1 / 7

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Az balavermə və çox bala vermə

eliora
Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Az balavermə və çox bala vermə Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Az bala vermə nədir. • 2.Az bala verən heyvanlar hansılardır. • 3.Çox balavermə nədən baş verir. • 4. Çox balavermə nədir, hansı heyvanlardır. • 5.Az və şoxbalaverməyə yemləmənin təsiri.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.

  4. Az balavermə və çox balavermə • Az balavermə bir dəfə çox bala doğan heyvanlara aiddir. Belə hala donuz-larda və qoyunlarda təsadüf edilir. Donuzlarda təsadüf edilir. Donuzlarda bir dəfədə 8-34 bala doğmaq hallarına təsadüf edilir, ədəbiyyatlarda göstərildiyi kimi «Beatrisa» adlı donuz bir doğumda 34 çoşqa «Bolzebnitsa» adlı donuz bir dəfədə 25-çoşqa doğmuşdur. Donuzlar yaxşı yemlənmə və saxlanma şəraitində bir dəfədə ən azı 8-10 çoşqa doğmalıdır. Bəzən donuzlarda bir dəfədə 3-5 bala doğmaq hallarında bir dəfədə 3-5 bala doğmaq hallarında da təsadüf edilir, belə hal az bala vermə adlanır. • Qoyunlarda çox bala verən heyvanlardır. Keçmiş ÇÇR-də ən çox bala verən qoyun pomanov cinsli qoyunlardır. • Finlandiyada landras qoyun cinsi bir doğumda 3-9 (orta hesabla 4,5) quzu doğur. Bizim şəraitdə 100 qoyundan 125-130 quzu alınmadıqda belə hal az balavermə hesab edilir.

  5. Inəklərdə də çox bala verməyə rast gəlinir. Inəklərin 2-7 buzov doğmasına təsadüf edilmişdir. 5-20%-dək əkiz bala verməyə rast gəlmək olur. Lənkəran rayonunda 2009-cu ilin yanvar ayında bir inək 4 buzov doğmuşdur. 2008-ci ildə Göyçay rayonunda bir inək 3-buzov doğmuşdur. • Az balavermənin başlıca səbəbi heyvanların pis yemlənməsi, yemlərin keyfiyyətsiz olması, tövlə və yataqların yararsız olması, qohumarası cütləşmə, döllük erkəyin pis keyfiyyətli sperma verməsi, orqanizmdə cinsiyyət hormonlarının çatışmaması, yumurtalıqların pozulması və s. hesab edilir. Odur ki, az balavermə ilə mübarizədə göstərilən cəhətləri nəzərə almaq lazımdır. Doğum zaman alınmış çox balaları yaxşı bəsləmək və onların tələfatına yol verməmək, baytar həkimlərin və zootexniklərin mühüm vəzifələridir. Təcrübələr göstərir ki, qoyun və inək əkiz bala verdikdə, alınan balalar yaxşı bəsləndikdə normal inkişaf edirlər və gələcəkdə də onların məhsuldarlığı yüksək olur.

  6. K/t heyvanlarından çox bala almaq və qısırlığın qarşısını almaq üçün, dişi heyvanlarda cinsiyyət fəaliyyətinin yüksəldilməsi üçün boğaz madyan zərdabından (BM2), boğaz madyan Qanı neyrotrop preparatlarından, sintetik estrogen dərman maddələrindən və s. geniş istifadə edilməlidir. Çox bala almaq və təsərrüfatda qısırlıq faizini azaltmaq məqsədi ilə dişi cinsiyyət sistemində baş verən morfoloji və funksional pozğunluqları səbəbdn heyvan qısır qalır. Belə hallarda cinsiyyət fəaliyyəti zəifləyir, bəzən tam dayanır və cinsiyyət oyanması, cərəaxıtma, hövrəgəlmə və ovulyasiya pozula bilir. Baytar işçiləri hər bir qısır heyvanın müayinəsi zamanı cinsiyyət sisteminin fizioloji pozğunluqlarını aşkar etməli, onun səbəbini aydınlaşdırmalı və müəyyən müalicə profilaktiki tədbiri aparmalıdır.

  7. Dişi cinsiyyət fəaliyyətinə yemlər, onların tərkimbindəki vitaminlər və speronlar, günəş şüası, erkək heyvanın səsi, spesifik iyi və cinsi əlaqəsi də böyük təsir göstərir. Dişi cinsiyyət fəaliyyətini stimulyasiyası məqsədi ilə ən əvvəl onun pozulma səbəbini aşkar etmək və heyvanın zoogigiyenik şəraitini yaxşılaşdırmaq lazımdır. Odur ki, heyvanın yemlənməsi, yaxşılaşdırılmalı, tövlə təmizlənməli, heyvan günəşli havada çox gəzdirilməli və vaxtaşırı sınaqçı erkəklərlə görüşdürülməlidir. • K/t. Heyvanlardan çox bala almaq üçün bir çox hormonal preparatlardan istifadə edilməsi daha məqsədə uyğundur. Onlardan follikulin, pititurin, sinistrol, poqesteron, Asetat-Megistral, Kayod, boğaz madyan zərdabı, Estrofan və s. Bunlarla bərabər heyvanların yemlənməsi, saxlanması şəraiti tam olmalıdır. • Dişi cinsiyyət sistemini stimulyasiya etdikdə hər hansı preparatı təsdiq etmək istədikdə heyvanın fərdi kliniki müayinəsinə və fizioloji halına, preparatın seçilməsinə, dozasına, işlədilmə qaydasına və s. diqqətli olmaq lazımdır.

More Related