AZ
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 33

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ PowerPoint PPT Presentation


  • 261 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İNFORMASİYA TEXNOLOGİYALARI, AQROMÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ MAŞINLARIN İSTİSMARI VƏ YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ KAFEDRASI TRAKTORLAR VƏ AVTOMOBİLLƏR ( Modul 1 ). Mühazirəçi: DOS. T.M.İSLAMOV. Gəncə ~ 2009.

Download Presentation

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


Az rbaycan d vl t aqrar un vers tet

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

İNFORMASİYA TEXNOLOGİYALARI, AQROMÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ

MAŞINLARIN İSTİSMARI VƏ YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ KAFEDRASI

TRAKTORLAR VƏ AVTOMOBİLLƏR ( Modul 1 )

Mühazirəçi:

DOS. T.M.İSLAMOV

Gəncə~2009


Az rbaycan d vl t aqrar un vers tet

MÜHƏRRİKİN YAĞLAMA VƏ SOYUTMA SİSTEMİ.

P L A N

1. Yağlama sisteminin vəzifəsi, təsnifatı və təhlili.

2. Yağlama sisteminin xüsusiyyətləri kobudvə zərif təmizləyicilər.

3. Yağ nasoslarının, yağ radiatorunun, quruluşu və işi.

4. Yağlama sisteminə xidmət və sistemdə baş verən pozğunluqlar və onların

aradan qaldırılması.

5. Soyutma sisteminin vəzifəsi, təsnifatı və təhlili.

6. Radiatorun, su nasoslarının, ventilyatorun, termostat və nəzarət cihazların

quruluşu və işi.

7. Soyutma sisteminə xidmət və sistemdə baş verən pozğunluqlar.

Ə D Ə B İ Y Y A T

1. X.Q.Quliyev. Traktorlar və avtomobillər. Bakı, Azərnəşr -1965.

2. A.B.Богатырев. В.Р.Лехтер. Тракторы и автомобили М. Колос 2007.

3. Родичев. Трактор. М. Колос 2009.

MÖVZU № 7-8


Az rbaycan d vl t aqrar un vers tet

G İ R İ Ş

Yağlamasistemininvəzifəsi.Daxiliyanmamühərriklərinin bir- birininüzəri ilə hərəkət edən hissələri arasında sürtünmə əmələ gəlir.Bu sürtünmənin səbəbi sürtünmə səthlərinin hamar deyil, xırda çıxıntılı olması və həmin səthlərin toxunma, nöqtələrindəki qarşılıqlı molekulyar təsirlərdir. Hətta yaxşı pardaqlanmış hissələrin səthində belə 0,005 MM –dən hündürlükdə çıxıntılar qalır. Sürtünən sərhlər biri digərinə nisbətən sürüşərkən, həmin çıxıntılar pozulur, buna görə də hissələr yeyilir.

Göstərilən səthlər sürüşərkən alınan sürtünmə qüvvəsinin qiy-məti həmin hissələrin materialından, onların emal keyfiyyətindən və sürtünmə şərtlərindən asılıdır. Belə olduğu halda əgər sürtünən səthlərin arasında yağlama getmirsə, sürtünmə quru, əksinə, yağlama gedirsə, sürtünmə yaş adlanır. Yaş sürtünmənin mahiyyəti və qay-dası ilk dəfə professor N.P.Petrov tərəfindən kəşf olunmuşdur. O, təyin etmişdir ki, yağın yataqda hərəkəti tamamilə hidrodinamik qanuna tabe olaraq gedir. Ona görə də, yaş yağlama haqqındakı nəzəriyyəsi hidrodinamik yağlama nəzəriyyəsi adlanır. Yaş sürtünmə


Az rbaycan d vl t aqrar un vers tet

əmsalının qiyməti quru sürtünmədəkinə nisbətən 30-60 dəfə azdır.Belə ki, iki hissənin qoşulması araboşluğuna (Məsələn, valın boyunuilə yataq və ya porşenlə silindr arasındakı boşluğa) verillən yağ həmin hissələrin sürtünən səthlərini yağ layı ilə örtür və onların bilavasitə toxunmaları imkanını azaldır. Bunun nəticəsində də sürtünməyə sərf olunan güc itgisi və hissələrin yeyilməsi kəskin sürətdə azalır, mühərrikin mexaniki f.i.ə. ciddi artır. Bundan başqa yağlama; hissələrin soyumasına, sürtünmə nəticəsində səthlər ara-sında əmələ gələn metal tozlarının aradan çıxarılmasına porşenlə silindrin arasında yaxşı kipliyin alınmasına və s. köməklik edir.


Az rbaycan d vl t aqrar un vers tet

Sürtünmənin növləri. Sürtünmə bir cismin başqa bir cismə nisbətən yerdəyişməsidir ki, buna başqa adla sürtünmə ilə hərəkət deyirlər. Sürtünmənin əsas səbəbləri: toxunan səthlərin çıxıntılarının qüvvə ilə (qoparma) kəsilməsi və onların səthinin toxunma nöqtələrində molekulyar qüvvə ilə qarşılıqlı əlaqəsidir. Bununda nəticə-sində sürtünən səthlərin dağılması baş verir. Ara boşluqlarına dağılma nəticəsində əmələ gələn məhsullar yığılır (qoparılan metal hissəciklər), ara boşluqları böyüyür, sonra tıqqıltı səsləri əmələ gəlir, beləliklə bunlarda hissələrin yeyilib dağılmalarını sürətləndirir. Sürtünmənin aradan qaldırılmasına mexaniki enerji sərf olunur ki, buda dəyişilib istiliyə çevrilir və nəticədə hissələr qızırlar.

Hissələrin nisbi yerdəyişməsinin xarakterindən asılı olaraq sürtünmə hərəkəti iki növ ola bilər: sürüşmə və yırğalanma. Əgər cismin sürtünən səthlərində yağlama materialları yoxdursa sürtünmə


Az rbaycan d vl t aqrar un vers tet

yağlama materialı olmayan sürtünmə adlanır (quru sürtünmə). Əgər bu sürtünən hissələrin səthlərində yağlama materialı varsa bu yağlama materialı ilə sürtünmə adlanır. Sürtünən hissələrin səthi tam yağlama materialları ilə ayrılırsa bu cür sürtünmə mayeli sürtünmə adlanır. Əgər səthlər qismən yağlanırsa bu cür sürtünmə yarım-mayeli sürtünmə adlanır.

Yağlama materialları (yağlar). Onlar sürtünməyə sərf olunan güc sərfinin azaldılması üçün, hissələrin yeyilməsinin azaldılması, sürtünən hissələrdən istiliyin götürülməsi, ara boşluqlarından dağılma nəticəsində əmələ gələn materialların aradan qaldırılması üçün nəzərdə tutulur.

Mühərrik yağı. Avtomobillərdə işlədilən bütün yağlama materialları konsistensiyasına görə duru və plastik, təyinatına görə mühərrik, transmissiya və plastikli olurlar.

Yağlara tələbat: birləşən hissələr arasında sürtünmənin azaldılması; sürtünən arasındakı araboşluğundan yeyilmə nəticə-sində əmələ gələn məhsulların çıxarılması; bu səthləri korroziyadan qorumaq; səthlər üzərində davamlı yağ pərdəsi yaratmaq; yanıqların əmələ gəlməsini azaltmaq; hissələrdən istinin alınmasını təmin etmək.


Az rbaycan d vl t aqrar un vers tet

Yağın xüsusiyyətləri: yapışqanlılıq – səthin üzərində möh-kəm pərdə yaratmaq qabiliyyəti, geniş temperatur diapazonunda yapışqanlılıq və onun stabilliyi, oksidləşməyə, yüksək temperatura, köpük əmələ gətirməyə davamlılıq sürtünmə əmsalının az olması, istilik tutumu və s.

Mühərrik yağları üçün 6 qrup təyin edilmişdir: A, Б, В, Г, Д, Е, А qruplu yağlar gücləndirilməmiş mühərriklər üçün tövsiyyə olunur; Б –azgücləndirilmiş; B –ortagücləndirilmiş və Г – yüksək gücləndirilmiş mühərriklər nəzərdə tutulur. Məsələn, M- 8A mar-kası onu göstərir ki, mühərrik yünğüldür, qrupu A-dır, yapışqanlılığı 8 Cт-dır.

Sintetik yağları daha geniş qəbul edirlər. Onlar daha çox stabil xüsusiyyətli olur, xidmət müddəti böyük olur, ancaq müəyyən qədər bahadır. Onları neft mənşəli yağlarla qatışdırmaq olmaz.

Yağların xüsusiyyətləri ən çox aşqarlardan asılıdır. Aşqarlar – bu orqanik və yaxud metallaorqanik birləşmələrdir ki, onları yağın tərkibinə yeridirlər ki, onun xüsusiyyətlərini yaxşılaşdırsın. Təyi-natına görə aşqarlar bir neçə növdə olurlar.


Az rbaycan d vl t aqrar un vers tet

Yapışqanlıqlı aşqarlar yağın yüksək temperaturada yapışqanlılığını artırır və onun aşağı temperatur şəraitində axıcılıq qabiliyyətini yüksəldir. Onlar yağa 0,5...10% miqdarında əlavə edirlər. Oksidləşməyə qarşı aşqarlar yağda oksidləşdirici məhsulları, onu təşkil edənləri əmələ gəlmə prossesini azaldır.

Korroziyaya qarşı aşqarlarda kükürd və fosfor olur ki, buda metalla qarşılıqlı əlaqədə hissələrin səthi üzərində korroziyanın qarşısını almaq üçün qoruyucu pərdə yaradır.

Ən az aşqar A qruplu yağlarda olur, o biri qrup yağlarda bir – birinə nisbətən özündən, qabaqkından daha çox olur. Б1, B1, Г1 – karbüratorlu mühərriklər üçün; Б2, B2, Г2 – dizellər üçün. Həm karbüratorlu mühərriklərdə, həmdə dizellərdə işlədilmək üçün nəzərdə tutulmuş universal yağlar ədəd indeksi olmayan hərflə qeyd edilir. Qış və bütün mövsümlük yağlarda yapışqanlılıq iki ədədlə, kəsr şəklində göstərilir.


Az rbaycan d vl t aqrar un vers tet

Karbüratorlu mühərriklər üçün M –8A, M -8Б1, M –8B1. M - 8Г1, M63/10Г1, M -12Г1 yağları, dizellər üçün – M –8B2, M -8Г2, M -8Г2K (qış) və M –10B2, M -10Г2, M -10Г2K (yay) yağları istehsal olunur. M -8Г2 və M -10Г2 markalı yağları üfürmə ilə olan dizellərdə istifadə etmək lazımdır. Mühərrikin yağlanması üçün ancaq istismar üçün təlimatda göstərilən yağlardan istifadə etmək lazımdır.

Yağlama sisteminin quruluşu və işi. Yağlama sisteminin tərki-binə A –41 mühərrikinin misalında baxaq. Yağlama sisteminin əsas aqreqatı –yağ nasosudur ki, (bir və yaxud ikiseksiyalı) karterin altlığından yağı götürüb onu sistemə vurur. İkiseksiyalı nasosda bir seksiya –4 (şəkil 2, a) yağı yırğalamaqla soyudulmaq üçün radiatordan 7 keçirir, o birisi –3 mühərrikin sürtünən hissələr cütlərinin yağlanmasını təmin edir.

Baş yağ magistralından yağ blokunun kanalları vasitəsilə pay-layıcı valın yastıqlarına daxil olur və sonra kanal 11 vasitəsilə itələyicinin oxuna verilir. İtələyicidən axaraq yağ qazpaylayıcı valın ştanqaitələyici və itələyici –yumruq birləşmələrini yağlayır. Qazpaylayıcı mexanizmin yuxarıdakı hissələrinə yağ tez –tez pulsasiya ilə verilir: oxun üzərindəki simmetrik olmayan deşil-mələr.


Az rbaycan d vl t aqrar un vers tet

a – ümumi görünüşü, b – yağın pulsasiya ilə verilmə sxemi:

1 – altlıq; 2,5 – reduksion klapanlar; 3,4 – nasosu əsas və radiator (seksiyaları) şöbələri; 6 – dəyişdirici “Qış – yay”; 7 – radiator; 8,9 – kanallar; 10 – baş yağ magistralı; 11 – itələ-yicinin oxunun kanalları; 12, 13 – müvafiq olaraq ştanqa və sürgü qolu kanalları; 14 – sentrifuqa; 15, 16 – müvafiq olaraq yağın temperatur və təzyiq datçikləri; 17 – boşaldıcı klapan; 18, 19 – yağın temperaturu və təzyiqinin göstəriciləri; 20 – simmetrik olmayan deşik; I – yağın verilməsi; II – verimin dayandırılması.

Şəkil 2. A – 41 mühərrikinin yağlama sisteminin sxemi.


Az rbaycan d vl t aqrar un vers tet

Yağlama sisteminin tərkib hissəsi.

Yağ nasosu. O yağı mühərrikin hissələrinin sürtünən səthlərinə və onun təmizləyici qurğusunu və soyudulmağa lazımı təzyiq altında verilir. Bir və iki seksiyalı dişli çarxlı bir və yaxud iki cüt dişli çarxlı yağ nasoslarından istifadə olunması qəbul edil-mişdir. Bu nasosların konstruksiyası çox sadədir. Onlar yağı bəra-bər verməklə etibarlı işləyirlər.

Nasos dirsəkli valdan dişli çarx vasitəsilə hərəkətə gətirilir.əsas və radiator seksiyaları arakəsmə 7 vasitəsilə ayrılırlar. Altlıqdan yağ yağqəbuledici 16 vasitəsilə götürülür, ümumi pəncərə Б vasitəsilə radiator seksiyasına daxil olur və sonra pəncərə A vasitəsilə əsas seksiyaya daxil olur. Yağın çıxışı – pəncərə H vasi-təsilədir. Hər bir seksiyanın qoruyucu (reduksion) klapanı vardır. Porşenin 12 klapanı yay 13 vasitəsilə qısılır. Nə vaxt ki, yağın təzyiqi yayın sıxılma qüvvəsindən çox olur, onda yağ porşen sıxır, deşik Cл açılır və yağ boşaldılır. Yayın sıxma qüvvəsini tıxacla 14 nizamlayırlar, sonra isə onu şplint 15 vasitəsilə dayandırırlar.


Az rbaycan d vl t aqrar un vers tet

Yağ (filtrləri) süzgəcləri. Mühərrikin işləməsi prossesində yağın xüsusiyyəti yavaş –yavaş pisləşir: onun yapışqanlılığı və yağlılığı aşağı düşür, zibbillənmə artır. Yağ tərkibi yanıq hissəcikləri və xırda metal hissəciklərlə (yeyilmə məhsulları), həmçinində qətran və oksidləmə məhsullarından ibarət olan mexaniki qarışıqlarla zibillənir.

Süzgəc o vaxt tamaxımlı adlanır ki, nasos tərəfindən verilən bütün yağ oradan onun vasitəsilə keçir. O yağlama sistemi ilə ardıcıl birləşdirilir. Tamaxımlı olmayan süzgəclərdən yağın ancaq 10...15% -i keçir. Onları əsas sistemə parallel birləşdirirlər və əlavə təmizləmədə istifadə olunur.

Yağı o zaman xüsusi diqqətlə təmizləmək lazımdır ki, əgər dirsəkli valın yastıqları qurğuşunlu bürüncdən və yaxud yüksək-qalaylı aliminium ərintisindən (məsələn, AMO – 1- 20) hazırlanır, belə ki, bu materiallara abraziv hissəciklər yaxşı tıxanır.

Yağı iri qarışıqlardan və qətran məhsullarından təmizləmək üçün süzülməli və inersiyalı təmizləmə üsulundan istifadə olunur. Kobud təmizləyici süzgəclər (KTS) plastinkalı – yarıqlı və yaxud


Az rbaycan d vl t aqrar un vers tet

torlu tipli (yanacağı təmizləyəndəki kimi) olurlar. Axırıncının istifadəsi məhdudlaşdırılmışdır.

Şəkil 3. A – 41 mühərrikinin yağ nasosunun quruluşu (a) və işi

1 – nasosun ötürməsiknin dişli çarxı; 2 – gövdə; 3, 4 – nasosun əsas seksiyasının aparılan və aparan dişli çarxları; 5 – val; 6 –ox; 7 – arakəsmə; 8, 9 – radiator seksiyasının aparılan və aparan dişli çarxları; 10 –qapaq; 11 –giriş boru qolu; 12, 15 –reduksion klapanın elementləri; 16 –yağ qəbuledici; Bc –sorucu boşluq; H –basıcı boşluq; A - əsas seksiyanın buraxıcı pəncərəsi; Б – ümumi buraxıcı pəncərə; Cл – boşaltma pəncərəsi


Az rbaycan d vl t aqrar un vers tet

Aktiv- reaktiv sentrifuqa (Д- 240 mühərriki).

Burada forsunka olmur və bütün yağ sentrifuqadan sonra baş yağ magistralına istiqamətləndirilir.

Yağ kanal vasitəsilə 2 (şəkil 4, b, d) qarmaq 4 və borucuq 5 ara-sındakı üzük boşluğuna tökülür. Yağ böyük sürətlə iki profilli qar-mağın 4 deşiyindən çıxır və gövdənin 12 divarına və sakitləşdiriciyə 21 dəyir, turbinin pərləri kimi (şəkil 4, d). Bu zaman Rk qüvvəsi yaranır, toxunan gövdənin divarı vasitəsilə təsir edir (aktiv turbin). Onlar fırlanma momenti yaradırlar.

.


Az rbaycan d vl t aqrar un vers tet

Şəkil 4. Mərkəzdənqaçma yağtəmizləyicisi (sentrifuqa):

A –reaktiv (CMД- 60); b- aktiv –reaktiv (Д-240); b, q, d- onların hərəkət təsiri:1,12 –gövdə; 2- yaxınlaşdırıcı kanal; 3- deşik; 4- qarmaq; 5- boru; 6- vint; 7- boşaltma boş-luğu; 8,9 – ara qatları; 10- rotor; 11- çıxış deşiyi; 13- ox; 14- örtük; 15...17 qaykalar; 18- şayba; 19- gövdənin çıxış pəncərəsi; 20- oxun çıxış pəncərəsi; 21 –sakitləşdirici; 22- tor; 23- fosunkada kanal; 24- forsunka; 25- çıxış kanalı; 26- yağ monometrinin ştuseri, 27-radiatorun yağ ötürücüsü, 28-boşaltma kanalı, 29- çıxış pəncərəsi.


Az rbaycan d vl t aqrar un vers tet

Sonra gövdənin 12 yuxarı hissəsinə yağ çəp daxili deşik vasi-təsilə, reaktiv qüvvə yaradaraq böyük sürətlə verilir (şəkil 4, q). Bu qüvvə əlavə toxunan qüvvə Rk yaradır, buda aktiv momentinə ayrı bir reaktiv momentdə yaradır. Bundan sonra yağ boru 5 vasitəsilə aşağı hərəkət edir və pəncərə 29 vasitəsilə baş yağ magistralına daxil olur.

Sentrifuqa ilə yağın yaxşı təmizlənməsi rotorun fırlanma tezli-yindən asılıdır, öz növbəsində isə yağın forsunkalardan uçma sü-rətindən də asılıdır.

Sentrifuqanın normal işləməsi üçün təzyiq fərqi 0,5...0,8 MPa və yağın temperatur fərqi isə 80...950C olmalıdır. Buna görədə na-sosdan sonra yağın təzyiqi 0,5...0,8MPa (bundan az olmayaraq) olmalıdır. İş zamanı yağıntemperaturasına fikir vermək lazımdır.

Yağ radiatoru. Mühərrikin nomal istilik rejimində işi zamanı yağın temperaturu 65...100 0C hüdudunda olur. Traktorlarda və yük avtomobillərində ətraf mühitdə havanın temperaturunun artması ilə, həmçinində mühərrikin böyük yük altında və aşağı sürətlərdə işi zamanı yağın soyudulması üçün yağın yağ radiatoruna verilməlidir.


Az rbaycan d vl t aqrar un vers tet

Bir çox minik maşınlarında yağın soyudulması təbii istilik vermə nəticəsində karterin altlığının səthinin qarşılıqlı hava axımı üfürməklə yerinə yetirilir.

Yağ radiatorlarını sudan (yağ-su, radiator soyutma köynə-yində yerləşdikdə) və hava ilə soyutmadan (yağ-hava) fərqləndirirlər. Axırıncı ən çox geniş istifadə olunur. Bu radiatorlar su radiatorunun qabağında yerləşdirilir və ondan ventilyator tərəfindən yaradılan hava axını keçir. Avtomobillərdə qarşılıqlı hava axımı radiatoru intensiv olaraq üfürür.

Yağ radiatoru bir qayda olaraq bir neçə yastı və yaxud yumru latın borulardan 1 (şəkil 6,a) ibarət olub, onun soyudulan səthinin sahəsini böyütmək üçün onlara soyuducu plastinkalar lehimlənir. Boruların hər iki tərəfinə kiçik baklar 4 lehimlənir və onlarada yağötürücülər 6 və 10 bağlanır. Bunlarla yağ radiatora yaxınlaş-dırılır və ondan ötürülür. Yağötürücüləri radiatorun bu və ya başqa tərəfində yerləşdirilə bilər. Д- 144 mühərrikinin radiatoru bir əyilmiş borudan ibarət olub (elastik) örtüklə örtülmüş olur (şəkil 5, b).


Az rbaycan d vl t aqrar un vers tet

Şəkil 5. Yağ radiatorları.

a- Д-240 mühərrik; b- Д-144 mühərrik; 1- borular; 2-sarğı; 3- deşik; 4- baklar; 5- ştusser; 6,10- yağötürücülər; 7- bolt; 8- şplint; 9,11- şayba; 12- xomut.

Karterin ventilyasiyası.

Mühərrikin işi zaman porşen üzüklərinin, porşen və silindr divarlarının araboşluqlarından işlənmiş qazlar karterə və onun altlığına daxil olurlar. Qazın bu miqdarı silindr porşen qrupu hissələrinin yeyilməsi, həmçinində mühərrikin yüklənməsinin artması nəticəsində dahada artır. Buqazlarda yağı çirkləndirənkü-kürd birləşmələri və su buxarı olur ki, bunlarda birləşərək kükürd


Az rbaycan d vl t aqrar un vers tet

turşusu əmələ gətirir ki, bu da yağın keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Bundan başqa qazda olan su buxarları yağı köpükləndirir və emulsiya əmələgətirir, bu isə öz növbəsində yağın sürtünən səthlərə verilməsini çətinləşdirir. Karterə daxil olan qazlar orada təzyiqi yüksəldir, bu isə yağın dirsəkli valının manjeti və salniklərindən sıxılaraq verilməsinə səbəb olur. Həmçinində işlənmiş qazların kapotun altına keçməsində yol verilməz haldır, buradan həmin qazlar kuzova və kabinəyə də keçə bilir ki, buda sürücü və sərnişinlərin sağlamlığı üçün təhlükədir.

Karterin ventilyasiyası qazların xaricə verilməsi (açıq sistem) və yaxud mühərrikin hava hazırlayıcı sistemi (bağlı sistem) ilə yerinə yetirilir.

Açıq sistem- traktor mühərriklərində quraşdırırlar. Karter qaz-ları təzyiqin artması ilə sapun 12 vasitəsi ilə atmosferə buraxılır. Sapun sapdan toxunmuş-parça ilə örtülür ki, buda karterdə təzyiq aşağı düşdükdə ora toz keçməsinin qarşısını alır. (məsələn, mühərrik soyuduqda).


Az rbaycan d vl t aqrar un vers tet

Bağlı sistem daha çox istifadə edilir ki, onun işlədilməsi daha effektlidir. Burada qazlar karterdən bilavasitə ixrac boruötürücüsü və ya hava süzgəci ilə sorularaq, sonradan karbüratora və sonra isə silindrə verilir. Bununlada karbürütora qətran çökdürülür, qarışıq hazırlanması pozulur və bir qədər yağ sərfi artır. Bağlı sistemin tətbiqi karter qazlarında olan benzin buxarının əlavə olaraq yandırılmasına səbəb olur.. Bağlı sistem karterin ventilya-siyasında toksik maddələrin və mühərrikin işlənmiş qazlarının atmosferə tullanmasını azaldır.

Müxtəlif mühərriklərin yağlama sistemlərinin xüsu-siyyətləri.

Traktor mühərriklərinin bütün yağlama sistemləri tamoxımlı mərkəzdənqaçma yağtəmizləyiciləri, yağ radiatoruna malikdir.

Д -144, Д –120 –birseksiyalı yağ nasosu: baş yağ magistralı dirsəkli valın daxilində kanal kimi yerinə yetirilmişdir. Dirsəkli valın qabaq ana boynundan yağ paylayıcı vala vurulan axımla sürgü qolunun axınaverilir.


Az rbaycan d vl t aqrar un vers tet

Д -240 – birseksiyalı nasos: aktiv –reaktiv sentrifuqa. Sentri-fuqada üç klapan yerləşir: reduksion, qoruyucu və boşaldıcı. Baş yağ magistralı blokda yerləşmişdir; oradan yağ hər bir ana yastığa verilir. Karterin ventilyasiyası blokun yan tərəfindənki örtük tərəfindən yerinə yetirilir (ştanqa zonasında).

A -01M –yağlama sistemi A -41 mühərrikinin yağlama sistemi ilə analoji eynidir.

Yağlama sisteminin işinə nəzarət nasazlıqlar və texniki xidmət.

Yağın vəziyyəti (temperaturu, təzyiqi, çirklənmə dərəcəsi) və miqdarı həmçinində yağ süzgəclərinin vəziyyəti və mexaniki və elektrik nəzarət cihazlarının köməyi ilə yerinə yetirilir.

Mühərrikin yağlama sistemində təzyiqin qiymətini yağın təzyiqiningöstəricisi (manometr) kabinənin cihazlar yerləşdirilən paneli üzərində yerləşdirilmişdir. Bir çox avtomobillərdə cihazlar panelində yağın təzyiqinin azalmasının qəza lampası, həmçinində sistemdə yağın temperaturunun göstəricisi yerləşdirilmişdir. Belə ki, ВАЗ- 21213 avtomobilinin siqnal lampası yağın təzyiqi 0,002…0,06 MPa düşdükdə yanır.


Az rbaycan d vl t aqrar un vers tet

Mühərrikin yağlama sisteminin texniki xidməti ondan ibarətdir ki, karterin altlığında yağın səviyyəsi həmişə eyni olmalıdır, periodiki olaraq süzgəcləri, sentrifuqanı təmizləmək lazımdır, süzgəc elementlərini və yağı vaxtlı vaxtında dəyişdirilməlidir. Yağın miqdarı yağölçən xətkeşin ölçüsünə görə nəzarət edilir.

Gündəlik texniki xidmət zamanı yağ sentrifuqasının işini eşit-mə qabiliyyətinə görə təyin edirlər. Mühərrik dayandırıldıqdan sonra saz olan sentrifuqa təxminən 2...3 dəqiqə fırlanmalıdır. Bu zaman özünə məxsus vzltılı səs çıxır. TX-1 –zamanı sentrifuqanın rotoru çöküntülərdən təmizlənir.

Tx-2 zamanı əgər zavod –hazırlayıcının bu və başqa təlimatları yoxdursa yağı dəyişirlər. Bunun üçün lazımı qədər qızmış mühərrikdən isti yağ tökülür. Sentrifuqanın rotorunu açıb, təmiz-ləyib və yuyub, süzgəc və süzgəc elementlərini dəyişirlər. Bundan sonra sistemi təzə yağla doldururlar.

TX- 3 zamanı eyni zamanda yağı dəyişməklə sapunun başlığı və karterin ventilyasiya süzgəci yuyulur.


Az rbaycan d vl t aqrar un vers tet

Soyutma sisteminin təyinatı.

Soyutma sistemi mühərrikin verilmiş istilik rejimini saxlamaq üçün nəzərdə tutulmuşdur. Bunun vasitəsi ilə mühərrikin his-sələrinin istiliyi ətraf havaya ötürülür. Nəticədə hissələrdə müəyyən edilmiş temperatur rejimi yaradılır ki, bunun nəticəsində mühərrik nə həddindən artıq qızır və nədə ki, həddindən artıq soyuyur, buna görədə normal iş dövrünə şərait yaradılır.

Mühərrikin həddindən artıq qızması hissələr arasında ara boşluğunun azalması, sürtünmə qüvvəsi və hissələrin yeyilməsinin (porşenlərin pərçimlənməsinə qədər) artması, yağın kokslaşması nəticəsində yanıq əmələ gəlir, silindrlərin təmiz yüklənməsini pisləşdirir. Mühərrikin həddindən artıq soyuması yağın qatılılığını artmasına, silindrlərdə işçi prossesinin pozulmasını, ara boşluq-larının böyüməsinə səbəb olur ki, buda zərbə yüklərinin əmələ gəlməsinə, hissələrin yeyilməsinin tezləşməsinə və sürtünmədən mexaniki itkilərin artmasına səbəb olur. Bütün bunlar mühərrikin gücünün azalmasına və qənaətçilliyinin pisləşməsinə səbəb olur.


Az rbaycan d vl t aqrar un vers tet

Soyutma sistemində aşağıdakı tələblər irəli sürülür, mühərrikin hər hansı bir işçi rejimində lazımi istiliyin ötürülməsini təmin etmək (yanma zamanı bütün əmələ gələnlərin 18...35%-i cədvəl 1-ə bax); mühərrikin optimal istilik rejimini saxlamaq (soyudulan mayenin temperaturu 85...950C hüdudunda olmalıdır); mühərrikin hər hansı bir yüklənməsində və ətraf mühitin temperaturunda effektiv işləməsi; texniki xidmətə minimal əmək tutumu sərf etmək.

Soyutma sisteminin təsnifatı. Müasir mühərriklərdə maye ilə və yaxud hava vasitəsilə soyutma sistemlər quraşdırılır. Avtotraktor mühərriklərində ən çox maye ilə soyudulan sistemlər daha çox yayılmışdır. Bu sistemlərin istifadəsi hissələrin daha çox bərabər qızmasını, mühərrikin kompaktlığına və səsin azalmasına səbəb olur.

Hava ilə soyutma sistemli mühərriklərin konstruksiyası sadə olur, kütləsi az olur və xidməti əlverişli olur. Bundan başqa mühərrikin qış zamanı şaxtadan qorunması istisna olunur. Ancaq havailə soyutma sistemində ventilyatorun hərəkətə gətirilməsi üçün böyük güc tələb edir, böyük-böyük yüklənmələrdə və həmçinində


Az rbaycan d vl t aqrar un vers tet

ətraf mühütün temperaturunun yüksək olduğu vaxt mühərrik həddindən artıq qızır.

Maye ilə soyudulan sistemlər termosifonlu və məcburi dövr etməli olur. Termosifonlu maye ilə soyutma sistemi- o sistemdir ki, burada mayenin dövr etməsi onun isti və soyuq vəziyyətlərdə sıxlığının müxtəlifliyi hesabına əldə olunur. Onlar az güclü mühərriklərdə (işə salıcı, qayıq mühərrikləri və s.) tətbiq olunur. Təcrübə olaraq bütün mühərriklərdə nasos vasitəsi ilə yaradılan mayenin məcburi dövr etməsi soyutma sistemlərində tətbiq olunur.

Mayenin hərəkətinin təşkili üsuluna görə onlar təşkil olunmuş və düzdəqiq soyutma sistemlərinə bölünürlər. Təşkil olunmuş sistemdə paylayıcı kanal olur ki, bunun vasitəsi ilə bütün silindrlər eyni temperaturlu maye ilə təmin olunurlar.

Soyutma sisteminin quruluşu və işi.

Maye ilə soyutma sistemi su köynəklərindən 1,2, (şəkil 1. a, b), mərkəzdənqaçma nasosu 12, termostat 6, radiator 10, oxlu ven- tilyator 13 və birləşdirici borulardan ibarətdir.


Az rbaycan d vl t aqrar un vers tet

Radiator 10 (yaxud sərbəst çəndən)buxar hava klapanlı tıxacla bağlanır. Bu bağlı sistemdir. Buxar hava klapanı sistemdə təzyiqin bir qədər artmasına (0,102...0,105 MPa) imkan verir, bunun sayəsində isə mayenin qaynama temperaturu 105...1080C-ə qədər yüksəlir. Soyuducu mayenin temperaturuna nəzarət kabinənin lövhəsindəki cihazlarla 5 nəzarət göstərişinə əsasən aparılır.

Maye gilzləri və silindrlər başlığındakı boşluğu yuyur, onda isə birinci növbədə ən çox qızan klapanların və şamların (yaxud forsunkaların) yuvaları olur ki, onlarda isti hissələr və silindrlər başlığının köynəyi vasitəsi ilə qızır suvarıcı borular 3 vasitəsi ilə radiatora 10 verilir, oradan isə boru qolu ilə 14 nasosa 12 verilir. Nasos isə onu blokda olan paylayıcı kanalla 4 silindrə verilir. Kanalda maye pəncərə vasitəsilə eyni temperaturada ən çox qızmış hissələrə -gilzlər və silindrlər başlığına daxil olur, bu isə eynivaxtda soyutma təmin edir və qabarmanın qarşısını alır.


Az rbaycan d vl t aqrar un vers tet

Termostat 6 mayeni 75 0C-dən az olduqda radiatordan yan keçərək boru qolu 7 vasitəsilə bilavasitə nasosa yönəldir -kiçik dövr dairəsi mühərrikin lazımi dərəcədə tez qızmasını təmin edir. Temperatur normal həddə çatdıqda termostat kiçik dövr dairəsini bağlayır və meyeni radiator vasitəsi ilə -böyük dövr dairəsinə yönəldir. Ventilyator seyrəltmə yaradır. bunun nəticəsində hava radiator vasitəsilə sorulur. Bu isə su və hava arasında istilik almanı yaxşılaşdırır.

Hava ilə soyutma sistemi əsasən kiçik litrajlı mühərriklərdə tətbiq olunur. hava ilə soyutmada artıq istilik hava axını ilə bilavasitə silindrlərdən və silindrlər başlığından ayrılır, onlarda istilik verməni yaxşılaşdırmaq qabirqalar nəzərdə tutulmuşdur. Traktorlarda hava axını mühərrikə çoxpərli oxlu ventilyator –kompressor 9 (şəkil 1, v) vasitəsilə istiqamətləndirilir, ötürmə olaraq (məsələn, Δ -144 mühərrikləri üçün) hidromuftadan istifadə olunmuşdur. Ona verilən yağın miqdarından asılı olaraq hid-romufta kompressorun fırlanma tezliyini dəyişə bilir.


Az rbaycan d vl t aqrar un vers tet

Silindrlərin hava axını ilə yaxşı təmin olunması üçün onların üzərinə deflektorlar 4, 7, 8 quraşdırılır, silindrlərin başlıqlarında isə hava kanalları nəzərdə tutulur. Yağın hidromuftaya verilməsini zolotnikli qurğu idarə edir, buna isə termorele təsir edir. Yağ mühərrikin yağlama sistemindən daxil olur. Mühərrikin hissələrinin soyutma dərəcəsindən asılı olaraq (yağın temperaturu) termorele zolotniki çox və ya az açır.


Az rbaycan d vl t aqrar un vers tet

Şəkil 6. Soyutma sisteminin sxemi.

a) traktor mühərriki; 1- su köynəyi; 2- silindrlər başlığının su köynəyi; 3 – su yığılan boru; 4 –supaylayıcı kanal; 5 –temperatur datçiki; 6 –termostat; 7 – kiçik dövr dairəsinin boru qolu; 8 – yuxarı boru qolu; 9 –radiatorun tıxacı; 10 – radiator; 11 –pərdə (jalyuzlar); 12 –su nasosu; 13 –ventilyator; 14 –aşağı boru qolu; 15, 16 –boşaltma kranılar; 17 –ötürmənin qayışı; 18 – işə salma mühərrikinin su köynəyi; b –avtomobil mühərriki; 1,2 –müvafiq olaraq blokun və silindrlər başlığının su köynəyi; 3 – supaylayıcı kanal; 4 – termostat; 5 –sərbəst çənin boru qolu; 6 –temperatur darçiki; 7 –elektroventilyatorun relesinin datçiki; 8 –elektromühərrik; 9- sərbəst çənin tıxacı; 10 – sərbəst çən; 11 – soyutma sisteminin radiatoru; 12 –ventilyator; 13 – aşağı boru qolu; 14, 17 –boşaltma kranları; 15 –kiçik dövr dairəsinin boru qolu; 16 –su nasosu; 18 –qızdırcının radiatoru; V- hava ilə soyudulan mühərrik; 1- yağ radiatoru; 2 –istiqamətləndirici örtük; 3- rəzə; 4, 7, 8 –deflektorlar; 5 –silindr; 6 –deflektoru bağlamaq üçün sancaq; 9 –kompressor; 10- istiqamətləndirici aparat; 11 –qoruyucu tor.


Az rbaycan d vl t aqrar un vers tet

Ventilyator radiatordan keçən axımın sürətinin və havanın miqdarının artma-sına xidmət edir. Mühərriklərdə quraşdırılmış ventilyatorlar dörd –altı pərli olub, vərəqə poladdan və yaxud plastmasdan hazırlanır. Bir sıra mühərriklərdə ventilyatorun pərləri istiqamətləndirici örtüyün (diffuzor) üzərində yerləşdirilir, bu itkini azaldır və ventilyatorun f.i.ə-ni artırır. Bu məqsədlədə vantilyatorun pərlərin yerləşdirilməsi hücum bucağının radiusu boyu dəyişkən yerinə yetirilir. Ventilyatorun səsini azaltmaq üçün pərlər topun üzərində dəyişkən addımlarla yerləşdirilir. Bir neçə mühərriklərdə (ГАЗ, ЗИЛ və b.) pərlər radiatora tərəf ucları əyilmiş halda düzəldilir. Ventilyatorun balansirovkası zamanı bir və ya iki pərin üz hissəsinin uclarından metallar açılır. Bu yastıqların vibrasiyanın və yükünü azaldır.

Termostat. Mühərrikin işə salınması zamanı lazımi dərəcəsə qızmanı vəəlverişli istilik rejimini (80...900C) saxlamaq üçün sistemdə termostatdan istifadə olunur. Avtomatik rejimdə işləyən bütün mühərriklərdə (A- 41 və CMД -14 –dən başqa) termostatın qoyulması nəzərdə tutulmuşdur. Termostat özü ikiqat klapandan


Az rbaycan d vl t aqrar un vers tet

ibarətdir. Soyuducu mayenin temperaturu 75oS aşağı olduqda o radiatora girişi bağlayır və mayeni kiçik dövr dairəsinəistiqamətləndirir, temperatur 75oS – dən yuxarı olduqda isə böyük dövr dairəsinə istiqamətləndirir (şəkil 2 və şəkil 1.). Termostat mühərriki işəsalmadan sonra onun tez qızmasını təmin edir.

Soyutma sistemində nasazlıqlar və texniki xidmət.

Soyutma sisteminin bütövlükdə və ayrı –ayrı elementlərinin normal işləməsi üçün vaxtlı – vaxtında texniki xidmət aparılmalıdır.

Soyutma sistemindəki nasazlıqlar mühərrikin həddindən artıq qızmasına və ya həddindən artıq soyumasına səbəb olur, yəni 85...95oS optimal istilik rejimi pozulur. Soyutma sistemində olan nasazlıqlara səbəb aşağıdakılar ola bilər: sistemdə soyuducu mayenin lazımı miqdarda olmaması; ventilyatorun ötürmə qayışının zəif çəkilməsi və yaxud qayışın bütövlüyünün pozulması boruların daxili divarlarının ərp bağlaması səbəbindən radiatordasoyuducu


Az rbaycan d vl t aqrar un vers tet

mayenin lazımı dərəcədə soyudulmaması; su köynəyinin divarlarını ərpin yığılması; radiatorun jalyüzlarının vəziyyətinin ətraf mühitin şəraitinə uyğun olmaması; nasosun (yastıqlar, ötürmələr), termostatın (klapanın açıl-masının temperaturaya uyğun gəlməməsi) və yaxud ter-morequl-yatorun datçikinin sıradan çıxması və s.

DİQQƏTİNİZƏ

GÖRƏ

TƏŞƏKKÜR

EDİRƏM


Az rbaycan d vl t aqrar un vers tet

Tərtibatçı

Novruzov Məhərrəm– Aqromühəndis

142 -m3 tələbəsi


  • Login