1 / 20

A ZƏRBAYCAN M İLLİ E LMLƏR A KADEMİYASI ELMİ İNNOVASİYALAR MƏRKƏZİNDƏ

A ZƏRBAYCAN M İLLİ E LMLƏR A KADEMİYASI ELMİ İNNOVASİYALAR MƏRKƏZİNDƏ 201 3 -CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏR HAQQINDA QISA HESABAT.

chesna
Download Presentation

A ZƏRBAYCAN M İLLİ E LMLƏR A KADEMİYASI ELMİ İNNOVASİYALAR MƏRKƏZİNDƏ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ELMİ İNNOVASİYALAR MƏRKƏZİNDƏ 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏR HAQQINDA QISA HESABAT 2013-cü ildə Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamlarının, Dövlət proqramlarının, Azərbaycan MEA qərar və sərəncamlarının, habelə Mərkəzin cari il üçün elmi-tədqiqat işləri planının icrasına istiqamətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamı və sərəncamın icrası haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 25 yanvar 2013-cü il tarixli № 5/1 Qərarına əsasən: • Ukraynanın elmi ictimai-siyasi “Ekonomist” jurnalının 2013-cü il 5 (may) nömrəsi Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə hazırlanmışdır və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmişdir. Bu jurnalda 3 akademikin və 2 nazirin məqalələri çap edilmişdir. • may ayının 7-də “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının innovativ inkişafı” mövzusunda elmi seminar keçirilmiş və “Ekonomist” jurnalı iştirakçılara təqdim edilmişdir.

  2. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” sərəncamı və sərəncamın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 22 yanvar 2013-cü il tarixli №09 sərəncamının icrasından irəli gələrək: • Azərbaycanda “elektron elm”in formalaşdırılmasında iştirak məqsədilə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi sənədlərin elektron mübadiləsinə keçməsi ilə əlaqədar olaraq 2013-cü ilin aprel ayında Mərkəzlə əməkdaşlıq edən təşkilatlara elektron mübadilənin təmin olunması üçün elektron imza alınmasını tövsiyə etmişdir; • Elektron sənəd mübadiləsinə keçidin təmin olunması üçün 18 oktyabr 2013-cü il tarixində “Elektron elm: elektron sənəd mübadiləsi” mövzusunda seminar keçirilmiş.

  3. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015–ci illər üzrə Dövlət Proqrammı)"nın (2011-ci il 22 noyabr tarixli 258 nömrəli sərəncam) tədbirlər planının 1.12-ci bəndinə əsasən AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanmasına” dair 2012-2015-ci illər üçün proqrammı tədbirlər planına uyğun olaraq icra edilir. Elmi İnnovasiyalar Mərkəzi elmi tədqiqat institutlarının apardıqları işləri öyrənir, nazirlik, institut və təşkilatların tələb və təkliflərinə uyğun olaraq sorğular hazırlayır. Bu sorğulara əsasən xarici bazalardan texnologiyalar yığılır və məlumat bazasında yerləşdirilir. Hesabat ilində aşağıdakı istiqamətlərdə işlər görülmüşdür.

  4. Aktuallaşdırılan məlumat bazaları: • Respublikada fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil institutlarında bütün istiqamətlərdə mövzu planlarına uyğun aparılan elmi tədqiqat işlərinin qeydiyyatı və hesabatları AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində toplanılır. Bunun nəticəsi olaraq aşağıda adları çəkilən məlumat bazaları hər il dinamik olaraq dəyişdirilir və aktivləşir: • ETTKİ aparılan təşkilatların məlumat bazası; • ETTKİ məlumat bazası (1993-2013 illər üzrə); • Elmi tədqiqat işlərində iştirak edən elmi kadrların məlumat bazası; • Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin bazası – tezaurus; • İnnovasiya texnologiyalarının bazası; • Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası (2005-2013 illər üzrə); • Azərbaycan elmi sitat indeksi biblioqrafik bazası.

  5. Bölmələr üzrə qeydiyyata alınmış mövzular və hesabat sənədləricari il üçün

  6. ETTKİ-nin qeydiyyatı və hesabatların dinamikası

  7. Respublikada aparılan elmi-tədqiqat və innovasiya yönümlü işlərin dinamikası Bu işlərdən əlavə EİM-in innovasiya texnologiyaları bazasına 17 xarici dövlətin 64 yeni texnologiyası yerləşdirilmişdir.

  8. Xarici innovasiya texnologiyaları

  9. Hesabat ilində yerli innovasiya texnologiyaları EİM-in bazasına daxil edilmişdir

  10. Xarici transfer bazaları • Beynəlxalq Elmi Texniki İnformasiya Mərkəzinin “Analitik material: elm, texnika və biznes” və “Milli resurslar, məhsul və xidmətlər” məlumat bazaları; • Belarus Texnologiyaların Transferi Mərkəzinin məlumat bazaları; • Ukrayna Elmi-texniki və İqtisadi İnformasiya İnstitutunun texnologiyalar transferi məlumat bazaları. • Adları cəkilən bazalara EİM-in yerli texnologiyaları daxil edilir və onların bazalarında olan yeni texnologiyalar EİM-ə transfer edilir.

  11. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi Aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq “Azərbaycanda innovasiya potensialının təhlili”, “Информационно-аналитическое обеспечение инновационного потенциала”, “Regional innovasiya sisteminin təşkili və idarə edilməsi”, “Государственная политика Азербайджана в инновационной сфере”, “Elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üzrə” metodika, “İnnovasiya texnologiyalarının kommersiyalaşdırılması üzrə biznes-planın işlənilməsi” metodika, “Regional innovasiya Proqramının tərtibatı” metodika, “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi: Dərslik”, “Национальная инновационная система и ее информационное обеспечение: учебник”, çap edilmişdir.

  12. Müqavilələrə əsasən görülmüş işlər

  13. “SCOPUS”-a qoşulan təşkilatlar Hesabat ilində Elsevir (Niderland) nəşriyyatının SCOPUS referativ bazasından yuxarıda adları çəkilən təşkilatlar istifadə etmişlər.

  14. Beynəlxalq əlaqələr • 2013-cü ildə AMEA EİM aşağıda adları sadalanan 12 xarici (2 Rusiya, Makedoniya, Belarus, 4 Ukrayna, Qazaxıstan, 2 Avropa Birliyi) təşkilatlarla qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlayıb: • REA Ümumrusiya elmi və texniki informasiya institutu; • Rusiya dövlət ticarət-iqtisadiyyat universitetinin Samara institutu; • Cənub-Şərqi Avropa Universiteti (SEEU) (Makedoniya); • Belarus Elmi-Texniki Sahənin Sistem Təhlili və İnformasiya Təminatı İnstitutu (BeliSa); • Milli Aviasiya Universiteti (Ukrayna); • Odessa hüquq akademiyasının Əqli mülkiyyət institutu; • Ukrayna iqtisadi inkişaf və ticarət nazirliyinin Elmi-tədqiqat iqtisadiyyat institutu; • Ukrayna elmi-texniki və iqtisadiyyat institutu; • Qazaxıstan Respublikasının Milli Emi-texniki informasiya mərkəzi. • Mərkəz 2 Beynəlxalq təşkilatların üzvüdür: • EAİ – EuropenAliance for İnnovation • Beynəlxalq Elmi-texniki informasiya mərkəzi – 22 üzv dövləti və 40 assosiativ nümayəndəsi var.

  15. Dərc olunmuş elmi-tədqiqat işlərinin nəticələri

  16. 2013-cü ildə EİM əməkdaşlarının iştirak etdikləri beynəlxalq tədbirlər

  17. Vilnüs şəhərində keçirilmiş «Horizon 2020» 8-ci çərçivə proqramının təqdimatı mərasimində Elmi İnnovasiyalar Mərkəzi tərəfindən aşağıdakı mövzular təqdim edilmişdir: • Regional informasiya resursların verilənlər bazaların yaradılması. • Texnologiya transferi, kiçik və orta müəssisələrin yaradılması və Enterprise Europe Network şəbəkəsinə qoşulması. • Müstəqillik zamanı Azərbaycanın rəqabətə davamlılıq göstəricilərinin seçilməsi və monitorinqi. • Təqdim olunan layihələr 12 Avropa təşkilatının (İtaliya, Bavariya, Slovakiya, Polşa, Almaniya, Macarıstan, İngiltərə, Malta və s.) diqqətini cəlb etmiş və konfrans ərəfəsində bu təşkilatların nümayəndələri ilə görüşlər keçirilmişdir.

  18. Maarifləndirici və tətbiqi fəaliyyət

  19. Kadr potensialı

  20. Elmi kadrların hazırlanması • EİM Respublikada innovasiya sahəsində “informasiyanın təhlili” və “innovasiya fəaliyyətinin idarə edilməsi” ixtisasları üzrə mütəxəssislərin hazırlanması ilə də məşğuldur: • Cari ildə 3 nəfər magistraturanı bitirmiş. • 6 nəfər magistraturanın I kursunda 3 nəfər isə II kursda oxuyur. • 3. “Müasir şəraitdə informasiya-analitik fəaliyyətinin təşkili” üzrə ixtisasartırma kursları fəaliyyət göstərir. Cari ildə 10 nəfər bu kursları bitirmiş və Ukraynanın Əqli Mülkiyyət İnstitutunun diplomuna layiq görülmüşdür.

More Related