1 / 21

MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFINDA XARİCİ MÜHİT ŞƏRAİTİNİN ROLU

MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFINDA XARİCİ MÜHİT ŞƏRAİTİNİN ROLU. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Ekoloji amillər toplusu. Mühit və həyat şəraiti amilləri məvhumlarının izahı İqlim amillərinin bitki həyatında rolu Edafit amillərin bitki həyatında rolu

catrin
Download Presentation

MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFINDA XARİCİ MÜHİT ŞƏRAİTİNİN ROLU

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFINDA XARİCİ MÜHİT ŞƏRAİTİNİN ROLU k.t.e.doktoru, professor Zaur HƏSƏNOV

  2. Ekoloji amillər toplusu. Mühit və həyat şəraiti amilləri məvhumlarının izahı • İqlim amillərinin bitki həyatında rolu • Edafit amillərin bitki həyatında rolu • Oroqrafik amillərin bikti həyatında rolu • Biotik amillərin bitki həyatında rolu • Antropik amillərin bitki həyatında rolu

  3. EKOLOJİ AMİLLƏR TOPLUSU. MÜHİT VƏ HƏYAT ŞƏRAİTİ AMİLLƏRİ MƏVHUMLARININ İZAHI Meyvə-güəmeyvə bitkiləri daim onları əhatə edən xarici şəraitlə üzvi surətdə əlaqədə olurlar. Xarici şəraitin təsiri nəticəsində bitkilərdə anatomik quruluş və morfoloji nişanələr dəyişir. Meyvə-giləmeyvə bitkilərinin xarici şərait amillərinə münasibətləri eyni olmayıb, bitkinin yaşından, ilin fəslindən və fenoloji fazalardan asılı olaraq dəyişir. Xarici mühit şəraiti ekoloji amillər adlanır. Ekoloji amilləri mühit və həyat şəraiti adlanan iki böyük qrupa ayırırlar. Bitkiyə təsir edən ekoloji amillərin hamısı birlikdə həmin bitki üçün mühit şəraiti yaradır. Həmin bitkinin həyatı üçün zəruri olan su, hava, işıq, qida maddələri isə həyat və ya yaşayış amilləri adlanır.

  4. İQLİM AMİLLƏRİNİN BİTKİ HƏYATINDA ROLU İqlim amilləri rütubət, temperatur, işıq, hava, küləkdir. • Rütubət • Temperatur • İşıq • Hava • Külək

  5. RÜTUBƏT Rütubət. Su meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafında həlledici rol oynayır. O, bitkidə olan hüceyrələri turqor vəziyyətdə saxlayır. Hüceyrələrdə gedən kimyəvi proseslər üçün şərait yaradır, plazma, plastid, nüvə və hüceyrələrin başqa hissələrinin yaranmasında iştirak edir, torpaqda olan qida maddələrini əridərək bitki tərəfindən istifadəsi üçün şərait yaradır. Su qida maddələrinin torpaqdan köklərə və gövdəyə ötürülməsi, bitkinin daxilində əmələ gələn üzvi maddələrin bitkinin bütün hissələrinə paylanması üçün vasitədir. Su hüceyrənin tərkibinə daxildir.

  6. Torpaqda suyun azlığı və ya çoxluğu bitkiyə mənfı təsir edir. Su az olarsa bitkinin vegetativ boyu zəifləyir, çiçək tumurcuqlarının miqdarı azalır, əmələ gəlmiş yarpaqlar, çiçəklər və ya meyvələr normal böyüyə bilmədiyindən tökülür. Vegetaisya dövründə su ilə təmin olunmamış bitki şaxtaya davamsız olur. Torpaqda rütubətin həddindən artıqlığından köklər havadan, qida maddələrindən istifadə edə bilmir, tədricən çürüyür, bitkinin yerüstü hissəsi zəifləyir, nəhayət bitki məhv olur. Hiqrofıt bitkilər – rütubətə yüksək tələb göstərənlər. Buraya moruq, qarağat, fırəng üzümü, heyva, sitruslar, fındıq, feyxoa və d. aiddir. Mezofıt bitkilər – rütubətə orta dərəcədə tələb göstərənlər. Buraya alma, armud, qoz, gilas, albalı, xirnik, ərik, şaftalı və d. aiddir. Kserofıt bitkilər – quraqlıqla asan barışanlar. Buraya zeytun, tut, nar, püstə, badam daxildir.

  7. TEMPERATUR Temperatur. Meyvə-giləmeyvə bitkilərinin həyatında zəruri olan amillərdən biri olub, onun vasitəsilə yer üzərində bitki cinslərinin və növlərinin yayılma sərhədləri müəyyənləşdirilir. Bitkinin böyümə və inkişafı üçün torpaqda və havada müəyyən istilik olmalıdır. Hər bitki növünün və sortunun müxtəlif fenofazalarında müəyyən istilik tələb olunur. Eyni bitkinin müxtəlif hissələrinin istiliyə tələbi bir deyildir. Məsələn, +2…+4°C istilikdə köklərdə vegetasiya başlandığı halda, həmin bitkinin çiçək tumurcuqları havada istilik +8 °C-dən yüksək olanda açılır, çiçək tumurcuqlarının əmələ gəlməsi və onların differensiasiyası isə havada istilik +15°C-dən yüksək şəraitdə olur.

  8. Ümumiyyətlə meyvə-giləmeyvə bitkiləri əlverişsiz temperatur amilinə münasibətinə görə 3 qrupa ayrılır: Soyuğa davamlılıq. Bitkinin uzun müddət aşağı müsbət 1…10°C temperatura davam gətirə bilməsi qabiliyyətinə onun soyuğa davamlılığı deyilir. Şaxtaya davamlılıq.Meyvə-giləmeyvə bitkilərinin 0°C-dən aşağı, mənfı temperatura davam gətirə bilməsi qabiliyyətinə şaxtaya davamlılıq deyilir. Qışa davamlılıq.Qışın münasib olmayan kompleks şəraitinə, o cümlədən dəyişən kəskin temperatur şəraitinə meyvə-giləmeyvə bitkilərinin davam gətirə bilməsi xüsusiyyətinə qışa davamlılıq deyilir.

  9. İŞIQ İşıq. Meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafında işığın rolu böyükdür. Yarpaqlarda karbon qazının udulması və fotosintez prosesi bitkinin işıqla normal təmin olunduğu şəraitdə mümkündür. Vegetasiya dövründə bir hektar əkin sahəsinə düşən günəş radiasiyasının ümumi miqdarı orta hesabla 21.109 kC olub, ondan 8.109 kC-nu fotosintetik fəal radiasiya təşkil edir. Yayılmış bütün günəş şüalarından bitkinin həyat fəaliyyətində böyük əhəmiyyət kəsb edəni, dalğa uzunluğu 380-710 Nm (nanometr) olan şüalardır ki, buna da fotosintetik fəal radiasiya - FFR deyilir. FFR-in yarpaqlardan keçmə gücünün 2-2,5 m olduğu müəyyən edilmişdir (Şəkil 17). Buna görə də çətrin forması və həcmi müəyyənləşdirilərkən bu halı nəzərə almaq lazımdır.

  10. HAVA Hava meyvə-giləmeyvə bitkiləri üçün vacib amildir. Onun tərkibində bitkinin normal fızioloji durumu üçün tələb olunan qiymətli maddələr vardır. Quru havanın tərkibində 0,03% karbon qazı, 5,0-10,0% hidrogen, 21% oksigen, 1% arqon, 78% azot, 5,24-10,00% helium, 1,41-10% kripton, 1,81-10,0% neon və s. vardır. Hava bitkinin yerüstü hissəsinin böyümə və inkişafında böyük əhəmiyyətə malikdir. Üzvi maddələrin sintezi üçün karbon qazının iştirakı vacıbdir. Havada karbon qazının həddindən çoxluğu yarpaqda ağızcıqların bağlanmasına, bu isə öz növbəsində bitkidə rütubətin buxarlanmasının aşağı düşməsinə və quru maddənin miqdarının azalmasına səbəb olur.

  11. Havada karbon qazının çatışmazlığı nəticəsində bitkidə fotosintez prosesi zəifləyir. Bitkinin karbon qazına olan ehtiyacını bağa saman, peyin vermək, sideral bitkilərdən istifadə etməklə də qismən ödəmək olur. Bu üzvi gübrə minerallaşıb, havanı karbon qazı ilə zənginləşdirir. Bununla yanaşı havada bitkiyə mənfi təsir edən birləşmələr də olur. Buraya fabrik və zavodlardan havaya qalxan xlor, kükürdlü birləşmələr və sair daxildir. Havanın bitki üçün böyük əhəmiyyət kəsb etməsini nəzərdə tutub, bağ salarkən onun cərəyan etməsinə şərait yaradan sahələr seçmək lazımdır.

  12. KÜLƏK Külək. Bitkinin həyatında külək də əhəmiyyət kəsb edən amildir. O bitki üçün bir halda çox xeyirli olsa da, digər halda çox ziyandır. Külək əsməyən şəraitdə havanın nisbi rütubətliyi artıb, göbələk xəstəliklərinin yayılmasına səbəb olur. Bu şəraitdə soyuq hava toplanıb, kənara çıxa bilmədiyindən bitkinin müəyyən hissəsinə ziyan vurur. Hava cərəyan etməyən şəraitdə bitki karbon qazı və havanın tərkibində olan digər elementlərlə tələb olunan tərzdə təmin olunmur. Külək əsməyən şəraitdə çiçəkləri küləklə tozlanan bitkilərin faydalı meyvə bağlama əmsalı azalır, çiçəklərin əksər qismi tökülür. Küləyin meyvə bitkilərinin böyümə və inkişafında böyük rol oynadığını nəzərə alaraq, bağ salarkən birinci növbədə hakim küləklərdən mühafızəli və havanın cərəyan etməsinə imkan verən ərazi seçilməlidir.

  13. EDAFİT AMİLLƏRİN BİTKİ HƏYATINDA ROLU Edafit amillər torpaq və qida maddələrini nəzərdə tutur. Torpaq. Meyvə və giləmeyvə bitkiləri çoxillik olub, onlar əkildikləri sahədə uzun illər yaşayır və məhsul verirlər. Bu bitkilərin normal böyüməsi, inkişafı, uzun müddət yaşayıb bol məhsul vermələri və məhsulun keyfıyyəti torpağın xüsusiyyətindən də asılıdır. Belə şəraitdə becərilən bitki uzun ömürlü olub, bol və yüksək keyfıyyətli məhsul verir. Belə şəraitdə olan bitki az və keyfıyyətsiz məhsul verərək qısa ömürlü olur. Çoxillik təcrübələrlə sübut edilmişdir ki, quraq və yarımrütubətli bölgə torpaqlarında köklərin 1,6-1,8 m-dən üzdə, rütubətli və mülayim iqlim şəraitində isə 60-90 sm-dəm üzdə yerləşmələri yüksək və sabit məhsula zəmanət verə bilməz.

  14. Torpağın əksər hissəsində oksigenin mövcudluğu zamanı da baş verə bilər. Çünki pis havakeçirmə nəticəsində rizosferada (kök mühitində) oksigenin hərəkəti zəifləyir. Meyvə-giləmeyvə bitkilərinin normal böyüyüb, inkişaf etmələri üçün suyu özündə normal saxlayan, hava rejimi ilə su rejimi arasında balans yaradan, qidalı, strukturlu torpaqlar tələb olunur. Əksər meyvə bitkilərinin kök sistemi torpağın dərin qatlarına getdiyindən seçilmiş ərazinin torpaqaltı qatı, ana süxuru rütubəti özündə normal saxlayan və yumşaq olmalıdır.

  15. Qida maddələri. Başqa canlı orqanizmlərdə olduğu kimi meyvə-giləmeyvə bitkiləri də müəyyən hüceyrə quruluşuna malikdirlər. Hüceyrənin nüvəsi zülalı maddələrdən təşkil olunmuşdur. Zülalı maddələrin elementar tərkibi karbon, hidrogen, azot, fosfor, oksigen və kükürddən ibarətdir. Hüceyrənin normal inkişafı üçün isə kalium, kalsium, maqnezium, dəmir, bor, manqan, mis kimi elementlər də tələb olunur. Meyvə-giləmeyvə bitkilərinin qidalanması üçün ən çox oksigen, hidrogen, fosfor, kalium, azot, karbon, kalsium, kükürd, maqnezium, dəmir lazımdır. Bitki üçün qidalı maddələrin əhəmiyyəti böyükdür.

  16. Ümumiyyətlə bitkinin böyümə və inkişafı üçün tələb olunan elementləri əhəmiyyət dərəcələrinə görə aşağıdakı qruplara bölürlər: 1. Bitkinin həyatında labüd olub, onun üçün inşaat materialı olan elementlər. Buraya oksigen, hidrogen, karbon, kükürd, fosfor, azot, kalium, maqnezium daxildir. 2. Biokatalizatorlar. Bunların tərkibinə daxil olan zəruri elementlər dəmir, mis, sink, manqan və kobaltdır. 3. Biokatalizatorlar və inşaat materialları qrupuna daxil olmayıb, lakin bitkinin həyatında çox vacib olan elementlər: kalium, bor, molibden, helium, alüminium. 4. Radioaktiv elementlər: uran, torium, radium, rodon, aktinium. 5. Stimulyatorlar: natrium, xlor, titan, kobalt, arsen, yod, brom, nikel, rubidium və s.

  17. OROQRAFİK AMİLLƏRİN BİTKİ HƏYATINDA ROLU Relyef. Meyvə-gilmeyvə bitkilərinin böyümə və inkişafında sahənin relyefinin əhəmiyyəti böyükdür. Bu və ya digər amil relyefin xarakterindən asılı olaraq bitkiyə bir halda müsbət, digər halda isə mənfı təsir edir. Bu hal relyefin xarakterindən asılı olaraq meyvə-giləmeyvə bitkilərinin şəraitə uyğun bölüşdürülməsini, bu və ya digər aqrotexnoloji tədbirlərin və mexanikləşdirmənin tətbiqini tələb edir. Meyvə bağlarında suvarmanın və aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsi üçün ərazinin səthi düzən və ya 5°-yə qədər maili olmalıdır. Mailliyi 5°-dən artıq olduqda yamaclarda əkin yamacın çəpinə (horizontlarla) aparıır. Maillik 10-25° olduqda belə sahələrdə səkilər (terraslar) düzəldilir.

  18. BİOTİK AMİLLƏRİN BİTKİ HƏYATINDA ROLU Torpaqda müxtəlif mikroorqanizmlər və göbələklər mövcuddur. Bunlardan müəyyən qismi bitkinin həyatında xeyirli olduqları halda, digər qismi meyvə-giləmeyvə bitkilərinə böyük ziyan vurur. Xeyirli torpaq mikroorqa-nizmləri meyvə-giləmeyvə bitkilərinin həyatında böyük rol oynayırlar. Onlar arasıkəsilmədən bitki və heyvanların torpaqda olan üzvi qalıqlarını minerallaşdırıb, torpağı azot, kalsium, kalium, fosfor, dəmir, maqnezium və digər elementlərlə zənginləşdirirlər. Bununla yanaşı onlar torpağın fiziki xüsusiyyətini və strukturluğunu da yaxşılaşdırırlar.

  19. Eyni zamanda meyvə bitkilərinə ziyan verən mikroorqanizmlər və göbələklər də vardır ki, onlar bir çox xəstəliklərin əmələ gəlməsində və yayılmasında böyük rol oynayırlar.

  20. ANTROPİK AMİLLƏRİN BİTKİ HƏYATINDA ROLU «Antropos» yunan sözü olub, insan deməkdir. Meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafında təsvir edilən amillərlə yanaşı insanın da rolu böyükdür. İnsan meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafını idarə etmək məqsədilə bir halda bilavasitə bitkiyə, digər halda isə bitkinin becərildiyi şəraitə təsir edir. Meyvə-giləmeyvə bitkilərinin həyat proseslərini normalaşdırıb, onlardan bol və yüksək keyfıyyətli məhsul almaq üçün hər bitki növünün və sortun torpaq-iqlim şəraitinə münasibətini və bioloji xüsusiyyətlərini bilmək lazımdır.

  21. MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh. 107-121.

More Related