr,1961-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Профилактика нарушения обмена веществ у крупного рогатого скота», Москва, «Колос»,1975 5.Шарабрин И.Г. «Внутренние незаразные болезни сельскохозяйственных животных».Москва, «Колос», 1976 Quşların tənəffüs orqan-rın xəstəlikləri

  4. Tənəffüs orqanlarının xəstəlikləri Burun yollarının və əlavə boşluqlarının iltihabı Burun yolları, burun və gözaltı boşluqların selikli qişalarının iltihaba uğraması ilə səciyyələnərək, ev quşlarının bütün növləri, xüsusən 3 aylığa qədər olan cavan quşlar bu xəstəliyə tutulur. Etiologiyası. Soyuqlama, ikitərəfli hava cərəyanı, quşların nəmli binalarda saxlanması, soyuq yağışlı havada islanması zamanı quşlar bu xəstəliyə tutulurlar. Havada ammonyakın və tozun çox olması xəstəliyin inkişafına kömək edir. Əlamətləri. Quş kefsizləşir, yorğun görünür, iştahı zəifləyir, temperaturu adətən norma ətrafında olur. Xəstə quşun burun deşiklərindən serozlu-selikli axıntı gəlir, sonra o selikli-irinli və bəzən fibrinozlu kefiyyət alır. Burun deşiklərinin ətrafında ekssudat quruyub qaysaq bağlayır, çox vaxt burun yollarını tıxayır. Patanatomiyası. Burun boşluğu və sinuslar kataral iltihaba uğrayır, burun yolları daralmış olur. Burun boşluqlarında, burun və gözaltı sinuslarda kataral, selikli-irinli və ya fibrinozlu ekssudat toplanır. Burun-göz yaşı kanalları çox vaxt tutulur. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  5. Diaqnozu. Anamnez məlumatları, klinik əlamətlərinə və patanatomik yarmanın nəticəsinə əsasən diaqnoz qoyulur. İnfeksion rinit, sinusit, konyuktivit, larinqotraxeit, aspergillyoz kimi infeksion xəstəliklərdən təfriq etmək lazımdır. Müalicə və profilaktikası. Quşların yemləmə və bəsləmə şəraitini nizamlamalı, xüsusən quş binalarında temperatur-nəmlik rejimini normal saxlamalı, onları vitaminli-mineral yemlərlə fərdi surətdə müalicə etməli. Xəstə quşların burun deşikləri qərtməklərdən antiseptik məhlulla yuyulmalı.Bunun üçün 2%-li bor turşusu, 1-2 %-li protalqol, 1:4000 furasilin, yaxud furazalidon məhlulundan 2-5 damcı burun yollarına damızdırılır. Antibiotiklərdən istifadə etməkdə yaxşı nəticə verir. Xəstəlik baş vermiş bölmədə quşların qrup halında müalicə olunması yaxşı nəticə verir. Bunun üçün 1-2 %-li natrium-bikarbonat və ya antiseptol məhlulu işlətmək lazımdır. Antiseptolu işlətməzdən əvvəl iki pay su qarışdırılır. Quşları, xüsusən cavan və körpə quşları daşıyarkən onları soyuqdan qorumalı, nəm və ikitərəfli hava cərəyanı olan binalarda saxlamaq qadağan edilməlidir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  6. Larinqotraxeit – Larinqotracheitis Bu xəstəlik qırtlağın, traxeyanın və iri bronxların selikli qişalarının kataral iltihabı ilə səciyyələnir. Xəstəliyə ən çox körpə quşlar, az hallarda isə yaşlılar tutulur. Etiologiyası. Soyuqlama, nəmlik, iki tərəfli hava cərəyanı xəstəliyi törədən əsas səbəbdir.Tozlu, mikroorqanizmli, ammonyaklı hava, yem payında A vitamininin azlığı bu xəstəliyin inkişafına köməklik edir. Əlamətləri. Xəstəlik kəskin gedişə malik olub xəstə cücələr kefsiz və zəif görünür, yemdən qalır, temperatur 0,5-10C yüksəlir. Cavan quşlarda tənəffüs gərginləşir, bəzən fitləyici də ola bilir, dimdik çox vaxt yumulur. Yaşlı quşlarda kəskin və cingiltili öskürək olur. Patanatomiyası. Qırtlağın, traxeyanın və iri bronxların selikli qişası kataral iltihaba tutulur, hiperemiyalı, bəzən isə zolaqlı qan sağıntıları olur. Traxeya və bronxlarda serozlu-selikli möhtəviyyat toplanır. Diaqnozu. Anamnez məlumatları, klinik əlamətlərinə və patanatomiyasına əsasən diaqnoz qoyulur. Bronxit, sinusit, infeksion mənşəli larinqotraxeit, pasterellyoz, taun, aspergillyoz kimi xəstəliklərdən təfriq etmək lazımdır. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  7. Müalicə və profilaktikası. Zoogigiyeniki şəraitin bütün tələblərinə riayət etməli, il boyu quşları təmiz içməli su ilə təmin etməli, onların qar və buz udmasına yol verməməli. Kütləvi müalicə üçün çay sodası və ya antiseptol məhlulu işlədilir. Quşlara su əvəzinə 0,01 %-li kalium permanqanat məhlulu, 0,5%-li çay sodası məhlulu, 0,2 % bor turşusu məhlulu verməli. İndividual müalicədə quşun qırtlağına və traxeyasının başlanqıc nahiyyəsinə 1-2 %-li protalqol, 15-20 %-li albusid, yaxud yod-qliserin yaxmalı, qırtlağa gündə 2-3 dəfə bir neçə damcı furazolidon, furasillin və ya antibiotik damcılatmaq lazımdır. Bronxopnevmoniya Bronxlarin və ağ ciyərin toxumasının iltihaba tutuilması ilə səciyyələn bu xəstəliyə ən çox 15-20 günlüyə qədər olan cavan quşlar tutulur. İri yaşlı quşlar isə az hallarda xəstələnir. Etiologiyası. Əsas səbəb quşların soyuqlamasıdır. Hələ xarici mühitə kifayət qədər uyğunlaşmamış körpə quş yağışa, küləyə düşdükdə, ikitərəfli hava cərəyanı olan və soyuq nəm hində saxlandıqda xəstəlik kütləvi xarakter alır. Hinlər təmiq saxlanmadıqda və quşlar yemdən korluq çəkdikdə xəstəlik daha ağır keçir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  8. Əlamətləri. Xəstəliyin zəif inkişaf etdiyi dövrdə rinit, sinusit, larinqotraxeit əlamətləri görünür, lakin proses dərinləşdikdə əlamətlərdə artıb çoxalır. Xəstə quşlar yemdən qalır, çox yatır, lələkləri pırpızlaşır, tənəffüs çətinləşdi-yi üçün quş başını irəliyə uzadır, ağzından nəfəs alır və xırıltılı olur. Tədbir görülmədikdə 2-3 gün ərzində quş tələf olur. Patanatomiyası. Cəsəd arıq olub, qırtlaq, traxeya və bronxların selikli qişası kataral iltihaba uğrayır, üzərində serozlu-irinli və ya fibrinozlu kütlə toplanır. Ağciyər şişkinləşir və hiperemiyalı olmaqla ala-bula rəngdə görünür. Diaqnozu. Anamnez məlumatlarına, klinik əlamətlərə və patanatomiyasına əsasən qoyulur.Vəba, taun, infeksion larinqotraxeit, sinqamoz kimi xəstəliklərdən təfriq etmək lazımdır. Müalicə və profilaktikası. Xəstə quşlar rinit və sinusitdə göstərilən kimi müalicə edilməlidir. Antibiotik və sulfanilamid preparatların daxilə verilməsi vacibdir. Hər bir cücəyə11-15 min vahid xlortetrasiklin yaxud oksitetrasiklin yem və su ilə qarışdırırlıb 3-4 gün ərzində gündə 2 dəfə verilir. 1 aylığa qədər olan hər 1000 baş cücəyə 10-20 q hesabı ilə norsulfazol, sulfadimezin yaxud etazol verilir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  9. Həzm orqanlarının xəstəlikləri Qazların ağız selikli qişasının iltihabı Bu xəstəlik ağız selikli qişasının iltihabı, ağızın dibinin genəlib çənələrin arasında çökəkliyin əmələ gəlməsi və dilin kənara çıxması ilə səciyyələnir. Ən çox bu xəstəliyə yaşlı qazlar tutulur. Etiologiyası. Yemlərin tərkibində kalsium-fosfor duzları, A və C vitaminləri azlıq etdikdə, habelə antisanitariya, gəzintinin azlığı da bu xəstəliyə səbəb olur. Əlamətləri. Quş yemdən qalır, zəifləyir və arıqlayır.Əvvəlcə dilin altında selikli qişası şişir, qızarır, ağrılı olur, selik ifrazı güclənir. Getdikcə çənəaltı sahədə selikli qişa və nazik əzələ qatı dilin təzyiqindən çökəkləşir, burada yem qalaraq “torba” əmələ gətirir. Dayanmış yem çürüyür və dilin irinli çürüntülü iltihabını yaradır.Xəstə quş yemi çətin qəbul edir, yumurtası kəsilir, enterokolit inkişaf edir. Diaqnozu. Klinik əlamətlərinə, yemləmə və bəsləmə şəraitinin təhlilindən alınmış nəticələrə əsasən diaqnoz qoyulur. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  10. Müalicə və profilaktikası. Yem dəyişdirilir. Ağzı 0,1 %-li kalium-permanqanat məhlulu ilə yuyulub yod-qliserin sürtülür. Quşların yem payına diqqət vermək, onları vitamin-mineral tərkibli yemlərlə yemləmək, həmişə onların yanında suyun olmasına nəzarət etmək, yaşlaşmış quşlar xəstələndikdə onları çıxdaş etmək lazımdır. Çinadanın yemlərlə dolub tıxanması və iltihabı Buna çinadanın atoniyası, çinadanın genişlənməsi və ya bərkimiş çinadan da deyilir. Xəstəlik çinadanın dolması və tonusdan düşməsi ilə səciyyələnir. Çinadanın iltihabına toyuq, xoruz, hindtoyuqları və göyərçinlər tutulur. Etiologiyası. Quşlar uzun müddət ancaq dən və dənli yemlərlə bəsləndikdə, xüsusən onları islatmadan verdikdə, yemləmə qaydası pozulduqda, quşlar iylənmiş ət, çürümüş, kiflənmiş və buzlaşmış yemləri, kübrə və digər mineralları yedikdə, istehsalat qalıqları ilə çirklənmiş su içdikdə xəstələnirlər. Əlamətləri. Quş kefsizləşir, çətin yeriyir, çinadan böyüyür və aşağı sallanır. İştaha azalır, çinadanın divarı nazilir, onu palpasiya etdikdə bərk və ya bərkimiş xəmirvari kütlə aydın bilinir. İltihabı zamanı quş kefsizləşir, yemdən qalır, lələkləri pırpızlaşır, çinadanı palpasiya etdikdə ağrı hiss edir, ağzından üfunətli iy gəlir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  11. Patanatomiyası. Çinadan böyüyür, selikli qişası anemiyalaşır və kataral iltihaba tutulur. Dənlə dolu olur. Diaqnozu. Klinik əlamətlərinə və patanatomiyasına əsasən diaqnoz qoyulur. Müalicə və profilaktikası. Çinadan boşaldılır, zond salınır və 100 ml-ə qədər su ilə dərman məhlulu tökülür və zond dərhal çıxarılaraq quşun başı aşağı tutulur. Bu zaman çinadandakı möhtəviyyat gəlib ağzından tökülür. Çinadanı 1:1000-1500 etakridin (rivonol), 3%-li natrium bikarbonat və bor turşusu məhlulları ilə yumaq yaxşı nəticə verir.Bu yolla çinadanı boşaltmaq mümkün olmadıqda cərrahi əməliyyatdan istifadə edilir. Çinadanın iltihabı zamanı xəstə quşlar seçilir və müalicə olunur. Birinci gün su əvəzinə 1%-li natrium salisil və ya 0,5 %-li xlorid turşusu məhlulu verilir və həmin gün ac saxlanılır. Sonra sağalıncaya qədər yüngül həzm olunan yemlər (həlim, kəsmik, yarma hədiyi və s. ) verilir. Yem və suyu soyuq vermək məsləhət görülmür. Sulfanilamid preparatları və antibiotik- lərin tətbiqi yaxşı nəticə verir. 2-3 gün sulgin, ftalazol,etazol preparatlardan 2-3 dəfə 0,1-0,2 q, antibiotiklərdən biovetin gündə 2 dəfə 0,2-0,5 q yaxud hər kq kütləyə 0,02-0,03 q işlədilir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  12. Kutikulit- Cuticulitis Bu xəstəliyi həm də alimentar qastrit, əzələli mədənin eroziyası, dietik qastrit adlandırırlar. O, əzələli mədənin kutikul qişasını zədələyib qan sızması, eroziya və yaranın əmələ gəlməsi ilə səciyyələnir. Quşların hamısı bu xəstəliyə tutulur. Etiologiyası. Yemlərin tərkibində kutikulit əleyhinə vitaminəbənzər xüsusi maddənin çatışmaması nəticəsində bu xəstəlik əməli gəlir. Belə maddə yoncada, gicitkəndə, kələmdə çox, vələmirdə isə az olur. Əzələli mədədə qan sızmaların əmələ gəlməsində A,C,K vitaminlərinin azlığı, antisanitariya şəraiti, inkubasiya rejiminin pozulmasıda köməklik edir. Əlamətlər. Cücələr kefsizləyir, lələkləri pırpızlaşır,iştahası olmur, ishal başlayır, arılayır, arıqlıq və sepsis çoxlu ölüm verir. Patanatomiyası.Əzələli mədə həcmcə kiçilir, kutikulası tünd cəhrayı rəngə çalır, üzərində yaralar və çatlar müşahidə edilir. Diaqnozu.Yemin müayinəsinə və patanatomiyasına əsasən qoyulur. Müalicə və profilaktikası. Xəstə cücələrə 7-10 gün ərzində 0,01 %-li kalium permanqanat və ya 1:4000 furazalidon məhlulu içirilir. Cücələrə və yumurtdayan toyuqlara mineral və vitaminlərlə zəngin yemlər verilməlidir. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  13. Cücələrdə dispepsiya- Dyspepsia subolis Həzm sisteminin pozulması və ishalla davam edən bu xəstəliyə başlıca olaraq bir aylığa qədər bütün növ cücələr tutulur və çox vaxt kütləvi qırqınada səbəb olur. Etiologiyası və patogenezi. Xəstəliyin əsas səbəbi cücənin inkubasiyadan çıxdığı ilk günlərdə yemləmənin becərilmə şəraitinin pozulmasıdır. Cücəyə qaba, az qidalı, kiflənmiş, qıcqırmış, cürümüş yemlərin verilməsi, çirkli və durğun suyun içirilməsi, habelə balıq yağının vaxtından əvvəl və normadan artlq verilməsi nəticəsində dispepsiya baş verir. Bütün bu amillərin təsiri altında mədə və bağırsaqların hərəki və sekretor funksiyası pozulur. Əlamətləri. Dispepsiya adi və toksik formada gedir. Adi dispepsiya zamanı cücə büzüşür, mürgüləyir, zəif hərəkət edir, nəcis sıyıq və selikli olur. Toksik dispepsiyada proses daha kəskin gedir. Bu zaman dispepsiyadakı əlamətlərdən əlavə quşun temperaturuda yüksəlir, xəstə ətraf mühitə laqeyd münasibətdə olur, hətta klonik və tonik titrəmələr də müşahidə edilir. Xəstəliyin bu forması çox vaxt ölümlə nəticələnir. Patanatomiyası. Cəsəd arıq, əzələlər atrofiya etmiş olur.Ağız boşluğunun, yem borusunun və cinadanın selikli qişası seliklə örtülü olur,selikli qişa Quşların tənəffüs orqan-rın xəstəlikləri

  14. iltihablaşır, üzərində qan səpkiləri və çoxlu selik görünür. Diaqnozu. Anamnez məlumatlarına, klinik əlamətlərinə, patanatomiyasına və yemin müayinəsinə əsasən diaqnoz qoyulur. Müalicəsi və profilaktikası. Xəstə cücələrə üzsüz qatıq, kəsmik, vitaminlərlə zəngin olan xırda doğranmış yaşıl ot verilməlidir. Müalicə və profilaktika məqsədilə xəstə və sağlam cücələrə asidofil bulyon kulturası, propion asidofil bulyon kulturası (ABK, PABK) verilməlidir. Bunların tərkibində süd turşusu bakteriyalarından başqa həm də B1, B2, B12, PP vitaminləri olduğu üçün orqanizmin mübarizə qüvvəsi artır. Həzmi yaxşılaşdırmaq məqsədilə toyuq və ördək cücələrinə təbii mədə şirəsi də verilir. Bundan başqa dispepsiya ilə müalicədə antibakterial maddələrdən (antibiotiklər, nitrofuran birləşmələri, sulfanilamid preparatları, fitonsidlər) istifadə edilir. Dezinfeksiya edici maddələrdən kalium hipermanqanatın təzə hazırlanmış məhlulu,0,2%-li dəmir-sulfat məhlulu xəstə və sağlam cücələrə 2-3 gün su əvəzinə verilir. Fitonsidlərlə zəngin olan soğan və sarmısaqda yaxşıdır. Bunların göy, yaxud baş hissəsi əzilib yemə qarışdırılaraq 5-günlükdən yuxarı cücələrin hər birinə 1-2 q hesabı ilə vermək lazımdır. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  15. Mədə və bağırsaqların kataral iltihabı-qastroenterit –qastroenteritis Bu xəstəlik ev quşlarında vəzili mədə və bağırsaqların selikli qişasının iltihaba tutulması ilə səciyyələnir. Etiologiyası və patogenezi. Quşlar iylənmiş, çürümüş, kiflənmiş, donmuş yemlərlə yemləndirildikdə, istehsal qalıqları qarışmış və durğun sularla suvarıldıqda, habelə mineral kübrələri yedikdə xəstələnirlər. Yem payında vitamin və minerallar azlıq etdıkdə, yemləmə rejimi pozulduqda mədə-bağırsaq iltihabı əmələ gəlir. Əlamətləri.Çox vaxt bu xəstəlik kəskin, az hallarda xronik gedir. Yaşlı quşlarda çox vaxt xroniki gedir. Xəstə quş kefsizləyir, zəif hərəkət edir, yanğı olur, yemi iştahsız yeyir.Xəstəliyin kəskin formasında kəskin ishal başlayır. Patanatomiyası. Vəzili mədənin və bağırsaqların selikli qişası şişkinləşir, hiperemiyaya uğrayır, kataral, yaxud selikli hemorroji iltihab məhsulları ilə örtülür. Bağırsaq möhtəviyyatı pis iyli, selik qarışıqlı olur, qaraciyər qanla dolub, yumşalır və asanlıqla dağılır. Xəstəliyin xronik formasında selikli qişalar solğunlaşır və əzələlər atrofiyaya uğrayır. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  16. Diaqnozu.Anamnez məlumatlarına, klinik əlamətlərinə, quşların yemlənmə, bəslənmə və suvarılma şəraitinin yoxlanılmasından alınmış nəticələrə əsasən diaqnoz qoyulur. Müalicəsi. Xəstə quşları sağlamlardan ayırmalı və xəstəliyi əmələ gətirən səbəbləri aradan qaldırılmasına yönəldilən tədbirlər görülməlidir. Xəstə quşun çinadanını yumaq vacibdir. Bundan sonra işlətmə dərmanları verilməlidir (yağlar). Bu məqsədlə gənəgərcək yağı vermək məsləhət görülür. 3-5 gün su əvəzinə quşun istədiyi qədər zəif dezinfeksiya məhlulları vermək lazımdır. Antibiotiklərin, sulfanilamid və furazalidonun da işlədilməsi yaxşı nəticə verir. Tetrasiklin, oksitetrasiklin, biomisin, ftalazol, sintomisin, neomisin hər toyuğa 10-20 mq, hər cücəyə 0,05-0,1 q, furazalidon hər toyuğa 15-20 mq, hər cücəyə 7-10 mq hesabilə yemlərə qarışdırılıb verilir. Xəstə quşlara kəsmik, üzsüz süd, yaşıl ot, ot unu, vələmir və s. dənlərin həlimi, qovrulmuş arpa, buğda, qarğıdalı yarması və s. vermək yaxşıdır. Xəstə quşun vəziyyəti ağırlaşdıqda onu fərdi yemləmək, yuxarıda göstərilən yemlərdən başqa qlükoza, kofein kimi dərmanlardan da istifadə etmək lazımdır. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  17. Bağırsaqların tıxanması- Obstructio intestini Quşların hamısına mənsub olan bu xəstəlik bağırsaqların mənfəzinin yem kütləsi, yaxud yad cisimlərlə tıxanması nəticəsində həzm üzvlərinin funksiyasının pozulması və intoksikasiyasının əmələ gəlməsi ilə səciyyələnir və kütləvi ölümə səbəb olur. Etiologiyası və patogenezi.Quşlar uzun müddət bir tərəfli yemləndikdə, xüsusən onlara arpa,vələmir və s. kimi çətin həzmə gedən yemlər verdikdə, həm də quşlar kəndir və ya ip qırığı udduqda bu xəstəlik əmələ gəlir. Şirəli, vitaminli yemlərdən kasıblıq çəkmiş quşlar arasında bu xəstəliyə daha çox təsadüf olunur. Əlamətləri. Xəstəlik kəskin davam edir Quş kefsizləyir, zəif hərəkət edir, yemdən qalır, tez-tez gücənir, lakin nəcis ya cüzi miqdarda ifraz olunur və ya heç olmur. Tədbir görülmədikdə quş ölür. Patanatomiyası. Bağırsaqlar dartılıb gərginləşir, nəcislə dolub bərkiyir və üzəri seliklə örtülür.Bağırsağın tıxanmış nahiyyəsində selikli qişa hiperemiyaya uğrayır və yaralı olur. Quşların tənəffüs orqan-rın xəstəlikləri

  18. Diaqnozu.Anamnez məlumatlarına, klinik əlamətlərinə və patanatomiyası- na əsasən diaqnoz qoyulur. Müalicə və profilaktikası. Xəstə quşu ayrı saxlamalı və ona bitki yağı verilməlidir. Cavan quşa 5-10 ml, yaşlılara 30-50 ml bitki yağı azca su ilə qarışdırıb zondla verməli. Kloaka nəcislə dolu olduqda oraya bir qədər ilıq su yeridib təmizləmək lazımdır. Quşlara verilən yem nəzərdən keçirilməli, ona küləş, cil, cındır və s. qarışmasına imkan verilməməli, yemi ələməli, fermanın ərazisini təmiz saxlamalı, quşlar müntəzəm olaraq şirəli, vitaminli və mineral yemlərlə, habelə su və qumla təmin olunmalıdır. Kloakanın iltihabı – Clocitis Yumurtlayan quşların hamısında geniş təsadüf edilən bu xəstəlik xüsusən yumurtlama dövründə kloakada iltihabla səciyyələnir. Etiologiya və patogenezi. Quşlara verilən yemlərin tərkibində zülallar çox şirəli, vitaminli və mineral yemlər az olduqda mübadilə zamanı əmələ gələn çoxlu miqdarda sidik turşuları kloakanın selikli qişasını qıcıqlandırıb iltihaba səbəb olur.Selikli qişanın eroziyaya uğramış nahiyyəsindən patogen Quşların tənəffüs orqan-rın xəstəlikləri

  19. mikroblar daxil olub onun selikli-membranozlu iltihabını əmələ gətirir. Çox vaxt proses yumurtalıq yolunada keçir. Əlamətləri. Defekasiya aktı çətinləşir. Quş əvvəllər çətin yumurtlayır, getdikcə hətta yumurtadan tamam kəsilir. Kloaka ətrafəı dəri iltihablaşır, qızarır, üzərində bəzən yaralar əmələ gəlir, oradakı lələklər qurumuş nəcislə bulanmış olur. Kloakanın selikli qişası eroziyaya uğrayır. Quş getdikcə arıqlayır. Müalicə və profilaktikası. Kloakanın selikli qişasını 1:5000 furasillin, 0,1%-li kalium-permanqanat və digər dezinfeksiya məhlulları ilə yuyub təmizlədikdən sonra streptosid emulsiyası çəkmək lazımdır. 1:300- 400 furasillin naftalan nefti qarışığı sürtdükdə daha yaxşı nəticə verir. Hər bir baş quşa əzələsi daxilinə 5000 AB A vitamini və 2-3 mq E vitaminin yeritməq vacibdir ( 4 inyeksiya). Quşların yemləndirilməsinə ciddi diqqət yetirməli, onlara həddindən artıq zülalların verilməsi qadağan olunmalı, vitamin və minerallarla zəngin yemlərin həmişə olması vacib sayılır. Quşların tənəffüs orqan-rın xəstəlikləri

More Related