1 / 22

Mövzu: DAVAMLILIQ ÜZRƏ SELEKSİYA

Mövzu: DAVAMLILIQ ÜZRƏ SELEKSİYA. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzunun planı:. Sortların əlverişsiz iqlim amillərinə qarşı davamlılığı Sortların xəstəliklərə qarşı davamlılığına görə qiymətləndirilməsi Yığım qabağı səpinlərin qiymətləndirilməsi. Ədəbiyyat.

lindley
Download Presentation

Mövzu: DAVAMLILIQ ÜZRƏ SELEKSİYA

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu: DAVAMLILIQ ÜZRƏ SELEKSİYA AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e. n. F.H.Qurbanov

  2. Mövzunun planı: • Sortların əlverişsiz iqlim amillərinə qarşı davamlılığı • Sortların xəstəliklərə qarşı davamlılığına görə qiymətləndirilməsi • Yığım qabağı səpinlərin qiymətləndirilməsi

  3. Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006 • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Cəfərov İ.H. Taxılın xəstəlikləri,Dərslik,Bakı,2009. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.

  4. Sortların əlverişsiz iqlim amillərinə qarşı davamlılığı:qışa davamlılıq. • Ləkin 1 kv.m sahəsində (müşahidə üçün hər biri 85 sm uzunluğunda götürülmüş iki cərgə) bitkiləri payızda, qışlamadan əvvəl və qışlamadan sonra yazda saymaqla müəyyən edilir. Salamat qalmış bitkilərin faizlə miqdarı sortun qışa davamlılığını göstərir və aşağıdakı bölgüyə əsasən balla qiymətləndirilir: • 1. çox zəif: qışlamadan sonra 21-30% bitki qahb; • 2. zəif: qışlamadan sonra 31-50% bitki qalıb; • 3. orta: qışlamadan sonra 51-70% bitki qalıb; • 4. yuksək: qışlamadan sonra 71-90% bitki qalıb; • 5. çox yüksək: qışlamadan sonra 90%-dən çox bitki qalıb.

  5. Şaxtaya davamlılıq 1 - çox zəif: bitkilər tamamilə məhv olub; 3 - zəif: kollanma düyünündən sonra bitkinin qalan bütün torpaqüstü hissəsi tamamilə məhv olub; 5 - otla: əsas gövdənin əksər yarpaqları saralıb, yan gövdələr zəif zədələnib; 7 - yüksək: yalnız yarpaqların uc hissələri zədələnib; 9 - çox yüksək: zədələnmə yoxdur

  6. Quraqlığa davamlılıq 1 - çox zəif: bitkilər tamamilə məhv olub; 3 - zəif: bütün yarpaqlar saralıb, bitkilər zəifləyib; 5 - orta: yuxarı yarpaqlar yaşıldır, orta və aşağı yarpaqlar saralıb qurumuşdur; 7 - yüksək: bitkilər az zədələnib, yalnız aşağıda yerləşən yarpaqlar yaşıldır; 9 - çox yüksək: quraqlıq bitkilərin boy və inkişafına mənfi təsir göstərməyib yarpaqlar və gövdə yaşıldır.

  7. Yerə yatmaya qarşı davamlılıq Vegetasiya müddəti ərzində bir neçə dəfə (sünbülləmə, yığım qabağı, güclü yağışlardan, küləklərdən və digər əlverişsiz təbiət hadisələrindən sonra) qiymət verilir. Yerə yatmaya qarşı davamlılıq gözəyarı aşa-ğıdakı bölgü əsasında qiymətləndirilir: • 1- çox zəif: bitkilərin gövdələri və sünbülləri müxtəlif istiqamətlərdə yerə uzanıb; • 3 - zəif: bitkilərin gövdələri aşağı hissədən əyilib yerə uzanıb; • 5 - orta: bitkilər əyilib, bir hissəsi üfiqi vəziyyətdədir; • 7 - yüksək: bitkilər dik durub, axırıncı (yuxarı) buğumarası zəif əyilib; • 9 - çox yüksək: yatma yoxdur.

  8. Taxılların xəstəlikləri: • Bitkilərin xəstəliklərə qarşı davamlılığı həm tarla şəraitində xəstəliklərin yayıl-dığı təbii fonda və həm də xüsusi şəraitdə (laboratoriya) süni yoluxdurmaqla qiymətləndirilir. • - buğdanın unlu şeh xəstəliyi (Erysiphe qraminis DSf. sp. Tritici Em. Marchal) • - buğdanın sarı pas xəstəliyi (Puccinia striiforms Wesf) • - buğdanın qonur pas xəstəliyi (Puccinia recondita Rab. et Dest. f.tritici Eriks) • - buğdanın bərk sürmə xəstəliyi (Tilletia caries Tul., Tilletia oetida Lizo) • - buğdanın tozlu sürmə xəstəliyi (Ustilaqo tritici Jens) • -buğdanın septoriya xəstəliyi (Septoriya nodorum.Berk) • -buğdanın fuzarium kökçürüməsi (Fuzarium qraminearum Schw;F. Aveaceum Sacc.) • -buğdanın ofıobolus kökçürüməsi (Ophiobolus qraminis) • -buğdanın helmintosporium kökçürüməsi (Drechslera sorokiniana Subrarri)

  9. Taxılların xəstəlikləri: • -buğdanın qarabkəli bakteriozu (Xanthomonas translusens Dawson ) • -buğdanın bazal bakteriozu (Pseudomonas atrofaciens Stapp) • -buğdanın rus mozaikası (Triücum virus 8 Zazurilo et Sitnicova) • -buğdanın zolaqlı mozaikası (Wheat streak mozaik virus) • -arpanın cırtdan pas xəstəliyi (Puccinia hordei Otth) • -arpanın tozlu sürmə xəstəliyi (Ustilaqo nuda Kelf. et Swinq) • -arpanın bərk (daş) sürmə xəstəliyi (Ustilaqo hordei Kell. et Swinq ) • -arpanın rinxosporioz xəstəliyi (Rhynchosporium qraminicola Heinsen) • -arpanın kökçürümə xəstəliyi (Drechslera qraminea İto) • -çovdarın mahmız xəstəliyi (Claviceps purpurea (Fr.) Tul.).

  10. Sortlarıın xəstəliklərə qarşı davamlılığına görə qiymətləndirilməsi Göstərilən bu və digər əsas bitki xəstəliklərinə qarşı davamlılıq aşağıdakı şkala ilə qiymətləndirilir: 1. Xəstəliyə davamlı deyil (sirayətlənmə çox güclüdür) 3. Xəstəliyə zəif davamlıdır (sirayətlənmə güclüdür) 5. Xəstəliyə orta dərəcədə davamlıdır (sirayətlənmə ortadır) 7. Xəstəliyə yüksək dərəcədə davamlıdır (sirayətlənmə zəifdir) 9. Xəstəliyə tam davamlıdır (sirayətlənmə yoxdur).

  11. Unlu şeh 1 - çox zəif: yastıqcıqlar bitkinin bütün orqanlarını əhatə edib; 3 - zəif: aşağı yarpaqlar və buğumaraları yastıqcıqlarla örtülüb, yuxarı yarpaq- larda səpələnmiş halda ləkələr əmələ gəlib: 5 - orta: aşağı yarpaqlarda və buğumaralarında yastıqcıqlara seyrək rast gəlinir; 7 - yüksək: aşağı yarpaqlarda və buğumaralarında yastıqcıqlara nadir hallarda rast gəlinir; 9 - çox yüksək: yoluxma yoxdur.

  12. Sarı pas • 1 -çox aşağı: xəstəlik yarpaq səthinin 1/2 hissəsində yayılıb; • 3 - aşağı: xəstəlik yarpaq səthinin 1/4 hissəsində yayılıb; • 5 - orta: xəstəlik yarpaq səthinin 1/10 hissəsində yayılıb; • 7 - yüksək: xəstəlik yarpaq səthinin 1/10 hissəsindən az sahədə yayılıb; • 9 - çox yüksək: yoluxma yoxdur.

  13. Qonur pas • 1 - çox zəif: bitkinin bütü • n orqanları iri pustullarla tam əhatə olunub; • 3 - zəif: pustullar çoxdur, ortada yerləşən yarpaqlar güclü sirayətlənib; • 5 - orta: səpələnmiş şəkildə tək-tək pustullara rast gəlinir; • 7 - yüksək: xırda pustullara çox az rast gəlinir; • 9 - çox yüksək: yoluxma yoxdur.

  14. Torlu helmintosporioz, rinxosporioz, steptorioz • 1 - çox zəif: yarpaq səthinin 30% -dən çoxu sirayətlənib; • 3 - zəif: yarpaq səthinin 20-30% -i sirayətlənib; • 5 - orta: yarpaq səthinin 10-20%-i sirayətlənib; • 7 - yüksək: yarpaq səthinin 10%-ə qədəri sirayətlənib; • 9 - çox yüksək: xəstəlik yoxdur.

  15. Yığım qabağı səpinlərin qiymətləndirilməsiLəklərin ümumi qiymətləndirilməsi: • 1- çox pis; • 3- pis; • 5- kafi; • 7- yaxşı; • 9- əla.

  16. Bitkinin hündürlüyü • 1 - karlik bitkilər (bitkinin boyu 35-50 sm-dən azdır); • 3 - yarım karlik bitkilər (bitkinin boyu 51-80 sm-dir); • 5 - orta boylu bitkilər (bitkilərin boyu 81-110 sm-dir); • 7 - hündür boylu bitkilər (bitkilərin boyu 111-140 sm-dir); • 9 - çox hündür boylu bitkilər (bitkilərin boyu 140 sm-dən çox-dur).

  17. Bitkilərin sıxlığı Bitkilərin sıxlığı 1 kv. m (ləkin ortasında yerləşən iki cərgənin 85 sm uzunluğunda götürülmüş sahəsi) sahədə yerləşən və yığıma salamat qalan bitkilərin sayını hesablamaqla tapılır. Hesabat iki müddətdə aparılır: 1) tarla cücərməsini təyin etmək üçün tam tarla çıxışı alındığı vaxt, 2) həyatilik qabiliyyətini öyrənmək üçün yığımdan əvvəl mum yetişmə dövründə.

  18. Bitkilərin sıxlığı1 kv.m. sahədə: 1. çox az 100-200 gövdə olduqda; 3. az 201-400gövdə olduqda; 5. orta 401-600 gövdə olduqda; 7. çox 601-800 gövdə olduqda; 9. daha çox 800-dən çox gövdə olduqda.

  19. Sünbülün vəziyyəti • 1 – şaquli sünbülün meyl bucağı 15°-dən azdır; • 3 – yarımduran sünbülün meyl bucağı 16-45°arasındadır; • 5 – üfiqi sünbülün meyl bucağı 46-90° arasındadır; • 7 - əyilən sünbülün meyl bucağı 91-135°arasındadır; • 9 - güclü əyilən sünbülün meyl bucağı 135°-dən çoxdur.

  20. Dənin tökülməsi • 1-dəni tökülməyən • 3-dəni zəif tökülən; • 5- dəni orta tökülən; • 7- dəni güclü tökülən

  21. Sortun ekoloji plastikliyi • 3-zərif plastik • 5- orta plastik • 7-yüksək plastik

  22. DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!

More Related