AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 9

Mövzu : “BALIQÇILIQ TƏSƏRRÜFATLARINDA ÜMUMİ SANİTAR PROFİLAKTİK TƏDBİRLƏR, YAZ VİRUS XƏSTƏLİYİ” PowerPoint PPT Presentation


  • 121 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :

Download Presentation

Mövzu : “BALIQÇILIQ TƏSƏRRÜFATLARINDA ÜMUMİ SANİTAR PROFİLAKTİK TƏDBİRLƏR, YAZ VİRUS XƏSTƏLİYİ”

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası

Mövzu:

“BALIQÇILIQ TƏSƏRRÜFATLARINDA ÜMUMİ SANİTAR PROFİLAKTİK TƏDBİRLƏR, YAZ VİRUS XƏSTƏLİYİ”

Mühazirəçi: dos. Ələsgərov Z.Ə.

Gəncə- 2009


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

PLAN

  • 1.Tarixi məlumat

  • 2.Xəstəliyin törədicisi

  • 3.Davamlılığı

  • 4. Patogenliyi

  • 5. Diaqnoz

  • 6.Təfriqi diaqnoz

  • 7. İmmunitet

  • 8. Müalicə

  • 9. Profilaktika və mübarizə tədbirləri


D biyyat siyah s

Ədəbiyyat siyahısı

  • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986.

  • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984

  • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006

  • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005


Baliq iliq t s rr fatlarinda mumi sanitar profilaktiki t dbirl r

BALIQÇILIQ TƏSƏRRÜFATLARINDA ÜMUMI SANITAR PROFILAKTIKI TƏDBIRLƏR

  • Sağlam təsərrüfatlarda sanitar profilaktiki tədbirlərin vaxtlı-vaxtında aparılması ən vacib məsələdir. Əgər xəstə balıqların müalicəsinin çətin olduğunu, eləcə də effektli müalicəvi maddələrin hələlik lazım olmadığını nəzərə alsaq, onda sanitar-profilaktiki tədbirlərin əhəmiyyəti daha aydın başa düşülər.

  • Profilaktiki tədbirlər içərisində balıqların tam yemlərlə yemləndirilməsi, göllərdə balıqların sıx saxlanılmaması, göllərin vaxtaşırı olaraq ot və üzvi maddələrdən təmizlənməsi, onların 4-5 ildən bir qurudulması, göllərə balıq yeyən quşların buraxılmaması, yaşlı balıqlarla cavanların bir göldə saxlanılmaması, suyun hidrobioloji tərkibinin normada olması və s. xüsusən nəzər-diqqəti cəlb etməlidir. Qeyd edilən tədbirlər həyata keçirilmədikdə balıqlar arasında kütləvi epizootiya baş verə bilir.

  • Profilaktika məqsədilə ildə 3-4 dəfədən az olmayaraq 1-2 yaşlı balıqlar olan hər göldən balıq tutulması həkim-ixtiopatoloq tərəfindən müayinə edilməklə yanaşı, törədici balıqlar və təmiredici cavanlar yaz və payızda mütləq ixtiopatoloq nəzarətindən keçməlidir.


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

  • Balıqların bir yerdən başqa yerə nəql edilməsi ancaq baytarlıq şəhadətnaməsi ilə olmalıdır. Təsərrüfatın sağlam və yaxud qeyri-sağlam olmasından asılı olmayaraq balıqlar bir təsərrüfatdan başqa təsərrüfata nəql edildikdə diqqətli surətdə müayinə edilməklə yanaşı onlar xüsusi vannalardakimyəvi məhlullarda parazit əleyhinə işlənməlidir. Təsərrüfat məxmərək, bronxomikoz, frunkulyoz, gicəllənmə, infeksion anemiya və diskoktiloz xəstəliklərinə görə qeyri-sağlam olduqda həmin təsərrüfatdan balıqların çıxarılmasına icazə verilmir.

  • Balıqçılıq təsərrüfatında xilodonelloz, trpxodipoz, doktilokiroz, kirodoktiloz xəstəlikləri olarsa, onda balıqlar duz və yaxud ammonyak məhlullarından keçirildikdən sonra təsərrüfatdan ixrac edilə bilər.

  • Kostioz, koksidioz, ixtioftirioz, sanqvinikolyoz, diplostomoz, postdiplostomoz, botriosefalioz, liquloz, arquloz xəstəliklərinə görə qeyri-sağlam təsərrüfatlardan balıqların başqa təsərrüfatlara nəql edilməsi lazımdırsa, bu işə yalnız ölkə, vilayət və respublika baytarlıq mütəxəssisləri icazə verməlidir.

  • Əgər xarici ölkələrdən ölkəmizə balıq gətirilirsə baytarlıq şəhadətnaməsi ilə yanaşı, gətirilmiş balıqlar bir il müddətində karantində saxlanılmalıdır. Balıq daşınan çən, vaqon, avtomaşın boşaldıqdan sonra 20%-li təzə sönmüş əhəng məhlulundan istifadə edib diqqətli surətdə dezinfeksiya edilməlidir.

  • Çadır çən və xərəklər ya qaynadılmaqla və yaxud 2-3%-li sönməmiş əhənglə 10-12 saat müddətində zərərsizləşdirilir.


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

  • Göllər balıqdan azad edildikdən sonra hər ha göl sahəsinə 25 sentner sönməmiş, 3-5 sentper xlorlu əhəng 8-9 sentner kalium hipoxlorid maddələrindən istifadə edilib dezinfeksiya və yaxud dezinvaziya edilməlidir.

  • Son zamanlar inkubasiya sexlərində xəstəliklər baş verməsin deyə həmin sexə gələn suyun güclü ultrabənövşəyi şüalar yaradan maşınlar tərəfindən zərərsizləşdirilib sexlərə verilməsi məsləhət görülür.

  • Balıqların ektoparazitlər əleyhinə vannalarda işlənməsi. Bu məqsədlə xörək duzu və ammonyak məhlullarından istifadə edilir.

  • Adətən xörək duzunun 5%-li məhlulu hazırlanmaqla məhlulun hərarəti 6-15° olmalıdır. Balıqlar həmin məhlulda 5 dəqiqə saxlandıqdan sonra 2 saat müddətində axar suda yuyulur və gölə buraxılır.

  • Ammonyak məhlulu hazırlamaq üçün ammonyakın suda 25%-li məhlulundan 200 ml 100litr suya əlavə etmək lazımdır. Balıqları belə məhlulda məhlulun hərarəti 7-8° olduqda 1 dəqiqə, 18-25° olduqda isə 30 saniyə saxlamaq lazımdır.Ammoniyak məhlulundan sonra balıqları suda yumaq lazım deyildir. Ammonyak məhlulu işlədilməzdən 30-40 dəqiqə əvvəl hazırlanmalıdır. Əks tədqirdə ammonyak uçur və işlənmənin effektivliyi aşağı düşür.

  • Istər xörək duzu məhlulu vəistərsə də ammonyak məhlulunun hər 100 litrində 30 kq balıq çimdirildikdən sonra məhlul təmizlənməlidir.

  • Qeyd edilənlərdən əlavə ektoparazitlər əleyhinə balıqları göy daş, kalium permanqanat, lizol, malaxit yaşılı, civə nitrat məhlullarında da çimdirmək olar.


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

  • Balıqların vannalarda çimdirilməsi iqtisadi nöqteyi-nəzərdən bir qədər əlverişsiz olmaqla yanaşı, balıqları tutan zaman onların mexaniki zədələnməsinə səbəb olur. Ona görə də son zamanlar balıqların bilavasitə qışlama göllərində işlənilməsi məsləhət görülür. Bunun üçün gölün suyunun miqdarı bilinərək ona0,1-0,2 Q/m3 hesabilə brilyant yaşılı əlavə edilir və balıqlar 1-2 gün həmin suda qalır. Brilyant yaşılının məhlulu əvvəlcə DUK maşını qurğusunda hazırlanır, sonra gölə təzyiqlə dağıdılır. Həmin 1-2 gün müddətində gölə su və göldən su axımı dayandırılmır.

  • Profilaktiki tədbirlər içərisində təsərrüfatda yeni gətirilmiş balıqların karantində saxlanılmasını da qeyd etmək lazımdır. Bu məqsədlə suyun hərarəti 12°-dən yüksək olduqda karantin müddəti 20 gün olduğu halda, hərarət qeyd edilən həddən aşağı olarsa, o vaxta qədər gözlənilməlidir ki, suyun hərarəti 12°-yə çatsın və bundan da 20 gün sonra karantin mddəti qurtarmış olur.

  • Balıqlar karantində saxlanılan göllər başqa göllərdən aşağıda olmalı ona gələn vəondan axan su təsərrüfata getməməlidir. Karaitin müddətində balıqlar mütəmadi-ən ixtiopataloq nəzarətindən keçməlidir.

  • Ümumi sanitar-profilaktika tədbirləri içərisində balıqçılıq təsərrüfatlarının harada yerləşməsi, xüsusi əhəmiyyət kəsb edir.

  • Yeni tikiləcək balıqçılıq təsərrüfatı elə sahədə tikilməlidir ki, oraya yabanı balıqlar miqrasiya edə bilməsin, daima təmiz su ilə təchiz edilmiş olsun. Balıqçılıq təsərrüfatlarını sənaye, kənd təsərrüfatı və yeyinti müəssisələrindən axan sularda təşkil etmək qətiyyən məqsədəuyğun hesab edilmir. Belə halda çox asanlıqla balıqlar arasında yoluxucu xəstəliklər təzahür edir.


Yaz virus x st liyi

YAZ VIRUS XƏSTƏLIYI

  • Balıqların yazvirusxəstəliyi itigedişliinfeksionxəstəlik olub, hərəki müvazinətin pozulması, çəpgözlük, dərinin zədələnmələri və qarının həcmən böyüməsi ilə səciyyələnir.

  • Törədicisi.Xəstəliyin törədicisi RNT-livirusolmaqlagilizvarı formadadır (105-125x70-85 nm). Virusturşmühitə davamlı olmaqlaefirvə xloroformahəssasdır.Sudavirus 3 gün, 4°C temperaturdaisə 1 ilsağqalır.

  • Epizootolojixüsusiyyətləri.Yazvirusxəstəliyinə birvə ikiyaşlı karpbalıqları, bəzən isə ağamurlarvə zolaqlı enlialın balıqlar tutulur. Xəstəlik əsasən yazfəslində suyuntemperaturununyüksəlməsi ilə əlaqədar olaraqbaşverir. Yoluxmakütləvi xarakteralır və 40-45% tələfata səbəb olur.

  • Patogenez. Öyrənilməyib.

  • Gedişivə klinikiəlamətləri.Xəstəliyin inkubasiyadövrü 1-4 həftə davamedir. Yazvirusxəstəliyi itigedişə malikolmaqla, xəstələrdə hərəkət müvazinətinin pozulması müşahidə edilir. Balıqlarda üzmə qabiliyyəti zəifləyir və onlardəstə halında dayazyerlərdə görünür. Birvə yaikigözdə dombagözlük, pulcuqların tökülməsi və qarının həcmən böyüməsi nəzərə çarpır.Qarın və köksüzgəclərinin gövdəyə birləşən nahiyələrində qansağıntıları və hemorrojiiltihabgörünür.


M vzu baliq iliq t s rr fatlarinda mum san tar prof lakt k t db rl r yaz v rus x st l y

  • Bəzən xəstə balıqlarda qeydedilən dəyişikliklərdən əlavə dərinin qararəngdə olması, qəlsəmələrin sianozluğuvə yaanemiyası, gözalmasında oraqvarı qansağıntıları müşahidə edilir.

  • Patoloji-anatomikdəyişikliklər.Xəstəlikdən ölmüşbaliqların qarın boşluğundasarı rəngdə eksudatvə daxiliorqanların əksəriyyətində şişkinlikgörünür. Dalaqhəcmcə böyüyür, nöqtəvarı qansağıntıları müşahidə edilir. Qaraciyər böyümüşşəkildə görünməklə üzərində qansağıntıları və ağrəngdə düyünlər aşkaredilir. Bağırsaq şöbəsinin selikliqişasında kataraliltihabnəzərə çarpır.

  • Diaqnoz. Xəstəliyə diaqnozqoymaqüçünonunepizootolojixüsusiyyətləri, klinikiəlamətləri və patoloji-anatomikdəyişiklikləri nəzərə alınır və laboratoriyamüayinələrindən istifadə edilir.

  • Müalicə.Yoxdur. Xəstəlik aeromonozvə psevdomonozlabirlikdə getdikdə həmin xəstəliklərə qarşı müvafiqmüalicə vasitələrindən istifadə edilir.

  • Immunitet. Xəstəlikdən sağalmış balıqlarda təkrar yoluxmamüşahidə edilir.

  • Profilaktikavə mübarizə tədbirləri.Karpbalıqçılıq təsərrüfatlarında xəstəliyin başverməsi və yayılmasının qarşısını almaqüçünbalıqçılıq-meliorativ və baytarlıq-sanitariya qaydaları gözlənilməlidir.Balıqlar müəyyən vaxtlarda, xüsusilə yazfəslində baytarhəkimi və yaixtiopatoloqunnəzarəti altında olmalıdır.

  • Xəstəlik başverdikdə təsərrüfata karantinqoyulurvə saqlamlaşdırıcı tədbirlər kompleksiaparılır.Karantindövründə balıq, kürüvə digər hidrobiontların təsərrüfatdan kənara çıxarılmasına və yagətirilməsinə icazə verilmir.

  • Hövzə balıqçılıq təsərrüfatlarında hövzələrdən müəyyən fasilələrlə istifadə olun-ması və fasilə dövründə buramüxtəlif bitkilərin əkilməsi məqsədəuyğun hesabedilir.

  • Təsərrüfatda balıq tələfatının qarşısı alındıqdan sonravirusolojimüayinənin nəticəsi mənfi olduqdakarantingötürülür.


  • Login