1 / 5

MÖVZU 12. TƏKƏRLI MAŞINLARIN DÖNDƏRILMƏSI

MÖVZU 12. TƏKƏRLI MAŞINLARIN DÖNDƏRILMƏSI. PLAN 1. DÖNDƏRILMƏ DINAMIKASI 2. DÖNDƏRILMIŞ TƏKƏRƏ TƏSIR EDƏN QÜVVƏLƏR ƏDƏBİYYAT 1. E.S. MIRZƏYEV “AVTOMOBIL NƏZƏRIYYƏSI” DƏRS VƏSAITI. I HISSƏ. KIROVABAD 1982. AKTİ. 105 S.

ocean
Download Presentation

MÖVZU 12. TƏKƏRLI MAŞINLARIN DÖNDƏRILMƏSI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MÖVZU 12. TƏKƏRLI MAŞINLARIN DÖNDƏRILMƏSI

  2. PLAN 1. DÖNDƏRILMƏ DINAMIKASI 2. DÖNDƏRILMIŞ TƏKƏRƏ TƏSIR EDƏN QÜVVƏLƏR ƏDƏBİYYAT 1. E.S. MIRZƏYEV “AVTOMOBIL NƏZƏRIYYƏSI” DƏRS VƏSAITI. I HISSƏ. KIROVABAD 1982. AKTİ. 105 S. 2. E.S. MIRZƏYEV “TRAKTOR NƏZƏRIYYƏSI” TƏDRIS VƏSAITI. KIROVABAD 1987. AKTİ. 160 S. 3. В.М. СЕМЕНОВ., В.Н. ВЛАСЕНКО “ТРАКТОР”. МОСКВА ВО “АГРОПРОМИЗДАТ” 1999. 352С.

  3. DÖNDƏRILMƏ DINAMIKASI. Təkərli maşınların döndərilməsi istiqamətverici təkərlərin maşının gövdəsinə nəzərən vəziyyətini dəyişdirməklə əldə edilir. Bəzi hallarda əlavə olaraq təkərli maşının aparan təkərlərinə də tormozlaşdırma vasitəsilə təsir edilir. Təkərli maşınların döndərilməsi konstruktiv olaraq üç əsas yolla əldə edilir: Qabaq təkərlərin oturduqları oxu bütünlükdə - oynaq ətrafında döndərməklə; Qabaq təkərlərin sapfalarını döndərməklə; Təkərli maşının çərçivəsini ortadan, yəni, maşının qabaq hissəsinin arxa hissəsinə nəzərən vəziyyətini dəyişməklə. I halda qabaq təkəri adətən bir ədəd olub bunun oxu sükan vasitəsilə fırladılan çəngəlin üzərində möhkəm oturur. Təkərləri 2 ədəd olarsa, belə halda təkərlər arasındakı məsafə olduqca kiçik olur və təkərlər yerin səthinə bir qədər maili olaraq yerləşdirilir. II halda maşının qabaq oxunun hər iki uclarında oynaq olaraq döndərici sapfalar birləşdirilir və həmin sapfaların oxları üzərində təkərlər oturdulur. Belə quruluşda təkərləri müxtəlif bucaqlar altında döndərmək üçün sükan trapezi adlanan dördbucaqlıdan istifadə olunur. III halda maşının qabaq hissəsinin bütövlükdə arxa hissəsinə nəzərən vəziyyəti hidravliki qüvvətləndiricilərlə təchiz olunmuş sükan mexanizmi vasitəsilə dəyişdirilir. I və III hallarda sükan trapezinə artıq ehtiyac qalmır.

  4. DÖNDƏRILMIŞ TƏKƏRƏ TƏSIR EDƏN QÜVVƏLƏR Təkərlərin dinamikasından məlumdur ki, torpağın səthi ilə təkərin qasnağı arasındakı və təkərin oxundakı sürtünməni dəf etmək üçün təkərin mərkəzinə P1 – qüvvəsi tətbiq olunmalıdır, yəni

  5. Ümumi qüvvə Arxa körpünün hərəkəti iki elementar hərəkətdən ibarətdir. Arxa körpünün O1 - mərkəzi nöqtəsinə nəzərən ωT - bucaq sürəti ilə fırlanması. Təkərli maşının (traktorun) boyuna oxu istiqamətində onun v=ωT δ1 sürəti ilə irəli hərəkət etməsi. Pb – qüvvəsi döndərilən təkərlərin şininə (qasnağına) təsir edən torpağın əlavə reaksiyasını yaradır. Buna əsasən Bu ifadə döndərici qüvvənin ifadəsidir. Beləliklə təkərli maşın (traktor) nə qədər uzun olarsa onun dönmə radiusu bir o qədər böyük alınacaqdır (R = Ltgα). Döndərici qüvvənin, yaxud maşının dönməsinə müqavimət göstərən qüvvənin qiyməti maşının eninə bazası (B), təkərlərin qasnağının (şininin) eni (b), qoşqu nöqtəsinin məsafəsi və dönmə bucağı (α) – nın qiymətlərinin çoxalması ilə artır. Təkərli maşın (traktor) əyri xətt üzrə hərəkət etdikdə diyirlənmə müqavimət qüvvəsi olduqca artır. Bu isə traktorun döndərilməsi üşün tələb olunan qüvvənin artmasına səbəb olur.

More Related