1 / 23

BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN 110 illiyinə həsr olunur

BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN 110 illiyinə həsr olunur. BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN HƏYAT VƏ YARADICILIĞI. Bahəddin Məmməd oğlu Mustafayev 1903-cü il aprel ayının 15-də Şəki şəhərində anadan olmuşdur.

palti
Download Presentation

BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN 110 illiyinə həsr olunur

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN 110 illiyinə həsr olunur

  2. BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN HƏYAT VƏ YARADICILIĞI Bahəddin Məmməd oğlu Mustafayev 1903-cü il aprel ayının 15-də Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Şəki realnı məktəbində almışdır. Sonra o, məktəblərədə fizika fənnindən dərs deməklə məşğul olmuşdur. 1924-cü ildə M.Əzizbəyov аdına Bakı Poltexnik institutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur.

  3. Bahəddin Məmməd oğlu Mustafayev Azərbaycan Rerspublikasının Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirməsi və elektrikləşdirməsi sahəsi üzrə ilk elmi işçilərdən biri olmuşdur.

  4. Müəllim və tələbələrin iştirakı ilə əyani tədris üçün elektrik stansiyası, tranformator yarımstansiyası quraşdırılıb, işlədilib, xüsusi stendlər düzəldilmişdir.

  5. Bahəddin müəllim 42 il fasiləsiz olaraq rəhbərlik etdiyi kafedrada “Kənd təsərrüfatı istehsalatının kompleks elektrikləşdirməsinin layihələşdirilməsi üsulu və onun elmi əsaslarının işlənilməsi” mövzusunda elmi tədqiqat işləri aparılmışdır.

  6. Bu tədqiqatların aparılması zamanı elektrik qurğularının kənd təsərrüfatı obyektlərində etibarlı işi və elektrik enerjisinin sərfi rejimi kimi vacib məsələlər öyrənilib respublikanin rayonlarında və resspublikadan kənarlarda– Daşkənd, Aşqabad, Çelyabinski və digər regionlarda istehsalatda tətbiq edilmişdir.

  7. O, bu sahə üzrə öz fəaliyyətini hələ 1929-1930-cu illərdə AKTİ-nin “Kənd təsərrüfatı maşınları” kafedrasında assistent və Azərbaycan Respublikası “Maşın sınaq stansiyasında” elmi işçi kimi işləyəndə başlamışdır. Həmin ildən o, 1933-cü ilə kimi Moskva şəhərində yerləşən Ümumittifaq Kənd təsərrüfatının elektrikləşdirilməsi institutunun aspirantı olmuşdur. 1936-cı ildə ВАСХНИЛ tərəfindən yerli kadr kimi Azərbaycan Rerspublikasının Kənd Təsərrüfatı İnstitutuna keçirilmişdir. O, öz gəlişi ilə ilk dəfə olaraq Azərbaycan Rerspublikasının Kənd Təsərrüfatı İnstitutunda “Kənd təsərrüfatının elektrikləşdirməsi ” kafedrasının əsasını qoymuşdur.

  8. Bahəddin Məmməd oğlu Mustafayev Ali Attestasiya Komissiyasının qərarı ilə 1938-ci ildə “Kənd təsərrüfatının elektrikləşdirməsi” kafedrasının dossenti adına layiq görülmüşdür.

  9. B.M.Mustafayev özünün fəaliyyəti dövründə daima istehsalatla əlaqə saxlamış, respublikada kənd təsərrüfatı istehsalat proseslərində ağır zəhmət tələb edən işlərin elektrikləşdirilməsi və avtomatlaşdırılması üçün tədbirlərin elmi əsaslar üzərində hazırlanmasında və onların icrasında fəal iştirak etmişdir.

  10. O, respublikanın gündəlik və aylıq mətbuat səhifələrində onun rəhbərlik etdiyi kafedrada aparılan elmi tədqiqat işlərinin ən zəruri məsələlərinə dair böyük məqalələri ilə tez-tez çıxışlar etmiş və görülən işləri müxtəlif illərdə çapdan çıxmış əsərlərində işıqlandırmışdır.

  11. Böyük və məhsuldar əməyinə görə B.M.Mustafayev bir sıra hökümət mükafatlarına layiq görülmüşdür. Beləki, 1940-ci ildə Respublikada Kənd təsərrüfatı ali təhsilinin 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kollektivinin kənd təsərrüfat istehsalatının inkişafında və elmin

  12. zənginləşdirilməsindəki böyük fəaliyyətini nəzərə alaraq SSRİ Ali Soveti rəyasət heyətinin fərmanı ilə İnstitutda daha çox fəaliyyət göstərən müəllimləri Sovet ittifaqının orden və medalları ilə təltif olunmuşdur. Onların içərisində İnstitutun direktoru M.M.Poladov, təhsil və elmi işlər üzrə direktor müavini dosent K.M. Rəhimzadə, müəllimlərdən İ.M.Axundzadə, B.M.Mustafayev və başqalarını göstərmək olar.

  13. Bu fakültənin yaradılması və təşəkkülündə fakültənin ilk alimi B.M.Mustafayevin böyük zəhməti olmuşdur. Kafedra müdiri kimi onun rəhbərliyi ilə kafedrada tələbələr üçün 15-dən artıq tədris vəsaiti və metodik işləmələr hazırlanmışdır.

  14. Elmi əsərlərin siyahısı Bahəddin müəllim elmi kadrlar hazırlanması işinə də xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır. O, bir sıra Ümumittifaq konfranslarda (Moskva, Daşkənd, Tiflis, Çelyabinsk və s.) məruzə ilə çıxış etmişdir.

  15. Elmi əsərlərin siyahısı

  16. Elmi əsərlərin siyahısı

  17. Elmi əsərlərin siyahısı

  18. B.M.Mustafayevin apardığı elmi-tədqiqat işləri 130-dan artıq elmi əsərdə, o cümlədən 20 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, “Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirməsinə dair texniki terminlər lüğətinin” tərtibində (Bakı, Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, 1963-cü il) fəal iştirak etmişdir

  19. Dövlət onun əməyini yüksək qiymətləndirərək onu “Əməkdə fərqlənməyə görə” (1942-ci il); “Qafqazın müdafiəsinə görə” ; “1941-1945-ci illər vətən müharibəsi dövründə fədakar əməyə görə ”; “Əmək veteranı” medalları və ölkənin elektrikləşməsinə dair Dövlət Komissiyası (ГОЭРЛО) Fərmanə ilə təltif edilmişdir

  20. Bahəddin müəllim 16 avqust 1985-ci ildə dünyasını dəyişmişdir. FAKÜLTƏNIN BU GÜNKI SƏVIYYƏYƏ ÇATMASINDA BAHƏDDIN MƏMMƏD OĞLU MUSTAFAYEVIN ƏVƏZSIZ ROLU DANILMAZDIR.

More Related