html5-img
1 / 14

Mövzu : GIRIŞ.MIKROBIOLOGIYANIN QISA INKIŞAF TARIXI Mühazirəçi : dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :

gamba
Download Presentation

Mövzu : GIRIŞ.MIKROBIOLOGIYANIN QISA INKIŞAF TARIXI Mühazirəçi : dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: GIRIŞ.MIKROBIOLOGIYANIN QISA INKIŞAF TARIXI Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

  2. PLAN • 1.Fənnin predmeti, məqsədi və vəzifələri • 2.Fənnin tədrisində əss məqsəd və fənnin qarşısında qoyulan tələblər • 3.Mikrobiologiya elminin başqa bioloji elm shələri ilə əlaqəsi • 4.Mikrobiologiyanın inkişafında dünya alimlərinin xidməti • 5.Mikrobiologiyanın inkişafında rus alimlərinin xidməti • 6.Mikrobiologiyanın inkişafında Azərbaycan alimlərinin xidmətləri

  3. Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005

  4. GİRİŞ • Mikrobiologiya (yunanca mikros-kiçik, bios-həyat, logos-elm) – olduqca xırda, gözlə görünməyən mikroorqanizmlər, yaxud mikroblar adlanan elementar canlı varlıqları öyrənən elmdir. • Mikrobiologiya mikrobların morfologiyasını, anatomiyasını, fiziologiyasını, biokimyasını, genetikasını, onların inkişaf qanunauyğunluğunu, tәbiәtdә maddәlәr dövranında insan, heyvan, bitki hәyatında funksiyasını öyrәnir. Mikroblara bir vә ya çoxhüceyrәli orqanizmlәr: yosunlar, köbәlәklәr, aktinomisetlәr, bakteriyalar, spiroxetlәr, mikoplazmalar, rikketsiyalar vә viruslar aiddir. • Mikrobiologiya mikrobların canlı vә cansız tәbiәtlә әlaqәsini öyrәnir vә bunun insan üçün xeyirli cәhәtlәrini cәmiyyәtdә istifadә edilmә üsullarını müәyyәnlәşdirir. Mikrobiologiyanın әsas vәzifәlәrindәn biri dә patogen mikrobları vә onların toksinlәrini mәhv etmәk üçün fәal vasitә tapmaqdır. • Mikroblar Yer kürәsindә digər canlılara nisbәtәn geniş yayılmışdır. Bunların hәyat fәaliyyәti ilә әlaqәdar olaraq tәbiәtdә daima maddәlәr dövranı baş verir. Bu zaman bitki vә heyvanların hәyatı üçün lazım olan maddәlәr әmәlә gәlir ki, bu da onların yaşamasına şәrait yaradır. Mikrobların daş kömürün, neftin әmәlә gәlmәsindә dә, rolu böyükdür. • Metalların, kağızın istehsalında, tibb vә yeyinti sәnayesindә mikrobioloji proseslәrdәn geniş istifadә olunur. Bunlardan çörәkçilikdә, şәrabçılıqda, pivә, süd-qatıq, vitamin, ferment vә dәrman maddәlәri istehsalında da geniş istifadә edilir. • Müxtәlif qıçqırmalar, zülalların çürümәsi, nitrifikasiya vә denitrifikasiya, molekulyar azotun mәnimsәnilә bilәn hala çevrilmәsi mikrob fәaliyyәtinin nәticәsindә әmәlә gəlir.

  5. Mikroorqanizmlәr insan vә heyvanları doğulduqdan ölәnә qәdәr müşayiәt edir, ölәndәn sonra isә onları çürüdür vә minerallaşdırır. • İnfeksion xәstәliklәrә qarşı mübarizәdә vaksinlәrdәn vә antibiotiklәrdәn geniş istifadә edilir ki, bunlar da mikroorqanizmlәrdәn alınır. Mikroorqanizmlәr hәm bitki qalıqlarını çürüdüb torpağın münbitliyini artırır, hәm dә әrzaq mәhsullarını çürüdüb cәmiyyәtә külli miqdarda ziyan verir. Buna görә dә mikrobların müsbәt xüsusiyyәtlәrini öyrәnib, ondan istifadә etmәk, mәnfi xüsusiyyәtlәrinә qarşı isә mübarizә aparmaq günün vacib mәsәlәlәrindәndir. • Mikrobiologiyanın ayrı-ayrı sahәlәrinin öyrәnilmәsi nәticәsindә onun daxilindә bakteriologiya, mikologiya, virusologiya, rikketsiologiya, mikoplazmotologiya vә s. kimi sәrbәst elmlәr inkişaf edir. • Hazırda müxtәlif sahәlәrә aid mikrobioloji proseslәr ayrılıqda öyrәnilir, odur ki, ümumi, kәnd tәsәrrüfatı, texniki, tibb, baytarlıq, dәniz, kosmik vә s. sahәlәrdә mikrobiologiya yaranıb inkişaf etmәyә başlamışdır. • Burada baytarlıq mikrobiologiyası barәdә mәlumat verilәcәkdir. Baytarlıq mikrobiologiyası kәnd tәsәrrüfatı heyvanlarının, quşların, arı, balıq, adadovşanları vә bir sıra başqa vәhşi heyvanların infeksion xәstәliklәrinin törәdicilәrinin xüsusiyyәtlәrini, infeksiyanın әmәlәgәlmә mexanizmini, bu xәstәliklәrin laboratoriya diaqnostika üsullarını vә onlara qarşı spesifik profilaktika problemlәrini öyrәnir. Bundan başqa, baytarlıq mikrobiologiyası patogen olmayan insanı vә heyvanı әhatә edәn xarici mühitdә (havada, torpaqda, suda) vә başqa varlıqlarda olan mikro-orqanizmlәrin xüsusiyyәtlәrini öyrәnib, onların insan vә heyvan orqanizmlәrinә tәsirini aydınlaşdırır. Müasir baytarlıq mikrobiologiyası geniş sahәni әhatә edir. Bu fәnn bakteriologiyaya (infeksion xәstәliklәrin törədicilәri olan bakteriyaları öyrənәn elmә), virusologiyaya (virusları öyrәnәn elmә), immunologiyaya (orqanizmin patogen mikroblara qarşı qeyri-hәssaslıq mexanizmlәrini öyrәnәn elmә), mikologiyaya (patogen köbәlәklәri öyrənәn elmә) bölünür. Baytarlıq mikrobiologiyasının xüsusi müayinә üsulları vardır.

  6. Baytarlıq mikrobiologiyası sahәsindә aparılan tәdqiqat işlәrindәn qısa müddәtdә çox qiymәtli nәticәlәr әldә edilmişdir. Mәsәlәn, infeksion xәstәliklәrin törәdicilәrinin xüsusiyyәtlәri, diaqnostika üsulları vә onlara qarşı aparılan spesifik profilaktik tәdbirlәrin tәtbiq edilmәsi sayәsindә keçmişdә heyvandarlığa böyük iqtisadi ziyan vuran bir sıra yoluxucu xәstәliklәr-qarayara, emfizematoz karbunkul, pasterellyoz, çiçәk, taun vә s. azaldılmış vә ya tamamilә mәhv edilmişdir. Bundan başqa, baytarlıq mikrobiologiyası heyvandan insana yoluxan xәstәliklәrә (antrapozoonoz) qarşı mübarizә üsullarını hazırlayıb praktikada tәtbiq edir. • Bu fәnn tәcrübi mәsәlәlәrlә yanaşı nәzәri problemlәri dә hәll edir. • Mikroblar özlüyündə canlı aləmin müstəqil həyat tərzinə malik olan böyuk bir qrupu olmaqla, əksəriyyət çoxu birhüceyrəli orqanizmlərdir və genetik olaraq bitki və heyvanat aləmi ilə sıx surətdə bağlıdır. • Mikrorqanizmləri öyrənmək – tətbiq etmək məqsədilə yalnız onları original müayinə metodlarının vasitəsilə yüzlərlə və minlərlə dəfə böyütmək zəruridir. • Mikrobiologiya, mikroorqnizmlərin quruluşunu, fiziologiyasını, biokimyasını, genetikasını və ekologiyasını öyrənməklə, onların ətraf mühitlə qarşılıqlı əlaqəsini, xüsusilə də insan, heyvan həyatında və bütövlükdə biosferada əhəmiyyətini araşdıraraq müəyyənləşdirir. • Mikrobiologiya elminin müvəffəqiyyətlə inkişafı, ilk növbədə fizika və kimya elmlərinin nailiyyətləri ilə əlaqədar olmuşdur. Böyüdücü optik sistemlərin kəşfi, onların zaman-zaman təkmilləşdirilməsi, xüsusilə elektron mikroskopun reallaşması, bakteriya hüceyrəsinin ən incə-ultra struktrunun araşdırılmasına, öyrənilməsinə geniş imkanlar yaratmışdır.

  7. Kimya elminin təqdim etdiyi çoxlu yeni analitik müayinə metodları sayəsində, birsıra maddələrin biosintezi, energetik mübadilə mexanizminin öyrənilməsinə nail olunmuşdur. • Mikroorqanizmlərdən genetik və biokimyəvi obyekt kimi istifadə edilməsi mikrobiologia elminin inkişafında yeni eranın başlanğıcını qoymuşdur. • Mikrobiologiya elminin inkişafı sayəsində ümumi biologiya və tibbdə bir çox nəzəri problemlərin həllinə nail olunmuş, onların praktiki tətbiqi həyata keçirilmişdir. • Mikroorqanizmlərdə ilk dəfə olaraq DNT-nin irsi əlamətlərin daşıyıcısı olaraq rolu müəyyənləşdirilməklə, genin mürəkkəb quruluşa malik olması, DNT strukturunun mutasiya proseslərində qarşılıqlı əlaqəsi təsdiq olunmuşdur. • Ümumi mikrobiologiya – mikroorqanizmlərin quruluşunu, inkişafını, həyat fəaliyyətini qanunauyğunluqlarını, təbiətdə rolu və genetikasını, həmçinin sistematika və klassifikasiyasını öyrənir. • Müstəqil və sərbəst bir elm sahəsi və fənn olaraq baytarlıq mikrobiologiyasından immunologiya, virusologiya, sanitar mikrobiologiya və mikologiya ayrılır. İmmunologiya – immunitet haqqında elm olmaqla, immunitetin orqanizmdə yaranma mexanizmi, onun təsiri, orqanizmin genetik sabitliyinin qorunmasında immun sistemin rolu və orqanizmin qeyri-spesifik stimulyasiyası, antigen və antitellər, immunoloji tolerantlıq, allergiya, infeksion xəstəliklərin diaqnostikası, spesifik profilaktikası və terapiyası məsələlərini öyrənir. • Virusologiya – qeyri-hüceyrəvi struktura malik olan virusları öyrənməklə, onların təbiəti, kimyəvi tərkibi, hüceyrədaxili parazit olaraq, onun sahib hüceyrə ilə qarışıqlı əlaqəsini, virusların hüceyrədaxili parazitizm xüsusiyyətlərinin mexanizmini öyrənən bir elm sahəsidir. • Sanitar mikrobiologiya -xarici mühitdə patogen və şərti patogen mikroorqanizmlərin yaşama müddətini öyrənməklə, xarici mühit obyektlərinə (hava, su, peyin, torpaq, yem, süd və s.) san-bak. nəzarət metodlarını işləyib hazırlyır və həmin obyektlərin sağlamlaşdırılmasını həyata keçirir. • Mikoloiya – göbələklər haqqında elmdir.

  8. MİKROBİOLOGİYANIN QISA İNKİŞAF TARİXİ • Bizi әhatә edәn alәmdә müxtәlif formalı vә xassәli gözlә görünmәyәn külli miqdarda orqanizmlәr-mikroblar vardır. Bu mikroblar insanlara qәdim zamanlardan indiyә qәdәr özlәri hiss etmәdәn hәm böyük fayda vermiş, hәm dә onları xәstәlәndirib öldürmüşdür. Mikrobların bir qisminin fәaliyyәti insan üçün faydalı, digərinki isә zәrәrlidir. İnsan üçün faydalı olan mikroorqanizmlәr kәnd tәsәrrüfatında, tәbabәtdә, sәnayedә vә sair sahәlәrdә geniş tәtbiq olunur. Mikroblar maddәlәrin bir haldan digər hala keçmәsindә, karbon, azot vә digər elementlәrin dövranında, torpağın münbitliyinin yüksәldilmәsindә, süd turşusunun qıcqırma prosesindә vә s. iştirak edir. Bir qrup mikroorqanizmlәr isә insan vә heyvan arasında müxtәlif xәstәliklәrin törәnmәsinә vә onların kütlәvi tәlәf olmasına sәbәb olur. • Hippokrat (b.e.ә. 460-377-ci il), Varron (b.e.a. 116- 27-ci il), Lukresiy (b.e.ә. 95-55-ci il), Pliniy (b.e.ә. 75-23-cü il), Halen (b.e.ә. 211-131-ci il) vә başqa dövrün görkәmli alimlәri infeksion xәstәliklәrin törәnmә sәbәbinin canlı tәbiәtә (Contagium vivum) aid olmasını söylәmişlәr. • Türk dilli xalqlara (Lepri) yoluxma xәstәliyinin bir insandan başqasına keçmәsi mәlum idi vә onlar buna qarşı mübarizә edirdilәr. Әbu-Әli ibn Sina (b.e.ә. 1037-980-ci il) sübut etmişdir ki, yoluxucu xәstәliklәrin törәnmәsi gözlә görünmәyәn su vә hava ilә keçәn diri varlıqdır.

  9. Feodalizm dövründә Avropada infeksion xәstәliklәr daha geniş yayılaraq minlәrlә insanın ölümünә sәbәb olmuşdur. Bu dövrdә alimlәr xәstәliklәrin törәnmә sәbәbini, onun inkişafını vә onlara qarşı mübarizә yollarını öyrәnirdilәr. Ancaq infeksion xәstәliklәrin әmәlәgәlmә sәbәbinin әsaslı öyrәnilmәsi fizika vә kimya elmlәrinin Qәrbi Avropada vә Rusiyada inkişafı ilә әlaqәdar olmuşdur. 1590-ci ildә şüşә cilalayanlar Hans vә Zaxari Yansenlәr tәrәfindәn ilk dәfә böyüdücü şüşә kәşf olunmuşdur. 1609-1610-cu illәrdә isә Q.Qaliley (1564-1642) ilk dәfә sadә mikroskop hazırlamışdır. Ancaq qabarıq obyektivli vә okulyarlı iki linzalı mikroskopu ilk dәfә fizik K.Drebbel kәşf etmişdir. Böyüdücü şüşә hazırlayan Hollandiyalı Antonio Van Levenhuk (1632-1723) keyfiyyәtli, 160-300 dәfә böyüdәn lupalar hazırlamış, yağış suyunu, qanı, ölmüş milçәyi vә s.-ni hәmin lupalarla tәdqiq edib orada hәrәkәt edәn cisimciklәr olduğunu görmüşdür. Bunlar, o vaxta qәdәr heç kәsә mәlum olmayan çox kiçik «heyvancıqlar» idi. Bundan başqa A.Levenhuk diş әrpini böyüdücü şüşә altında yoxladıqda hәmin «heyvancıqları» müxtәlif şәkildә görәrәk onların morfoloji şәklini çәkmişdir. A.Levenhuk 1695-ci ildә «Tәbiətin sirrlәri» adlı kitabında bu «heyvancıqları» әtraflı tәsvir etmişlәr. A.Levenhukun bu kәşfindәn sonra müxtәlif ölkәlәrdәn onun yanına alimlәr gәlir vә kәşfi ilә tanış olurlar. A.Levenhukun kәşfindәn sonra bütün dünyada mikroblar alәminin öyrәnilmәsi başlandı. Bu dövrün alimlәri mikrobların ancaq zahiri tәsviri ilә mәşğul olurdular. Mikrobların qıcqırmada, çürümәdә, tәbiәtdә, azotun vә başqa maddәlәrin dövranında, infeksion xәstәliklәrin törәmәsindә rolu XIX әsrdәn öyrәnilmәyә başlanmışdır. • Qeyd etmәk lazımdır ki, kapitalizmin inkişafı ilә әlaqәdar olaraq texniki vә tәbiәt elmlәri dә sürәtlә inkişaf etdirilir. Fizika, mexanika, kimya elmlәrinin inkişafı mikrobiologiya elminin inkişafına tәkan verir. XIX әsrin birinci yarısında bir sıra infeksion xәstәliklәrin törәdicilәri aşkar olunmuşdur.

  10. 1839-cu ildә İ.Şenleyin keçәlliyin köbәlәk tәrәfindәn törәndiyini müәyyәnlәşdirmişdir. 1943-cü ildә D.Qrubi dәmro törәdicisini, 1849-1854-cü illәrdә isә A.Polender, K.Daven vә F.A.Brauell qarayara mikrobunu aşkar etmişlәr. • Mikrobiologiyanın fizioloji baxımdan öyrənilmәsi dövrü dahi fransız alimi L.Pasterin (1822-1895) adı ilә bağlıdır. O, haqlı olaraq, müasir mikrobiologiyanın banisi sayılır. • Fransada XIX әsrin ikinci yarısında şәrab istehsalı sürәtlә inkişaf edirdi. Bu dövrdә şәrabçılar çürümә prosesindәn ziyan çәkirdilәr. L.Paster bunun sәbәbini öyrənәrkәn sübut etmişdir ki, bütün qıcqırma proseslәri mikrobların hәyat fәaliyyәtindәn asılıdır. Demәk, hәr növ qıcqırmanın özünәmәxsus mikrobu vardır. • L.Paster pivә vә şәrab üzәrindә üç il apardığı tәdqiqatlar nәticәsindә subut etmişdir ki, onların xarab olmasının törәdicisi mikroblardır. Hәmin mikroblar şәraba vә pivәyә havadan daxil olur vә orada inkişaf edib, onların xarab olmasına sәbәb olur. • Pivәni vә şәrabı yüksәk keyfiyyәtdә saxlamaq üçün L.Paster onları 50-65°C qızdırmağı tәklif etmişdir. Bu pasterellizasiya adlanır. Belәliklә, yeni bir metod yarandı vә geniş istifadә edilmәyә başlandı. • 1857-ci ildә L. Paster süd turşusu qıcqırması bakteriyalarını kәşf etmişdir. Bu kәşfdәn sonra mikrobların öyrәnilmәsinin yeni mәrhәlәsi başlanmışdır. Yәni mikrobların morfoloji tәsviri (mikroqrafiya) ilә yanaşı onların fiziologiyası da öyrәnilmiş vә bizi әhatә edәn mühitdә, insan vә heyvanların hәyatında mikrobların rolunun aydınlaşdırılması dövrü başlanmışdır.

  11. Qәdim zamanlarda insanların, mikroblar, onların tәkamülü vә canlıların canlılar-dan әmәlә gәlmәsi haqqında tәsәvvürlәri yox idi. Onlar xәstәliyin özü-özünә vә ya ilahi qüvvә tәrәfindәn yaranmasına inanırdılar. Elә başa düşürdülәr ki, qurbağalar, siçanlar, arılar, milçәklәr vә başqa heyvanlar yağışdan, torpaqdan, çürümüş cәsәdlәr-dәn әmәlә gәlir. Dünya alimlәri arasında xәstәliyin özü-özünә әmәlә gәlmәsi barәdә uzun müddәt mübahisә getmişdir. Bәzi alimlәr (Nadxem vә başqaları) güman edirdi-lәr ki, xәstәliyin özü-özünә əmәlә gәlmәsi mümkündür. Lakin L.Paster apardığı dәqiq tədqiqatla sübut etdi ki, tәbii şәraitdә mikrobların özü-özünә törәmәsi mümkün deyildir. • O, sübut etmişdir ki, canlı vücud spontan olaraq cansız təbiәtdәn törәnmir, çünki qaynadılmış qida mühitlәri hermetik yerdә steril qalır. Beləliklә dә, mikrobiologiyanın inkişafındakı fizioloji dövr L.Pasterin adı ilә bağlidir. • L.Paster ipәk qurdlarının xәstәliklәrindә bakteriyaların rolunu aşkar edәrәk, başqa xәstәliklәrin dә bakteriyalar tәrәfindәn törənməsi haqqında fikir irәli sürdü. Bu vaxta qәdәr xәstәliklәr qanın dәyişmәsindәn әmәlә gәlәn xәstәliklәr kimi qәbul edilirdi. Belәliklә, L.Paster ilk dәfә sübut etdi ki, infeksion xәstәliklər müxtәlif mikroblar tәrәfindәn törәdilir. Sonra L.Paster hәmin xәstәliklәrә qarşı mübarizә tәdbirlәrinin hazırlanması yollarını öyrәnmәyә başladı. O, toyuq vəbası mikroblarının kulturasını uzun müddәt qida mühitindә qalıb zәiflәməsindәn sonra ondan vaksin hazırlamağı tәklif etmişdir. 1881-ci ildә qarayaraya, daha sonra qızıl yelә vә quduzluğa qarşı vaksinlәr tәklif etmişdir. Belәliklә, L.Paster vaksin hazırlamaq üsullarını kәşf edәrәk, infeksion xastәliklәrin lәğv edilmәsinin әsasını qoymuşdur. Buna görә dә L.Paster immunologiya elminin atası sayılır. 1888-ci ildә Parisdә L.Pasterin işlәrinin beynәlxalq miqyasda qiymәtlәndirilmәsi nәticәsindә bütün dünyada pul yığılaraq; onun üçün institut açmışlar. L.Paster spirt, süd vә yağ qıcqırmasının bakteriyalar tәrәfindәn törәnmәsini sübut etmişdir. O, bәzi mikroblarda anaerob tәnәffüs tipinin olmasını ilk dәfә müәyyәnlәşdirmişdir.

  12. İnfeksion xәstәliklәrin törәdicilәri bir-bir aşkar edilirdi vә bununla yanaşı onlara qarşı effektli müdafiә vasitәlәri dә tapılırdı. Mikrobiologiya sahәsindә әn böyük kәşflәrdәn biri dә Nobel mükafatına layiq görülmüş E. Berinqә vә onunla birlikdә isә S. Kitazato vә Frenkelә mәxsusdur. Onlar 1890-cı ildә dәniz donuzlarına difteriya vә tetanus toksinini tәkrar yeritdikdә, • Heyvanların qanında antitoksinin әmәlә gəlməsini sübut etdilәr. Bu antitoksinlә hәmin xәstәliklәrә qarşı mübarizә etmәk olar. Bu prinsip üzrә bir çox xәstәliklәrә qarşı mübarizә aparmaq mümkün oldu. • İnfeksion xәstәliklәriı törәdicilәri aşkar olunduqca alimlәr tәrәfindәn onlara qarşı spesifik profilaktika vasitәlәri hazırlanırdı. Q. Ramon 1924-cü ildә anatoksin hazırlamaq metodunu tәklif etdi. • Azәrbaycanda baytarlıq mikrobiologiyasının inkişafı M.Q.Qәniyevin adı ilә bağlıdır. O, pasterelloza qarşı vaksin hazırlayıb, geniş tәtbiq etmişdir. Hәmin vaksin vasitәsilә qaramal vә camışlar arasında pasterelloz xәstәliyinin qarşısı alınmışdır. M.Q.Qәniyev 1950-ci ildә Azәrbaycan dilindә ilk dәfә «Baytarlıq mikrobiologiyası» kitabını yazmışdır. O, uzun müddәt Azәrbaycan Elmi-Tәdqiqat Baytarlıq İnstitutuna rәhbәrlik etmiş vә onun rәhbәrliyi ilә qiymәtli tәdqiqatlar aparılmışdır. Daha sonra Azәrbaycan mikrobioloqlarından M.Ә.Musayevin, K.M.Sәfәrovun, M.M.Fәrzәli-yevin, Ә.A.Әnnağıyevin, F.V.Şirinovun, Y.B.Sәfərovun, Ә.N.Әhmәdovun, R.A.Qәdimovun vә digər alimlәrin mikrobiologiya sahәsindәki işlәri diqqәtә layiqdir. Akademik N.V.Lixaçov vә Y.F.Borisoviç qoyunlarda çiçәk xәstәliyinә qarşı QOA vaksini vә donuzlarda taun xәstәliyinә qarşı quru virus vaksini (ASV) hazırlayıb istehsalata tәklif etmişlәr.

  13. B.e.ə. Hippokrat (430-377 i.), Lukresiy (96-55 i.), Verqidenm (70-17 i.) öz elmi qeydlərində qıcqırma, çürümə proseslərinin və yoluxucu xəstəliklərin baş verməsinin canlı təbiətə aid olmaları haqda məlumatlar vermişlər. D. Frakastro, A. Kirxer belə nəticəyə gəlmişlər ki, Infeksion xəstəliklərin bir insandan digər insana sirayət etməsi olduqca xırda canlı varlıqların vasitəsilə həyata keçirilsə də bunun mahiyyətini və mexanizmini əsaslandıraraq sübut edə bilməmişlər. • İlk dəfə olaraq hollandiyalı alim-naturalist A.. Levenhuk(1632-1723) hazırladığı 300 dəfəyədək böyütmək qabiliyyətinə malik olan, böyüdücü optik sistem vasitəsilə mikroorqanizmləri müşahidə etmiş və onları qeydə almışdır. • Mikrobiologiyanın inkişafında bir sıra dövr xarakterikdir: • 1.Morfoloji dövr (XVII əsrin sonu və XIX əsrin ortaları). • 2.Fizioloji dövr, Lui Pasterin adı ilə bağlıdır. • 3.İmmunoloji dövr, baniləri İ. Meçnikov, E. Bering, P. Erlix hesab edilir. • Alman alimi R.Kox (1843-1910) mikrobioloji müayinə metodlarını işləyib hazırlamış, praktiki laboratoriya müayinələrini həyata keçirmək məqsədilə Bərk qida mühitlərini (ət-peptonlu aqar və ət-peptonlu jelatin) təklif etmiş və həmin mühitlərdə mikrobların yetişdirilməsinə və təmiz kulturanın əldə olunmasına nail olmuşdur ki, bu da gələcəkdə infeksion xəstəliklərin dəqiq diaqnozu üçün vacib sayılan müayinə metodlarındandır. • R. Kox bakterioloqlar məktəbini yaratmışdır ki, bu məktəbin nümayəndəLəri Bering, Liffler, Pffeyfer, Qayki ayrı-ayrılıqda mikrobiologiyanın inkişafına öz töhfələrini vermişlər. • Rus həkimi D. Samoyloviç 1771-ci ildə Moskvada taun epidemiyasının tüğyan etdiyi zaman xəstəliyin törədicisini müəyyən etmiş və xəstəliyə tutulmuş fərddən götürülmüş patoloji nümunə ilə özünü yoluxdurmuş və bunun əsasında peyvəndləmə yolu ilə insanların taun xəstəliyindən qorunmasına nail olmağı sübut etmişdir. • L.S.Senkovskiy tərəfindən əldə olunmuş qara-yaqa əleyhi vaksinlər(1883) uzun illər baytarlıq praktikasında istifadə edilmişdir.

  14. İ..İ.Meçnikov immunitetin faqositar nəzəriyyəsinin banisi olmaqla, immitet haqqında təlimin əsasını qoymuşdur. • İ.İ.Meçnikovun tələbələri olmuş N.Qamaleya, A.Bezredka, L.Taraseviç, Q.Qabriçevskiy sonralar mikrobiologiya sahəsində ən görkəmli alimlərə çevrilmiş və elmin inkişafına öz layiqli töhvələrini vermişlər. • 1891-ci ildə rus alimləri X.Gelman və O.Kalning tərəfindən malleinin hazırlanması mikrobiologiyanın inkişafında ən böyük xidmətlərdən hesab edilir. • N.A.Mixin keçmiş SSRİ məkanında baytarlıq mikrobiologiyası elminin banisi hesab edılır. • Akademik M.Q.Qəniyev Azərbaycan baytarlıq mikrobiologiyası elminin banisi hesab edilir. Pasterellyozun tədqiq edilməsində Azərbaycan alimlərindən prof. Ə.A.Əsgərov, Xudaverdiyev, Mirzəbəyov, E.M.Ağayevanın da müstəsna xidmətləri vardır. Prof. K.M.Səfərov listeriozun, prof. R.A..Qədimov, Y.B.Səfərov qoyunlarda anaerob infeksiyaların baş verməsində etioloji amillərin rolu, xəstəliklərin patogenezi, diaqnozu və onlara qarşı daha səmərəli mübarizə tədbirlərinin işlənib hazırlanaraq həyata keçirilməsinə nail olmuşlar. • Akademik M.Ə.Musayev qaramalın leptospirozunun öyrənilməsində və xəstəliyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində fundamental elmi araşdırmalarını praktiki tətbiq etmişdir. • Ə. Ənnağıyev qoyun və keçilərin infeksion aqalaktiyasının öyrənilməsində müstəsna xidmət göstərmiş vətən alimlərindəndir. • Brusellyozun öyrənilməsində prof. E. Əliyevin, mikoz və mikotoksikozların öyrənilməsində isə prof. İ.M.Əzimovun fundamental elmi-tədqiqat işlərinə söykənən əldə etdiyi elmi nəticələr, mühüm təsərrüfat əhəmiyyətinə malikdir. • Hal-hazırda istər Azərbaycan Dövlət Aqrar Universitetinin “Epizootologiya, mikrobiologiya və parazitologiya “ kafedrasında, istər Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunda, istərsə də Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda heyvanlar, quşlar, arı və balıqlar arasında mövcud olan bir çox infeksion xəstəliklərlə bağlı çox şaxəli səmərəli elmi-tədqiqat işləri aparılır və mühüm təsərrüfat əhəmiyyətli nəticələr əldə olunur.

More Related