1 / 16

Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular.

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular. Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

kenley
Download Presentation

Fənn: Zoogigiyena M övzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Su təchizatı, sistemləri və zərərsizləşdirilməsi. Çirkab sular. Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009 Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  2. Plan 1.Su təchizatı, sistemləri, suvarılma və heyvanın suya tələbatı, su təchizatı. 2.İçməli suyun zərərsizləşdirilməsi (Cl, O3, şualanma, dadlaşdırma, ultrasəs, çökdürmə, koaqulyasiya və süzülməsi). 3.Kənd təsərrüfatı heyvanlarının suvarılması gigiyenası. 4.Çirkab sular (bioloji süzgəclər). 5.Mexaniki təmizlənmə, bioloji, kimyavi dezinfeksiya, termiki və s. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  3. Ədəbiyyat siyahısı 1.Ə.A.Əsgərov, O.M.Məmmədova.K/t hayvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 2.Ə.A.Əsgərov və başqaları.Müasir ekologiya, Bakı – 2007. 3.Ə.A.Əsgərov,M.M.Əliyev, O.M.Məmmədova. Sanitariya və zoogigiyena fənnindən metodik göstəriş. Gəncə-2005. 4. Ə.A.Əsgərov. Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə, Bakı – 1989. 5. Ə.A.Əsgərov, E.M.Hüseynov. Müasir ekologiya, Gəncə - 2004. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  4. Sanitariya mədəniyyəti olmayan yerdə Heç bir mədəniyyətdən söhbət gedə bilməz Semaşko BMT-nin cavabı: “Dünyada bir nömrəli qatil – bir stəkan çirkli sudur” Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  5. Su təchizatı, sistemləri, suvarılma və heyvanın suya tələbatı, su təchizatı. Kənd təsərrüfatında su təchizatının təşkilində insanların, heyvanların suya olan tələbatı, bitkilərin suvarılması, kənd təsərrüfatı məhsullarının hazırlanması və yanğın əleyhinə tələblər üçün lazım olan suyun miqdarı maksimal tələbatla hesablanır. Kənd təsərrüfatının su təchizatı iki yerə bölünür: mərkəzləşdirilmiş və yerli su təchizatı. Mərkəzləşdirilmiş su təchizatında suyun təmizlənməsi, keyfiyyətcə yaxşılaşdırılması və zərərsizləşdirilməsi kimi işlər asanlıqla yerinə yetirilir. Mərkəzləndirilmiş su təchizatının üstünlüklərini nəzərə alaraq hazırda ölkəmizin heyvandarlıq təsərrüfatları mexanikləşdirilmiş su təchizatından istifadəyə keçir.Mərkəzləşdirilmiş su təchizatında suyun çirklənməsinin qarşısını almaq məqsədilə 3 sanitariya nəzarəti zonası olmalıdır:1). mütləq nəzarət zonası,su mənbəyi və qurğular yerləşir;2).məhdudlaşdırırlmış zona; 3).nəzarət zonası. Yerli su təchizatı- kəhriz, artezian, bulaq, çay, arx, göl və gölməcə suları aiddir.İçməli su mənbələri və suyun istifadəsi üzərində ciddi sanitariya nəzarəti olmalıdır. Su mənbələrini yoluxmadan və çirklənmədən qorumaq üçün onların ətrafı hasarlanmalıdır. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  6. Kənd təsərrüfatı heyvanları, quşlar və xəzdərili heyvanlar üçün gündəlik su normaları Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  7. İçməli suyun zərərsizləşdirilməsi (Cl, O3, şualanma,dadlaşdırma, ultrasəs, çökdürmə, koaqulyasiya və süzülməsi). Suyun təmizlənmə üsulları (çökdürmə, süzmə, koaqulyasiya) onu mikroorqanizmlərdən təmizləyir.Suyun, xüsusilə yerüstü suların insan və heyvanlar arasında yoluxucu və parazitar xəstəliklərin yayılmasında rolunu nəzərə alaraq onun zərərsizləşdirilməsinin böyük əhəmiyyəti vardır. Ən əlverişli,ucuz başa gələn, suyu effektli olaraq zərərsizləşdirən, bağırsaq çöplərinin miqdarını kəskin şəkildə azaldan və ən geniş tətbiq edilən üsul suyun xlorlaşdırılmasıdır. Patogen mikroblardan dizenteriya mikrobları, vəba virionları, qarın yatalağı, pasterellalar, bağırsaq çöpləri xlora çox həssasdır. Su xlorlu əhənglə CaOCl2 və ya xlor qazı (Cl2) ilə xlorlaşdırılır. Suyun zərərsizləşdirilməsində qaynatma və ultrabənövşəyi şüalardan istifadə olunur. Qaynatma üsulu boğaz, yeni doğmuş və körpələrin suvarılması üçün tətbiq edilir. Ultrabənövşəyi şüalar yüksək bakterisid təsirı malikdir.Hazırda suyun ultrabənövşəyi şüalarla zərərsizləşdirilməsi üçün aşağıdakı tipli lampalar buraxılır:PRK-7 lampası(civə-kvars lampası), OV-AKX-1 elektrik şüa qurğusu, RKS-2,5 lampalı (civə-kvars lampası),OV-1PRKS. Lampalar suyun içində qurulur. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  8. Içməli suyun keyfiyyətinin yaxşılaşdırılma üsulları Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  9. BUV-60 P lampalı OV-3N tipli qurğu. Bu suyun xaricində qurulur,işıqlanma xaricdən aparılır, bir saatda 8m3 suyu zərərsizləşdirir. Ultrabənövşəyi şüalarla suyun zərərsizləşdirirlməsi üsulu suyun xlorlaşdırırlmasından üstündür. Belə ki, bu üsulla suyun təbii, fiziki və kimyəvi xassələri dəyişmir, bakteriyalar daha tez tələf olur, şüalandırma nəinki mikrobların vegetativ formaları, hətta sporlar da tələf olur. Kənd təsərrüfatı heyvanlarının suvarılması gigiyenası Heyvanların vaxtında suvarılmaması və ya pis keyfiyyətli su ilə suvarılması inəklərin südünü, kökəldilən heyvanlarda gündəlik artımı, qoyunlarda yunun miqdarını azaldır, xəstəlik və tələfat yüksəlir, yemlərdən pis istifadə edilir. Orqanizmə daxil olan su heyvanların sinir sistemində bir sıra proseslərə təsir edir və orqanizmin sususzluğunu aradan qaldırır.Heyvanların suya olan tələbatı onların yaşından, növündən, məhsuldarlığından, istismar və metereoloji şəraitdən, yemləmədən, və s. asılıdır.Məs.gündəlik süd sağımı 12 kq olan inək bir gündə 35-40 su içdiyi halda, gündəlik süd sağımı 40 kq olan inək 110 litr su içir. Hazırda qaramal üçün PA-1,PA-1m, PAV-9m və PA-2, donuzlar üçün PAV-2A, PAS-2 və APS-2, qaramal və donuzlar üçün PAV-( fərdi avtomat suvatlar buraxılır. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  10. PA-1 avtomat suvatın həcmi 21 olan bir, PA-2 suvatı iki su yığılan kasadan, klapan mexanizmindən və pedaldan ibarətdir.Heyvanların qrup ilə suvarılması üçün aşağıdakı suvatlar vardır: qaramal üçün PPA-1,7(tutumu 1700 l), AQK-12, AQK-12A, AQK-4, donuzlar üçün APQ, ART-6 və AQS-24, quçlar üçün P-1, P-4, APK-2, p-2C. Qaramalın bağsiz sistemdə saxlanılmasında elektrik qızdırıcısı ilə təmin olunmuş AQK-4 markalı avtosuvat tətbiq olunur. Donuzların düşərgədə və ya qış binalarında suvarılması üçün AQS-24 vakuum suvatı tətbiq olunur. Toyuqların suvarılması üçün P-1 təknəli suvat tətbiq edilir. Toyuqlar üçün PV, P-4, APK-2, fincanlı AP-2 və V şəkilli suvatlar da vardır. Çirkab sular (bioloji süzgəclər) Sənaye və kənd təsərrüfatı müəssisələrindən, mənzillərdən, hamamlardan, xəstəxanalardan, baytarlıq məntəqələrindən və s. çıxan, habelə həyətlərdən və küçələrdən axan çirkab suları adlanır. Çilkab sularının tərkibində çoxlu miqdarda patogen mikroblar, helmint sürfələri, parazit qurdlar və s. olduğundan səhiyyə cəhətindən çox qorxulu sayılır. Çirkab sularının buraxılmasına səhiyyə və baytarlıq işçiləri nəzarət etməlidirlər. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  11. Çirkab suları mexaniki, kimyəvi və bioloji üsullarla təmizlənir. Təmizləmə adətən iki fazada keçirilir: ilk və son təmizləmə. İlk fazada çirkab suyunda olan asılı maddələr,qum, yağ, neft, benzin təmizlənir. Asılı maddələri, mexaniki və həll olmuş maddələri çökdürmək üçün koaqulyasiya və kimyəvi birləşmələrdən istifadə edilir. Son fazada isə bioloji oksidləşmə, aerasiya, süzgəcdən keçirmə kimi əməliyyatlar aparılır. Ümumiyyətlə çirkab sularının süzücü torpaq sahəsindən keçirilməli başqa təmizləyici üsüllardan üstündür. Bioloji süzgəclər suvarma tarlası və süzücü üsulu ilə birlikdə tətbiq edilir. Bioloji süzgəclər koks və ya şlak, torf və digər məsaməli materiallardan hazırlanır. Çirkab suları xlorlu əhəng və ya xlor qazı ilə zərərsizləşdirilir. Xlorlaşdırma qaydası içməli sularda olduğu kimidir. Xlorlaşdırmadan əvvəl və sonra suyun koli-titri təyin edilir. Zərərsizləşdiriləcək çirkab su üçün fəal xlorun dozası belə götürülür: biloji üsulla işlənmiş 1 litr çirkab su üçün 10-20 mq, mexaniki təmizləmədə 20-30 mq, pis təmizlənmiş və ya təmizlənməmiş çirkab su üçün 50-60 mq. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  12. Mexaniki təmizlənmə, bioloji, kimyavi dezinfeksiya, termiki və s. Çirkab suyunun mexaniki təmizlənməsi üçün bir neçə ardıcıl təmizləyici qurğular (tor, qumsaxlayan, çükdürmə hovuzu, iy tutusu) tətbiq edilir.Çirkab suyu bu qurğulardan ardıcıl olaraq keçirilir, Bu zaman suda olan qaba hissəciklər torlarda saxlanır, sonra su qumsaxlayıcı hovuza keçir, bu hovuzun başlanqıc hissəsi dərin olur, sonrakı hissə isə getdikcə dayazlaşır. Sonar su o biri təmizləyici, durulducu hovuza keçir, burada lil və asılı hissəciklər çökür, mikroorqanizmlərin təsiri altında parçalanır. Bioloji təmizləmə üsulunda məqsəd çirkab sularını zərəsizləşdirmək və üzvi maddələrin minerraşması, parçalanması üçün şərait yaratmaqdır. Bioloji təmizləmə üzvi maddələr, mikroorqanizmlər və oksigen olan mühitdə gedir. Qışda torpağın süzmə və minerallaşdırma qabiliyyəti aşağı düşür, çünki torpağın üst qatı donur və minerallaşmayan üzvi maddələr torpağın səthində qalır. Bunlar torpağın süzmə qabiliyyətini çətinləşdirir. Buna görə də suvarılma və suyun süzülməsui üçün ayrılmış sahələr yazda şumlanmalı və ya yumşaldılmalıdır. Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  13. Şaxtalı quyunun quruluşu Bulağın kaptajı Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  14. Suyun süzülmə sxemi Sahil kənarı filtirli quyu Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  15. BE-2,5 aftomatik su vuranın sxemi Gölün ümumi görünüşü Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

  16. PA-1 klapanlı su suvatı PA-2 klapanlı su suvatı Su təchizaı, sistemləri və zərərsizlışdirilməsi

More Related