1 / 14

Fənn: Zoogigiyena M övzü: Göl balıqçılığında sanitar-gigiyenik tələblər

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Göl balıqçılığında sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

Download Presentation

Fənn: Zoogigiyena M övzü: Göl balıqçılığında sanitar-gigiyenik tələblər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Göl balıqçılığında sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.Balıqçılıq və onun əhəmiyyəti 2.Göl balıqçılığı, onun əhəmiyyəti və yetişdirilməsi 3.Su hovuzlarına, suya qoyulan ekoloji sanitar-gigiyenik tələblər 4.Su hovuzlarının istifadə qaydası və abadlaşdırılması 5.Balıqlar üçün su hovuzunda yem ehtiyatının yaradılması 6.Balıqların yetişdirilmə sistemləri Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  3. Ədəbiyyat siyahısı 1.Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası. 2.H.S. Abbasov.Göl və su daşqınlarında çoxalan balıqların yetişdirilməsinin bioloji əsasları, Bakı – 1972. 3. А.Ф.Кузнецов. Гигиена содержания животных, Москва – 2003. 4.T.K.Mikayılov, Ə.Ə.Mehrəliyev. Azərbaycanda balıqların xəstəlikləri və onlara qarşı mübarizə, Bakı – 1978. 5.V. Kox, O.Qank, Q.Nens. Рыбоводство, Москва – 1980. 6.Д.П.Карпанин, А.П. Иванов. Рыбоводство, Москва – 1967. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  4. Balıqçılıq və onun əhəmiyyəti İnsan həyatı həmişə su və su heyvanları ilə bağlı olmuşdur.İndi də bir çox ölkələrdə( Yaponiya, İndoneziya, Norvegiya, Okeaniya adaları və s.) əhalinin əsas qidası balıqdır. Ayrı-ayrı ölkələrdə əhalinin zülala olan tələbatının 17-83 %-ni balıq məhsulları hesabına ödənir. Bundan başqa bir çox balıq növlərinin- ağ samur, qalınalın və s.-nin çaylaqda alaq təmizləməkdə və sulara biosenozun saxlanmasında böyük rolu vardır. Su hövzələrinin ekoloji şəraiti çox müxtəlifdir. Su mühütində 20 min növ balıq yaşayır. Keçmiş SSRİ sularında 1400, Azərbycan sularında isə 90-a qədər balıq növü və yarımnövü yaşayır.Balıq istehsalında bəzi qiymətli balıqların yetişdirilməsində (nərə, aq balıq,çapaq, sazan, qızılbalıq,sif və s.) dünya ölkələri sırasında keçmiş SSRİ qabaqcıl yer tutur. Hazırda su hövzələrində balıq ehtiyatı xeyli azalmışdır. Balıqların növ tərkibi pisləşmiş, onların sayı (xüsusilı aq və nərə balıqları) xeyli azalmışdır.Balıq ehtiyatının azalmasının əsas səbəbi suların sənaye müəssisələri və məişət tullantıları ilə çirklənməsidir. Balıq ovu planlı sürətdə olmadıqda onun ehtiyatı azalır. Su çirkləndikdə onun qaz və duz-mineral rejimi pozulur, zəhərli maddələr toplanır v ə s. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  5. Göl balıqçılığı, onun əhəmiyyəti və yetişdirilməsi Yeyinti məhsuldarlığının yerinə yetirilməsində, əhalinin balıq məhsullarına tələbatının ödənilməsində balıqların, xüsusilə göl balıqçılığının qiqiyenasının öyrənilməsi və sanitar tədbirlərinin gözlənilməsinin əhəmiyyəti böyükdür. Balıq istehsalının artırılmasında yüksək çoxalma və tez yetişmə qabiliyyətinə malik balıq növlərinin seçilməsi, qida ilə təmin edilməsi, göllərdə təbii qidanın istifadəsi mühüm rol oynayır. Balıq yetişdirilən süni gölməçələr balıqların bioloji xüsusiyyətlərinə görə təyin edilir. Burada gölməçələrin dərinliyi, sahəsi, suyun axarının olub-olmaması, suyun tərkibi, vahid sahəyə düşən balıqların sıxlığı nəzərə alınmalıdır. Su hovuzlarına, suya qoyulan ekoloji sanitar-gigiyenik tələblər Balıqların bioloji xüsusiyyətlərindən asılı olaraq balıqlar isti və soyuq sularda artırıla və bəslənə bilir.Balıqların bioloji xüsusiyyətlərində əsasən suyun fiziki və kimyəvi xassələri(temperaturu, mineral və qaz tərkibi) nəzərdə tutulur.Burada gölməçələrin dərinliyi, sahəsi, və s. nəzətə alınmalıdır. Bunun üçün balıqların hər inkişaf mərhələsinə uyğun gölməçələr düzəldilməlidir: anaş balıqlar, kürü qoyma, kiçik balıqlar,yetişdirmə, kökəltmə üçün gölməçələr, ehtiyat və profilaktika (karantin) gölməçələri olmalıdır. Balıqların müvəffəqiyyətlə saxlanması, artırılması, yetişdirilməsi suyun keyfiyyəti ilə əlaqədardır. Balıqlar suyun xassəsinin dəyişdirilməsinə çox həssasdırlar. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  6. Balıq yetişdirilən göllərdə əsas suyun temperaturu, qaz və duz tərkibi normaları gözlənilməlidir.Suyun temperaturu il boyu dəyişkən olur, onun donmasından başlayaraq 30ºyə qədər dəyişir. Lakin çox mineral tərkibli sular donmaya da bilər. Suyun çox aşağı temperaturda olması, donması, habelə yüksək temperatur balıqlara çox pis təsir edir, suda təbii qida maddələrinin əmələ gəlməsini ləngidir, aşağı mənfi temperatur balıqların fizioloji proseslərini (qan dövranı, sinir fəaliyyəti, inkişaf və s.) ləngidir. İsti sevən balıqlar üçün suyun optimal temperaturu 22-28ºC, lakin bəziləri(karp) 13-22ºC yetişib çoxalır və kürü tökür. 10ºC-dən aşağı temperaturda balıqların fəaliyyəti düşür, çoxalmır, inkişaf etmir.Cavan karp balıqları üçün qışda suyun t-u 1-2º C-dən aşağı olmamalıdır.Soyuqsevən balıqlar 8-16º C temperaturda qidalanır və yetişir. Qüzeyli forel üçün optimal temperatur 16-18ºC, Sevan foreli üçün 8-12 ºC olmalıdır. Atmosfer havanın hesabına suda oksigen, karbon qazı, azot, hidrogen-sulfid, metan kimi qazlar həmişə olur. Bundan başqa su flora və faunası, habelə suda gedən üzvi maddələrin parçalanması hesabına da müxtəlif qazlar olur.Oksigensiz şəraitdə (anaerob) üzvi maddələrin parçalanması nəticəsində suda H2S, CH4 kimi qazlar da əmələ gəlir, bu qazlar suda O2 miqdarını aşağı salır və balıqların tələfatına səbəb olur. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  7. H2S qanın hemoqlobini ilə reaksiyaya girərək tənəffüs prosesini pozur. Suda vaxtaşırı yaxşı olardı ki, qazların miqdarı təyin edilsin. Balıq saxlanan göllərin məhsuldarlığı suda həll olunan mineral duzların miqdarından asılıdır. Belə duzlardan kalsium, fosfor, maqnezium, kalium, natrium, dəmir və s. göstərmək olar. Lakin bu mineral duzların miqdarı suda optimal miqdarda olmalıdır və aşağıdakı sanitar-gigiyeniki tələblərə cavab verməlidir: Karp balıqları yetişdirilən göllərdə suyun codluğu 1,8-1,9 mq ekv/l, forel balıqları üçün isə 2,9-4,28 mq ekv/l olur. Suyun codluğunun artıq olması ağır metal duzlarının, habelə ammonyakın, qələvi duzların təsirini gücləndirir. Suyun yüksək oksidləşməsi də balıqlara pis təsir edir, qəlsəmə xəstəlikləri əmələ gətirir.Suyun oksidləşməsi karp balıqları üçün 15-20 mq/l-dən artıq olmamalıdır. Suyun PH-nın aşağı və yuxarı olması da balıqların həyat proseslərinə pis təsir göstərir. Suda PH-0,5 olduqda su heyvanları üçün təhlükə yaranır. Suyun PH-ı aşağı düşdükdə qəlsəmə ləçəkləri nekroza uğrayır və balıqlar tələf olur. PH-6,4 olduqda helmintozlar üçün şərait yaranır. Balıqlar üçün suyun pH-ı 7-8 olmalıdır. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  8. Losos və siyənək balıqları Minoq və osetr balıqları Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  9. Losos balıqları Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  10. Su hovuzlarının istifadə qaydası və abadlaşdırılması Su hovuzları balıqların bioloji xüsusiyyətlərinə görə təyin edilir. Balıqların hər inkişaf mərhələsinə uyğun gölməçələr düzəldilir.Gölməçələr yaşayış yerlərindən, yollardan aralı yerləşməlidir, yayda balıqların bioloji xüsusiyyətlərini ödəməlidir. Vaxtaşırı gölməçələrin suyu və dibi təmizlənmə- lidir. Cənub rayonlarında isə gölməçələrin dərinliyi bir qədər artıq olur. Balıqlar üçün xüsusi gölməçələrdə erkək və təmiredici balıqlar saxlanır. Kürü- tökmə üçün olan gölməçələrin sahəsi 200-1000 m, dərinliyi 0,4-0,5 m, dibi azacıq mailli olmalıdır. Gölməçələrin dibində suda yetişən ot bitkiləri düzəldi- lir ki, balıqlar bura kürü qoya bilsin. Kürüdən yeni çıxmış balıqlar yetişdirilən gölməçələrin sahəsi 0,25-1,5 hektar olur. Burada balıqlar 1,5, bəzən 30-45 gün saxlanır. Sonra sahəsi 20 hektardan ibarət olan cavan balıqlar yetişdirilən gölməçələrə keçirilir. Belı gölməçələrin dərinliyi 0,700,6 m-ə qədərdir. Lakin su az olduqda gölməçələrin dərinliyi 0,3 m, çox olduqda isə 0,2-0,5 m ola bilər. Göl balıqçılığı ekstensiv və intensiv üsulla inkişaf etdirilə bilər. Ekstensiv inkişaf gölün və suyun təbii qidasının hesabına olur. İntensiv üsulda isə gölə vaxtaşırı kübrə və müxtəlif yemlər verilir. Gölməçədə balıqların mühit şəraitini yaxçılaşdırmaq üçün meliorasiya tədbirləri aparılır. Bunun üçün gölməçələr su bitkilərindən və s. çirkdən təmizlənir, turşuluğu neytrallaşdırmaq üçün ona əhəng əlavə edilir. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  11. Oksigen rejimini yaxşılaşdlrmaq və kükürdlü dəmir duzlarını çökdürmək üçün aerostatlardan istifadə olunur. Gölməçələrin məhsuldarlığını artırmaq üçün ona mineral kübrələrdən (superfosfat, fosforit unu), kalsium (sönməmiş əhəng), azot (kalium və natrium, ammonium sulfat, karbamid), üzvi kübrələr (yetişmiş peyin, yaşıl su bitkiləri, paxlalı və dənli bitkilər, qırmızı- qumlu torpaq, lil) verilməlidir. Balıqlar üçün su hovuzunda yem ehtiyatının yaradılması Balıqların süni çoxaldılmasında, xüsusilə intensiv üsulda balıqların əlavə təbii yemlərə ehtiyacı artır.Balıqlar bütün qida maddələri ilə (zülallar, yağlar, mineral maddələr, vitaminlər, mikroelementlər) təmin olunmalıdır.Bunun üçün bitki və heyvan mənşəli aşağıdakı yemlərdən istifadə edilir:jmıx noxud,vələmir, arpa, buğda, darı, yem mayası, ət və ət-sümük unu, habelə qarışıq yem, vitamin olan yem qarışığı, yaşıl yem, dənəvər qarışıq yem və s. Balıqlar gündə bir, bəzən iki-üç dəfə yemlənir. Bir dəfə yemləndikdə yem səhər tezdən verilməlidir. Göllərdə yem qabları da qoyulur və onlara yem xüsusi yem aparıcı borularla əlavə olunur. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  12. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  13. Balıqların yetişdirilmə sistemləri Göl balıqçılığında aşağıdakı istehsalat mərhələləri vardır: ana sürünün saxlanıl- ması, kürüləmə yeri, cavan balıqların qidalanma yeri, qışlama, ikinci ildən satışa gedən çəkiyə qədər saxlama müddəti. Törədici balıqlar 5-11 il istifadə edilir, sonra çıxdaş olunub, cavan törədicilərlə əvəz olunur. Kürüləməyə qoymazdan əvvəl törədici balıqlar parazitar xəstəliklərə qarşı 5 %-li xörək duzu məhlulu ilə işlənir. Qoyulmuş kürü erkəyin südü ilə mayalnır və yapışqanlı xarakter alır, bu isə suda müəyyən substratlara yapışır. Kürüdən çıxmış balıqlar yenicə çıxmış balıqlar saxlanan yerə keçirilir. Gölə buraxılan balıqların sayı aşağıdakı düsturla təyin edilir: X = QxП x 100 B x P X- gölə buraxılan balıqların miqdarı, Q- gölün sahəsi, П-gölün məhsuldarlığı, B- nəzərdə tutulan orta məhsuldarlıq, P- payıza qədər yetişən balıqların faizi. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

  14. Payıza qədər standarta uyğun balıq almağa nail olmaq lazımdır. Payızda karp balıqlarının çəkisi 25-30 qram, salamatqalma faizi isə şimal rayonlarında 70 %, Cənub rayonlarında isə 80 % olmalıdır.Vaxtaşırı balıqlar tutulur, onların çəkisi, inkişafı, sağlamlığı yoxlanır. Payızda və qışa yaxın suyun temperaturu 5-8ºC düşdükdə, cavan balıqlar saxlanan gölməçələrin suyu buraxılır, profilaktika məqsədilə balıqlar 5 %-li xörək duzu məhlulu ilə işlənir və qış gölməçələrinə keçirilir. Qışda suyun temperaturu, oksigenin və karbon qazının, habelə H2S və dəmirin miqdarı, suyun reaksiyası yoxlanılır. Yazda balıqlar yeni 5 %-li xörək duzu məhlulu ilə işlənir və balıq kökəldilən gölə keçirilir. Burada balıqlar hər 10 gündən bir yoxlanmalıdır. Göl balıqçılığında sanitar-gigiyenik tələblər

More Related