1 / 12

Gənc Menecerlər üçün Yay M əktəb i Summer School for Young Managers

Gənc Menecerlər üçün Yay M əktəb i Summer School for Young Managers. Təşkilatçılar. Xidmətləri olaraq: Rekrutinq, Konsaltinq, İşçi bazarının analizi, Təlimlər, Yay məktəblərin təşkili, Korporativ Sosial Məsuliyyətə dair layihələrin icrası

cheche
Download Presentation

Gənc Menecerlər üçün Yay M əktəb i Summer School for Young Managers

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Gənc Menecerlər üçün Yay Məktəbi Summer School for Young Managers

  2. Təşkilatçılar Xidmətləri olaraq: Rekrutinq, Konsaltinq, İşçi bazarının analizi, Təlimlər, Yay məktəblərin təşkili, Korporativ Sosial Məsuliyyətə dair layihələrin icrası “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 2001-ci ilin yanvarında Açıq Cəmiyyət İnstitutu tərəfindən inkişaf olunan “Debat” proqramı (proqram 1999-ci ildən inkişaf olunur) kordinatorları qrupunun təşəbbüsü ilə təsis olunub (proqram Azərbaycanda 1998-ci ildən etibarən inkişaf etdirilir) və 2005-ci ildə AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir Məqsəd: Gənclər təşəbbüslərinin dəstəklənməsi və gənclərə xidmət göstərilməsi vasitəsi ilə cəmiyyətin maarifləndiril-məsidir. SSYM-2010 Təcrübə: 11 il ərzində 18 Yay Məktəblərin təşkili, 8500 iştirakcıları ilə 200-dən artıq təlim, seminar

  3. Biz nə təklif edirik? SSYM 2010 • Azərbaycanda analoqu olmayan yay məktəbində iştirak etmək • Özünüzü yenidən kəşf edərək inkişaf etdirmək • Həyatınızda dəyişiklik etmək • Yeni dostlar qazanmaq • İntellektual mühitdə istirahət etmək • İşgüzar oyunlar oynamaq • Əsas və vacib məsələlər üzərinə necə diqqəti cəlb etmək • Səmərəli məzuniyyət keçirtmək • Liderlik və idarəetmə keyfiyyətlərinizi inkişaf etdirmək • İşgüzar dünyaya əmin addımlar atmaq • Menecerlərin sahib olduğu alətlərə yiyələnmək • Maliyyə dilində danişmağı öyrənmək • Düzgün “əks-səda” bacarıqlarını formalaşdırmaq

  4. SSYM-2010 Harada? Azərbaycanın dilbər guşəsi, əsrarəngiz təbiət qoynunda, saf, təmiz havada istirahət və unudulmaz anlar, xoş təəssüratlar yaradan bir tərəfdən meşə, digər tərəfdən isə dəniz ilə əhatə olunmuş Lənkəran rayonunun Palıdlı kəndinin “Palıdlı Sahil” istirahət mərkəzində.

  5. Nə vaxt ? SSYM-2010 28 avqust- 2 sentyabr 2010-cu il İlkin qeydiyyat – 20 iyun 2010-cu ilə kimi Son qeydiyyat – 20 iyul 2010-cu ilə kimi

  6. SSYM-2010 Tədris proqramı

  7. Tədris proqramı SSYM-2010 -Vaxtın idarəetmə alətləri (Time management skills) Seminarın əsas məqsədi- müəyyən olunmuş məqsədlərə nail olmaq naminə vaxtın effektiv istifadəsi və bacarıqların inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır. Təlimdə gənc menecerlər SWOT, SMART kimi sistemləri, eləcə də ən çox tətbiq olunan effektiv zaman bölgüsü və plan hazırlanması yolları ilə tanış olacaqlar. Seminar zamanı verilən nəzəri biliklərin mənimsənilməsi üçün həyata keçirilən fərqli testlər, tapşırıqlar, fərdi planın hazırlanması biliklərin vərdişə çevrilməsinə kömək edəcək. İştirakçilar “Təcili” və “vacib” arasında necə düzgün seçim etmək lazımdır?”, “Nə üçün biz həmişə üzərimizə düşən fəaliyyəti zamanında bitirmirik?”, ” Nə üçün 1 il ərzində yalniz 35 gün effektiv işləyirik?” , “İşə 10 dəqiqə gecikməyə bəraət qazandirmaq olarmi?” və s. kimi suallara cavab tapacaqlar. - Maliyyənin əsasları (Basic Financial management skills) Seminaın əsas məqsədi- planlaşdirma əhəmiyyəti, effektiv idarəetmə üçün maliyyə hesabatı və nəzarəti, əməkdaşlarin maliyyə amillərinin məhsuldarlığı və effektivliyi haqqinda anlaşılma və bilik səviyyəsinin artirilmasıdır. İştirakçılar “ Bir əməkdaş şirkətə neçəyə başa gəlir?” , “İşçi heyətə investisiya nədir?”, “Nə üçün müvəffəqiyyətli menecerlər məhz maliyyə dili ilə danişamağı bacaranlardır?” və s. kimi sualara cavab tapacaqlar. -Tapşırığın icrası və nəzarət prinsipləri (Tasks management skills) Seminarın əsas məqsədi - idarə proseslərinin nəzarət və planlaşdırılması bacarıqlarının inkişafıdır. Seminar iştirakçıları nəzarət, tapşırıq və öhdəliklərin yerinə yetirilməsinin izlənilməsi alətlərini, tapşırıqların icra edilmə strategiyalarını: ”başla və et” və ya “ ver və izlə” stategiyasını əldə edəcəklər. -Karyeranın idarəetmə strategiyası (Career Management skills) Seminarin əsas məqsədi- Karyeranın idarə edilməsi və inkişafı anlayışının genişləndirilməsidir. İştirakçılar “Professional inkişaf karyera inkişafından nə ilə fərqlənir?”, “ Karyeranın idarə edilməsində nə daha vacibdir: pul qazanmaq, işləmək yoxsa karyera qurmaq?”, “Kadr bazarını necə proqnozlaşdırmaq və ona necə hazirlaşmaq olar?”, “ İxtisas seçimi karyera inkişafında rol oynayırmı?” və s. kimi suallara cavab tapacaqlar.

  8. Tədris proqramı SSYM-2010 - Təşəbbüslərin effektiv idarə edilməsi (İnitiative management skills) Seminarın əsas məqsədi- təşəbbüslərin strukturlaşdırılması sahəsində bacarıqlarınin inkişafı, onun təqdimetmə və arqumentləşdirilmə alətlərinin səviyyəsinin artırılmasıdır. İştirakçılar “Təşəbbüslərin təqdim edilməsinə necə hazirlaşmaq lazımdır?”, “Vacib üzərinə diqqəti necə cəlb etmək olar?”, “Təşəbbüslər rəhbər tərəfindən həmişə cəzalandırılmalıdır?” bu kimi suallara cavab tapacaqlar. -Məlumat axının idarəetmə strategiyaları ( İnformation management skils) Seminarın əsas məqsədi - Əsas messajların (messaging skills) formalaşdırılması və təqdim olunmasına dair bacarıqların inkişafı, həmçinin vaxtında və etibarlı informasiyanın alinması üzrə alətlərin formalaşdırılmasıdır. İştirakçılar effektli və oxunan hesabatların (reporting skills) formalaşması üzrə, həm menecer tərəfindən, həm də menecerə yönəldilmiş, formal və qeyri-formal informasiya axının strukrurlaşdırılması haqqında tövsiyyələr alacaqlar. -Feed-back bacarıqların inkişafı (Feed-backing skills) Seminarın əsas məqsədi - liderlik və komanda işinin inkişafının əsas aləti kimi düzgün “əks-səda” bacarıqlarının formalaşdırılmasının ikişafıdır. İştirakçılar “ Necə düzgün “yox” demək lazimdir? ”, “Tənqid nə vaxt effektiv və uyğun zamanda ola bilər? ”, “ Düzgün əks-səda professional və liderlik bacarıqlarını inkişaf etdirə bilər? ” bu və digər suallar üzrə tövsiyyələr alacaqlar.

  9. SSYM- 2010 Mədəni- idman proqramı • “Da Vinçi Kodu” məntiq oyunu • “Mafia” oyunu • İşgüzar oyunlar • Voleybol Çempionatı • “Kitch Party” geyim festivalı • Diskoteka • Ekskursiya • və daha nə istəsəz ;)

  10. Yaşayış Yaşayış korpus və kottedjşəraitində olacaqdır. SSYM-2010 Qida Qida gündə 3 dəfə + 2 çay fasiləsi. Məktəb ərazisində müxtəlif içkiləri və ərzaq məhsullarını rəhbərliyi qabaqcadan xəbərdar etməklə əldə etmək mümkündür.

  11. Qiymət SSYM-2010 Ödəməforması (nəğd və ya köçürmə yolu ilə)

  12. Gənc Menecerlər üçün Yay Məktəbinin koordinatoru Seymur Huseynov 055-8383721, seymur@live.com ___________________________________________________________ Azərbaycan, AZ 1065, Bakı şəh., C.Cabbarlı küç. 44, Caspian Plaza 2, 16-cı mərtəbə (+99412) 497-08-45/46, info@forcareer.az SSYM-2010 Əlaqə

More Related