M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 18

MÖVZU: SİNUSOİDAL CƏRƏYANLI ELEKRİK DÖVRƏLƏRİ Dəyişən cərəyanlar PowerPoint PPT Presentation


  • 199 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. MÖVZU: SİNUSOİDAL CƏRƏYANLI ELEKRİK DÖVRƏLƏRİ Dəyişən cərəyanlar. FƏNN : ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI. Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə ~ 2010. Ə D Ə B İ Y Y A T

Download Presentation

MÖVZU: SİNUSOİDAL CƏRƏYANLI ELEKRİK DÖVRƏLƏRİ Dəyişən cərəyanlar

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKÜLTƏSİ

ENERGETİKA KADEDRASI

MÖVZU:SİNUSOİDAL CƏRƏYANLI ELEKRİK DÖVRƏLƏRİDəyişən cərəyanlar

FƏNN: ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI

Mühazirəçi:

Dos. Məmmədov S.Z.

Gəncə~2010


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Ə D Ə B İ Y Y A T

1. Kazimzadə Z. “Elektrotexnikanın nəzəri əsasları”. Bakı, Maarif, 1966.

2. Волынский Б.А. “Elektrotexnika” .Москва,

энергоатомиздат, 1987.

3. Блажкина А.Т. Общая электротехника. Ленинград энергоиздат.

Ленинградское отделение, 1988.

4. Нейман Л.Р. Теоретические основы электротехники: в 2-х томах.

Ленинград. Энергоиздат, 1988.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

P L A N

  • SİNUSOİDAL E.H.Q.GƏRGİNLİK VƏ CƏRƏYAN

  • DƏYİŞƏN CƏRƏYANIN PERİODU VƏ TEZLİYİ

  • BAŞLANĞIC FAZA VƏ FAZA FƏRQİ.

    SİNUSOİDAL CƏRƏYANIN TƏSİREDİCİ VƏ ORTA QİYMƏTLƏRİ

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏR

Dəyişən cərəyanlar

Zamandan asılı olaraq periodik dəyişən cərəyanlardan, gərginlik və

e.h.q.-lərindən müasir texnikada geniş istifadə edilir. Müasir elektroenerge-

tik sinus qanunu ilə dəyi.ən cərəyanlar geniş tətbiq olunur.

Belə cərəyanlara sinusoidal cərəyanlar deyilir. Bəzi quruluşlarda periodik

olaraq yalnız qiymətini dəyişən cərəyanlardan istifadə edilir. Bunlara döyü-

nən cərəyanlar deyilir. Bir sıra üstünlüklərə malik olduqları üçün sinusoudal

cərəyanlar geniş yayılmışdır.

Tətbiq edilmiş gərginlik sinusoidaldırsa, gərginliyi transformatorla alçalt-

dıqda və ya yüksəltdikdə onun şəkli dəyişmir. E.h.q. sinusoidaldırsa, xətti

dövrələrdə gərginlik və cərəyanlar da sinisoidal olur. E.h.q. gərginlik və

cərəyanlar qeyri-sinusoidaldırsa, o zaman elektrotexniki qurğularda əlavə

itkilər yaranır.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Sinusoidal e.h.q. və cərəyanlı dövrələrin riyazi analizi nisbətən sadədir.

Dəyişən e.h.q., gərginlik, cərəyan və gücün ixtiyari anındakı (t) qiymətlərinə

ani qiymətlər deyilir və e, u, i, p kimi işarə edilir.Sabit cərəyan dövrələri üçün

təyin edilmiş elektrik kəmiyyətləri arasındakı əsas münasibətlər dəyişən

cərəyan dövrələrində də həmin kəmiyyətlərin ani qiymətləri üçün öz

gücündə qalır:

Kirxhofun ikinci qanununu tətbiq etdikdə e.h.q.-lərin cəbri cəmində

nəinki bəsləyici mənbələrin (generatorların) e.h.q.-lərini, həm də özünəinduk-

siya eL vəqarşılıqlı induksiya em e.h.q.-lərini nəzərə almaq lazımdır.

Gərginliklərin cəbri cəminə müqavimətlərdəki gərginlik düşgüləri ilə birlikdə

kondensatorlardakı gərginliklər də daxil edilməlidir.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

SİNUSOİDAL E.H.Q.-nin ALINMASI

Müasir elektrik stansiyalarında elektrik enerjisini mexaniki mühərriklərlə

(əsasən buxar və hidravlik turbinlərlə) hərəkətə gətirilən dəyişən cərəyan

generatorlarından alırlar. Generatorların iş prinsipi elektromaqnit induksiya

və elektromaqnit qüvvələri qanunlarına əsaslanmışdır.

Dəyişən cərəyan generatoru iki əsas hissədən ibarətdir: fırlanan rotordan

və tərpənməz statordan .

Şəkil 1. Sinusoidal cərəyan generatorunun quruluş sxemi.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Rotorda qütblər, yəni eleketromaqnit yerləşdirilmişdir. Elektromaqnitin dola-

ğı kiçik güclü sabit cərəyan mənbəyindən bəslənir. Qütblər maşının maqnit se-

lini yaradır. Silindrik statorun içərisində açılmış pazlarda (yuvalarda) generato-

run əsas dolağı yerləşdirilir. Bu dolaqda dəyişən e.h.q. Induksiyalanır. Sadə

olmaq üçün şəkildə rotor dolağı çəkilməyərək, yalnız N və S qütbləri, statorda

isə dolağın bir sarğısının iki məftiri ( a və b) göstərilmişdir.Stator və rotor polad-

dan hazırlanır. Maşının maqnit dövrəsi şəkildə aydın görünür. Rotor sabit bucaq

sürəti ( ) ilə fırlandıqda məftillərin hər birində elektromaqnit induksiya

qanununa görə e= BL qədər e.h.q. induksiyalanır. (hava aralığında maqnit

xətləri radial istiqamətdə olduğuna görə və arasındakı bucaq 90 °-dir). Generatorun iş prosesi zamanı məftilin aktiv uzunluğu L və maqnit selinin

yerdəyişmə xətti sürəti sabit qalır. E.h.q.-nin dəyişmə xarakteri hava aralığın-

da maqnit induksiyasının paylanması qanunundan asılıdır. Sinusoidal e.h.q.

almaq üçün qütblərin statora tərəf olan üzünə elə forma verirlər ki, hava aralığı

qütbün mərkəzində kiçilsin, kənarlara getdikcə böyüsün. Nəticədə hava aralı-

ğının müxtəlif hissələrində maqnit müqavimətləri müxtəlif olur.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Hava aralığı kiçik olan yerdə - qütbün mərkəzində maqnit induksiyası

maksimal qiymətə malikdir, kənarlara getdikcə maqnit induksiyası sıfıra

qədər azalır. T=0 qiymətində rotorun üfüqi vəziyyətdə olduğunu qəbul edək.

Məftillərin (a və b) yerləşdiyi yerdə maqnit induksiyası B=0; buna görə e=0

olur.

Şəkil 2. Maqnit induksiyasının hava Şəkil 3. İnduksiya e.h.q.-nin

aralığında paylanması rotorun vəziyyətindən

asılılığı.

Zamanın istənilən t anında rotor

bucağı qədər dönəcək, a və b məftillərinin qoyulduğu yerdə maqnit induksiyası

olacaqdır. Bu məftillərdə qiymətcə bərabər e.h.q.-ləri yaranacaq

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

E.h.q. maksimal qiymətini

olduqda alacaqdır:

Sağ əl qaydası tətbiq etsək, görərik ki, məftillərdə induksiyalanan e.h.q.-ləri

eyni istiqamətdə təsir edir. Ona görə sarğının ümumi e.h.q. belə olar:

Bu ifadələrdə

olduğunu nəzərə alsaq, yaza bilərik:

Şəkil 4. Sinusoidal e.h.q.

Bir sarğıdan induksiyalanmış e.h.q. nisbətən kiçikdir. Odur ki, böyük e.h.q.-ləri

almaq üçün stator dolağını ardıcıl birləşmiş çoxlu sayda sarğılardan təşkil

edirlər.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

SİNUSOİDAL E.H.Q. GƏRGİNLİK VƏ CƏRƏYAN

Sinusoidal e.h.q., cərəyan və ya gərginliyin ən böyük qiymətlərinə maksi-

mal və yaxud amplituda qiymətləri deyilir və uyğun olaraq Em, Im, Um ilə işarə

edilir.

Sinusoidal kəmiyyətlər e.h.q., gərginlik və cərəyan üçün şərti müsbət

istiqamət qəbul olunur. Müsbət istiqamətlər uyğun sinusoid ordinatlarının

müsbət qiymətlərinə uyğun gəlir.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

DƏYİŞƏN CƏRƏYANIN PERİODU VƏ TEZLİYİ

Sinusoidal kəmiyyətin bir tam dəyişməsinə sərf olunan zamana period

(T),bir saniyədəki periodların sayına isə tezlik ( ) deyilir . və T kəmiyyət-

ləri arasında sadə asılılıq vardır:

Tezliyin vahidi Herts (hs) adlanır. Avropa ölkələrində sənaye cərəyanı üçün standart tezlik

qəbul edilmişdir (ABŞ-da 60 Hs).

Elektrik rabitə texnikasında və radiotexnikada çox yüksək tezliklərdən istifadə olunur.Radiotexnikada tezlik milyard Herts və daha çox ola bilər.Elektro- termik qurğularda yüksəktezlikli (103 –106 Hs) cərəyanlardan istifadə edilir.

Yüksəktezlikli cərəyan alınmasında elektromaşın generatorlarından deyil,

elektron generatorlarından da istifadə edilir, çünki birincilərin sürəti 3000

dövr/dəq-dən artıq olmur.

İkiqütblü elektron maşın generatorunda rotorun bir dövrünə induksiya-

lanmış e.h.q.-nin bir periodu uyğun gəlir. Standart sənaye tezliyi almaq üçün

rotor 50 dövr/san, yəni

Sürəti ilə fırlandırılmalıdır.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

almaq üçün çoxqütblü generatorlar tətbiq edilməlidir. (4-6 şəkildə 1 kitab,

səh.56) dördqütblü generatorau kəsiyi göstərilmişdir. Burada rotor bir tam dövr etdikdə hər məftilin qarşısından 2 dəfə şimal, N və 2 dəfə cənub S

qütbü keçdiyinə görə induksiyalanmış e.h.q. iki period dəyişir. Deməli, induksiya e.h.q.-nin tezliyi rotorun sürətindən (n) başqa, cüt qütblərin (p) sayından da asılıdır:

Yavaş fırlanan mühərriklər işlədildikdə tezliyi

Şəkil. 1. Dörd qütblü sinusoidal cərəyan generatoru.

olduqda dördqütblü generatorun sürəti

dövr/dəq,

altıqütblü generatorun (p=3) sürəti isə 1000 dövr/dəq-ə çatır.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

BAŞLANĞIC FAZA VƏ FAZA FƏRQİ

Qəbul etdiyimiz t=0 anında rotor üfüqi vəziyyət almaya da bilərdi və bu

anda e.h.q. sıfır olmazdı. Ona görə də ümumi halda induksiyalanmış sinu-

soidal e.h.q. üçün analitik ifadəni belə yaza bilərik:

Sinusoidal e.h.q.-nin t=0 başlanğıc anında ani qiymətini təyin edən

kəmiyyətinə başlanğıc faza deyilir.

Şəkil 2. Başlanğıc faza.

Qrafikdə

kəmiyyəti sinusoidin koordinat başlanğıcına (0) görə

yerdəyişməsi ilə təyin edilir.

Iki sinusoidal kəmiyyətin başlanğıc fazaları arasındakı fərqə faza fərqi deyilir:

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

faza fərqi . Sinusoidal kəmiyyətin amplituda qiymətini, tezliyini

və başlanğıc fazasını bilib, bu kəmiyyətin istənilən andakı qiymətini tapmaq

olar.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

SİNUSOİDAL CƏRƏYANIN TƏSİREDİCİ

VƏ ORTA QİYMƏTLƏRİ

Periodik dəyişən cərəyanın energetik effekti, məsələn, istilik təsiri (çox

hallarda mexaniki qüvvələrin qiyməti) cərəyanın kvadratı ilə mütənasibdir.

1 Om-luq müqavimətdə dəyişən cərəyanın ayırdığı istiliyi qrafikdə əyani

göstərmək olar. 7-ci şəkildə bərabər amplitudalı sinusoidal (a) və qeyri-

sinusoidal (b) cərəyanların i(t) qrafikləri göstərilmişdir. Sonra qrafiki və sahə-

si üfüqi oxla qrafiki arasındakı sahəyə bərabər ştrixlənmiş düzbucaqlılar

qurulmuşdur. Düzbucaqlıların sahəsi ayrılan istilikləri müəyyən edir. Ştrixlənmiş sahələrdə maksimal qiymətlərinin eyni olmasına baxmayaraq,

müqayisə edilən periodik cərəyanların energetik effektləri müxtəlifdir. Buna

görə dəyişən cərəyanları qiymətləndirmək üçün dəyişən cərəyanın təsiredici

qiymətindən istifadə olunur:

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Şəkil 7. Sinusoidal (a) və qeyri-sinusoidal (b) cərəyanların

təsiredici qiymətləri.

Sinusoidal cərəyanın təsiredici qiymətini onun amplituda qiyməti vasitəsilə

ifadə etmək olar. Əgər

onda:

Analoji olaraq gərginlik və e.h.q. üçün təsiredici qiymətlər:

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Amplituda qiymətinin təsiredici qiymətə olan nisbətinə amplituda əmsalı

deyilir. Sinusoid üçün bu əmsal -yə bərabərdir.

Bəzi hallarda elektrik maşınlarını, düzləndirici qurğuları və s. öyrəndikdə

sinusoidal e.h.q.-nin orta qiymətindən istifadə etmək məqsədəuyğundur.

Orta qiymət yarım period üçün hesablanır:

Analoji olaraq

Təsiredici qiymətin orta qiymətə plan nisbətinə əyrinin forma əmsalı Kф

deyilir. Sinusoid üçün

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


M vzu s nuso dal c r yanli elekr k d vr l r d yi n c r yanlar

Tərtib etdi:

Elektrotexnika və elektrik təchizatı

kafedrasının texniki Lətifova G.O.

SINUSOIDAL CƏRƏYANLI ELEKRIK DÖVRƏLƏRI


  • Login