AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 8

FƏNN: İnfeksion xəstəliklərin əsasları PowerPoint PPT Presentation


  • 167 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI. FƏNN: İnfeksion xəstəliklərin əsasları

Download Presentation

FƏNN: İnfeksion xəstəliklərin əsasları

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


F nn nfeksion x st likl rin saslar

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI

FƏNN: İnfeksion xəstəliklərin əsasları

MÖVZU: “Infeksion prosesdə orqanizmin reaktivliyinin və xarici mühit amillərinin rolu”

MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu

Gəncə-2010


F nn nfeksion x st likl rin saslar

PLAN

  • İnfeksiyaların inkişafı

  • İnfeksiyaların orqanizmə və qana keçməsi

  • Xarici mühit amillərinin orqanizmə təsiri zamanı infeksiyaların fəaliyyəti haqda


Istifad olunan d biyyatlar

Istifadə olunan ədəbiyyatlar

  • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990.

  • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998.

  • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006.

  • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002.

  • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.


F nn nfeksion x st likl rin saslar

  • İnfeksiyanın inkişafı və nəticəsi yalnız orqanizmə daxil olmuş patogen mikrobun virulentlik dərəcəsi və miqdarından yox, həmçinin heyvan orqanizminin ümumi davamlılığı və xarici mühit şəraitindən də asılıdır. Xüsusilə heyvanların növ, cins, yaş, konstitusiya və fizioloji xüsusiyyətləri bu cəhətdən böyük əhəmiyyətə malikdir. Bütün bunlar orqanizmin təbii rezistentliyini xarakterizə edir. Təbii rezistentlik isə orqanizmin immunobioloji reaktivliyi ilə sıx əlaqədardır.

  • Təkamül inkişaf dövründə hər hansı heyvan növü cürbəcür qeyri-spesifik qoruyucu xüsusiyyətlər əldə etmişdir.

  • Mikrobların heyvan orqanizminə keçməsinə dəri və selikli qişaların baryer xüsusiyyəti müəyyən dərəcədə mane olur. Zədələnmiş sağlam dəridən əksər patogen mikroblar keçə bilmir. Dəridə müəyyən qədər bakteriosidlik xüsusiyyəti mövcuddur. Onun buynuz qatı turş mühitə malik olduğu üçün mikrobların inkişafının qarşısını alır. Tər və piy yəzilərinin sekreti isə hemolitik streptokokklar, salmonellalar və bağırsaq çöpləri üçün bakterisid təsir göstərir.

  • Zədələnməmiş şelikli qişalar bir çox patogen mikroblar üçün mexaniki baryer xüsusiyyətinə malikdir. Bundan başqa, tüpürcəkdə, göz yaşında və bəlğəmdə lizosim mövcuddur. Yuxarı tənəffüs yollarının selikli qişasının titrəyici epitelisi ilə mikrobların orqanizmdən kənar edilməsində mühüm rola malikdir. Həzm orqanlarının sekreti, xüsusilə mədə və bağırsaq şöbəsi də bakterisid xüsusiyyəti ilə özünü göstərir.


F nn nfeksion x st likl rin saslar

  • Limfa düyünlərində də baryerlik funksiyası mövcuddur. Bunlarda mikroorqa-nizmlər tutulub zərərsizləşdirilir. Limfa düyünlərinin baryer funksiyası atların saqqosu və kənd təsərrüfatı heyvanlarının vərəmində aydın şəkildə müşahidə edilir.

  • İltihab reaksiyası müəyyən qoruyucu rola malik olmaqla ən çox mikrobun orqanizmə giriş yeri və limfa düyünlərində nəzərə çarpır. İltihab sahəsində mikroorqanizmlər tutulub saxlanır və iltihab sahəsinə toplanan leykosit və makrofaqlar tərəfindən tamamilə məhv edilir.

  • Faqositoz çox mühüm müdafiəedici xüsusiyyətə malikdir. Əgər mikrofaqlar və makrofaqlar tərəfindən tutulmuş mikroblar məhv edilib lizisə uğradılırsa buna tam faqositoz deyilir.

  • Bəzi xəstəliklərdə xüsusilə brusellyoz və paratuberkulyozda mikro- və makrofaqlar tərəfindən tutulmuş mikroblar ölmür, əksinə burada çoxalır ki, belə vəziyyət natamam faqositoz adlanır.

  • Qeyd etmək lazımdır ki, faqosit hüceyrələri viruslara və bəzi yüksək virulentli mikroblara görə qeyri-aktivdir.

  • Qana və orqanizmin digər toxumalarına daxil olmuş mikrobların zərərsizləşdirilməsində humoral amillər, xüsusilə lizosim, normal bakteriolizinlər, komplement və properdin mühüm əhəmiyyət kəsb edir.

  • Hər hansı bir infeksiya zamanı ümumi xarakterli qoruyucu reaksiyalar tədricən spesifik istiqamətlilik xüsusiyyəti qazanır.

  • Nəticədə faqositlərin aktivliyi yüksəlir, müxtəlif toxumaları təşkil edən hüceyrələrin reaktivliyi dəyişilir, mikrob antigenlərinin təsirindən spesifik antitellərin sintezi baş verir.


F nn nfeksion x st likl rin saslar

  • Təbii davamlılıq bir çox cəhətdən xarici mühit şəraitindən asılıdır. Müəyyən səbəblərdən orqanizmin ümumi davamlılığının aşağı düşməsi infeksiyaların, qıcıqlandıncıların- yəni stressorların təsirindən orqanizmin ümumi davamlılığı aşağı düşür.

  • Stressorlar aşağıdakı qruplara bölünür:

  • Fiziki stressorlar. Buraya yüksək və aşağı temperatur, aşağı temperatur şəraitində yüksək nisbi nəmlik, intensiv səslər, ionlaşdırıcı radiasiya və s. aiddir.

  • Kimyəvi stressorlar. Bu qrupa heyvan binalarında ammonyakın, hidrogen-sulfidin, karbon qazının yüksək konsentrasiyasını və inseksidləri aid etmək olar.

  • Yem stressorları. Bura heyvanların həddən artıq az və ya çox yemləndirilməsi, rasionda birdon-birə kəskin dəyişiklik və s. aiddir.

  • Travmatik stressorlar. Müxtəlif mənşəli travmalardan baş verir.

  • Nəqliyyat stressorları. Heyvanların müxtəlif nəqliyyat vasitələri ilə daşınması daxildir.

  • Texnoloji stressorlar. Bu qrupa heyvanların tez-tez çəkilməsi, körpələrin anadan ayrılması, heyvanların sıx halda saxlanması və s. misal göstərmək olar.

  • Bioloji stressorlar. Bunlara misal infeksion və invazion xəstəlikləri, profilaktik vaksinasiyalar, göstərmək olar.


F nn nfeksion x st likl rin saslar

  • Y.R.Kovalenko göstərir ki, stressorların orqanizmə təsiri nəticəsində adrenokortikotrop hormonların istehsalı sürətlənir ki, bu da böyrəküstü vəzin fəaliyyətini və kortikoidlərin sekresiyasını tənzimləyir. Kortikoidlər orqanizmdə iltihab potensialını aşağı salır, patogen mikrobun orqanizmə giriş yolunda qranulyasiyanın yaranmasını ləngidir, birləşdirici toxumanın involyusiyası baş verir. Heyvanların az yemləndirilməsi, yəni ümumi aclıq zamanı immunitet zəifləyir, xroniki infeksiyalar kəskinləşir.

  • Orqanizmdə zülal mübadiləsi pozulur, immunoqlobulinlərin sintezi azalır, faqosillorin aktivliyi aşağı düşür. Zülal birləşmələrinin rasionda çoxluğu da nəticədə asidoza, qanın bakteresid xassəsinin aşağı düşməsinə səbəb olur.

  • Təcrübə yolu ilə müəyyən edilmişdir ki, kalsium və maqnezium kationları properdin sistemini tənzimləyir, natrium kationları və xlor anionları isə həzm şöbəsi sekretlərinin bakteriosidliyini gücləndirir.

  • Hipoavitaminozlar zamanı, xüsusilə A vitaminin çatışmazlığinda maddələr mübadiləsində kəskin pozğunluqlar baş verir, dəri və selikli qişaların baryer funksiyaları zəifləyir.

  • Heyvanların fizioloji tələbatına uyğun olmayan xarici mühit temperaturu təbii rezistentliyi aşağı salır. Belə ki, soyuqlama zamanı faqositlərin aktivliyi aşağı düşür, leykopeniya inkişaf edir. Xüsusilə yuxarı tənəffüs yollarının baryer funksiyası zəifləyir ki, nəticədə potensial patogen mikrofloranın aktivləşməsi baş verir.


F nn nfeksion x st likl rin saslar

  • Orqanizmə yüksək temperaturun təsiri zamanı potensial patogen bağırsaq mikroflorası aktivləşir və bağırsaqların keçiricilik qabiliyyəti güclənir. Yuksək temperatur şəraitində istilik mübadiləsi çətinləşir, istilik verilməsi ağciyərin hiperventilyasiyası hesabına həyata keçir. Bu da tənəffüs üzvlərinin funksional garginliyinə səbəb olur ki, nəticədə kütləvi respirator xəstəliklər baş verir.

  • İonlaşdırıcı radiasiyanın təsirindən humoral faktorların aktivliyi pozulur, dəri, selikli qişalar, retikuloendotelial sistem elementlorinin baryer funksiyası və antitel istehsalı aşağı düşür. Bütün bunlar isə autoinfeksiyaların inkişafına və ekzogen infeksiyaların isə baş verməsinə səbəb olur.

  • Daxili faklorlar xüsusilə sinir sisteminin, endokrin və retikuloen-dotelial sistemin vəziyyəti də nəzərə alınmalıdır. Qədim dövrlərdən məlumdur ki, bəzi heyvan, cinsləri müəyyən infeksion xəstəliklərə davamlıdır, seleksiya yolu ilə davamlı heyvan cinsləri yaratmaq olar. Körpə heyvanlarda yaşlılara nisbətən dəri və selikli qişaların keçiriciliyi yüksəkdir, iltihab reaksiyaları zəif halda nəzərə çarpır, retikuloendotelial sistem hüceyrələrin adsorbsiya xassəsi, habelə humoral faktorların qoruyuculuq qabiliyyəti aşağı səviyyədə olur. Bütün bunların hamısı isə körpələrin bir qrup spesifik xəstəliklərinin baş verməsinə səbəb olur.

  • Ancaq körpələrin bəzi xəstəliklərə, xüsusilə brusellyoza nisbi davamlılığı da məlumdur.

  • Beləliklə, təbii rezistentlik genetik möhkəmlənmiş xüsusiyyət olub, ancaq onun dərəcəsi heyvanların növ, yaş, cins və fərdi xüsusiyyətlərindən və xarici mühit şəraitindən asılıdır.


  • Login