Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 21

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ PowerPoint PPT Presentation


  • 198 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. KAFEDRA: İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA FƏNN: ZOOLOGİYA MÜHAZİRƏNİN MÖVZUSU: TİKANBAŞLILAR VƏ HƏLQƏVİ QURDLAR TİPİ MÜHAZİRƏÇİ: DOSENT ADIGÖZƏLOVA DURSUN MİRİ QIZI

Download Presentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

KAFEDRA: İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA

FƏNN: ZOOLOGİYA

MÜHAZİRƏNİN MÖVZUSU:

TİKANBAŞLILAR VƏ HƏLQƏVİ QURDLAR TİPİ

MÜHAZİRƏÇİ: DOSENT ADIGÖZƏLOVA DURSUN

MİRİ QIZI

GƏNCƏ -2009


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet

PLAN

  • 1. Tikanbaşlilar tipi

  • a) xarakterik xüsusiyyətləri, təsnifatı

  • b) ziyanlı nümayəndələri

  • 2. Həlqəvi qurdlar tipi

  • a) xarakterik xüsusiyyətləri, təsnifatı

  • b) ümumi quruluş xüsusiyyətləri

  • 3. Çoxqıllılar sinfi

  • a) xarakterik xüsusiyyətləri

  • b) nümayəndələri

  • 4. Azqıllılar sinfi

  • a) xarakterik xüsusiyyətləri

  • b) nümayəndələri

  • 5. Zəlilər sinfi

  • a) xarakterik xüsusiyyətləri

  • b) nümayəndələri

  • 6. Annelidlərin filogeniyası


Zoologiyadan d biyyat siyahisi

ZOOLOGIYADAN ƏDƏBIYYAT SIYAHISI

  • Ə.A.Əsgərov- Zoologiya. I-II-III hissələr. Gəncə, 1974

  • Ə.A.Əsgərov, D.M.Adıgözəlova- Zoologiya və ovçuluğun əsasları. Gəncə, 1997.

  • V.A.Dogel- Onurğasızlar zoologiyası. I-II hissələr. Bakı, Maarif, 1998-1999.

  • Z.M.Şaxtaxtinskaya- Zoologiya. I-II hissələr. Bakı, Maarif, 1974.

  • A.N.Bobrinski, B.S.Matveen- Onurğasızlar zoologiyası. Bakı, Maarif, 1949.

  • H.S.Abbasov, Q.T.Mustafayev, S.Ə.Məmmədova, R.Ə.İsmayılov- Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 1999.

  • E.Xadorn, K.Vener-Ümumi zoologiya. Moskva, Mir, 1989.

  • Adıgözəlova D.M.-Zoologiya. AKTA, Gəncə-2006

  • Ə.A.Əsgərov-Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə. Bakı, Maarif, 1989.

  • S.P.Naumov- Onurğasızlar zoologiyası. Moskva, 1983.

  • B.A.Kuznesov, A.Z.Çernov-Moskva, -Zoologiya. M., Ali məktəb,1981.

  • Qırmızı Kitab-Moskva, 1985.


1 tip tikanba l lar acanthocephales

1. Tip Tikanbaşlılar (Acanthocephales)

  • a) Tikanbaşlıların 500-ə yaxın növləri vardır, əsas əlamətləri bunlardır:

  • Parazitizmlə əlaqədar olaraq kutikulyar qarmaqcıqlı xortumu var, yapışmağa xidmət edir.

  • Həzm, qan-damar, tənəffüs sistemləri yoxdur.

  • Ayrıcinslidirlər. Cinsi sistemin çıxarıcı axarları ifrazat sisteminin axarları ilə birləşib (protonefridilər tipində quruluş) ümumi uro-genital (böyrək-tənasül) kanal əmələ gətirir.

  • Inkişafları metamorfozla, həyat dövrəsi sahib dəyişməklə gedir. Tipin öz adında 1 sinfi var.

  • Sinif Tikanbaşlılar (Acanthocephala).

  • b)Son dərəcə parazit formalıdırlar, cinsi yetişkənlik vəziyyətində onurğalıların bütün siniflərinin nazik bağırsağında, süfrə halında isə buğumluayaqlıların və bəzi başqa heyvanların bədən boşluğunda yaşayırlar. Beləliklə, tikanbaşlıların həyat mərhələsi sahib dəyişməklə keçir.


Kil 34 tikanba l lar

Şəkil 34. Tikanbaşlılar.


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet

  • Sinir sistemi çox ibtidaidir: xortumun əsasında yerləşən sinir düyümü və yan sinir sütunları vardır, sinir sütunlarından şaxələr çıxır.

  • Tikanbaşlılar müxtəlif cinslidirlər. Inkişaf metomorfoz yolladır. Su onurğalılarında parazitlik edən tikanbaşlılar üçün ara sahibləri ibtidai və ali xərçəngkimilər, ilbizlər, quru onurğalıları tikanbaşlıları üçün isə cücülərdir. Adətən, tikanbaşlıların yumurtaları ara sahiblər tərəfindən udulur ki, bunların bağırsağında rüşeymlər yumurta qabığından azad olurlar, bundan sonra onlar bağırsağın divarlarını deşərək bədən boşluğuna düşürlər. Burada onlar cavan tikanbaşlılara çevrilirlər ki, bunlar da axırıncı sahiblərin bədənində son inkişafını başa çatdırırlar. Aralıq sahiblərin son sahib tərəfindən yeyilməsi nəticəsində tikanbaşlar onların bədəninə düşürlər (şəkil 35).

  • Tikanbaşlıların nümayəndələrindən donuzlarda parazitlik edən nəhəng tikanbaşı göstərmək olar.

  • Balıqların, o cümlədən sənaye balıqlarından nərə balıq, qızıl balıq və s., suda üzən quşların bağırsaqlarında parazitlik edən tikanbaşlılar da çoxdur. Tikanbaşlılar kənd təsərrüfatı və sənaye heyvanlarının orqanizmində parazitlik edərək onlarda çox zaman ölümlə nəticələnən xəstəlik əmələ gətirirlər. Bəzi yerlərdə bu xəstəliklər donuzçuluğa, quşçuluğa, xəzdərili heyvandarlığa xeyli ziyan verir.

  • Tikanbaşlıların filogenetik vəziyyəti tamam aydın deyildir. Bəzi alimlər bədənin formaca oxşarlığına, əzələlərin, hipodermanın quruluşuna və ilk bədən boşluğuna əsaslanaraq onları nematodlara yaxınlaşdırırlar.


Kil 35 corynoseima strumosum tikanba l s n n h yat d vr si

Şəkil 35. Corynoseima strumosum tikanbaşlısının həyat dövrəsi


2 tip h lq vi qurdlar annelida

2.TIP Həlqəvi qurdlar (Annelida)

  • annelidləri ali qurdlar, yastı, dəyirmi və digər qurdları isə ibtidai qurdlar hesab edirlər.

  • Həlqəvi qurdların əksəriyyəti dənizlərdə və okeanlarda, az miqdarı isə şirin sularda yaşayırlar; annelidlərin bir hissəsi topraqda yaşamağa uyğunlaşmışlar.

  • Həlqəvi qurdlar əsasən sərbəst yaşayan orqanizmlərdir, onların içərisində parazit formalar azdır. Hazırda bu qurdların 9000-ə yaxın növü təsvir edilmişdir. Həlqəvi qurdlar tipi 2 yarımtipə və siniflərə bölünür:

  • Yarımtip I Kəmərsizlər (Acilitellata)

  • Sinif 1. Çoxqıllılar (Poluchaeta)

  • Yarımtip II: Kəmərlilər (Cilitellata)

  • Sinif 1. Azqıllılar (Oliqochaeta)

  • Sinif 2. Zəlilər (Hirudinea)

  • Növlərin sayına, mənşəyinin qədimliyinə və əhəmiyyətinə görə heyvanların təkamülündə polixetlər sinfi əsas yer tutur.


Mumi qurulu x susiyy tl ri

Ümumi quruluş xüsusiyyətləri

  • Həlqəvi qurdların bədəni baş pərindən (prostomium), buğumlu gövdədən və arxa anal pərindən (piqidium) ibarəidir.

  • Dəri əzələ kisəsi iki qatlı əzələdən ibarətdir: xarici –həlqəvi və daxili –uzununa.

  • Ikinci bədən boşluğu və ya selom zəlilərdən başqa bütün həlqəvi qurdlarda var.

  • Troxofora adlanan polixet sürfəsində arxa bağırsağın kənarlarında iki xarakter hüceyrə- teloblastlar-mezodermanın rüşeymi yerləşir.

  • Həzm sistemi. Həlqəvi qurdların bağırsağı üç şöbədən ibarətdir: ön və arxa bağırsaq ektodermal, orta bağırsaq endotermal mənşəlidir.

  • Qan-damar sisteminin əsas tərkib hissələri iki uzununa damarlardır: bel (bağırsaq üstü) və qarın (bağırsaq altı).

  • Əksəriyyət polixetlərdə qəlsəmələr formasında xüsusi tənəffüs orqanları vardır. Oturaq polixetlərdə qəlsəmələr yalnız bədənin baş şöbəsində yerləşir.

  • Annelidlərin ifrazat orqanları metanefridilərdir.


Kil 36 nereis pelagica n n b d ninin n a v arxa b qurtaracaqlar

Şəkil 36. Nereis pelagica-nın bədəninin ön (A) və arxa (B) qurtaracaqları.


Kil 37 m xt lif oxq ll qurdlar nereis s r n n forma

Şəkil 37. Müxtəlif çoxqıllı qurdlar. Nereis (sürünən forma).


Kil 38 lumbricus terrestris in b d ninin orta hiss sind n enin k sik

Şəkil 38. Lumbricus terrestris-in bədəninin orta hissəsindən eninə kəsik


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet

  • Başda udlağın üstündə udlaq üstü adlanan iki sinir düyünü vardır. Udlağın altında cüt olmayan udlaq altı düyün vardır. Hər iki düyün udlağı əhatə edən sağ və sol komissurlar ilə bir-birilə birləşirlər və udlaqətrafı sinir həlqəsi əmələ gətirirlər. Udlaqaltı düyündən bədənin qarın nahiyyəsinə iki sinir şaxəsi uzanır: hər buğumun üzərindəki düyündən yenə də iki sinir çıxır. Buğumlarda yerləşən bu düyünlər birlikdə qarın sinir zənciri adını almışdır.

  • Azqıllı qurdlarda lamisə hüceyrələri yalnız bədən səthinin epitellərində olurlar. Polixetlər ağızın ətrafında və uc çıxıntılarında kimyəvi hiss bilmə orqanlarına-palplara malikdir. Bəzi polixetlərdə müvazinət orqanları-statosistlər vardır. Torpaqda yaşayan oliqoxetlərdən başqa əksər annelidlərdə gözlər vardır.

  • Cinsiyyət sistemi. Əksər çoxqıllı həlqəvi qurdlar müxtəlif cinsiyyətlidirlər, hermafrodit növləri də vardır.


Kil 39 lumbricus ya qurdunun anatomiyas

Şəkil 39. Lumbricus yağış qurdunun anatomiyası.


3 sinif 1 oxq ll lar poluchaeta

3.Sinif 1. Çoxqıllılar (Poluchaeta)

  • a)5300-ə yaxın növü birləşdirir. Növlərin həm sayına və həm də bədəninin tipik quruluşuna görə annelidlər içərisində əsas qrupdur. Dənizlərdə polixetlər sahil zolaqlarından başlamış okeanların dərinliklərinə qədər rast gəlinir. Polixetlər 2 yarımsinfə bölünür: azad yaşayanlar və ya səfillər (Errantia) və oturaqlar (Sedentania) bölünürlər. Azad yaşayan polixetlər, adətən sakit həyat tərzi keçirirlər və yalnız onların bəziləri su dibi həyat tərzinə uyğunlaşmışlar. Polixetlər müxtəlif rənglərə malikdir və bəziləri açıq rənglidir.

  • Birinci yarımsinfin nümayəndələrində baş pəri yaxşı inkişaf etmişdir. Parapodiləri bədən boyunca düzülüb, çox hallarda qəlsəmələrlə təchiz olunub. Nefridiləri metamer yerləşib.

  • b)Tipik nümayəndəsi Nereisdir ki, bunlar da (Nereis) başqa polixetlərlə birlikdə çapaq və s. balıqlar üçün qiymətli yemdir. Xəzər dənizində beş növ polixet yaşayır. 1939-1941-ci illərdə Xəzər dənizinə 65000 yaxın diri Nereis diversicolor köçürülmüşdür. Onlar buraya yaxşı iqlimləşiblər. Nereidlər Xəzərdə çapaq, nərə, uzunburun və s. balıq üçün əsas növ qida sayılır.

  • Ikinci yarımsinfin nümayəndələrində baş pəri zəif inkişaf etmiş və reduksiya olunmuşdur. Bədən buğumları heteronomdur, parapodiləri zəif inkişaf edib, qəlsəmələri çox vaxt başda qalıb. Tipik nümayəndəsi qumm qurdudur.


4 sinif 2 azq ll lar oligochaeta

4.Sinif 2. Azqıllılar (Oligochaeta)

  • a)Parapodilərdən və baş çıxıntılarından məhrümdürlar. Az miqdarda qıllar bilavasitə bədənin divarından çıxırlar. Bu sinif 3400-ə qədər təsvir edilmiş növləri birləşdirir. Şirin sularda, torpaqda, müstəsna hallarda dəniz sularında yaşayırlar.

  • Sinif iki dəstəyə bölünür: 1.Naidomorpha, 2.Yağış qurdu (Lumbric- omorpha). Birincilər kiçik ağ qurdlar müxtəlif torpaqda (Enchytraeus) yaşayırlar. Subasar yerlərdə onlar kiçik torpaq heyvanlarının 50%-ə qədərini təşkil edir. Yağış qurdu və ya soxulcan (Lumbricus terrestris) və s. müxtəlif torpaqlarda, lakin yalnız nəmli torpaqda yaşayırlar.


5 sinif 3 z lil r hirudinea

5.Sinif 3. Zəlilər (Hirudinea)

  • a)Annelidlərin 400 növdən ibarət qrupdur. Əksər zəlilər-parazit hematofaqdırlar və ya yırtıcıdırlar.

  • Parazitliyə uyğunlaşması ilə əlaqədar olaraq zəlilərdə yapışma orqanları –qabaq və arxa sormaclar vardır.

  • Zəlilərin qan-damar sisteminin xarakter xüsusiyyəti vardır, o tədricən lakun sistemi ilə əvəz olunur. Həqiqi qan-damar sisteminə qıllılar dəstəsinin nümayəndələrində rast gəlinir ki, bunlarda selom yaxşı inkişaf etmişdir. Xortumlu zəlilərdə selom xeyli dərəcədə reduksiya olmuş və qan-damar sisteminin funksiyasının bir hissəsi selom qalıqlarına keçir;

  • Sinir sisteminin quruluşu əsas etibarilə bütün annelidlərdə olduğu kimidir. Kimyəvi hissiyyat orqanları (ola bilər ki, dad orqanları da) qədəhə oxşar orqanlar sayılır.

  • Zəlilər –hermafroditdirlər.

  • Zəlilər sinfi üç dəstəyə bölünürlər:

  • Qıllı zəlilər (Acanthobdellida),

  • Xortumlu zəlilər (Rhynchiobdellida),

  • Çənəli zəlilər (Gnathobdellida).


Kil 40 tibb z lisi hirudo nedicinalis 1 n sormac 2 arxa sormac

Şəkil 40. Tibb zəlisi Hirudo nedicinalis.1-ön sormac, 2-arxa sormac


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar un vers tet

  • Məlum növ- Acanthobdellae peledina qızıl balıqlarda parazitlik edir.

  • Xortumlu zəlilərin əksəriyyəti –yırtıcıdırlar.

  • Bura balıq zəlisi (Piscicola geometra) aiddir

  • Protoclepsis cinsindən olan iki növü (P.tesselata və P.maculosa) suda üzən quşların yuxarı tənəffüs yollarının divarlarına yapışırlar (ördəklər, qazlar, qu quşları və s.), onlar buraya ağız və ya burun dəliklərindən düşürlər və qan ilə qidalanırlar.

  • Çənəlilər dəstəsi əksər hallarda hemotofaqdırlar.

  • Tipik hematofaqlar üçün nümunə tibb zəlisi (Hirudo medicinalis) ola bilər (şəkil 41).

  • Qanı soran zamanı çənəli zəlilər özünün güclü inkişaf etmiş çənənin dişicikləri arasına açılan tüpürcək vəzilərdən qanın laxtalanmasını dayandıran hirudin adlanan maddə ifraz edir (hirudo-zəli). Hirudin maddəsindən qiymətli müalicə və profilaktik dərman alınır.


Kil 41 tibb z lisi hirudo nedicinalis in anatomiyas

Şəkil 41. Tibb zəlisi Hirudo nedicinalis-in anatomiyası.


6 annelida tipinin filogeniyas

6. Annelida tipinin filogeniyası

  • Müasir təsəvvürlərə görə həlqəvi qurdlar ibtidai qurdlardan yüksələn böyük filogenetik budaqdır. Budağın mərkəzi qrupunu Poluchaeta sinfi təşkil edir.

  • Azqıllı həlqəvi qurdlar (oliqoxetlər) başlanğıcını poliqoxetlərdən götürən və keçidin təsiri altında yaşamağa (parapodilərin, qəlsəmələrin və s. itirməsi) daha sadə şəraitə uyğunlaşan xüsusi qrupu təşkil edir. Zəlilər şübhəsiz ki, az qıllı annelidərdən əmələ gəlmişdir ki, bu da bir sıra daxili orqanların quruluşundakı oxşarlığı təsdiq edir. Zəlilərin oliqoxetlərlə qohumluğunun inandırıcı sübutunu qıllı zəlilər təşkil edir. Onların daxili və xarici quruluşunun oliqoxetlərlə oxşarlığı daha çoxdur.


  • Login